elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 августа 2015 г.

Abdullayeva Duyğu Şahin qızı

Abdullayeva Duyğu Şahin qızı 18 iyul 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Balaca vaxtından rəsm çəkməyi sevir. Onun gözəl əl qabiliyyəti var, rezin­lərdən müxtəlif bilərziklər düzəldir, gəlincikləri üçün paltarlar tikir. 
Duyğunun anası müəllim­dir və məhz elə bu səbəb­dən­dir ki, onun ilk oyuncaqları elə dəftər-kitab olub. O, məktəbə getməmişdən yazmağı, oxu­ma­ğı müəyyən qədər bilirdi. Məktəbə getdikdən sonra isə müəllimi tərəfindən öyrədilib. 
Duyğu məktəbə ilk qədəm­lərini 287 saylı “Zəkalar” lise­yində atmışdır. O, dərslərini həvəslə və yaxşı oxuyur, çalışır ki, bütün fənləri eyni dərəcədə öyrənsin. Buna baxmayaraq təsviri incəsənət və riyaziyyatı daha çox sevir. 
O, məktəbdə keçirilən təd­bir­lərdə, sınaq imtahanlarında fəal iştirak edib. Məktəbdə keçirilən Əlifba bayramında “Qızılgül”, məktəb­lərarası nağıl müsabiqəsində “Şüngülüm” rolunda çıxış edib və bu müsabiqədə I yeri tutaraq diplomla mükafatlandırılıb. Nağıl müsabiqəsi günü Duyğunun ən sevimli, ən çox sevdiyi gün olub. Mək­təbdə hər ay keçirilən sınaq imtahanlarında fəxri fərmana layiq görülüb, həmçinin hüsnxət normalarına riayət etməklə səliqəli və sürətli yazı üzrə tərifnamə ilə mükafatlandırılmışdır. 
Əldə etdiyi uğur və nailiyyətlərinə görə həmişə yanında olan, ona hər zaman dəstək olan valideynlərinə və Aygün xanıma borclu olduğunu bildirir və onlara təşəkkür edir.
Asudə vaxtlarını səmərəli keçirməyi xoşlayır. O, belə vaxtlarda bədii kitablar oxumağı, təbiət peyzajı çəkməyi, bilərziklər düzətməyi sevir. Duyğu rəqslə də məşğul olur. O, bütün bu fəaliyyətlərini səmərəli hesab edir. İnsan həyata bir dəfə gəlir və yaxşı olar ki, hər sahədən başı çıxsın, öyrənsin və ən əsası uğur əldə etmək üçün səy göstərsin. 
Duyğu: “ - Gələcəklə bağlı planlarım çoxdur. Öncə məktəbi “əla” qiymətlərlə bitirib ali məkətəbə daxil olmaq istəyirəm. Ən böyük arzum həkim olmaqdır. Uşaqlıqdan bu fikirdəyəm, ən yaxşı univerisitetlərdə oxuyub ölkəmə savadlı kadr kimi qayıtmaq istəyirəm.”

Əmirli Fazil Abbas oğlu

Əmirli Fazil Abbas oğlu 26 noyabr 1998-ci ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Fazil uşaqlıqda dəcəl olub. Sevimli məşğuliyyəti televiziyada əsgərlərə aid verlişləri izləmək olub. Onun üçün bir oyuncaq alınanda onu sındırıb, içində nə olduğunu öyrənməyə çalışırdı.
Məktəbə getməmişdən əvvəl yazmağı və oxumağı bilirdi. 4 yaşından müstəqil şəkildə həm latın, həm kiril, həm də rus əlifbası ilə oxumağı bacarırdı . Bunu kitablardan, qəzetlərdən, televizordan öyrənmişdi. Sadə hesablamaları da yerinə yetirə bilirdi. 3-cü sinifdə olanda Fazil artıq 8-ci sinfə qədər keçirilən riyazi materialları bilirdi. Fazildə qalibiyyət hirsi var idi. Buna görə də istədiyini əldə etməyə qadir idi.
Fazilin bibisi ibtidai sinif müəllimi olduğuna görə Fazilə çox köməyi olub. Əldə etdiyi uğurların çoxunu bibisinə borcludur. İbtidai sinifdən bəri Fazilin uğurla addımlamağında onun rolu çox olmuşdur.
Fazil əvvəlcə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində 7-ci sinfə qədər təhsil alıb. Hal-hazırda isə Ağdaş “İstək” liseyində təhsil alır. Dərslərində müvəffəqiyyətlidir. Riyaziyyat ən maraqlı fənn olsa da, kimya onun daha çox xoşladığı fənndir.
20 fevral 2015 tarixi Fazil üçün çox önəmlidir. Həmin gün onun həyatında ən uğurlu gündür.
Bəzi olimpiadalarda iştirak etmişdir. Bir çox diplom, tərifnamə və fəxri fərmanlar qazanmışdır.
Fazilin nailiyyətləri :
1. 2008/2009-cu tədris ilində İsmayıllı rayon Təzəkənd Bələdiyyəsi tərəfindən Mirzağa Əzimov adına Təzəkənd kənd orta məktəbinin IVb sinif şagirdi Əmirli Fazil Abbas oğlu məktəbin tədbirlərində və təhsildə fərqləndiyinə görə təltif edilir.
2. Tərifnamə (31. 05. 2011) İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən Əmirov Fazil Abbas oğlu İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbin şagirdi 2010-2011-ci dərs ilində fənn olimpiadalarının rayon turunda Riyaziyyat fənni üzrə müvəffəqiyyətlə iştirak edib III yeri tutduğuna görə təltif edilir.
4. Tərifnamə (31. 05. 2011) Əmirli Fazil Abbas oğlu İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbin şagirdi 6 may 2011-ci ildə məktəbdə keçirilən elmi-praktik konfransda fəal iştirakı ilə fərqləndiyinə görə təltif edilir.
5. Tərifnamə (23. 12. 2011) Liseyin 7b sinif şagirdi Əmirli Fazil Abbas oğlu 2011/2012 tədris ilinin I yarısında təlimdə və tərbiyədə əldə etdiyi nailiyyətlərə görə təltif edilir.
6. Tərifnamə (31. 05. 2012) Liseyin 7b sinif şagirdi Əmirli Fazil Abbas oğlu 2011/2012 tədris ilinin II yarısında təlimdə və tərbiyədə əldə etdiyi nailiyyətlərə görə təltif edilir.
7. Sertifikat – 2011/2012 tədris ilində Ağdaş Özəl türk liseyində keçirilmiş bilik sərgisində “Riyaziyyat” fənni üzrə fəal iştirak etdiyinə görə Əmirli Fazil təltif edilir.
8. Respublika medalı
9. Sertifikat (13. 05. 2013) “TÜRKÇE” pano yarışmasında Fazil Emirli dereceye girerek bu sertifikayı almaya hak kazanmıştır.
Gələcəkdə bacardığı qədər irəliyə doğru addımlayacaq. Ürək cərrahı olmaq istəyir. Bəzi insanların Azərbaycan səhiyyəsindən gileylənməsi Fazilə pis təsir bağışlayıb, buna görə də həkim olub, insanların elə öz vətənində uğurla sağlamlığına qovuşmasında köməkçi olmaq istəyir.
Asudə vaxtlarında ingilis dilində olan kitablar oxuyur, kompüterdə oyunlar oynayır.
Onun sözlərinə görə əgər hansısa incəsənət sahəsi ilə məşğul olsaydı milliyyətçi ruhunda, vətənpərvərlik ruhunda olan mövzulara üstünlük verərdi.
Gələcəkdə universitetə qəbul olub, keyfiyyətli təhsil alıb öz peşəsində “ən yaxşı” olmaq üçün əlindən gələni edəcək. Fazil “Cleveland” cərrahlarının edə bilmədiyini, hansısa ölkənin başçısının həyatını xilas edə bilməyi arzulayır. Əməliyyat vasitəsilə onun həyatını, sağlamlığını qurtarmaq və beləcə bir həkim olaraq adını tarixə yazmaq arzusundadır.
Bu günədək Fazilin haqqında hər hansı kütləvi informasiya vasitəsində məlumat verilməsə də, 7-ci sinifdə oxuyanda “Tumurcuq” qəzetində şəkli vurulub.

Nurəlizadə Niyazi Nizami oğlu

Nurəlizadə Niyazi Nizami oğlu 11 aprel 2000-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. Niyazi uşaqlıqda dəcəl, hazırcavab olub. Uşaq olduğuna görə ətrafda gördüyü hər şey ona maraqlı gəlirdi. Ona görə də çoxlu suallar verirdi. Velosiped sürməyi, rəngsiz kitabçalardakı şəkilləri rəngləməyi, kitabları vərəqləməyi çox sevirdi. Məktəbə getməmişdən əvvəl hərfləri tanıyırdı, 10-a qədər saymağı, toplama və çıxmanı bilirdi, amma yazmağı bacarmırdı. 2 yaşı olanda nənəsi ona dövlət himnini, Əsgər marşını və bir neçə şeir öyrənmişdi. Niyazi bunları səhv etmədən, sərbəst şəkildə təkrarlaya bilirdi. Valideynləri də bunun sayəsində Niyazinin güclü zehnə və istedada malik olduğunu öyrəniblər.
15 sentyabr 2006-cı ildə Kürdəmir rayon, Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin I sinfinə daxil olub. VII sinifdən bəri təhsilini Ağdaş “İstək” liseyində davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri kimya və biologiyadır. Həyatında ən maraqlı gün ilk dəfə liseyə getdi gündür. VII sinifdə oxuyanda 2 tərifnamə, türk dilindən sertifikat, VIII sinifdə 1 tərifnamə, 1 təşəkkürnamə və informatikadan sertifikat, IX sinifdə isə 2 tərifnamə və informatikadan sertifikat alıb.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və üzərində əziyyəti olan müəllimlərinə borcludur. Fəaliyyətindən dolayı atası kimi olmaq istəyir. Növbəti illərdə liseyi birinciliklə bitirməyi, həkim olmağı hədəfləyib. Gələcəkdə həkim olub insanların sağlamlığının qeydinə qalmaq istəyir. Liseyə daxil olduqdan sonra bu qərarı verib.
Asudə vaxtlarında idmanla məşğul olur, kitab oxuyur. Əsas məqsədi liseyi müvəffəqiyyətlə başa vurmaqdır. Liseyi bitirdikdən sonra ali məktəbə qəbul olmaq və xaricdə təhsil almaq arzusundadır. Xaricdə təhsili başa vurduqdan sonra hərbi xidmətə getmək və xidmətini layiqincə yerinə yetirib, ardınca həkim kimi fəaliyyətinə başlamaq istəyir.
Niyazi xeyriyyəçilik etmək, çoxlu faydalı binalar tikmək və beləcə tarixdə yaşamaq istəyir.

4 августа 2015 г.

GƏLƏCƏYİN MÜƏLLİMİ

Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır.
Müəllim - uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan nəsə öyrənməyə can atsınlar. Bu şərəfli peşəni seçənlər onun məsuliyyətini dərk etməli, durmadan çalışmalıdırlar.
Haqqında danışacağımız gənc istedadımız Aytac gələcəkdə müəllimə olmaq istəyir. Buna görə də seçdiyi peşənin dərinliyini və məsuliyyətini nəzərə almalı, bu gündən sonra da indiki qədər çalışqan olmalı, həmişə yeni nəsə öyrənməyə cəhd etməlidir. İndi onu yaxından tanıyaq.
Nəcəfova Aytac Xəyal qızı 14 oktyabr 2007-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. Uşaqlıqda ağlağan, dəcəl olub. Maraqları topla oynamaq, velosiped sürmək, şarlarla və oyuncaqlarla oynamaq idi.
Məktəbə gedəndə artıq yazıb-oxumağı bilirdi. Məktəbəqədər hazırlıq kursuna getmişdi. Buna görə də oradakı müəllimlərinin sayəsində yazmağı və oxumağı öyrənə bilmişdi.
İstedadı ilə bağlı maraq 3 yaşından sonra hiss olunmağa başlayıb. Bu maraq elə öz istəyi sayəsində yaranmışdı. Elmə böyük həvəslə yanaşırdı. Oxumaq, təhsilli, dünyagörüşü zəngin bir qız olmaq onun üçün çox vacib idi.
Aytac hal-hazırda Sabunçu rayonu 148 saylı orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur. Həmişə yüksək nəticələr göstərir. Ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, təsviri incəsənətdir.
Məktəbdə keçirilən tədbirlərdə yaşıdları kimi Aytac da fəal iştirak edir. Yeni il şənliyində, Novruz bayramında, Əlifba bayramında - əsgər bacısı rolunda çıxış edib, “Turpun nağılı”nda isə aparıcı olub.
Həyatında ən maraqlı günü ad günüdür. Həmin gün Aytac çox şənlənir. Onu təbrik etməyə çoxlu qonaqlar gəlir, ona çoxlu hədiyyələr alırlar və həmin günün qəhrəmanı Aytac olur. Yalnız o diqqət mərkəzində olur həmin gün.
Aytac hələ ibtidai sinif şagirdidir. Amma artıq təhsilində və davranışlarında olan fərqlənmələrə görə həm ailədə, həm də yaxın qohumları arasında daha çox sevilir. Ona hamı diqqət və daha çox qayğı ilə yanaşır. Qazandığı uğurlara görə müəlliməsinə və anasına minnətdarlıq edir. Gələcəkdə anası kimi olmaq istəyir.
Aytacın müəllimə olmaq arzusu var. Məktəbə başladığı gündən bəri belə qərara gəlib ki, gələcəkdə o da müəllimə olsun.
Asudə vaxtlarında rəsm çəkir, idmanla məşğul olur. Əsasən üzgüçülüklə və topla oynamaqla məşğul olur.
Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, universitetə qəbul olmaq istəyir. Ali təhsilini başa vurandan sonra müəllimə olaraq fəaliyyətinə başlamaq, uşaqlara bilik vermək istəyir.

Yaxşı oxumaqla, ali təhsilli, ziyalı bir xanım kimi tarixin yaddaşında qalmaq arzusu var. 

3 августа 2015 г.

Tağıyeva Nəzrin Azər qızı

HÜQUQUN  KEŞİYİNDƏ
Tağıyeva Nəzrin Azər qızı 18 dekabr 2004-cü ildə Saatlı rayonunda anadan olub. Nəzrin dəcəl uşaq olub.  Evdəki əşyaların yerini dəyişmək onun sevimli işi idi.
Məktəbə qədər yazıb-oxumağı bacarırdı . Yazıb-oxumağı uşaq bağçasındakı müəllimi  Fəridə xanımdan öyrənib.
9 yaşında Nəzrinin istedadı valideynləri tərəfindən müşahidə edilib. Nəzrin müxtəlif  qolbaqlar  hörməyi bacarır, o bunu anasından öyrənib.
İlk dəfə Bakı şəhəri Sabunçu rayonu, 148 saylı orta məktəbdə təhsil almağa başlayıb.  Hal-hazırda da həmin məktəbdə təhsil alır. 
Əlaçıdır.  Riyaziyyat, Ana dili sevimli fənləridir. Amma başqa fənləri də eyni məsuliyyətlə oxuyur.
Uşaq bağçasında olanda və məktəbdə bəzi tədbirlərdə iştirak edib. Həmin tədbirlərdə, rəqs və səhnəciklərlə çıxışları olub.  
Həyatında ən maraqlı hadisə məktəbə ilk dəfə getdiyi gündür.
Əldə etdiyi , qazandığı uğur və nailiyyətlərdən dolayı valideynlərinə və müəllimlərinə borclu olduğunu vurğulayır.  Gələcək fəaliyyətində  atasına oxşamaq istəyir.
Nəzrin gələcəkdə hüquqşünas olacaq.  Atasının işləri ilə maraqlandıqdan sonra bu qərara gəlib.
Asudə vaxtlarında rəsm çəkir, qolbaq hörür, kitab oxuyur, uşaqlarla oyunlar oynayır.
Bədii yaradıcılıq və incəsənət sahəsi ilə məşğul olmağı düşünməyib.
Əsas hədəfi məktəbi əla qiymətlərlə başa vurub,  ali məktəbə daxil olmaqdır .
Yüksək təhsil alıb ölkəmizə layiqli övlad olmaqla insanların yaddaşında qalmaq istəyir .
Nəzrinlə bağlı hələki heç bir kütləvi informasiya vasitəsində  məlumat verilməyib.

2 августа 2015 г.

Gülalov Məhəmməd Osman oğlu

Gülalov Məhəmməd Osman oğlu 2 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqda dəcəlliyə meyilli, səmimi, mehriban birazda kövrəkliyi ilə ailəsinin sevimlisi olub. Oyun oynamağı, puzzle yığmağı və səyahətə çıxmağı çox sevir. Məhəmməd uşaqlıqda ən çox sevdiyi işlərdən biridə sual verməyi idi. Gördüyü hər bir şey barede yenilik, heyvan, bitki və.s barədə çoxlu suallar verirdi. 
İlk təhsili Bakı şəhəri 282 saylı tam orta məktəbdə almışdır. Dərslərini çox yaxşı oxuyur, hal-hazırda da əlaçıdır. Bütün fənnləri çox sevir və sevərəkdə oxuyur. Məktəbə gedənə qədər ümumiyyətlə oxumağa meyilli və marağı çox idi. 
O məktəbdə keçirilən bütün tədbirlərdə, bayram şənliklərində iştirak edir. İştirak etdiyi tədbirlərdə aparıcı rolunda çıxış edib. Onun fikrincə həyatının ən maraqlı günləri hələ qabaqdadı. Uğurlu günü şahmat yarışlarından diplom alıb evə gətirdiyi günü qeyd edə bilər. 
Məhəmmədin əldə etdiyi diplomları: 17.10.2009-cu il RİOEUG şahmat məktəbində IV dərəcə uğrunda keçirilən turnirdə, 10.05. 2013-cü il 282 saylı tam orta məktəbdə H. Əliyevin 90 illik yubileyi münasibəti ilə təhsildə fərqləndiyinə görə fəxri diplom, H. Əliyevin xatirəsinə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda şeir müsabiqəsində fərqləndiyinə görə.
Asudə vaxtlarında şeir oxumağı və dinləməyi sevir. 
O həmişə birinci olmaq, ön siralarda getməyi xoşlayır və buna görədə 600 baldan yüksək nəticə göstərərək Prezident təqaüdçüsü olmaq istəyir. Neft qaz muhəndisliyi vəzifəsində çalışmaq istəyir. 6-cı sinifdən bu qerara gəlib. 
Əldə etdiyi uğurlara görə Allaha, dövlətə və valideynlərinə borclu bilir. Gələcək fəaliyyətində də atasına və əmilərinə oxşamaq istəyir. Yüksək səviyyəli mütəxəssis olmaq, elimdə yüksək nailiyyətlər əldə edərək, Azərbaycanı dünyaya tanıtmaq ən böyük arzusudur.