Dilbər gənc ailənin ilk övladı, ilk sevinci olub.
Körpəlikdə çox nadinc, ağlağan olan Dilbər oyuncaqları ilə tək oynamağı çox sevərdi.
Gəlinciklərinə paltar geyindirməyi, saçlarını darayıb onlarla söhbət etmək ən
çox xoşladığı məşğuliyyət idi. Cizgi filmlərinə baxmağı da çox sevərdi. Hazırda
Dilbər sakit təbiətli, bacısı Əsmər və qardaşı Nurlan ilə mehriban davranan,
çox danışmağı xoşlamayan, müəllimlərin sevimlisinə çevrilən bir qızdır. Məktəbə
getməmişdən əvvəl gələcək müəllimi Fərqanə xanımın yanında hazırlıqla məşğul
olub. Həmin vaxtdan onda müəlliminə qarşı böyük bir məhəbbət yaranıb.
Dilbər məktəbə getdiyi andan, yeddi yaşından rəsm çəkməyi
çox sevib. Rəsm albomu və rəngli karandaşlar ən çox sevdiyi əşyalar idi. Hazırda
Dilbər rəsm dərnəyinə gedir.
Dilbər dərslərini yaxşı oxuyur, sevimli fənləri ana
dili və rəsmdir. 239 saylı məktəbdə keçirilən Yeni il və Novruz bayramı şənliklərində
fəal iştirak edib. Yeni il şənliyində gözəl şeirlər söyləyib. Novruz bayramında
isə şeir deməklə bərabər gözəl rəqs edib. Həyatında ən maraqlı hadisə Accessbank
tərəfindən keçirilən rəsm müsabiqəsində iştirak etməsi olub. Dilbər “Mənim şəhərim”
adlı bu müsabiqədə 200 nəfər şagird arasında III yerə layiq görüldü və diplomla
təltif olundu.
Dilbər rəsm çəkməyi ona mükəmməl öyrədən Aytac müəllimə
oxşamaq istəyir. O məktəbə gedəndən tanınmış rəssam və şair, eyni zamanda savadlı
və bacarıqlı müəllim olmaq fikrinə düşüb. Hazırda onun ən ümdə məqsədi məktəbi əla
qiymətlərlə bitirmək və ali məktəbə qəbul olmaqdır.
Asudə vaxtlarında şeir yazmağı, kitab oxumağı və Azərbaycan
filmlərini izləməyi xoşlayır.
Mənim gözəl anam
Odur məni böyüdən,
Odur həyatın adı,
O, mənim gözəl anam,
Odur mənim bəzəyim.
Uşaqlıqda anam mənə,
Gözəl-gözəl laylay deyib.
Mənə baxıb, məni sevib,
Mənim gözəl-göyçək anam.
Mən onu unutmaram,
Ona kömək edərəm,
Çünki vaxtında mənim,
O, qayğıma qalıbdır.
Mənim zəhmətkeş atam
Biz səni çox sevirik,
Mənim mehriban atam.
İşdən qayıtmağını,
Həsrətlə gözləyirik,
Mənim zəhmətkeş atam.
İşləyirsən hər gün sən,
Bizi böyütmək üçün,
Heç dincəlməyirsən,
Mənim zəhmətheş atam.
Allahdan istəyirik,
Həmişə köməyin olsun,
Şər qüvvədən qorusun,
Mənim zəhmətkeş atam.
Üzü nurlu müəlliməm
Sən çox mehribansan,
Sən çox gülərüzsən,
Sən çox biliklisən,
Üzü nurlu müəllimim.
Yazmağı,oxumağı,
Öyrədirsən bizə sən.
Biz səni çox sevirik,
Üzü nurlu müəllimim.
Bizi öyrətmək üçün,
Çox əziyyət çəkirsən,
Biz səni unutmarıq,
Üzü nurlu müəllimim.
Qızılgül
Bir gül gördüm bağçada,
Doymaq olmur iyindən.
Axı iyi gözəldir,
Necə doyaq iyindən?
Bəs görəsən o gülün,
Adı nədir bilirsiz?
O, gözəl iyli gülün,
Adı gözəl qızılgül.
Həm də iylə bərabər,
Özü də çox gözəldir.
Bir sözlə deyim ki, mən
Onu mənlə bərabər,
Dünyada hamı sevir.
halaldi bu balaya... insallah sen 1ci yere cixarsan :)
ОтветитьУдалить