Bu dəfə ki, müsahibimiz Mehdiyevlər ailəsinin
ilk övladı olan Mehdiyeva Aydan Mənsur qızıdır. Aydan aprel ayının 6-sı 2008 –
ci ildə Bakı şəhəri Abşeron rayonu Xırdalan
şəhərində anadan olub. Aydan
sevimli, gülərüz, ünsiyyətcil və nümunəvi bir övlad olub. Dostları və
ailənin kiçik qızı olan bacısı Rəhimə ilə
hər zaman mehriban münasibətdə olur. Müsahibimizin
kiçik yaşlarından nağıl və hekayələrə böyük marağı olub. Maraqlı kitablar
oxumağı, yeni məlumatlar əldə etməyi çox sevir. Məktəbəqədər yaş dövründən etibarən Aydanın yazıb – oxumağa marağı
olmuşdur. Valideyinlərinin köməyi ilə məktəbə getməmişdən qabaq artıq yazıb –
oxumağı və hesab əməllərini öyrənmişdir.
Təhsilə ilk addımlarını isə Xırdalan şəhəri 1
N-li tam orta məktəbdə başlamışdır. Hal – hazırda 1 N-li məktəbin 3 Ə sinfində təhsilini davam etdirir. Bacısı Rəhimə
ilə eyni sinifdə oxuyur. Bir–birilərinə hər zaman dəstək olurlar. Hər ikisi sinfin
əlaçı şagirdlərindəndir. Aydan müəlliməsinin də sevimli şagirdidir. Ən sevimli
fənni isə ingilis dilidir. Aydanın arzusu gələcəkdə sinif rəhbəri Sara Bəylərova
kimi işini sevən, gələcək nəsilləri bilikləndirən bir müəllimə olmaqdır. Valideyinləri Kəmalə xanım və Mənsur bəy də övladlarının yaxşı təhsil və tərbiyə alıb
, vətənimizə və cəmiyyətimizə layiqli vətəndaşlar olması üçün əllərindən gələni
edirlər.
Vaxtını heç vaxt boş keçirmək tərəfdarı
deyil. Asudə vaxtlarını hər zaman səmərəli keçirməyə çalışır. Kitab oxumağı və
musiqi dinləməyi çox sevir. Görkəmli bəstəkarların həyat və fəaliyyəti haqıında
maraqlanır. Ən sevdiyi musiqi isə Rəşid Behbudovun ifasında “Uzun Gecələr” mahnısının
vurğunudur.
Aydana gələcək həyatında uğurlar arzu edirik,
uğurlu fəaliyyətinin davamlı olmağını arzulayırıq. Yolun açıq olsun, səsin zirvədən
gəlsin !