elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 июля 2015 г.

Mehdiyev Əmrah Şücaət oğlu



Mehdiyev Əmrah Şücaət oğlu Naxçıvan MR Nehrəm kəndində anadan olmuşdur. İlk təhsilini Nehrəm kənd 1 saylı orta məktəbdə almış, hazırda Bakı şəhəri Binəqədi rayonundakı 314 saylı tam orta məktəbin IX sinfində təhsil alır. Dərslərində fəallığı və təhsilə böyük marağı ilə həmyaşıdlarlarından fərqlənir. Əmrahın fikricə, hər bir fənnin özünəməxsus gözəlliyi, dərinliyi vardır. Bu fənlərdən ən çox sevdikləri Azərbaycan dili, riyaziyyat, tarix, ədəbiyyat və ingilis dili fənləridir.
Əmrah məktəbin seçmə şagirdlərindən biridir. Məktəbdə və şəhədə keçirilən çoxlu sayda tədbirlərdə, elmi konfranslarda, iclaslarda və bayramlarda iştirak etmiş, bu tədbirlərdə rolları müxtəlif formada olub. Məsələn : məktəbdaxili və sinif tədbirlərində aparıcı və əsas rol kimi digər məktəbdənkənar tədbirlərdə isə tamaşaçı kimi iştirak etmişdir. Bu tədbirlərdən bir çoxu isə Əmrah üçün xüsusi əhəmiyyət kəsb edib,  yaddaşında xüsusi iz buraxıb. Çünki, bu tədbirlərdə fərqlənmə diplomları və sertifikatlar alıb, öz istedadını bir daha sübut etməyi bacarıb.
Məktəbin kimya fənnindən keçirlən olimpiadanın qalibi olmuş, fəxri fərmanla mükafatlandırılmışdır.
“Zəfər kursları” təşkil etdiyi imtahanın qalibi olub, həmin kursda ödənişsiz təhsil almaq imkanı əldə etmişdir.
www.shagird.az saytının təşkil etdiyi onlayn sınaq imtahının qalibi olmuş, Samsung Galaxy S5 mobil telefonunu qazanmışdır.
İstedad “ müsabiqəsinin qalibi olmuş, 200 manat pul mükafatı qazanmışdır.
TQDK-nın təşkil etdiyi “Fənlərin birliyi” olimpiadasının I turunun qalibi olmuş, qızıl diplom və 200 manat pul mükafatı qazanmışdır.
“Məktəbin ən yaxşı şagirdi” adına layiq görülmüş və bürünc kubokla təltif olunmuşdur.
İnternetdə fəaliyyət göstərən şagird portallarının birində təşkil olunmuş fənnlər üzrə imtahanın qalibi olmuş, 700 bal toplayaraq 260 AZN pul mükafatı qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 2” iştirak edərək, 700 bal toplamış və 150 AZN pul mükafatı qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 3” iştirak edərək, 700 bal toplayaraq Türkiyəyə 8 günlük səyahət imkanı qazanmışdır.
Təhsil Nazirliyinin təşkil etdiyi IX-X siniflər arası imtahanında 700 bal toplayaraq Qafqaz universitetində ödənişsiz təhsil almaq imkanı əldə etmişdir.
“Fənnlərin birliyi olimpiadası – 4” imtahanında 700 bal toplayaraq I yerin qalibi olmuş sertifikat və 500 AZN pul mükafatı qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 5” imtahanında 700 bal toplayaraq I yerin qalibi olmuş və Quba şəhərinə 2 günlük VIP gəzinti qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 6 ” imtahanında 685 bal toplayaraq V yerə layiq görülmüşdür.
“Fənnlərin birliyi olimpiadası – 7” imtahanında 700 bal toplayaraq “İlin ən yaxşı şagirdi” adına layiq görülmüş, diplom, qızıl hədiyyəsi və 360 AZN pul mükafatı qazanmışam.
 “Şəhərlər arası yekun fənnlərin birliyi olimpiadası – 8” 698 bal toplayaraq Bakı, Sumqayıt, Mingəçevir şəhərləri üzrə II yer, Binəqədi rayonu üzrə isə I yerin qalibi olub, qızıl diplom, 500 AZN pul mükafatı və İPHONE 6 plyus mobil telefonunu qazanmışdır.
Uğurlarına görə fərqlənmə diplomları və sertifatkaları, “İlin ən yaxşı və istedadlı şagirdi” adına layiq görülüb və Londona 15 günlük pulsuz gəzinti və təhsil əldə etmək şansı qazanmışdır.
İştirak etdiyi tədbirlər :
YAP Gənclər Təşkilatının keçirdiyi konfransda iştirak edib və qızıl diplomla təltif olunmuşdur.
 “Ölkəmizi tanıyaq “ layihəsində iştirak edərək Quba şəhərinə 4 gün 3 gecəlik səyahət əldə etmişdir.
Binəqədi rayonu Novruz şənliyi və təltifetmə mərasiminin iştirakçısı olaraq sertifikatla təltif olunmuşdur.
 “Təmiz Binəqədi” layihəsində iştirak etmiş, ağacəkmə aksiyalarında və başqa aksiyalarda iştirak edərək fərqlənmə diplomu almışdır.
 “İstedadlar müsabiqəsi”-də iştirak etmiş və “İstedadlı şagird” adına layiq görülmüşdür.
 “Aktyorlar günü”nə həsr olunmuş tədbirə Azərbaycan Dövlət Akademik Dram Teatrından dəvət almışdır.
 “Kimsəsiz qoclara yardım” aksiyasına qoşulmuşdur.
Mənim istedadım” layihəsində iştirak etmiş və 2015-ci ilin “Ən yaxşı və bacarıqlı şagirdi” adına layiq görülmüşdür.
 “Təmiz Binəqədi naminə gənclər formunun” iştirakçısı olub və sertfikata layiq görülmüşdür.
Əmrah Mehdiyev Təhsil Nazirliyinin keçirdiyi son 3 imtahanda 700 bal toplayaraq I yerə çıxıb,  mukafatlar qazanıb: "Sınaq imtahanı-1"-də 700 bal toplayaraq I yerə çıxmış və “2015ci-ilin ən yaxşı şagirdi” adına layiq görülmüşdür. "Sınaq imtahanı-2"-də 700 bal toplayaraq "Uğur Mükafatına" layiq görülmüşdür. Sınaq imtahanı yekun-3"-də 700 bal toplayaraq İstanbula 3 günlük tətil qazanmışdır.
Əmrah əldə etdiyi uğurlara görə əvvəlcə onu dünyaya gətirən nur üzlü anasına,  təhsili üçün əlindən gələni edən atasına və təhsilində ən böyük rolu olan, onu savadlı kadr kimi böyüdən müəllimlərinə öz sonsuz təşəkkürünü bildirir və özünü onlara qarşı hər zaman borclu hesab edir.
Əmrahın uğurları böyük olduğu kimi gələcək arzu və planları daha böyükdür. Qəbul imtahanında 700 balla ADA universitetinə qəbul olmaq onun ən böyük məqsədidir.Təhsilini sonradan xarici dövlətlərdə xüsusiylə İngiltərədə Oxford universitetində davam etdirmək istəyir.
Asudə vaxtları univrsitetə hazırlıqla bağlı az olsa da, Əmrah həmişə çalışır ki, bu boş olan vaxtlarını daha gözəl, daha səmərəli keçirsin. Asudə vaxtlarında tarixi muzeylərə, kinoteatrlara kitabxanalara gedir və digər boş qalan vaxtlarında qocalar evlərini uşaq evlərini ziyarət edir. Əmrah bununla nəinki öz yaşıdlarına, həmçinin böyüklərə də örnəkdir.
Qəhrəmanımız kiçik yaşlarında bədii yaradıcılıqla daha çox məşğul olmuş, kiçik şeirlər, hekayələr yazıb. İndi isə incəsənətlə daha çox məşğul olmağa, şəkillər, çertiyojlar çəkməyə üstünlük verir. Bu işlə yalnız boş vaxtlarımda məşğul olur.
Əmrah gələcəkdə hüquqşünas olmaq istəyir.
Əmrah mavi ekranın nəzərindən də kənarda qalmayıb. Televizyada müxtəlif vaxtlarda çıxışları olub. Çıxışlarının ən çoxu Az tv kanalında xüsusi xəbərlər reportajında verilmişdir.
İndi isə keçək, müəllimlərinin Əmrah haqqındakı fikirlərinə:
Daşdəmirov Vidadi (İngilis dili, məktəbin direktoru) - Əmrah məktəbimizin nümunəvi şagirdlərindən biridir. Dərslərində fəaldır. Bütün fənn müəllimləri Əmrahdan razıdır. O, məntiqli və intellektlidir.Hər bir yerdə öz məktəbini və adını layiqincə təmsil edə bilir.
Mehdiyeva Lamiyə (Biologiya, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini)- Mehdiyev Əmrah məktəbimizin istedadlı şagirdlərindən biridir.Onun qabiliyyəti, savadı və əzmkarlığı daha çox tərifə layiqdir.Gələcəkdə dövlətimizə lazımlı bir şəxs kimi formalaşacağına inamım yüksəkdir.
Alıyev Ramal (Tarix) - Mən Mehdiyev Əmrah Şücaət oğluna dərs keçdiyim vaxtdan onun bilik və bacarıqları diqqətimi cəlb etmişdir.İstərdim ki, belə şagirdlərin sayı daha çox olsun. Əmrah Mehdiyevin uğurlarının davamlı olacağına inanıram.
Əyyubzadə Günay (Coğrafiya) - Mən Əmrahla fəxr edirəm və bu cür istedadlı, bacarıqlı, qabiliyyətli şagirdin formalaşmasında rolum olduğuna sevinirəm.İnşallah uğurları davamlı olsun.
Qurbanova Arzu (Azərbaycan dili və ədəbiyyat) - Çox mədəni, səliqəli və tərbiyəli şagirddir.Həm müəllimlərin həm də, sinif yoldaşları arasında çox sevilir. Düşünürəm ki, gələcəkdə daha böyük uğurlar əldə edəcək.Həm məktəbimizi, həm də ölkəmizi xaricdə uğurla təmsil edəcəyinə inanıram.Harda olursa-olsun məktəbi və müəllimləri onunla qürur duyacaq və nailiyyətlərini səbirsizliklə gözləyəcəklər.

Biz də öz növbəmizdə Əmraha uğurlar arzu edir, gələcəkdə daha uca zirvələri fəth edəcəyinə inanırıq.

Zəhra Emin qızı İbrahimova

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Zəhra Emin qızı İbrahimovadır. Zəhra 6 yanvar 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Zəhra körpəlikdə çox sakit və ağıllı uşaq olub. Özü tək oynamağı xoşlayırdı. Uşaqlarla ünsiyyət qurmağı, nağıllara qulaq asmağı və şeir öyrənməyi çox xoşlayırdı. Ən çox al-əlvan rənglərlə rəsmlər çəkirdi. Zəhra məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona valideynləri öyrədib. 
Zəhra ilk təhsilini Bakı şəhəri 102 saylı tam orta məktəbdə alıb. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini çox yaxşı oxuyur,ən sevdiyi fənlər riyaziyyat və azərbaycan dilidir. Zəhra valideynlərinin və müəllimlərinin etibarını hər zaman doğruldur. 
Zəhra məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak edir.
O, "Yeni il " şənliyində qar qız rolunda olmuş və aparıcı kimi çıxış etmişdir. Zəhra "Qönçə dərgisi"nə  yazıldığı günü ən uğurlu gün hesab edir. Zəhra rəqs dərnəyindən diplom, şahmat dərnəyindən isə fəxri fərman, təşəkkülnamə  ilə təltif olunmuşdur. 
O,  əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə anasına borclu olduğunu düşünür. Fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə qalxmaq arzusundadır. Zəhra hələ hansı sənəti seçəcəyini dəqiq bilmir. O, asudə vaxtlarında kitab oxumağı çox sevir. Zəhra rəsm əsərləri çəkməyi çox sevdiyinə görə daha çox mənzərə rəsmlərinə üstünlük verir. Onun əsas hədəfi orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaqdır.

6 июля 2015 г.

Nağızadə Tural Ceyhun oğlu

Nağızadə Tural Ceyhun oğlu 2007-ci il, sentyabrın 18-də Bakı şəhərində anadan olub. Əslən Kərbəcərlidir. Turalın ata-babası Azərbaycanın dilbər güşələrindən olan, hazırda düşmən tapdağı altında olan Kəlbəcər rayonundandı. Tural Kəlbəcəri görməsə də böyüklərin evdə Kəlbəcərdən söhbət açanda, onda da bir vətən həsrəti baş qaldırır. Balaca Tural hər yerdə qürurla mən Kəlbəcərliyəm deyir. İnşallah, o elə Kəlbəcər torpağında bu sözü daha cəsarətlə söyləyər.
Körpəlikdə çox sakit uşaq olub. Məktəbə gedənə kimi yazıb-oxumağı öyrənib. Anasının və hazırlıq müəlliminin köməyilə öyrənmişdi Tural bütün bunları. Turalın qavrama qabiliyyəti çox yaxşıdır. Riyazi hesablamalarda, məntiqi məsələlərdə həmişə yaxşı nəticələr əldə edir. Elə uşaqlıqda da öz qabiliyyəti və xüsusi dərk etmə qabiliyyəti, hadisələrə yanaşması ilə diqqəti cəlb edib.
Tural hal-hazırda 72 saylı orta məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır. Bütün fənnləri oxumağı sevir. Ən xoşladığı fənn isə riyaziyyatdır.
İdman tədbirlərində fəal iştirak edir. Tədbirlərdə bir sıra diplomlar qazanıb. Komandasıyla birlikdə 2-ci, 3-cü yerləri paylaşıblar. 9 iyunda Budo-kan klubunun təşkil etdiyi imtahanda bacarıq göstərərək III kyu qəhvəyi kəmərə layiq görülüb.
Əldə etdiyim nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə minnətdar olan Tural, onların etimadını doğruldacağına söz verib. Milləti, Vətəni üçün gərəkli vətəndaş olub, hansısa vacib sayılan bir peşəyə yiyələnmək istəyir. Gələcəkdə hansı peşəyə yiyələnəcəyini hələ dəqiqləşdirməyib. Bunun üçün hələ çox yaxşı oxumalı olduğunu anlayır. Orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq arzusundadı. Buna görə də dərslərinin hamısını yaxşı oxuyur, fənnlərin bir-birindən gözəl olduğunu anlayır.
Asudə vaxtlarından səmərəli istifadə etməyə çalışan Tural, gəzintiyə, kitab oxumağa, ingilis dili öyrənməyə, idmanla məşğul olmağa üstünlük verir. Eyni zamanda tar dərsləri də alır. Artıq tarda bir neçə mahnı ifa etməyi bacarır və çox istəyir ki, tarı gözəl çala bilsin. Tar Azərbaycanın qədim musiqi alətidir, Turalda tara maraq onun qədimliyindən qaynaqlanır. Musiqi alətləri içərisində tar alətini seçməsi həm də onun milli, mənəvi dəyərlərə üstünlük verməsini sübut edir.
Turala müəllimləri, valideynləri həmişə deyir ki, mərd, cəsarətli olmaq, heç vaxt yalan danışmamaq, yaxşı bilik qazanmaq, mərhəmətli olmaq, daima düzgün qərarlar qəbul etmək, əldə etdiyin uğurlar və uğursuzluqlardan düzgün nəticə çıxarmaq insanı bir şəxsiyyət kimi formalaşdırır. Tural da ona deyilən bu sözləri hər zaman xatırlayır, gələcəkdə də əməl etməyə çalışacağını söyləyir.

Uğurların bol olsun!

1 июля 2015 г.

Dünyamalıyev Murad Dünyamalı oğlu

Vətənimizin istedadlı uşaqlarından biri də Dünyamalıyev Murad Dünyamalı oğludur. O, 06. 12. 2003 tarixində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində anadan olmuşdur. Uşaqlıqdan ağıllı, sözəbaxan, düşüncəli uşaq olub. Idmana çox böyük marağı var və günün 4-5 saatını futbol oynamaqla keçirir. Məktəbə getməmişdən əvvəl o yazıb-oxumağı bacarırdı. bunu ona böyük bacıları öyrətmişdi. Murad üzgüçülük dərslərinə gedib. Onda bu marağı atası oyadıb. Həmçinin digər maraqlarından biri isə rəqqaslıqdır. Milli rəqs dərslərinə getmiş və əla oynamağı bacarır. O, təhsilə ilk addımlarını 262 saylı tam orta məktəbdə atmışdır. Rəqslə bağlı istedadı onda 2-3 cü siniflərdə oxuyanda yaranmışdır.
Dərslərini əla oxuyan Muradın ən çox sevdiyi dərsləri isə riyaziyyat və idman dərsləridir. Asudə vaxtlarında futbol oynayır və tv- də futbol yarışlarına baxır.
Məktəbdə ela oxumaqla bərabər həmdə keçirilən tədbirlərdə aktiv iştirak edir. Buna misal olaraq məktəbin Novruz və yeni il şənliklərində və həmçinin “ Fizika” gecəsində iştirak etmişdir. Her bir tədbirdə rəqs çıxışı ilə özünü ifa etmişdir. Muradın fikrincə həyatında ən uğurlu hadisələrdən biri isə “Azərbaycan 21-ci əsrə istedadlarla” adlı ensiklopediyada təmsil olunmasıdır. O hələ 3-cü sinifdə oxuyarkən göstərdiyi təlim nailiyyətlərinə və nümunəvi davranışına görə fəxri fərmanla təltif olunmuşdur. Murad fəaliətindən dolayı ata-anasına və bacılarına özünü borclu hiss edir. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirərək polis akademiyasına qebul olaraq müstəntiq olmaq istəyir. Ona bu yolda uğurlar diləyirik.