Gələcəyin diplomatı Əsgərli Müjdə Nur Arzuman qızı
07.06.1996-cı ildə Bakı şəhərində anadan olub. Təhsilinə 246 nömrəli məktəbdə
başlayıb, sonralar İntellekt özəl təhsil müəssisəsində, Western Junior məktəbində
və 83 nömrəli məktəb-liseyində təhsilini başa vurub. Hazırda Azərbaycan Dövlət
İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin ikinci
kurs tələbəsidir. Müjdə Nur Azərbaycan, rus və ingilis dilini əla bilir fransız
dilini isə öyrənir. Aktiv və məsuliyyətli
tələbə olduğu kimi eyni zamanda
savadlı tələbə olması ilə də fərqlənir və əlaçı təqaüdü alır. Sevimli fənni
ingilis dilidir. 2011-2012-ci illərdə Binəqədi rayonunda ingilis dili üzrə fənn
olimpiadalarında I yerin qalibi olduğu üçün diplom və fəxri fərmanlarla təltif
olunmuşdur. Dövlət İqtisad Universitetində “Nə? Harada? Nə zaman?” həftəlik
yarışlarında iştirak edir. Hazırda iştirak etdiyi komanda yarışlarının lideri
olan Müjdə Nur hər zaman öz komandasına uğur qazandırır və onun komandası bu yarışların qalibi olmuşdur.
Formula-1 yarışlarında könüllü kimi iştirak edib, bununla da öz aktivliyini isbat etmişdir.Gənc diplamat əldə etdiyi uğurlara görə ADA Universitetində Akademik və Peşəkar Məqsədlər üzrə ingilis dili proqramında müəllim işləyən xalası Səbinə Hüseynovaya özünü borclu bilir və gələcəkdə əməksevərliyinə görə ona oxşamaq istəyir. Gələcəkdə Azərbaycanı Birləşmiş Millətlər Təşkilatında təmsil etmək məqsədi var.
Formula-1 yarışlarında könüllü kimi iştirak edib, bununla da öz aktivliyini isbat etmişdir.Gənc diplamat əldə etdiyi uğurlara görə ADA Universitetində Akademik və Peşəkar Məqsədlər üzrə ingilis dili proqramında müəllim işləyən xalası Səbinə Hüseynovaya özünü borclu bilir və gələcəkdə əməksevərliyinə görə ona oxşamaq istəyir. Gələcəkdə Azərbaycanı Birləşmiş Millətlər Təşkilatında təmsil etmək məqsədi var.
Diplomat olmaq arzusu isə məktəb illərindən Milli Məclisinin
deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın uğurlu ictimai-siyasi fəaliyyətini izləməsindən irəli gəlmişdir.
Müjdə Nur boş zamanlarını dünya ədəbiyyatını
oxumaqla və psixologiya ilə araşdırmalarla keçirir.Gələcək planlari təhsilini
tam başa vurmaq və Heydər Əliyev Fondunda və ya Xarici İşlər nazirliyində əmək
fəaliyyətinə başlamaq üçün müsabiqələrdə iştirak etməkdir. Vailieynlərinin sözlərinə
görə körpə yaşlarından SSRİ dövründə çəkilmiş cizgi filimlərinə baxmağa hədsiz
maraq göstərib.
Ailədə Azərbaycan dilində danışılmasına baxmayaraq
atasının aldığı rus dilində cizgi filimləri disklərinə baxmaqla beş yaşına qədər
rus dilini tam öyrənmiş, ləhcəsiz danışmışdır.
Biz də gələcəyin diplomatına məqsədlərinə
çatmagı arzu edirik.
Комментариев нет:
Отправить комментарий