Həsənzadə Zara Zamiq qızı 2 sentyabr 2006-cı ildə
Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə çox həssas, sakit uşaq olub. Hələ
kiçik yaşlarından yazıya, rəsmə, şeirə marağı böyük olub. Məktəb illərindən öncə
gözəl rəsmlər çəkib, anasının ona oxuduğu nağılları sevib. Sakit təbiətli, təkbaşına
oynamağı sevən Zara cizgi filmi izləməyi çox xoşlayıb. Balacalıqdan heyvanlara
xüsusi qayğı ilə yanaşıb. Məktəb yaşına qədər yazıb-oxumağı bacarıb. I sinfə
gedəndə dərs proqramını tam bilib.
I sinfə 91 №-li orta məktəbdə gedib. Hazırda təhdilini
43 saylı məktəbdə davam etdirir. Riyaziyyat, Azərbaycan tarixi, Azərbaycan dili
və ədəbiyyatı, ingilis dili sevimli fənləridir. Zara yaxşı təhsil almasında
ibtidai sinif müəllimi Məsmayə Rəhimovaya hər zaman minnətdar olacağını
bildirdi. Evdə də ata-anası tərəfindən ciddi olaraq dərslərinə hazırlaşdırılan
Zara davamlı olaraq əlaçı olur. Təhsildə əldə etdiyi uğurlara, eyni zamanda məktəbdə
keçirilən təsbirlərdə fəal iştirakına görə 2014, 2015 və 2016-cı ildə dalbadal
3 dəfə tərifnamə ilə təltif olunub.
Zara “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq
Olimpiadasının qaliblərindən olub. Onun gözəl və mənalı inşa yazmaq qabiliyyəti
var. İstənilən mövzuda çox gözəl inşalar yazır. Bu istedad ona anasından,
riyaziyyat sahəsinə maraq isə atasından keçib. III sinifdən həkim olmaq qərarına
gəlib.
Asudə vaxtında kitab oxuyur. Azərbaycanın tarixi,
musiqisi, incəsənəti ilə maraqlanır. Məktəbin bütün tədbirlərində yaxından
iştirak edən Zara müxtəlif tədbirlərdə şeirlər söyləyib, açıq dərslərdə fəal
iştirak ilə müəllimlərin tərifini qazanmışdır.
Zara bütün müəllimlərini sevir, əldə etdiyi hər
nailiyyətə görə onlara minnətdardır. Valideynlərinin əziyyətini isə ömür boyu
unutmayacağını deyir. Bu gün üçün əsas məqsədinin ali məktəbə qəbul olmaq,
savadı və məharətiylə seçilən həkim olmaq olan balaca qəhrəmanımız Az.TV-nin “Dərsdən
sonra”, Mədəniyyət telekanalının “Təhsil və tərəqqi” verilişlərində də çıxış
edib.
Vətəni, milləti üçün xeyirli işlər görmək istəyir.
Ən böyük arzusu ali təhsil alıb, vətəni üçün layiqli vətəndaş olmaqdır.
Uğurlar sənə!
Комментариев нет:
Отправить комментарий