elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 декабря 2016 г.

Səfərov Nadir Müşfiq oğlu

Dünyanın ən mükəmməl məktəbi həyatdır, ondan öyrənilən əsas dərs isə zəhmət və çalışqanlıqdır. Bunu erkən yaşlarından dərk edənlər həyatda öz layiqli yerini tutur. Bu gün sizi tanış edəcəyimiz savadlı, ağıllı şagirdlərdən biri də Nadir Səfərovdur. Nadirin təhsilə verdiyi dəyər sanki A.Bertenin bu sözləri ilə üst-üstə düşür: "Elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb, həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur."
Səfərov Nadir Müşfiq oğlu 2 sentyabr 2000-ci ildə Bakı şəhərində haqqa və ədalətə xidmət edən hüquqşünas ailəsində dünyaya gəlib. Deyirlər ki, gen dediyini heç nə demir. Bəlkə onun dərin düşüncəli parlaq zəkası, zəngin daxili aləmi, hərtərəfli inkişaf etmiş intellektuallığı, səviyyəli və mədəni davranışı, yüksək əxlaqi cəhətləri, səmimiyyəti, istedadlı və bacarıqlı, savadlı olması, babalarından, hüquqşünas atasından, sözün tam mənası ilə əsl insan, gözəl pedaqoq anasından keçib. Şübhəsiz ki, bu belədir.
Körpəlikdən tez yeriməyə başlayan və tez dil açan Nadir, 5 yaşından anasının köməyi ilə oxuyub yazmağı öyrənmişdir. Birinci və ikinci siniflərdə oxuyarkən proqramı mükəmməl bilən Nadir yoldaşlarına mane olmasın deyə müəllimlər onu partada tək oturtmağa çalışırdılar.
Uşaqlıqdan ətraf mühitə marağı böyük olub, o böyüdükcə bu maraq onun istedadını üzə çıxarıb. Ona alınan oyuncaqları oynamaq həvəsindən daha çox, oyuncaqları söküb nədən ibarət olduğunu, hansı funksiyaları daşıdığını öyrənmək həvəsi vardı. Sonra isə həmin oyuncaqları yenidən özü yığırdı.
ERA Tam Orta Ümumtəhsil məktəbinin əsas təhsilini qırmızı şəhadətnamə ilə bitirən Nadir, hal-hazırda qızıl medala namizəd XI sinif şagirdidir. Dərslərini əla oxuyan Nadirin ən çox sevdiyi fənlər riyaziyyat və coğrafiyadır. Beşinci sinifdən başlayaraq bu günədək məktəbdə keçirilən bütün tədbirlərin aparıcısı olub. Gözəl dil qabiliyyətinə malik olan Nadir əsl natiqdir. Azərbaycan dili, Riyaziyyat, Coğrafiya fənləri üzrə yarışmalarda qalib gəlib. Həmçinin yaxşı şahmat oynayır.
Ağır təbiətli olduğu qədər də xeyirxah və ədalətli, sadə və təvazökardır. Xarici görünüşü, qədd-qaməti çox sevdiyi və mütəmadi məşğul olduğu idmanla bağlıdır. Sinif yoldaşları və müəllim kollektivi ilə gözəl ünsiyyət qurmağı, mehribanlığı onu hamıdan fərqləndirir.
Hal-hazırda yazıçılıqla məşğul olmaq istəyən Nadirin bu istəyinin bünövrəsinin V, VI, VII siniflərdə oxuyarkən Xəzər Televiziyasında yayımlanan "Aramızda qalsın" serialında rol alması ilə qoyulduğu ehtimal edilir. Serialda Firuz rolunu canlandıran Nadirin üç illik teleserial çəkimi ərəfəsində istedadını necə ortaya qoyması ilə bağlı "Bona Monti" jurnalında ətraflı məlumat verilmişdir.

Nadirin arzusu yazıçı olmaq, xaricdə təhsil almaq və deputat olmaqdır. Ümidvarıq ki, o, yüksək bacarıq və istedadı sayəsində bu arzularını həyata keçirəcək. Əminik ki, gələcəkdə vətəni, xalqı üçün dəyərli övlad, nümunəvi vətəndaş olacaq. Onunla hamı fəxr edəcək. Çünki məqsədinə nail olmaq üçün lazım olan möhkəm iradə, dərin bilik, düşüncə, güclü  məntiq Nadirdə var. Xalqına, vətəninə çox bağlıdır. İnanırıq ki, bu üstünlüklərə malik olan Nadir nəinki gələcəkdə oxşamaq istədiyi babalarının, minnətdar olduğu valideynlərinin, müəllimlərinin, həmçinin bütün Azərbaycan xalqının etimadını doğruldacaq.

Комментариев нет:

Отправить комментарий