Əlizadə Səlma Nəsimi qızı 14 iyul 2008-ci ildə Bakı şəhərində anadan olub. Səlma körpəlikdə çox hərəkətli, heç nədən qorxmayan, düşdüyü hər bir mühitə tezliklə uyğunlaşan və yaşıdları ilə asanlıqla ünsiyyət qurmağı bacaran bir uşaq olub. O, heyvanları çox sevir. Əsasən də pişiklərə böyük marağı var. Heyvanlarla oynamaq ona rahatlıq və hüzur verir. Məktəbə gedənə qədər Səlma yazmağı və oxumağı öz-özünə öyrənmişdi. Hətta məktəbə gedəndə vurma cədvəlini belə əzbərdən deyə bilirdi. Onun istedadı 3 yaşı olan zaman ailəsi tərəfindən müşahidə olunub. Yaşının çox az olmasına baxmayaraq rəsm dəftərində cızma qaralar edirdi. Şəkil şəkməyə qarşı sevgisinin və həvəsinin günü-gündən çoxaldığını görən ailəsi onu rəsmə yazdıraraq, Xanım müəllimə həvalə etdilər. Daha sonra isə fərqli kurslara qatıldı. Eyni zamanda Səlmanın çox gözəl piano çalma qabiliyyəti də var.
Səlma Yasamal rayonu 53 №-li tam orta məktəbdə təhsil alır. Məktəbin ən istedadlı, qabaqcıl şagirdlərindən biridir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, ingilis dili və həyat bilgisidir. Səlmanın bu fənləri sevib, üstünlük verməkdə məqsədi lazimi bilgilərin əldə edilə bilinməsidir. Bağçada tədris alarkən Azərbaycan telekanallarının birində yayımlanan serialın bir bölümündə şeir deməsi nümayiş olunub. Məktəbə başladıqdan sonra isə bütün tədbirlərdə iştirak edib. Hər il əlaçı olduğuna görə fəxri fərmanla təltif olunur. 26 fevral Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisində Səlmanın iki rəsmi fəxri fərmana layiq görülüb.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bildirir. Onun ən böyük dəstəkçisi və arxa-dayağı ailəsidir. Səlma gələcəkdə həkim olmaq arzusundadır. Eyni zamanda ingilis dilinə marağı böyükdür.
Asudə vaxtlarında şahmat oynamağı, piano çalmağı və kitab oxumağı çox sevir. Səlmanın ən böyük arzusu məktəbi əla qiymətlərlə bitirərək təhsilini Türkiyə Respublikasında almaqdır.
Комментариев нет:
Отправить комментарий