elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 июня 2015 г.

Atakişiyev Bəxtiyar Əjdər oğlu

Atakişiyev Bəxtiyar Əjdər oğlu 19 dekabr 2002-ci ildə Ağsu rayonunun Hacman kəndində anadan olub. Bəxtiyar körpəlikdə çox sakit və ağıllı oğlan olub. Ətrafda baş verən hadisələri dərk etdiyi gündən onu maraqlandıran şeylərlə bağlı valideynlərinə suallar verər, cavablar onu qane etməyənə qədər əl çəkməzdi. Atla gəzməyi xoşlayırdı, həmçinin müxtəlif ot bitkilərini toplayaraq, adlarını öyrənməyə çalışırdı. Uşaq yaşlarından bəri ciddi, ətrafındakılara diqqət yetirən bir oğlandır. Çox gülməyi sevmir.
Məktəbə getməmişdən əvvəl onun təhsili ilə bağlı maraqlanan olmayıb. Lakin öz yaşıdlarından fərqli olduğunu görən valideynləri onu hələ 6 yaşı tamam olmamış məktəbə yönləndiriblər. Bu, yaşına görə ona çətin olsa da, məktəbdə ona verilən sualları düzgün cavablandıra bilib. Yazmağı və oxumağı məktəbdə öyrənib. Sinifdə yaşca ən balaca şagird Bəxtiyar olsa da dərsləri sinifdə digərlərinə nisbətən daha yaxşı qavrayırdı.Ona verilən şeiri bir dəfə oxumaq kifayət edirdi ki, onu əzbərləsin. Ən sevimli fənni riyaziyyatdır.
Elm dünyasına ilk addımı 5 saylı peşə liseyində atıb, lakin hal-hazırda Qobu qəsəbəsi Qəzənfər Xalıqov adına 1 saylı orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur. Dəqiq elmlərə qarşı xüsusilə maraqlı olan Bəxtiyar riyaziyyat, fizika, kimya fənnlərini daha çox sevir. Məktəbdə keçirilən tədbirlərdə də iştirak edən Bəxtiyar Novruz şənliyində və digər şənliklərdə “Çobanlar”, “Qoçəli” rəqsləri ilə çıxış edib. “Söz inciləri” adlanan tədbirdə də əkinçi rolunda iştirak edib. Yeni il şənliyində dəniz qulduru rolunda çıxış edib. Həmçinin məktəbdə keçirilən idman yarışlarında da çox fəal iştirak edir.
Bəxtiyar, həm riyaziyyat, həm də fiziki tərbiyə dərsləri üzrə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə tərifnamələr alıb. İlk dəfə 4-cü sinifdə oxuyanda riyaziyyat fənni üzrə, daha sonra isə 5-ci sinifdə oxuyanda fiziki tərbiyə dərsi üzrə tərifnamə alıb. 7-ci sinifdə oxuyanda da riyaziyyat fənnindən fəxri fərmana layiq görülüb.
Bəxtiyar fəaliyyətindən dolayı əldə etdiyi uğurlara görə müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Xüsusilə də onun təhsili ilə anası maraqlandığı üçün anasına minnətdarlıq edir.
Bəxtiyar gələcəkdə polis olmaq istəyir. Əvvəllər rejissor olmaq istəsə də, sonradan insanları düzgün yola yönəltmək üçün, əmin-amanlıq yaratmaq üçün belə qərar verib ki, polis olsun.
Bəxtiyar boş vaxtlarında dünya ədəbiyyatının nümunələrinə üz tutur, həmçinin heyvanlar aləmindən bəhs edən sənədli filmlərə baxır. Sinif yoldaşları ilə vaxtaşırı görüşüb birlikdə futbol oynamağı da sevir. Həmçinin şahmat oynayır.
İncəsənət sahəsinə marağı az deyil. Rəsm çəkməyi xoşlayır. Mənzərə şəkillərinə daha çox üstünlük verir.

Gələcəkdə xalqının firavanlığı uğrunda çalışan bir insan olmaq, ən yaxın zamanda Qarabağ torpaqlarını erməni hərbi dəstələrindən azad etməyi arzulayır. Vətənpərvər bir oğlan kimi yadda qalmaq istəyir.

Zeynalova Leyla Elnur qızı

Zeynalova Leyla Elnur qızı 19 aprel 2006-cı ildə Bakı şəhərində anadan olub. Leyla körpəlikdə ağıllı, amma çox ağlağan uşaq olub. Uşaq vaxtı harada bir yazı görsə özündən sözlər uydurar, sanki gördüklərini oxuyardı. Ən sevimli məşğuliyyəti isə şəkil çəkmək olub. Bu onda çox yaxşı alınardı.
Qəhrəmanımız məktəbə getməzdən əvvəl artıq yazmağı və oxumağı bacarırdı. Anası ona hətta rus dilində oxumağı öyrətmişdi. Özündən sözlər quraşdırar, ingilis dilində danışdığını zənn edərdi. Sonralar kursa da getməklə dil biliyini inkişaf etdirməyə başlayıb. Azərbaycan dilində oxumağı isə Leyla özü öyrənib. Televizorda xoşuna gələn, diqqətini cəlb edən bir şey olanda anasından orda nə yazıldığını soruşarmış, anası da ona izah edərmiş, beləcə hərfləri tanımağa və artıq özü yazıları oxumağa başlayıb. Körpəlikdən şəkil çəkməyə maraq göstərib. 2 yaşı olandan müxtəlif şəkillər çəkməyə başlayıb.
Orta məktəb həyatına 53 saylı orta məktəbdə start verib. Hal-hazırda da həmin məktəbin seçilən şagirdlərindəndir. Dərslərində əlaçıdır. Oxumağı, kitablarını çox sevir. Ən çox sevdiyi dərslər İngilis dili, rəsm və s.
Leyla üçün həyatının ən maraqlı günü doğum gününü qeyd etdiyi günlərdir. Çünki belə günlərdə çoxlu hədiyyələr alır. Daha bir maraqlı gün isə müəlliməsinin onu əlaçı olduğuna görə təltif etdiyi gündür.
Leyla qazandığı nailiyyətlərə görə anasına və müəllimələrinə borclu olduğunu deyir. Ən çox isə anasına minnətdarlıq edir. Gələcəkdə anası kimi olmaq istəyir.
Növbəti illər ərzində Leyla daha çox çalışıb yüksək zirvələri fəth etmək istəyir. Qarşısına məqsəd alan və yüksək hədəfləri olan qəhrəmanımız gələcəkdə stomatoloq olmaq istəyir. 2-ci sinifdə oxuyandan belə qərara alıb ki, gələcəkdə stomatoloq olacaq. Yaxşı oxuyub ali məktəbə qəbul olmaq ən böyük hədəfidir.
Leyla kitab oxumağı və rəsm çəkməyi çox xoşlayır. 5 yaşında olanda rəqs dərsləri alıb.  Pianoda ifa etməyi də çox xoşlayır. Piano kurslarına yazılmağı da düşünür.

Yaxşı insan kimi ətrafındakıların yaddaşında qalmaq istəyir.

Əhmədova Nəzrin Məmməd qızı


Əhmədova Nəzrin Məmməd qızı 27 iyun 2004-cü ildə anadan olub.
Nəzrin uşaq vaxtı çox sakit olub. Ağıllı baxışları var idi, anasına bağlı uşaq idi.
Oyuncaqları ilə səhnəcik qururdu, həkimlə xəstə səhnəciyi lap çox xoşuna gəlirdi, xəstələrə dərmanlar yazırdı.
Məktəbə gedənə qədər oxumağı və yazmağı bilirdi, bunu anasından öyrənmişdi.
Onun ağıllı danışığı, maraqlı baxışı 3 yaşından bəri hiss olunmağa başlayıb. Evə gələn zənglərə Nəzrin cavab verirdi, düzgün, səlis danışığına hamı heyran qalırdı.
Nəzrin hal-hazırda 53 saylı orta məktəbin şagirdidir. Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənlər Azərbaycan dili və ədəbiyyatdır.
Nəzrin tədbirlərdə də fəal iştirak edir. Şuşa tədbirində, Sabirin yaradıcılığına həsr edilmiş tədbirdə və Accses Bankın keçirdiyi oyunlarda iştirak edib, qalib olub pul mükafatı qazanıb.
Əldə etdiyi nailiyyətlərdən dolayı müəllimələrinə borclu olduğunu vurğulayır.
Ali təhsil almaq arzusu var. Jurnalistika fakultəsinə qəbul olmaq istəyir, səbəbi isə araşdırmalar aparmağı, müxtəlif məlumatlar toplamağı xoşlamasıdır.
Boş vaxtlarında piano çalmaq, şəkil çəkmək, anasına ev işlərində kömək olmağı xoşlayır.
Ədəbiyyat, şeir yazmaq, təsviri incəsənət onun maraq dünyasını təşkil edir.
Məktəbi yüksək qiymətlərlə bitirmək, ali məktəbə qəbul olmaq, doğma vətəninə layiqli bir insan olmaq istəyir.
Hacı Zeynalabdin Tağıyev kimi xeyrxah işlər görmək, insanlara əl tutmaq istəyir. Bu gözəl şəxsiyyətdən nümunə götürür.

Nəzrin hətta Space telekanalında yayımlanan uşaq verlişində də iştirak edib. 

Həsənli Riad Emil oğlu

Həsənli Riad Emil oğlu 27 aprel 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Riad çox özünəməxsus, ehtiyatlı uşaq olub. Bəzən valieynlərini öz sualları ilə təccüblənirdi. Riad hər kəsdən fərqli suallar verir, hadisələrin görünməyən tərəfini görmək araşdırmaq istəyirdi. Əyləşdiyi atraksionun motorundan, onun təhlükəsizlik dərəcəsinə qədər sual verib öyrənirdi. 3 yaşından hamı onun fərqli uşaq olduğunu söyləyirdi
Riadın ilk təhsil aldığı orta məktəb Həbibulla Hüseynov adına 83 saylı lisey olub. Hazırda da həmin məktəbdə təhsil alır. Riad dərslərini yaxşı oxuyur. Qısa vaxt ərzində öz zəkası, dərin düşüncəsi ilə məktəbdə müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilib. Riad məktəbin ictimai həyatında da mühüm rol oynayır. Tədbirlərdə öz bədii qiraət istedadını nümayiş etdirir.
Riad asudə vaxtlarında konstruktor quraşdırmağı xoşlayır. Rəsm sahəsinə uşaqlıqdan marağı var. Boş vaxtlarında gördüyü maraqlı mənzərələri öz fırçasıyla təsvir edir.
Hər kəs həyatda etiraf etməsə belə bir şəxsi öz idealına çevirir. Riad hər sahədə atasına bənzəmək istəyir. Riadın gələcək hədəfi ədalət keşikçisi- polis olmaqdır. O, bu peşənin uşaqlıqdan sahibi olmaq arzusundadır. Bu sahənin məsuliyyət tələb edən bir iş olduğunu Riad dərk edir və bu sahədə öz istəyinə çatmaq üçün əlindən gələni edəcək. Bu yolda o, orta məktəbi müvəffəqiyyətlə başa vurub, ali məktəbə qəbul olmalı və öz işinin peşəkarı olmaq üçün çalışmalıdır. Həmçinin Vətən borcunu-hərbi xidmətini uğurla başa vurmalıdır.

Biz də Riada gələcək fəaliyyətində uğurlar arzu edirik. Vətəninə, dövlətinə xeyirli bir övlad olacağına inanırıq! 

17 июня 2015 г.

Bəkirov Məhəmməd Möhvət oğlu

Bəkirov Məhəmməd Möhvət oğlu 16 fevral 2003-cü ildə Bakı şəhərində doğulub. Dəcəl uşaq olub. Hər şeyə maraq göstərib. Bağçada müəllimləri ona yazmağı-oxumağı öyrədib. Məktəbə gedəndə o artıq çox şeyi bilirdi.
Hazırda 104 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənn riyaziyyatdır. Məktəbdə təşkil olunan tədbirlərdə fəal iştirak edir, hər kəsin sevgisini qazanır. Rəqs etməyi çox sevir.
Qazandığı uğurlara görə özünü anasına borclu hiss edir. Çünki anası hər zaman ona doğru yol göstərib, can yandırıb.
Məhəmməd yalnız özü olmaq istəyir, heç kimə bənzəmək istəmir.
Gələcəkdə ən uca zirvəyə yüksəlib, incəsənətin rəqs qolunu daha da inkişaf etdirmək arzusundadı. Tanınmış rəqqas olub, Azərbaycanı bütün dünyada tanıtmaq istəyir.
Uğurlar sənə!

10 июня 2015 г.

Anar Asif oğlu Hacızadə

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Anar Asif oğlu Hacızadədir. Anar 29 sentyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Anar körpəlikdə sakit və utancaq uşaq olub. Əsas marağı maşınlara və əsgərlərə olub. Maşınlarla, topla futbol oynamağı çox xoşlayırdı. Anar məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona böyük qardaşı Ömər öyrətmişdir.
Anarın istedadı ilə bağlı maraq 8-9 yaşından özünü göstərmişdir. O, həmişə televizorda futbol oyunlarına baxır, uşaqları da futbol oynamağa çağırırdı.
Anar ilk təhsilini 88 saylı məktəbdə almışdır. Hazırda isə təhsilini humanitar fənlər təmayüllü liseydə 8-ci sinifdə davam etdiririr. Dərslərini çox yaxşı oxuyur.
Ən çox sevdiyi fənlər riyaziyyat, ingilis dili, azərbaycan dili və kimyadır. Anar
"English School" da keçirilən tədbirlərdə fəal iştirak etmiş, orada ingiliscə mahnı oxumuş və rəqs etmişdir. Anar həmin yarışda II yeri tutduğu və tərifnamə aldığı günü ən uğurlu gün hesab edir. Əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə borclu olduğunu düşünür. O, Qarabağın qapıçısı Şehiçə oxşamaq istəyir. Əsas hədəfi Avropa liqasında və çempionlar liqasında oynamaqdır. Anar futbolla məşğul olsa da bank işçisi olmaq istəyir.
Asudə vaxtlarında futbol oynayır və testlərini həll edir. Gələcəklə bağlı əsas planı məktəbi müvəffəqiyyətlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaq və anasının sevincini görməkdir. Arzusu, məqsədi böyük olan Anara biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

5 июня 2015 г.

Orxan Elnur oğlu Qarayev

Azərbaycanın seçilən gənc istedadlarından biri də Orxan Elnur oğlu Qarayevdir. Orxan 1999-cu il martın 1-də anadan olmuşdur. Valideynləri deyir ki o, körpəlikdə ağıllı  uşaq olub ,velosiped sürməyi xoşlayıb.  Orxan məktəbə gedənə qədər yazıb- oxumağı bilirdi. Oxuyub-yazmağı valideyni tərəfindən öyrənib. 
Səkkiz yaşından cudo-idman növüylə maraqlanıb. Orxan birinci sinfə Kürdəmir rayonu 5 saylı məktəbdə gedib, hazırda isə  Ağdam şəhəri 35 saylı məktəbdə təhsilini davam etdirir.Dərslərini orta qiymətlərlə oxuyur. Ən sevimli fənni riyaziyyatdır. O,məktəbdə keçirilən tədbirlərdə iştirak edib, müxtəlif tədbirlərdə fərqli rollarda  iştirak etmişdir. Orxan 2011-ci il noyabrın 19-20 də Ankarada cudo üzrə yarışda I yeri qazandığı günü ən uğurlu gün hesab edir.Orxan bir çox diplomlarla təltif olunmuşdur.
Belə ki;
Cudo güləşi üzrə yeniyetmələr arasında Sərhədçi olimpiya idman mərkəzinin birinciliyində 34 kq çəki dərəcəsində 1-ci yer
2010.04.03 Sərhədçi idman olimpiya mərkəzinin Cudo güləşi üzrə ümidlər arasında keçirdiyi birinciliyində 34 kq çəki dərəcəsində II yer tutduğuna görə
2011.02.27 Sərhədçi idman olimpiya mərkəzinin Cudo güləşi üzrə yeniyetmələr arasında keçirdiyi birinciliyində 42 çəki dərəcəsində 1-ci yer       
2011.04.03  cudo güləşi üzrə yeniyetmələr arasında Təhsil RİM Sumqayıt filialının birinciliyində 42 kq çəki dərəcəsində  3-cü yer
2011.04.16-17  milli qəhrəman  Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş  cudo üzrə Bərdə şəhər aşıq birinciliyində 42 kq çəkidə III yer
2011.05.08 tarixində Respublika Gününə həsr edilmiş yeniyetmələr arasında şəhərlərarası Cudo turnirində 46 çəki dərəcəsində 3-cü yer 2011.11.19-20  Gənclik ve Spor İl Müdürlüğünce  düzenlenen Ankara İller Arası JUDO Şampionası yarışmasında Altın medal
2011.12.25  Sərhədçi idman olimpiya mərkəzinin Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirdiyi birinciliyində 46 çəki dərəcəsində 3-cü yer
2012.04.31 Gənclik ve Spöor İL Müdürlüğünce düzenlenen Ankara iller arası Judo Şampionası yarışmasında 50 kq çəki üzrə qızıl medal
2012.12.01 Cudo güləşi üzrə yeniyetmələr arasında Sərhədçi olimpiya mərkəzinin birinciliyində 55 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. Orxan əldə etdiyi uğurlarına görə atasına borclu olduğunu hesab edir.
Orxanın gələcəklə bağlı arzusu biznesmen olmaqdır. O, asudə vaxtlarında idmanla məşğul olmağı xoşlayır. Əsas məqsədi isə olimpiya çempionu olmaqdır.
Arzusu, məqsədi böyük olan Orxana biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

2 июня 2015 г.

Elşən İsgəndər oğlu Mustafayev

Azərbaycanın gənc istedadlarından biri də Elşən İsgəndər oğlu Mustafayevdir. Elşən 22 aprel 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Elşən körpəlikdə çox sakit, musiqini xoşlayan bir uşaq olub.  Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi.  Ona yazıb-oxumağı anası öyrədib. İstedadı ilə bağlı maraq beş yaşından özünü göstərib. Elşən 99 saylı orta məktəbdə birinci sinfə daxil olub. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini çox yaxşı oxuyur. Müəllimlərinin və valideynlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənn isə riyaziyyatdır. Əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.  Elşən məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak edir.  O, sinif nümayəndəsi olduğu günü həyatında ən uğurlu gün hesab edir.
Elşənin əsas hədəfi orta məktəbi müvəffəqiyyətlə bitirib, ali məktəbə daxil olmaq və yaxşı bir iş sahibi olmaqdır.  İnsanlara kömək etmək üçün o, həkim olmaq istəyir. Elşən asudə vaxtlarında şeirə üstünlük verir. Gələcəkdə təhsilini xarici ölkədə almaq arzusundadır. Onun fikrincə tarixin yaddaşında qalmaq üçün tanınmış bir sənətkar olmalıdır.
Arzusu, məqsədi böyük olan Elşənə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.