Şəms günəş deməkdir. Bu adı ona nənəsi qoymuşdur. İstəmişdir ki, Şəmsin həyatı günəş kimi daim işıqlı və nurlu olsun. Şəms nağılları sevər və bu nağılları çox zaman dəyişərək, öz istədiyi tərzdə danışmağı xoşlayardı. Hələ kiçik yaşlarından təbiəti çox sevərdi. Çiçək toplamaq, bitkilərə qulluq etmək onun sevimli məşğuliyyəti idi. Təəssüratlarını rəngli qələmləri ilə rəsm albomunda qeyd edirdi. Şəmsin musiqiyə də marağı var idi. Anası ona fortepianoda çalmağı öyrətmişdi. Məktəbə gedənə qədər anası ona hərfləri, oxumağı, hesablamağı öyrətmişdi. Şəms müxtəlif mahnılar, Azərbaycan, rus və ingilis dillərində kiçik həcmli şeirlər söyləyirdi.
Məktəbə getdikdən sonra Şəms təhsilə xüsusi maraq göstərirdi. O, dərs əlaçısı, sinif nümayəndəsi idi. Məktəbdə keçirilən şeir müsabiqələrində iştirak edirdi. Lakin riyaziyyat və təbiət fənləri onu daha da çox maraqlandırırdı. Nənə və babası riyaziyyatçı olduqları üçün onun bu həvəsini daha da çox hiss etmişdirlər.
Şəms Ceyhun qızı Abdullayeva 1994-cü il iyulun 16-da Gəncə şəhərində anadan olmuşdur. 2001-ci il sentyabrın 15-də Bakı şəhər Sabunçu rayonundakı 192 saylı orta məktəbin I sinfinə getmişdir. Kimya-Biologiya Təmayüllü liseyin şagirdidir.
Dərslərini yaxşı oxuyur. Ən sevimli fənni biologiya və riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Şeir müsabiqələrində şeir söyləmiş, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədər keçirilmiş mərasimlərdə kiçik səhnəciklərdə müəyyən rol ifa edib. Müəllim və sinif yoldaşları ilə şəhidlər xiyabanını ziyarət etmiş, muzeylərdə olub. Məktəbin təşkil etdiyi Nəbatat bağına gəzintidə iştirak edib. Ona elə gəlir ki, məktəbdə keçirilən hər bir gün maraqlıdır. Uğurlu gün isə, biliyin əla qiymətləndirildiyi gündür.
O, biologiya fənnini çox sevir. Bu fənn üzrə keçirilən bütün tədbirlərdə, olimpiadalarda iştirak edərək bu il keçirilən olimpiadada qalib olub. Bütün müfəvvəqiyyətləri üçün əsasən, müəllimlərinə borcludur. 192 saylı orta məktəbin biologiya müəllimi Afaq müəlliməyə, kimya-biologiya təmayüllü liseyin müəllimlərinə, onlara biologiya fənnini tədris edən Fəridə müəllimə, praktiki biologiya fənnini tədris edən Gülşən müəllimə çox sağ ol deyir. Onlar bu fənni ona daha da çox sevdirdilər.
O, gələcəkdə həkim olmaq arzusundadır. İnsanın sağlığı ən vacib məsələdir. Sağlamlığın keşiyində durmaq məsuliyyəti həkimlərin üzərinə düşür. O, bu məsuliyyəti daşımaq istərdi. O, asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda çalmağı xoşlayır. Bundan əlavə qardaşı Cavidanla məntiq üzrə müxtəlif test tapşırıqları üzərində çalışırlar. O, təbiət qoynunda olmağı xoşlayır. Mümkün qədər valideynləri ilə dəniz kənarına gedirlər.
İncəsənətin hər bir sahəsi maraqlıdır. O, rəsm sərgilərini ümumiyyətlə, rəssamlıq sənətini daha çox sevir. Vaxtı olduqca rəsm çəkməyi xoşlayır.
O, xoşbəxtliyi mümkün olan arzulara çatmaqda görür. Tibb universitetinə daxil olub, təhsilini dünyanın məşhur universitetlərində davam etdirmək onun arzusudur. Bu arzuya çatmaq isə özündən aslıdır. Demək bir daha məsuliyyətlə, əzmlə oxumalı, biliklərini hər zaman möhkəmlətməlidir.
O, öz fəaliyyitəndən razıdır. Onun ilk uğuru imtahan verib kimya-biologiya təmayüllü liseyə qəbul olmağıdır. Bu onun həyatında imtahan idi və imtahandan müvəffəqiyyətlə çıxdı. Bunun üçün o, öz valideynlərinə və müəllimlərinə minnətdardır. O, özünü həmin vaxt çox xoşbəxt hiss edirdi. Sevinirdi, çünki yaxşı bal toplayaraq bu liseyin şagirdi adını qazanmışdı.
Valideynləri onu həkim kimi görmək istərdi. Şəxsiyyət kimi tarixin yaddaşında qalmaq, onun fikrincə hər bir istedadlı gəncin arzusudur. Bu arzuya çatmaq üçün isə elmi biliklərə yiyələnmək, daim çalışmaq lazımdır.
Комментариев нет:
Отправить комментарий