elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 октября 2015 г.

Quliyeva Leyla Aydın qızı


Quliyeva Leyla Aydın qızı 19 iyul 2008-ci ildə Bakı şəhərində anadan olub. Ailədə özündən böyük 2 qardaşlı olduğundan bu balaca qız hamının sevimlisi oldu. Dəcəl, mehriban hamı ilə tez ünsiyyət qurmağı bacarırdı. Onun maraq dairəsi qardaşlarına köklənmişdi.Sanki onlarla rəqabətə girirdi. Tez danişib, çoxlu suallar verib və maraq dairəsi geniş uşaq olub.
Binəqədi rayonu 177 saylı Uşaq Bağçasına gedərkən bütün bağça şənliklərində aktv iştirak edib. Müəllimlərin və uşaqların sevimlisi idi. Elə bağça kollektivində liderlik xüsusiyyətləri özünü göstərməyə başladı.Tez bir zamanda uşaqları başina toplayıb onları maraqlandıra bilirdi.
Binəqədi rayonu 83 nömrəli məktəbin rus bölməsinə əksər uşaqlar kimi 6 yaşında getdi və çox tez yeni kollektivdə özünə yeni dostlar tapdi. Məktəbdə ilk müəllimi Əzizova Səbinə xanım Leylanın aktiv, dərslərdə fəal olduğunu söyləyir. Leylaya yazmağı və oxumağı Səbinə müəllimə böyük səbr və təcrübə ilə öyrədib.Məktəbdə ən çox sevdiyi riyaziyyat və həyat bilgisi fənnləridir.
Evdə qardaşlarının musiqi ilə məşqul olduğunu görüb Leyla da fortepiano arxasında oturub şalmağa başladı. I sinifə gedərkən 11 saylı Uşaq Musiqi Məktəbinə də imtahan verdi və qəbul olundu.Notlara əlifba ilə birlikdə yiyələndi. Müəllimi Tatyana Lvovna onun çox gözəl musiqi duyumunun olmasını söyləyir.Yuxarı siniflərdə Leylanı konsertlərə cəlb edəcəyini söyləyir.
Eyni zamanda böyuk tennis ilə məşğul olur.1 iyun Uşaqlarin müdafiəsi gününə həsr olunmuş turnirdə estafetlərdə I yer əldə etmişdir. Bakı Tennis Akademiyasında məşq edir. Məşqçi Rauf Eyvazov ümid edir ki, Leyla Azərbaycanın bayrağını möhtəşəm turnirlərdə ucaldacaq.
Bütün əldə etdiyi nailiyyətlərə görə müəllimlərinin, valideynləri və qardaşlarının rolu əvəzolunmazdır.Hər birinin ayrı ayrılıqda çox böyük zəhməti var.
Leylanın atası hərbiçidir. Qarabağ müharibəsi veteranıdır. Müdafiə Nazirliyinin polkovnikidir. Və atası ona vətənə sevgi,sədaqəti aşılayir. Boş vaxtlarını atası ilı birlikdə hərbi mahnılar, müharibə və tarixi filmləri seyr edirlər. Anası həkimdir və Leyla anası kimi həkim olmağı ,uşaqları müalicə etməyi arzulayır.
Leylanın ən böyuk arzusu valideynlərinin ona tövsiyyə etdiyi kimi, seçdiyi peşədən asılı olmayaraq, yaxşı insan olmaq, xeyirxaq və Vətənə layiqli bir övlad olmaqdır.

8 октября 2015 г.

Nağızadə Toğrul Ceyhun oğlu

Nağızadə Toğrul Ceyhun oğlu 2004-cü il oktyabrın 27-də anadan olub. Toğrul körpəlikdə çox aktiv, hər şeylə maraqlanan uşaq olub. Çoxlu oyunlar oynamağı sevib. Ən çox xoşladığı məşğuliyyət kon­s­truktor quraşdırmaq olub. Çox tez danışmağa başladığından həmişə çox­lu suallar verib, eyni zamanda hamı ilə çox tez ünsiyyət yaratmağı baca­rıb.
Məktəbə gedənə qədər həm yazmağı, həm oxu­mağı bacarıb. Çoxlu şeirlər əzbərləyib.
I sinfə Bakı şəhərinin Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 saylı məktəb-liseydə gedib. 
Dərs əlaçısıdır. Bütün fənnləri eyni həvəslə oxuyur. Həyat bilgisi, ingilis dili ilə həvəslə məşğul olur.
Sinif yoldaşları ilə birgə təşkil edilmiş bütün bayramlarda fəal iştirak edir. Şeirlər deyir, tar çalır. İdman tədbirlərində də uğurlu çıxışlar edir. 
9 iyunda Budo-Kan İdman Klubunun təşkil etdiyi imtahanda bacarıq göstərərək III kyü qəhvəyi kəmərə layiq görülüb. Bundan başqa bir sıra yarışlarda komandayla birgə II, III yerləri tutub.
Toğrul əldə etdiyi uğurlara görə müəllimlərinə və valideynlərinə borcludur. Valideynləri ona gələcəkdə hər hansı bir mövqe tutmaq üçün daim yaxşı oxumaq lazım olduğunu söyləyərək, cəmiyyət üçün gərəkli vətəndaş olmasını istəyirlər. 
Asudə vaxtlarında kitab oxuyur, idmanla məşğul olur və ingilis dili öyrənir.
Artıq bir ildir ki, tar dərsləri də alır. Tarda bir sıra muğamları, xalq mahnılarını ifa edə bilir. Gələcəkdə tanınmış tar ifaçısı olmaq istəyir. 
V sinifdən ilk dəfə olaraq tarix fənni ilə tanış olub. Həqiqətən də Azərbaycan tarixi dərslərində xalqımızın çox qədim keçmişə malik olduğunun və mərdliyi, şücaəti, ağlı, vətənə olan sevgiləri ilə öyünə biləcəyimiz bir çox qəhrəmanlar yetişdirdiyinin şahidi olub. Toğrul inanır ki, Şah İsmayıl Xətai, Babək, Koroğlu, Qaçaq Nəbi, Mübariz kimi qəhrəmanlar yetişdirən Azərbaycan xalqı öz zəfər bayrağını Qarabağdan asacaq. Ermənilər tərəfindən işğal olunan bütün torpaqlarımız, eləcə də Toğrulun valideynlərinin doğulduqları Kəlbəcər, Şuşa azad olunacaq və Toğrul da həmin cənnət məkanı görə biləcək.
Toğrul dərk edir ki, onun üzərinə düşən ən birinci vəzifə yaxşı oxumaqdır. Vətəninə, ailəsinə, valideynlərinə layiqli oğul, hər zaman xalqının keşiyində duran cəsur əsgər, peşəsindən asılı olmayaraq hər hansı bir sahədə yaxşı bir mütəxəssis, ədalətli olan və yalnız insanlara kömək edən bir şəxsiyyət kimi tarixin yaddaşlarında qalmaq istəyir.