Həbibli Fatimə Faiq qızı 14.09.2007-ci ildə
Bakıda Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. Hazırda 125 saylı məktəbin
3B sinif şagirdidir. Eyni zamanda incəsənət məktəbinin rəssamlıq üzrə 2-ci
sinif şagirdidir. Dərslərini yaxşı oxuyur,
rəsm, texnalogiya və informatika ilə daha çox maraqlanır. Rəsmə olan
marağı balaca Fatimədə gələcəyin tanınmış rəssamı olma istəyini də yaradır “Narkamaniyaya
son”, “Xocalı faciəsi”, “Nizami Gəncəvi haqqında” , “Uşaq Hüquqları” və s kimi
rəsm sərgilərində iştirak edib. Fatimənin
ən sevincli günü isə yaşının az olmasına baxmayaraq rəssamlığa ödənişsiz qəbul
olması idi. O günü Fatimə həyatının arzularının reallaşmasına doğru dəyişdiyi
gün kimi hesab edir. Atasına və məhşur rəssam Mircavad Cavadova oxşamaq istəyir.
Ən böyük arzusu tanınmış rəssam olmaqdır. Uşaq vaxtlarından yaranan həvəs illər
sonra arzusuna çevrilib indisə, artiq məqsədidir
tanınmış rəssam olub öz vətənini dünyada təmsil etmək. Bədii ədəbiyyatla məşğul
olmasada, dahi ədəbiyyatçılarımızı öz sehirli fırcasının köməyi ilə
canlandırmaq istədiyini bildirir. Balaca rəssamın digər arzusu isə dünyanı gəzərək
gördüyü gözəllikləri əbədi yaddaşlara həkk etməkdir.Tanınmaq üçün rənglərin
dili ilə insanların gözləri arasındakı sintezi düzgün tənzimləmək lazım
olduğunu düşünür. Heç bir tədbirdə hələki yaşının az olması səbəbi ilə iştirak
etməyib . Ancaq gələcəkdə onu böyük naliyyətlər gözlədiyinə inanır biz də
balaca rəssama uğurlar arzulayırıq...
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
30 марта 2016 г.
Həbibli Fatimə Faiq qızı
Ayxan Aydın oğlu Məmmədli
Ayxan Aydın oğlu Məmmədli 6 sentyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. 3 yaşına qədər Elmira nənəsinin himayəsində olub. Ayxanın bacarıqlı uşaq kimi böyüməsində Elmira nənənin rolu böyük olub. O, çox səbr və təmkinlə Ayxanın tərbiyəsi ilə məşğul olmuşdur. Ayxanın əsas maraqları təbiət mənzərələrinə baxmaq, rəngli oyuncaqlarla oynamaq olmuşdur. 3 yaşından bağçaya gedən Ayxan orada yazıb-oxumağı, maraqlı şəkillər çəkməyi öyrənib. Bağça müəllimi Zenfira xanım və Gülxar xanımın da Ayxanın üzərində xüsusi zəhməti vardır. O, bağçada maraqlı şəkillər çəkir, plastilindən maraqlı fiqurlar düzəldirdi. Atası heykəltəraş olduğu üçün onunla emalatxanaya gedir, orada heykəllərə öz əlavələrini edirdi.
Ayxan ilk təhsilini "Ekologiya" liseyində almışdır. Hazırda isə təhsilini Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində davam etdirir. Dərslərini çox yaxşı oxuyur. Humanitar fənləri çox sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, pianino çalır. Rəsm festivallarında fəal iştirak edir. O, idmanın cüdo növü ilə məşğul olur. Futbola həvəsi daha böyük olan Ayxan məktəbin futbol komandasının üzvüdür.
Ayxan diplom və sertifikatlarla təltif olunmuşdur. Belə ki;
9 noyabr 2014-cü ildə "Bayrağımız qürur mənbəyidir" rəsm müsabiqəsində fəal iştirakına görə sertifikatla, 30 noyabr 2014-cü ildə cüdo üzrə III yeri tutduğuna görə diplomla təltif olunmuşdur.
Ayxan əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. Əsas arzusu öndə gedən güclü şirkət rəhbəri olmaqdır. Son zamanlar ölkəmizdə turizmin sürətlə irəli gedən inkişafı Ayxanda turizmə olan marağı oyatdı və o, bu potensiyalı özündə hiss etdi.
Ayxan asudə vaxtlarında təbiətdə gəzməyi, xarici ölkələrə və respublikamızın rayonlarına gəzməyə getməyi, tarixi abidələrə baxmağı çox xoşlayır. Əsas hədəfi ilk öncə orta məktəbi bitirib yüksək nəticə ilə ali məktəbə qəbul olmaqdır.
Məmmədov Cavad Elşad oğlu
Cavad körpəlikdən əsas vaxtını kitablarla keçirib,
oyuncaqlardan daha çox kitablara baxmağa üstünlük verib. Bu baxımdan bu cəhəti
Cavadı bir çox həmyaşıdlarından fərqləndirib. Cavad dörd yaşından sərbəst
yazmağı və oxumağı bilirdi. Cavada
yazıb- oxumağı anası öyrətmişdır. Cavadla valideyinləri mütəmadi məşğul olmuş və Cavadın istedadının inkişaf etdirilməsinə
onun valideyinləri böyük önəm vermişlər.
Məmmədov Cavad Elşad oğlu 24.04.2002 ci ildə
Bakı şəhərində anadan olmuşdur. Və 60 saylı məktəbə getmişdir. Dərslərini
yaxşı oxumağa nümunəvi şagird olmağa çalışır, sevimli fənni riyaziyyatdır. Məktəbdə
keçirilən tədbirlərdə mütəmadi iştirak etməyə çalışır.Təsviri incəsənət üzrə
Rus İcması tərəfindən keçirilən müsabiqədə fəxri diplomla, məktəb və rayon fənn
olimpiadalarında riyaziyyat, kimya, tarix fənnlərindən fəxri diplomlarla təltif
edilmişdir. Əldə etdiyi uğurlara görə valideyinlərinə qarşı özünü həmişə borclu
hesab eden Cavad çalışır ki, valideyinlərinə oxşasın . Və istəyir ki, gələcəkdə Vətəninə lazım olan bir şəxsiyyət və
mütəxəssis olmaq zirvəsinə çatsın . Atası iqtisadçı olduğu üçün Cavad da
iqtisadçı olmaq istəyir. Asudə vaxtlarını futbol oynamaqla dəyərləndirir.Təsviri
incəsənətlə məşğul olmağı xoşlayan Cavad daha çox tarixin səifələrini
canlandırmağa üstünlük verir. Gələcək planları yaxşı təhsil almaqdır bu yolda
ona ailesi çox köməklik etdiyini deyir.Tarixin yaddaşında qalmaq üçün isə ilk
öncə tarixi bilmək lazım olduğunu deyir və düşünür ki, yaxşı iqtisadçı olmaq
tarixin səifələrindən başlayir sonsuz rəqəmlərlə davam edir...
29 марта 2016 г.
Mehdi Nəzrin Turan qızı
Nəzrin ailənin ilk övladıdır. Onun maraqlı körpəliyi
olub. 2 yaşından uşaq bağçasına gedib. Orada təşkil olunan bütün tədbirlərdə
iştirak edib. Nəzrinin xoşladığı məşğuliyyətlər rəsm çəkmək, kompyüterdə
maraqlı ev dizayn etməkdir. Ən çox həkimlik etməyi sevərdi. Nəzrin hazırlığa qədər
saymağı, hesablamağı artıq öyrənmişdi. Çünki onunla evdə anası məşğul olurdu. 5
yaşında məktəbəqədər hazırlığa getmiş və bildiklərini daha da möhkəmləndirmişdi.
O özü hər şeyə maraqlı olduğu üçün yazıb-oxumaq, şəkil çəkmək onda 3 yaşından
başladı. İstəyirdi ki, ilk cavabı o versin. Həmişə birinci olmağa çalışırdı.
Zehninin itiliyi diqqətdən yayınmırdı.
Nəzrin: - Mehdi Nəzrin Turan qızı 2006-cı ildə
aprelin 7-də Bakı şəhərində anadan olmuşam. Ailəmiz ziyalı ailədir. Babam və nənəm əczaçıdır. Atam F.H.N tikinti
üzrə mütəxxəsisdir. Anam isə riyaziyyat və fizika müəllimidir. Mən 6 yaşımda
2012-ci ildə Buzovna qəsəbəsi 125 saylı orta məktəbin I sinfinə daxil olmuşam.
Hazırda həmən məktəbin IV sinif şagirdiyəm. Mən birinci sinfə daxil olandan dərslərimə
böyük məsuliyyətlə yanaşmışam. Bütün fənlər mənə çox maraqlı gəlib, ancaq ən
çox sevdiyim fənlər Azərbaycan dili və riyaziyyatdır. Aldığım qiymətlər hər
zaman “5” qiyməti olub. I və II sinifləri əla qiymətlərlə bitirmişəm. Üçüncü sinfin
I yarımilini 5-lə bitirmişəm. I sinfi bitirdikdə sinfimizdə keçirilən Əlifba
bayramında fəal iştirak etmişəm. Orada şeir söyləmişəm. İlin axırında əla qiymətlərlə
bitirdiyim üçün ən uğurlu günümdür. Bu il I yarımili 5 qiymətləriylə bitirdiyim
üçün məktəbimizin direktoru Zeynəb xanım məni tərifnamə ilə təltik edib. Bundan
əlavə 2014-cü ildə şahmat məktəbində IV dərəcəyə layiq görülmüşəm. Əldə etdiyim
uğur və nailiyyətlərə görə valideynlərimə borcluyam. Mən həyatda ancaq özümə
oxşamaq, özüm olmaq istəyirəm.
Qardaşlarım Mətin və Əkrəm mənim yaxın dostlarımdı. Boş vaxtlarımda
onlarla oynayıram. Nağıl kitabları oxuyuram, rəsm çəkməklə məşğul oluram. Şəkil
çəkməyi çox sevirəm. Çəkdiyim şəkillərdə təbiət mənzərələrinə üstünlük verirəm.
Gələcəkdə həkim olmaq və xəstələrə sağlam həyat
bəxş etmək istəyirəm. Tarixin yaddaşında da qalmaq istərəm. Bunu zaman göstərər.
Mənim bütün arzularım və istedadım ailəmizin ziyalı olmağından irəli gəlir.
Buna görə valideynlərimə öz təşəkkürümü bildirirəm.
10 марта 2016 г.
Hacıyeva Nəzrin Fuad qızı
Hacıyeva Nəzrin Fuad qızı 11 dekabr 1999-cu ildə
Bakı şəhərində dünyaya göz açmışdır. Körpəliyində sakit olan Nəzrin rəsm çəkməyə
böyük həvəs göstərirdi. Kiçik yaşlarından anası tərəfindən ilkin yazıb-oxuma
bacarığına yiyələnmiş, şeirlər öyrənmişdir. Nəzrin Hacıyeva hazırda 193 nömrəli
məktəbdə oxuyur. Dərslərində fəal və bacarıqlıdır. Məktəb tədbirlərində
yaxından iştirak edir. Yeni il və Novruz bayramlarında, eləcə də digər tədbirlərdə
“Bahar qızı”, “Qar qız”, “Xurşidbanu Natəvan”, “Göyçək Fatimə” və digər
obrazları məharətlə canlandırmışdır. Bütün bunlarla yanaşı, Nəzrin şeir müsabiqəsində
fəxri fərman, məktəb tədbirlərində diplomlarla təltif edilmişdir. Rəssam ruhunun
arzusu isə gələcəyin məşhur dizaynerlərindən biri olmaqdır. Bunun üçün isə təhsilini
İtaliyada davam etdirməyi planlaşdırır. Valideynlərinə minnətdarlıq hissindən
irəli gələrək o, valideynlərinin fəxrinə çevrilmək, onlara layiq övlad olmaq
istəyir. Bu yolda isə bizə yalnız uğurlar arzulamaq düşür.
Həsənova Aydan Yaşar qızı
Həsənova Aydan Yaşar qızı 23 oktyabr 2003-cü ildə
Bakı şəhərində dünyaya gəlmişdir. Uşaq vaxtlarında sakit olmasına baxmayaraq, həm
də hər şeyə maraq göstərən biri olmuşdur. Rəsmlə məşğul olmağa xüsusi həvəs
göstərmişdir. Məktəbə getməmişdən öncə fərdi müəllim tərəfindən yazıb-oxumağı
öyrənmişdir. Kitablara baxaraq şəkillər çəkmək isə balaca Aydanın hobbisi idi.
İlk təhsilini 312 saylı tam orta məktəbdə almışdır. Hazırda isə 82 nömrəli məktəbin 7-ci sinif şagirdidir. Dərslərindən
yayınmır, Azərbaycan dili, rus və ingilis dillərinə xüsusi maraq göstərir.
Pianoda ifa etməyi bacarır və bu sahədə daha da irərliləməyə çalışır. Məktəb tədbirlərində
fəal iştirak etməsi ilə digər şagirdlərdən seçilir. Əldə etdiyi uğurlarında
valideynlərinə borclu olduğunu düşünən Aydan Həsənovanın arzusu da elə
valideynlərinə layiq övlad və Vətəninə layiq vətəndaş olmaqdır. Musiqiyə dərin
marağı olmasına baxmayaraq hüquqşünas olmaq istəyir. Yüksəklərə qalxmaq, öz
ayaqları üzərində qalmağı bacaran bir xanım olmaq arzusundadır.
3 марта 2016 г.
İbrahimov Hüseyn Rəhman oğlu
İbrahimov Hüseyn Rəhman oğlu
1999-çu il 03 dekabrda Bakı şəhərində
anadan olub. Təhsilə 196 saylı tam orta məktəbdə başlayıb və hazirda orda
oxuyur.Valideyinlərinin sözlərinə görə uşaqlıqdan sakit uşaq olub. Maraqları
uşaq oyuncaqları ilə oynamaq olub.Məşquliyyətləri isə televiziyadan çizgi filmlərini
izləmək,gördüyu çizgi filmlərinin personajlarının şəklini çəkmək olub. Musiqi
alətlərində ifa etməyi də xoşlayır. Məktəbə qədər yazıb-oxumağı müəyyən qədər
bilirdi və bunları valideyinləri tərəfindən öyrənmişdi. İstedadı ilə bağlı
maraq Hüseyndə dörd-beş yaşından bəri
yaranıb.Rəsm çəkmək marağı atası tərəfindən irəli gəlib. Dərslərini yaxşı
oxuyur və ən sevimli fənnləri biologiya,kimya,fizika,astronomiya və
riyaziyyatdır.Əsasən məktəb tədbirlərində fəal iştirak edib.Bu tədbirlərdə əsas rolu rəsm çəkmək olub. Həyatında ən
maraqlı gün 9 may 2014-çü ildə Gül bayramına həsr olunmuş tədbirdə iştirak etmək olub. 30.05.2014-çü ildə Mədəniyyət
Sarayının diplomu ilə təltif olunub. 18.01.2016-cı ildə Tarix muzeyində keçirilən
“Qanlı Yanvar” tədbirində iştirak edib.
Rəsm çəkərkən “CBC” kanalı tərəfindən “Xəbərlər” verilişinə lentə alinib. Əldə
etdiyi üğur və nailiyyətlərə görə özünü valideyinlərinə və müəllimələrinə
borclu sayır.Xüsusən də Hövsan qəsəbəsi Mədəniyyət evində çalışan Fərzulla müəllimə
borclu.Rəssamlıq fəaliyyətində Leonardo
da Vinçiyə oxşamaq istəyir. Gələcəkdə xalq tərəfindən sevilən gözəl bir rəssam
olmaq istəyir. Əlinə fırça alandan bu fikirlə yaşayır. Asudə vaxtlarında rəsm çəkməyi,bədii
giraəti və fortepianoda ifa etməyi xoşlayır. Rəssamlıqda portret janrına daha
çox üstünlük verir.Gələcəkdə İncəsənət Akademiyasına daxil olmaq istəyir.Tarixin
yaddşılnda əsərləri bir cox dünya ölkələrində
tanınan və dəyər verilən bir rəssam kimi qalmaq istəyir.
Подписаться на:
Сообщения (Atom)