elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 сентября 2015 г.

Daşdəmirova Şəms Cəfər qızı


Daşdəmirova Şəms Cəfər qızı 2005-ci il sentyabr ayının 11-də Mingəçevir şəhərində dünyaya göz açmışdır.Şəms hal-hazırda Yevlax şəhərində yaşayır.Uşaqlıqda Şəms sakit bir qız olub.Daim valideyinlərinin sözünə baxıb.Amma hər bir şeylə maraqlanıb,çoxlu suallar verirmiş.Onun maraq dairəsi çox genişdir.O,məktəbə qədəm qoymamışdan əvvəl rəsm çəkməyə maraqı yüksək olmuşdur.Onun anası Şəmsə daim şəkilli kitablar alar,o isə şəkilləri müxtəlif rənglərlə rəngləyərmiş.Onun uşaq yaşlarından şəkil çəkməyə maraqı olduğunu valideyinləri hiss etmişdir.Şəms məktəbə qədər yazıb-oxumaqı öyrənər,hərfləri bir-bir yazarmış.
Şəms hal-hazırda Yevlax şəhəri S.Vurqun adina 5 saylı tam orta məktəbdə təhsil alır.O,dərslərini çox yaxşı oxuyur.Rus bölməsində təhsil alır.Ən çox sevdiyi fənn isə Matematika,Çitenya və İnformatika fənnləridir.Şəms məktəbin bir çox tədbirlərində,şənliklərində iştirak edib.O,məktəbdə keçirilən “Yeni il” tədbirində müxtəlif rollarda çıxış edib.Şəms bir çox diplomlarla,tərifnamələrlə təltif olunub.Onun hətta,ikinci sinifdə oxuyanda şəkli məktəbin şərəf lövhəsindən asılıb.Şəmsin həyatında unutmadıqı günlərdən biri isə 10 May Ümumilli Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş “Vətənin pərvəri ol” müsabiqəsində fəal iştirakına görə aldıqı təşəkkürnamədir.Dərslərini yaxşı oxuduquna görə isə dördüncü sinifi fərqlənmə diplomu ilə bitirmişdir.Şəms bu yaşadək qazandıqı uğurlarına görə özünü anasına borclu bilir.Çünki anası ona həyatda insanları sevməyi və onlara hörmət etməyi öyrədib.O,anasından sonra ona ikinci ana olan müəlliməsi Bəsti İsmayılovaya borclu bilir.Bəsti müəllimə isə Şəmsə vətənini,xalqını sevməyi elinin,yurdunun sirrlərini yaxşı oxumaqı öyrədib.Şəms anasına və mənəvi ana olan Bəsti müəlliməyə minətdar olduqunu bildirib.Şəmsin sözlərinə görə”mənim ən böyük arzum ürək cərrahı olmaqdır.Mən altı yaşımda olanda,türk kanalından “Doktorlar”serialı nümayiş edilirdi.Mən bu seriala böyük həvəslə baxırdım və mənə həkimlik sənətini sevdirdi.Bundan sonra qarşıma bir məqsəd qoydum.Mən böyüyəndə Fikrət doktor kimi ürək cərrahı olacam.Mən bəzən kompüterdə oyun oynayarkən əməliyyat oyunlarına girib,cərrahi əməliyyatlar aparıram.Özümü bir anlıq cərrah kimi hiss edirəm.Allahıma dua edirəm ki,məni bu arzuma çatdırsın.Bunuda bilirəm ki,çox oxumalıyam”.Onun hədəflədiyi zirvə,ən böyük məqsədi dərslərini yaxşı oxuyub vətəninə,xalqına layiqli övlad olmaq istəməsidir.O,istəyir ki,valideyinləri daim onunla fəxr etsinlər.
Şəms musiqini çox sevir.Ona görə də 1 saylı musiqi məktəbində fortopiano təhsili alır.Bunun üçün də demek olar ki,vaxtı olmur.Bəzən asudə vaxtlarında piano çalır,atası və qardaşı ilə vaxtını keçirir.Onlarla parka gəzməyə gedir və orada rolik sürür.Şəms rolik sürməyidə çox gözəl bacarır.Şəms dərsdən kənar boş vaxtlarında rəsm çəkib və musiqiyə qulaq asır.
Şəms daim uca zirvələrdə olmaq istəyir.Tarixin yaddaşında isə mükəmməl oxuyub,həyatda özünə layiqli yer tapmaqla qalmaq istəyir.O,dahi şəxsləri çox sevir.Şəms belə düşünür:<<Dahi Heydər Əliyev.Mən bu şəxsiyyətin vurğunuyam.Heydər Əliyevin xatirəsi önündə baş əyirəm.Mən yaxşı oxuyuram ki,vətənimə layiqli övlad olum və bir şəxsiyyət kimi formalaşım

3 сентября 2015 г.

Cavadova Alsu Süleyman qızı

Cavadova Alsu Süleyman qızı 6 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda çox aktiv olub. Bağçaya gedənə qədər çoxlu şeirlər öyrənib. Bağçaya gedəndən sonra yazmağı, oxumağı, ingilis və rus dillərini öyrənib. Bir neçə il bədii gimnastika ilə məşğul olub. Ünsiyyətcildir, insanlarla tez bir zamanda müəyyən mövzu ətrafında söhbət etməyi bacarır. Valideynləri ona dünyagörüşünü artırmaqda kömək edirlər.
15 sentyabr 2008-ci ildə 160 saylı Klassik gimnaziyaya imtahan verərək qəbul olub. 2014-cü ilin aprelindən isə 147 saylı Texniki-humanitar liseydə təhsil alır. Məktəbdə rus dilində təhsil alır, alman və ingilis dilini də öyrənir.
Məktəbdə və bağçada bütün tədbirlərdə fəal iştirak edib. Məktəbdə Puşkinin yaradıcılığına aid tamaşada fəal iştirakı ilə seçilib. Rəsmlə məşğul olur, bir neçə müsabiqələrdə iştirak edib, mükafatlar qazanıb. Rəsmdə daha çox portret və peyzaj çəkməyi xoşlayır. 7 may 2013-cü ildə “İctimai” televiziyda səhər verilişində rəsmlə bağlı iştirak edib. Musiqi ilə də məşğul olur. L və M. Rastropoviçlər adına Uşaq Musiqi Məktəbində təhsil alır. Dərslərini yaxşı oxuyur, sevdiyi fənlər fizika, tarix və biologiyadır.
Gələcəkdə həkim olub insanlara kömək etmək istəyir. Bunu uşaqlıqdan arzulayır. Əldə etdiyi nailiyyətlərə görə özünü müəllimlərinə və valideynlərinə borclu hesab edir .
Asudə vaxtlarında kitab oxumağı xoşlayır. Alsu D. Karneqi “Kitab oxumaq ağıllı insanlarla söhbət etmək deməkdir” fikrini özünə deviz seçib.
Tarixin yaddaşında istedadlı həkim kimi qalmaq istəyən gəncimiz yeni dərmanlar kəşf edib insanları müxtəlif xəstəliklərdən xilas etmək istəyir.

Uğurların bol olsun, Alsu.

2 сентября 2015 г.

Elvin Vüqar oğlu Nəsibli

Elvin Vüqar oğlu Nəsibli 2005-ci il fevralın 20-də Bakı şəhərində anadan olmuşdur. O uşaqlıqdan hərbi meyilli kinolar və texnikalar ilə maraqlanmışdır. Artıq məktəbə gedənə qədər Elvin oxumağı və yazmağı öyrənmişdir. Bunları ona valideynləri öyrətmişdirlər. Bu istedadlı balamız hələ uşaqlıqdan əla şahmat oynamağı bacarır. Şahmat oynamağı da ona atası öyrətmişdir.  O , ilk təhsilinə Bakı şəhəri 299 saylı məktəbdə başlamışdır. Hal - hazırda da bu məktəbdə təhsilini davam etdirir. Elvin balamız dərslərinə məsuliyyətlə yanaşır. Bütün fənləri əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn isə riyaziyyat fənnidir. Elvin rayon və şəhər şahmat  ,futbol və qaçış turnirlərində iştirak etmişdir. İstedadlı Elvin balamızın şahmat üzrə və qaçış üzrə diplomları , fəxri fərmanları , medalları və eyni zamanda I, II, III yerləri tutduğuna görə şahmat üzrə vəsiqəsi vardır. O , əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə , müəllimlərinə , şəxsən sinif rəhbərinə və məktəbin rəhbərliyinə borclu olduğunu düşünür.  Elvin gələcəkdə beynəlxalq şahmat turnirlərinə çıxmaq və ali məktəbə daxil olmaq arzusundadır. Həmçinin ən böyük istəklərindən biri polis və ya hərbiçi olmaqdır. Elvinin sevimli məşğuliyyətlərindən biri kompyuter texnologiyalarının sirlərini araşdırmaqdır. O , eyni zamanda mozaika işi ilə də maraqlanır. Onun ən böyük məqsədlərindən biri gələcəkdə valideynlərinə layiqli övlad olmaq , onlara hər işdə kömək etməkdir. O məhz öz yaradıcılığı ilə tarixin yaddaşında qalmaq istəyir.

İstedadlı balamızın şəkilləri həmişə şərəf lövhəsinin bəzəyi olmuşdur. Onun haqqında həmçinin qazetdə də məqalə dərc olunmuşdur.