Əlizadə Səbuhi İlham oğlu 22 sentyabr 2007-ci ildə
Füzuli rayonu Horadiz qəsəbəsində dünyaya gözlərini açıb. Əliyevlər ailəsinin
ikinci övladıdır. Uşaqlıqda sakit və gülərüz birisi olan Səbuhi, qardaşı və
dostları ilə hər zaman yaxşı münasibətdə olub.
Oyuncaq və əşyaların detalları ilə oynamağı, onları təmir etməyi, söküb
yenidən yığmayı çox sevirdi. Məktəbəqədər dövrdən başlayaraq anası Kəmalə
xanımın köməyi ilə oxumağı və yazmağı öyrənmişdir. Təhsilə başladığı ilk məktəb Bakı şəhəri
N.Fərəczadə adına 100 N-li tam orta məktəbdir. Sinfin əlaçı şagirdlərindəndir.
Ən sevdiyi fənn riyaziyyatdır. Hal-hazırda ibtidai təhsili uğurla başa vurmaq
üçün çalışır. Sinfin fəal şagirdlərindən olan Səbuhi tədbirlərdə yaxından
iştirak edir. “Yeni il” və “Novruz” şənliklərində rol almışdır. Ən yadda qalan günlərdən birisi isə bilik
yarışmasında təltifnamə almasıdır. Səbuhi
həyatda və təhsildəki uğurlarına görə ailəsinə və sevimli müəlliməsi Rahimə müəlliməyə
borclu olduğunu bildirir. Övladlarının gələcəyi, vətənimizə və dövlətimizə
layiqli şəxsiyyətlər olması üçün İlham bəy və Kəmalə xanım əllərindən gələni əsirgəmirlər.
Böyük qardaş olan Nəbi tərbiyəsi və zəkası ilə
Səbuhi üçün hər zaman ən gözəl nümunədir. Artıq təhsilini Türkiyə
Cümhuriyyətində davam etdirəcək olan Nəbi qardaşına nümunə olmağa davam edir. Gənc
istedadımızın gələcəkdəki hədəfi məktəbi
əla qiymətlərlə bitirmək və həkim ixtisasına yiyələnməkdir. 9 yaşında olandan
artıq o bu fikrə düşüb. Səbəbi isə insanlara yardım edə bilməkdir. Asudə
vaxtlarında ailəsi ilə birgə zaman
keçirməyi, kitab oxumağı və futbol oynamağı çox sevir. Musiqi dinləməyi, bəstəkarlar
və görkəmli sənətkarların həyat və yaradıcılığı ilə maraqlanır. Səbuhinin
gələcəkdəki hədəfi isə Tibb
Universitetini müvəffəqiyyətlə bitirib həkim kimi fəaliyyət göstərməkdir. Müsahibimizə yolun hər zaman açıq olsun
deyirik. Səsin zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий