elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 ноября 2015 г.

Aslanlı Zəhra Rüfət qızı

Aslanlı Zəhra Rüfət qızı 2006-cı il iyunun 9-da Bakı şəhərində dünyaya göz açmışdır.Zəhra uşaq vaxtı digər yaşıdlarından qeyri-adiliyi ilə seçilmirdi.Bütün uşaqlar kimi o da cizgi filimlərinə baxmaqı çox sevirdi.Uşaqlar üçün ictimai əyləncə mərkəzlərində vaxt keçirtməyi çox xoşlayırdı.Zəhra hər bir şeyə diqqətlə yanaşır,müşahidə edir və sərbəst nəticə çıxartmaqı bacarırdı.Üç yaşından bağçaya getməyə başlayan Zəhra orada saymaqı və oxumaqı öyrəndi.Evdə isə Zəhra hər dəfə valideyinlərindən nəyin şəklini çəkməyi soruşurdu.Onun valideyinləri isə Zəhranı razı salmaq üçün evdə olan əşyalardan məsələn fincan,müxtəlif meyvə və tərəvəzlər,ev bitkiləri,güldan,çaydan və.s qarşısına qoyurdular.Zəhra isə bütün bunların şəklin bacardıqı qədər çəkirdi.Zəhranın anası onun istedadı ilə bağlı belə bir fikirlər ifadə etmişdir “bir gün Zəhranın iş masasını səliqəyə salanda çəkdiyi şəkillərə nəzər saldım və bu yaşda uşağın əşyaları dəqiqliklə kağız üzərinə köçürməsi məni Zəhranı peşəkar rəssama aparmaqa səbəb oldu.Bu rəssam hal-hazırda Zəhranın müəlliməsi Humay xanım Axundovadır.Humay xanım Zəhranın fırçanı tutmasından artıq onu bəyəndi və Zəhra ilə məşğul olmaqa başladı. Zəhranın diqqətli bir uşaq olması onu incəsənətə apardı.Çünki,fikrimcə,incəsənətdə diqqətlə müşahidə etməyi və sonra nəticəni istər rəsm,istər musiqi,istərsə də memarlıq əsərində əks etdirməyi bacarmalısan”.
Zəhra ilk təhsilini Bakı Britaniya məktəbində almışdır.Hal-hazırda isə təhsilini Bakı Fransız liseyində davam etdirir.O,bütün fənləri çox sevərək,dərslərini çox yaxşı oxuyur.Ən çox sevdiyi fənlər isə Tarix və Təbiətşünaslıqdır. Zəhra yüksək təhsil alaraq ingilis,fransız və rus dillərinə malikdir.O, bağça və məktəblərdə keçirilən bayram tədbirlərində, müxtəlif şənliklərdə iştirak etmişdir.Onun bu tədbirlərdə rolu şeir demək,rəqs etmək və nağıllar əsasında qoyulan tamaşalarda qəhrəmanların rolunda çıxış etmək olmuşdur.Eyni zamanda ,ölkədə və ölkədən kənarda keçirilmiş bir çox rəsm sərgilərində iştirak edib.Zəhra bütün bu tədbirlərdə iştirakına görə diplom,sertfikat,tərifnamələr əldə etmişdir.Zəhra 2012-ci ildə ilk fərdi sərgisi ilə baqlı LN incəsənət mərkəzi tərəfindən diplomla təltif olunmuşdur.26 Aprel 2013-cü ildə isə Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirakına görə diplomla mükafatlandırılmışdır.Ona ”Bayrağımız qürur mənbəyimizdir!”adlı rəsm müsabiqəsinin qalibi olduquna görə isə 2013 cü il 9 Noyabr tarixində diplom verilmişdir.Aslanlı Zəhra Hollandiya Krallığının Kralının doğum günü münasibətilə təşkil olunan “İncəsənət Müsabiqəsində”iştirak edib və “Əl işi” Azərbaycanda yerləşən “İncəsənət Qalereyasında” nümayiş etdirilib.Sonra “1 iyun-Uşaqların Beynəlxalq müdafiə günü”nə həsr olunmuş “Vergi uşaqların gözü ilə”tədbirində iştirakına görə 30 may 2014-cü il tarixində sertfikat əldə etmişdir.T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayı tərəfindən təsviri-tətbiqi sənətdə qazandıqı uğurlara və ümumi sərgidə iştirak etdiyinə görə bir çox diplomlarla təltif olunmuşdur.Zəhra əldə etdiyi bütün bu nailiyyətlərinə görə özünü atasına və anasına sonra isə rəsm müəlliməsi olan Humay xanıma borclu bilir.Bütün bu fəaliyyətindən dolayı isə Humay xanıma oxşamaq istəyir.Zəhranın hədəflədiyi ən yüksək zirvə isə dünyada məşhur bir insan olmağa qədər yüksəlməkdir.Gələcəkdə isə hansı sənətin sahibi olacağını qərara gəlməyib.Zəhra asudə vaxtlarını boş keçirtmir.Bunun əvəzində isə sevdiyi sənətlə yəni şəkil çəkməklə məşğul olur.O,çəkdiyi şəkillərdə ən çox təbiət mövzusuna üstünlük verir.Gələcək planlar barədə isə Zəhra belə fikirdədir “yay istirahəti zamanı ağlıma gələn bəzi yeni idealarımı rəsmlərimdə əks etdirməyi planlaşdırıram”. Zəhra çox istedadlı olduqu üçün, onun istedadı və bacarıqı ilə bağlı 2012-ci il 2-3 may tarixlərində Xəzər TV-də “Xəbərlərdə” sonra isə Mədəniyyət kanalından “Mədəniyyət xəbərlərində”məlumat verilmişdir.Zəhra tarixin yaddaşında isə hələki, çoxlu çalışıb yüksək nailiyyətlər əldə etməklə qalmaq istəyir.

22 ноября 2015 г.

Yeliseyeva Diana Əhməd qızı

Növbəti istedadlı gəncimiz Oğuz şəhərində yaşayan Yeliseyeva Diana Əhməd qızıdır. 10 mart 2002-ci ildə dünyaya gələn Diana uşaqlığında çox dəcəl olub. Amma bununla bərabər oxumağa, şəkil çəkməyə həvəsi də elə uşaq vaxtlarından özünü göstərməyə başlayıb. Öz uşaq xəyallarını rənglərə boyayaraq kağızlarda əks etdirirdi. Elə həmin vaxtlardan valideynləri Diananın rəsm çəkməyə olan həvəsini aşkarlamışdır.
İllər keçir və artıq Diananın məktəb həyatı başlayır. İndi o, Oğuz şəhəri H. Babayev adına 1 saylı tam orta məktəbin 8-ci sinif rus bölməsinin əlaçı şagirdidir. Sinif rəhbəri Nahidə müəllimənin sözlərinə görə, Diana sinifdəki digər şagirdlərdən həm savadı ilə, həm də xüsusi rəsm bacarığı olması ilə seçilir. Diana eləcə də məktəbdə təşkil edilən Novruz bayramı tədbirlərində, son zəng yığıncaqlarında rəqs kompozisiyaları ilə çıxış etmişdir. Rusiyada yaşadığı və təhsil aldığı dövrdə isə rəsm üzrə yarışda fəxri fərmanla təltif olunmuşdur.Bundan əlavə, onun Bakı Slavyan Universitetində keçirilən bilik olimpiadasında 2-ci yeri qazanması ilə əlaqədar diplomla mükafatlandırılmışdır. Bu olimpiada rus dili və ədəbiyyatı üzrə təşkil edilmişdir. Diananın özünün də dediyi kimi, onun rus dili və ədəbiyyatına, eləcə də kimya, fizika kimi təbiət elmlərinə marağı xüsusi əhəmiyyət kəsb edir.
 İstedadlı gəncimizin gələcəklə bağlı xəyallarının əsasında məhz onun uşaqlıq xəyalları dayanır. Hələ azyaşlı olarkən Fransanın məşhur modelyer-dizayneri Koko Şanelin (Coco Chanel) əsrarəngiz əl işləri, gözəllik ətri gələn dünyası ilə tanışlığı Diananın həyat yolunun başlanğıcı üçün qığılcım rolunu oynamışdır. Çəkdiyi rəsmlərdə də bu təsiri görmək mümkündür. Amma bütün bunlarla yanaşı Diananın məqsədi savadlı olmaq, ali təhsil almaqdır. Yalnız bundan sonra uşaqlıq xəyallarının arxası ilə qaçmağı – dizayner olmağı düşünür və biz də inanırıq ki, Diana öz uğurları ilə gələcəkdə vətəninə layiqli övlad olacaqdır. Bu gözəl xəyallar yolunda biz də ona uğurlar arzulayırıq. Müvəffəqiyyət səninlə olsun, Diana!

13 ноября 2015 г.

Məmmədov Əli Eldar oğlu

Məmmədov Əli Eldar oğlu 15 sentyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda 5 saylı orta məktəbin şagirdidir. Əli uşaqlıqda diqqətli və hər şeylə maraqlanan uşaq olub. Uşaqlıqda dəqiq elmlərə meyilli olub. 5 yaşı olanda qarşısına riyaziyyat fənni üzrə alimlik dərəcəsinə yüksəlmək məqsədini qoyub. Məktəbə gedənə qədər yazmağı və oxumağı bilirdi. Əli tez-tez maraqlı şeylər öyrənir, futbol oynamağı, heyvanlar aləminə baxmağı xoşlayır. Dəqiqliyinə görə də şahmat oyunu ilə məşğul olur. Əli təhsil ocağında keçirilən bütün bayram və tədbirlərin fəal iştirakçısıdır. Ən sevimli fənləri bunlardır: riyaziyyat, ingilis dili, informatika. O cümlədən, tarix, coğrafiya, biologiya elmləri ilə də maraqlanır. Əli dərslərini mükəmməl oxuyur və dərslərindən əla qiymətlər alır. Əlinin bir çox uğurları olmuşdur. Həyatında ən yadda qalan, unudulmaz gün orta məktəbə ilk qədəm qoyduğu gündür. Əli 3-cü sinifdə məktəbdə keçirilən məntiq və riyaziyyat olimpiadasında iştirakına görə komanda 1-ci yer tutmuşdur.
Asudə vaxtlarında heyvanlar aləmi haqqında sənədli filmlərə baxır.
Gələcəkdə riyaziyyat və fizika fənni üzrə alim olmaq arzusundadır. Həmçinin, gənc istedadlar liseyinə imtahan verib qəbul olunmaq da Əlinin arzularındandır.

11 ноября 2015 г.

Südabə Qalib qızı Ağayeva

Südabə Qalib qızı Ağayeva 2001-ci il iyul ayının 23- də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur . Valideynlərinin qeyd etdiyinə görə Südabə qızımız  uşaqlıqda çox şıltaq olmuşdur. O məktəbə gedənə qədər artıq oxumağı və yazmağı öyrənmişdir. Hələ kiçik yaşlarından idmanı  sevən  Südabədə cüdoya maraq 9 yaşında yaranıb. O , ilk təhsilinə 125  saylı orta məktəbdə başlamış  və hal hazırda da bu məktəbdə təhsilini davam etdirir . Ağayeva dərslərinə məsuliyyətlə yanaşır. Bütün fənlərin öhdəsindən müvəffəqiyyətlə gəlir. Ən sevdiyi fənləri isə Azərbaycan dili , riyaziyyat və İngilis dilidir. O , məktəbin ən fəal şagirdlərindən biridir. Mütamadi olaraq məktəbdə keçirilən tədbirlərdə , müsabiqələrdə , idman yarışlarında  iştirak edir. Məktəbdə keçirilən tarix gecəsində şeir ifa etmişdir.  Yaşının az olmasına baxmayaraq Südabə qızımız idman sahəsində bir çox  uğurlara imza atıb . 2013-cü ilin yanvar ayında " Bakı Şəhər Açıq Birinciliyində" 36 kq - da ikinci yerə , 2015-ci ilin yanvar ayında  yenidən "Bakı Şəhər Açıq Birinciliyində " 52 kq - da üçüncü  yerə çıxmışdır. Lakin bu onun uğurlarının demək olar ki, başlanğıcıdır. Daha sonra Azərbaycan Respublikası çempionatın U - 15 Cüdo 52 kq - da 3 - cü yerə çıxmışdır. 2015-ci ilin mart ayında isə "8 Mart Beynalxalq Qadınlar Günü " nə həsr olunmuş yarışda birinci yerə çıxmışdır.  Həmçinin "Yasamal idman klubunun  Açıq Birinciliyində" 50 kq - da 2 -ci yerə ,
Ümumilli lider Heydər Əliyevin ildönümü ilə bağlı keçirilən Pirşağı - Kürdəxanı idman zalının cüdo üzrə Açıq Birinciliyində 50 kq-da III yerə çıxmışdır. Südabə bütün uğurlarına görə öncə valideynlərinə , daha sonra isə müəllimlərinə borclu olduğunu düşünür. Onun fəaliyyəti ilə bağlı arzuları çoxdur . Ən böyük arzularından biri Avropa çempionatına qədər yüksəlməkdir. Ən böyük istəklərindən biri isə hüquqşünas olmaqdır. O hələ 10 yaşından hüquqşünas olmaq fikrinə düşmüşdür .  Südabə bu sənətə  insanlar arasında haq - ədalət yaratmaq üçün yiyələnmək arzusundadır . İstedadlı qızımız asudə vaxtlarında da idmanla məşğul olur . O , cüdonu çox sevir və bu maraqlı idman növünü hər kəsə tövsiyyə edir. Onun fikrincə əgər incəsənətlə nə vaxtsa məşğul olmaq istəsəydi rəsm sənətini özünə peşə seçərdi . Çünkü bu sənət insanın bütün hislərinin ifadəsinə imkan yaradır.  Hər kəs kimi onun da gələcəklə bağlı çoxlu planları vardır. Ən böyük məqsədlərindən biri də ali məktəbə  daxil olmaqdır. Həmçinin yarışlarda uğurlar qazanmasının , qalib gəlməsinin səbəbi hər zaman birincilik arzusunda olmağındandır . Ağayeva Südabəyə görə tarixin yaddaşında qalmaq üçün hər zaman birinci olmaq kifayətdir.

Cavadzadə Mircavad Ağasət oğlu

Cavadzadə Mircavad Ağasət oğlu 2006-cı ilin avqustun 30-da Lənkəran şəhərində günəş kimi həyatımıza doğdu. O, ailənin yeganə oğlan övladıdır. Ona bu adı atası qoyub. Mircavad sözünün mənası səxavətli, əliaçıq,ürəyiyumşaq deməkdir. O,öz həmyaşıdları ilə tez ünsiyyət quran, çoxlu dostları olan bir uşaq olub. Uşaq vaxtlarında  cizgi filminə baxmağı çox sevirdi. Əsasəndə Ben 10 və hörümçək adam kimi qəhrəmanları onun diqqetini daha çox cəlb edirdi. Xəyal edirdi ki, böyüyəndə bu qəhrəmanlar kimi dünyaya faydalı biri olacaq.
Məktəbə getməmişdən əvvəl saymağı və hərfləri yazmağı bacarırdı. Bunların hamısını ona valideynləri öyretmişdi.Mircavad həmyaşıdlarından iti hafizəsi, qabiliyyəti və fəallığı ilə seçilirdi.
Mircavad ilk təhsilinə Bakı şəhəri Nəsimi rayonu 5 saylı tam orta məktəbdə başlayıb və hal-hazırda həmin məktəbin 4-b sinif şagirdidir. Dərs əlaçısıdır. Əlaçı olduğuna görə şərəf lövhəsində şəkli ön sıradadır. Ən sevimli fənni Riyaziyyat, Azərbaycan dili və həyat bilgisidir. Məktəbin bir çox tədbirlərində iştirak etmişdir.
Həyatda əldə etdiyim nailiyyətlərə görə sinif rəhbərim Əhmədova Bahara və anama təşəkkür edirəm.
Gələcəkdə həkim olmaq arzusu ilə yaşayıram. Çünki, insanların həyatınım qurtarmaq və onlara kömək etmək dünyadakı ən böyük xoşbəxtlikdir. Bu arzuma çatmaq üçün daha çox çalışacağam.

7 ноября 2015 г.

Çiçək Bayraməli qızı Qurbanova

 
Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Çiçək Bayraməli qızı Qurbanovadır. Çiçək 1 dekabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. O,ailənin yeganə qız övladıdır. Uşaqlıqdan aktiv, fəal, öz həmyaşıdları ilə tez ünsiyyət quran, özünə çoxlu rəfiqələr seçən bir uşaq olub. Çiçək asudə vaxtlarında qardaşları Röyal və Muradla maraqlı şəkillər çəkir,riyaziyyat və ingilis dili fənnindən çoxlu sual-cavab edir,qardaşlarına bütün fənlərdən kömək edir. Tibb elmini çox sevir, ona daha çox maraq göstərir.
Çiçək məktəbə gedənə qədər məktəbəqədər hazırlıq məşğələlərinə getdiyinə görə oxuyub-yazmağı bilirdi. Evdə valideynləri, hazırlıq məşğələsində isə müəllimi Nərmin xanım tərəfindən izah olunaraq öyrədilirdi.
Çiçək ilk təhsilini Sabunçu rayonu Fikrət Tağıyev adına 72 saylı məktə -liseydə alır.
Hazırda həmin məktəbin ibtidai sinif şagirdidir, əlaçıdır. Dərslərini çox yaxşı oxuyan Çiçəyin ən sevimli fənləri riyaziyyat, informatika və ingilis dilidir. O , əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və Zeynəb müəlliməyə borclu olduğunu hesab edir.
Gələcəklə bağlı planları çoxdur . Öncə məktəbi yüksək qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaq və vətənimizə layiqli övlad olmaqdır. Çiçəyin uşaqlıqdan ən böyük arzusu isə həkim olmaqdır. O , ən yaxşı universitetdə oxuyub , ölkəyə savadlı kadr kimi qayıtmaq istəyir. Çiçək tarixin yaddaşında tanınmış həkim kimi qalmaq arzusundadır.
Arsuzu , məqsədi böyük olan Çiçəyə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.