Hümmətova Məsər Hafiz qızı 2005 ci il yanvarın 25-də Bakı şəhərində
anadan olub. Məsər körpəlikdən çox
sakit, sözəbaxan və mehriban bir uşaq
olub. Mehribanlığı ilə əzizlərinin həmişə sevimlisinə çevrilib.Ən çox sevdiyi məşğuliyyətləri
şəkil rənğləmək və plastilindən cürbəcür fiqurlar düzəltməkdir. İki yaşyarımdan
bağçaya gedib. Bağçada səliqəli şəkil rənglədiyinə görə, güclü zehni qabiliyyətinə
görə, şeirləri tez biz zamanda əzbərlədiyinə görə, sakit və tərbiyəli uşaq
olduğuna görə bağça müəllimlərinin də sevimlisinə çevrilib. Məsər 309 nömrəli
tam orta məktəbində təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Məsər məktəblərində
keçirilən bütün fənləri sevir. Ən çox Riyaziyyat və Ana dili fənni ilə məşğul
olur. 20 Yanvara aid tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir. Məsərin həyatında ən maraqlı, uğurlu günləri
Azərbaycan dili və Riyaziyyat fənnlərindən bilik yarışmalarında birincilik
qazandığı günlər olub. Məsər 1- ci, 2-ci, 3-cü,4-cu sinifdə oxuduğu zamanlar da
məntiqi təfəkkürünə görə bilik yarışmalarında çoxlu diplom və tərifnamələrə
layiq görülüb. Əldə etdiyi uğur və nəaliyyətlərə görə birinci ibtidai sinif müəllimi
Aygün müəlliməyə və valideynlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən
dolayı ana kimi mehriban dörd il şagirdlərinin qayğısını çəkən, onların üzərində
böyük əməyi olan Aygün müəlliməyə oxşamaq istəyir. Məsərin ən böyük arzusu
bundan sonra dərslərini daha da yaxşı oxumaq, qazandığı uğurlarla valideynlərini,
əzizlərini sevindirməkdir. Məsər gələcəkdə
müəllim olmaq istəyir. O, ikinci sinifə keçəndən sonra bu qərara gəlib. O, asudə
vaxtlarında əlavə kitab oxumağı ,televizorda göstərilən bilik yarışmalarına
baxmağı, anasına kömək etməyi xoşlayır. Məsər məktəbdən gələn kimi Namazını
qılır, daha sonra dərslərini hazırlayır. Məsər onu dünyaya gətirən, ona gözəl tərbiyə
verən və bu yaşa çatdıran ana və atasına təşəkkür edib, bağrına basıb söz verir
ki, hər zaman onlara layiqli övlad olacaq . Allahın köməkliyi ilə nəyin ki, ailəsi
hətta bütün Azərbaycan xalqı Məsərlə fəxr edib qürur duyacaq.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
25 января 2016 г.
Məmmədova Milana Elşən qızı
Məmmədova Milana Elşən qızı 1999-cu il martın 19-da Rusiya Federasiyası Moskva şəhərində anadan olub. Məktəbə gedənə qədər yazıb oxumağı bacarıb. Bu işdə ona anası böyük köməklik göstərib. Milananın uşaqlıqda bir çox sevimli məşğuliyyətləri olub. Bunlardan ən çox sevdiyi isə cizgi filmlərinin qəhrəmanlarının, gəlinciklərin şəkillərini çəkmək olub. Artıq gələcəkdə həyat tərzinə çevriləcək sevimli işinə doğru addımlarını atırdı...
İlk təhsilini Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə alıb. Milana hər zaman dərslərində fəal iştirak edib. Riyaziyyat və biologiya fənlərini xüsusi həvəslə oxuyub. O, hələ orta məktəbdə oxuyan zaman Binəqədi rayonunda məktəblərarası rəsm müsabiqələrində və sərgilərdə iştirak edib.
Gənc qızın ən böyük uğurlarından biri 2013-cü ilin 31 may - 9 iyun tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən «Saf rənglər-I» Beynəlxalq Uşaq Yaradıcılıq Festivalında iştirak etməsi və diplomla təltif olunmasıdır. Milana 2013-cü ildə Azərbaycan teleradiosunda «Esmeralda» studiyasından müəllimi Esmeralda Tağızadə və bir neçə tələbə ilə birlikdə iştirakı edib. Bu onun gələcək yaradıcılığı üçün stimul rolunu oynayıb.
2014-cü il Milana üçün xüsusilə yaddaqalan olub. O, 2014-cü ilin aprel ayında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən «Çirkli rəsm» ekoloji rəsm müsabiqəsində iştirak edib və Sertifikata layiq görülüb.
Həmin ilin mayında «Damla» İctimai Birliyi ilə əməkdaşlıq etdiyinə və layihədə fəal iştirakına görə ona xüsusi təşəkkürnamə verilib.
2014-cü il iyunun 1-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən Uşaq və Yeniyetmələrin «Saf rənglər-II» Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında iştirakına görə III yer və diplomla təltif olunub.
2015-ci il noyabrın 25-27-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin «İslam sivilizasiyası uşaqların gözü ilə» mövzusunda keçirdiyi müsabiqədə yüksək nəticə əldə edib – III dərəcəli diploma layiq görülüb. Eyni zamanda Milananın rəsm əsəri afişada fon olaraq seçilib.
Yaşının az olmasına baxmayaraq, uğurları ilə fərqlənən gənc rəssama 2016-cı il mayın 16-da Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş «İrəliyə doğru» sərgisində iştirak etdiyinə görə sertifikat təqdim edilib. 2017-ci il martın 17-də «Novruz bayramı» münasibəti ilə keçirilən sərgidə fəal iştrakına görə diplomla mükafatlanıb.
Həmin il mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Xətai” Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan «Bura Azərbaycandır» adlı rəsm müsabiqəsinin yekun sərgisində iştirakına görə diplomla təltif olunub.
2017-ci il mayın 30-da mükafatlarının sırasına biri də əlavə olunub. Ona Azərbaycan İncəsənət Konsulluğu Gənclər Şəbəkəsinin keçirdiyi «Xatirələr» sərgisində iştirakına görə sertifikat təqdim olunub.
2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə Kollecini «Rəngkarlıq» ixtisası üzrə bitirib və diplom müdafiəsini edib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «İnformasiya texnologiyaları» ixtisasında qiyabi təhsil alır və rəssamlıqla yanaşı Developia, «Engineering academy», «Java», «Skratch» proqramlaşdırma dili və «Innjoy» kursunda general english ilə də məşğul olur.
Milana əldə etdiyi uğurlara görə valideynlərinə, ilk ustadı Esmeralda xanıma, həmçinin İncəsənət Kollecinin müəllim kollektivinə borclu olduğunu bildirib. Valideynləri onu hər zaman dəstəkləyib, bu yolda köməkliklərini əsirgəməyiblər.
Sevindirici haldır ki, istedadlı müəlliminin zəhmətlərini yüksək qiymətləndirir. Belə ki, Milana Esmeralda xanıma oxşamağa və onun kimi dəqiq, diqqətcil, məsuliyyətli olmağa çalışır.
Asudə vaxtlarında eskizlər hazırlamağı, musiqi dinləməyi və kitab oxumağı sevir. Daha çox portret, mənzərə, gül, şüşə üzərində rəsm (qarışıq texnika ilə) çəkməyə üstünlük verir. Surrealizmin ən çətin janrlardan biri olduğunu deyən Milananın fikrincə, heç də hər rəssam bu janrda əsərlər yaratmağı bacarmır. Onun ən böyük arzularından biri də elə bu janrdakı uğuları ilə rəssamlığa təsadüfi olaraq gəlmədiyini, konkret sahənin, həqiqətən, alın yazısı olduğunu sübut etməkdir. Fırçasını bir an belə olsa əlindən yerə qoymaq barədə düşünmür. Müsahibələrinin birində dediyi kimi: “Surrealizm çətin janrdır. Zirvəyə qalxan yol çətinliklərdən keçir. Çətinlikləri dəf etmək üçün isə addım-addım irəliləmək lazımdır. Mən o zirvəni fəth etməyə calışacam.”

24 января 2016 г.
Quliyeva Zəhra Zülfüqar qızı
Quliyeva Zəhra Zülfüqar qızı 5 oktyabr 2006-cı ildə Bakı şəhərində
anadan olub. Zəhra körpəlikdən çox ağıllı, sakit, səbirli və təmkinli bir uşaq
olub. Hələ bağçaya getməmişdən əvvəl gözəl
və maraqlı şəkillər çəkməyi bacarırdı. Yaşının az olmasına baxmayaraq bu onda
çox uğurlu alınırdı. Zəhra körpəlikdən hər şey ilə maraqlanan aktiv bir uşaq
olub. Hər gün yeni məlumatlar əldə etməyi çox sevir. Özündən böyük bacıları Zəhraya
bu mövzuda köməklik göstərirlər. Onun qavrama qabiliyyəti olduqca güclüdür. Zəhra
şeirləri böyük məharətlə tez bir zamanda əzbərləyir və intonasiya ilə söyləyir.
Zəhra 261 saylı məktəbdə təhsil alır. O, dərslərinə çox çalışır və bunun nəticəsi
olaraq yüksək qiymətlər alır. Ən çox sevdiyi fənlər – Azərbaycan dili və
Riyaziyyatdır. Zəhra məktəblərində və siniflərində keçirilən tədbirlərdə
iştirakçı qismində çıxış edib. Zəhranın bir çox sevimli məşğuliyyətləri var.
Şeir söyləmək, rəqs etmək isə onun ən sevimli məşğuliyyətidir. Zəhra üçün ən
maraqlı və uğurlu gün məktəbə ilk qədəm qoyduğu gündür. Əldə etdiyi uğurlara və
nəaliyyətlərə görə öncə valideynlərinə, sonra isə müəllimlərinə borclu olduğunu
bildirir. Zəhra böyüyəndə atasına oxşamaq istəyir. O, atası kimi ağıllı
savadlı, çalışqan olmaq istəyir. Zəhranın əsas amalı oxumaq, öyrənmək, dunya
görüşünü artırmaq, daima yüksək nəaliyyətlər əldə etməkdir. O, böyüyəndə
prezident olmaq istəyir. Öz savadına, biliyinə, bacarığına güvənən Zəhra bu məqsədinədə
nail olacağına əmindir. O, prezident olub xalqına maddi, mənəvi dəstək olmaq
istəyir. Zəhranın istəklərindən biri də xalqının yaxşı, firavan yaşaması,
inkişaf etmiş ölkələrin sırasına qoşulması və abadlaşmasıdır. O, vicdanla,
düzgünlüklə, ağılla irəli getməyin tərəfdarıdır. Zəhra asudə vaxtlarını səmərəli keçirməyə çalışır. Beləliklə o
maraqlı, intelektual seviyyəni yüksəldən kitablar oxumağı və şeirlər əzbərləməyi
çox sevir. Zəhra tarixdə silinməz iz qoymaq niyyətindədir.
Salahov Cəmil Məmməd oğlu
Salahov Cəmil Məmməd oğlu 2010-cu il yanvarın 27-də Bakı şəhərində anadan olub. “Cəmil” – bu adın mənası “gözəl” deməkdir.
Onun adını anası Nurlanə xanım gördüyü bir yuxuya əsasən qoyub. Cəmil körpəlikdə ağıllı,
sakit və təmkinli bir uşaq olub. İntelektual səviyyəsinə, hazırcavablığına,
aktivliyinə görə yaşıdlarından hər zaman
seçilib. Cəmilin bir çox sevimli məşğuliyyətləri var. Bunlardan ən çox sevdiyi
məşğuliyyəti isə şəkil çəkmək və rəqs etməkdir. Yaşının az olmasına baxmayaraq
Cəmil hesab əməllərini yerinə yetirməyi,
rus dilində yazıb-oxumağı bacarır. Uşaq baxçasına getdiyi vaxtlarda da
qeyri-adi bacarığı sayəsində müəllimlərinin sevimlisinə çevrilib. Müəlllimləri
tərəfindən onun aktyorluq qabiliyyəti də üzə çıxıb. O, çoxlu şeirlər, nağıllar
bilir və bütün tədbirlərdə də fəal iştirak edir. Baxçada keçirilən şənliklər də
müxtəlif rollarda oynayıb və öz rolunun öhdəsindən də böyük məharətlə gəlib.
Onun ən çox sevdiyi rolu isə “Dovşan” obrazı olub. Cəmil çox vətənpərvər,
mehriban və qayğıkeş bir uşaqdır. Vətənini bu qədər sonsuz məhəbbətlə sevməsi səbəbsiz
deyil. Çünki Cəmil hərbiçi ailəsində böyüyür. Atasının Vətənimizin keşiyində
durması, torpaqlarımızın bütövlüyünün qorunması uğrunda göstərdiyi mərdliklərin
şahidi olan Cəmilin vətənpərvərlik hissləri buradan qaynaqlanır. Ürəyi yumşaq,
mərhəmətli olan Cəmil babası Aydın müəllim kimi heyvanları çox sevir. O, küçə də
gördüyü sahibsiz heyvanlara kömək edir, onlara yemək, su verməkdən də xüsusi
zövq alır. Cəmil milli adət ənənələrimizə çox bağlıdır. O, milli rəqslərimizi
peşəkarcasına öyrənməyə çalışır. Bu yolda ona Tural müəllimi böyük köməklik
göstərir. Cəmil Uğur məktəbəqədər təhsil mərkəzinin şagirdidir. Onun ən sevimli
fənni məntiq fənnidir. Asudə vaxtlarında cizgi filminə baxmağı, rəqs etməyi
sevir. Əldə etdiyi nəaliyyətlərə görə öncə valideynlərinə, daha sonra müəllimlərinə
borclu olduğunu bildirir. Cəmilin ən böyük arzusu həkim olmaqdır. O, həkim olub
xəstələrə şəfa vermək, vətəninə, millətinə yararlı bir vətəndaş olmaq istəyir.
23 января 2016 г.
Sorokina Darya Romanovna
Sorokina Darya Romanovna 29 noyabr 2002-ci ilə Bakı
şəhərində dünyaya gəlib. Uşaqlığında ağıllı və olduqca aktiv olan Dərya bir çox
sahələrə maraq göstərirdi. Marağını çəkən hər şeylə bağlı suallar verirdi.
Nağıllara qulaq asmağı, cizgi filmlərinə baxmağı, rəsm çəkməyi, təbiət qoynunda
olmağı, əyləncəli oyunları, rəqs və idman etməyi çox sevirdi. Məktəbə getməmişdən
öncə ABVQDK məktəbəqədər hazırlıq kursunda sadə biliklərə yiyələnmişdir.
Spartak idman cəmiyyətində müxtəlif idman növləri ilə tanış olmuş, gimnastika
ilə məşğul olmağa başlamışdır. İlk təhsilinə isə Bakı şəhəri, Nərimanov rayon
193 saylı orta məktəbdə başlamışdır və hazırda da orada təhsilini davam
etdirir. Dərslərində çox fəal, nizam-intizamlı şagirddir. Ən sevimli fənni isə
xarici dildir. Asudə vaxtlarında italyan dilini öyrənir. Məktəbdə keçirilən
bütün bayram şənliklərində, tədbirlərdə, mərasimlərdə, bədii gimnastika üzrə
keçirilən yarışlarda fəal iştirak edir. 2013-cü ildən bədii gimnastika üzrə
Milli komandanın üzvüdür və həmin ildən etibarən Milli gimnastika arenasında məşq
edir. Arenanı o, ikinci evi hesab edir, çünki gününün demək olar ki, böyük hissəsini burada
keçirir. Hazırda Dəryanin idman üzrə dərəcəsi idman ustalığına namizəddir. Dərya
hesab edir ki, onun həyatının ən uğurlu günü 2015-ci ilin may ayında
Belarusiyanın Minsk şəhərində keçirilən Avropa çempionatında çıxış etdiyi
gündür. Orada o, birlikdə qatıldığı 4 iştirakçı qızla birgə 4-cü yeri
qazanmışdır. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü Əlizadə Nurlana, Nərimanova
Natalya və Əliyeva Kristina məşqçi-xanımlara
borclu bilən Dərya onların əziyyətini yüksək qiymətləndirir. Bundan başqa, məşqçiləri
Qaratova Lalə, Bəkirova Vəfa, Marianna Vasilyevnanın da rolu Dəryanın qazandığı
nailiyyətlərdə danılmazdır. Onların qayğısı və tələbkarlığı sayəsində Dərya öz
üzərində daha çox çalışaraq indiki səviyyəyə gəlib çatmışdır.
Azərbaycan Bədii Gimnastika Federasiyasının
gimnastika üzrə bütün yarışları televiziyada işıqlandırılır. Minsk şəhərində
keçirilən yarışdakı qələbəsindən sonra Dərya Sorokina ATV və İdman Azərbaycan
kanallarında yayımlanan verilişlərdə iştirak etmişdir. Bundan əlavə, AGF
internet saytında Milli komandanın hər bir üzvü haaqında məlumatlar yerləşdirilmişdir.
Dərya gələcəkdə Marina Duninda kimi gimnast olmağı arzulayır. Bu arzusu Dəryaya
həm də imkan verəcək ki, o, Olimpiya çempionu olsun və bununla da Azərbaycanın
bayrağını yüksəklərə qaldırsın. Hazırda bütün fəaliyyətini bu məqsəd uğrunda
istiqamətləndirən Dərya öz arzusuna çatmaqda iddialıdır.
21 января 2016 г.
Əliyev Rüstəm Mikayıl oğlu
Əliyev Rüstəm Mikayıl oğlu 7 sentyabr 2006-cı ildə
Bakı şəhərində anadan olmuşdur. Rüstəm körpəlikdən ağıllı, cəld, çalışqan uşaq
olub. Rəsm çəkmək, rəqs etmək sevimli məşğuliyyətlari olmuşdur. Hələ məktəbə
getməmişdən öncə bağça müəllimələri tərəfindən yazmağı ve oxumağı öyrenmişdi.
Rüstəm bağçada keçirilen kiçik tədbirlərdə, səhnəciklərdə iştirak edərək rəqsə
daha da çox marağı artmışdı.
H.Hüseyin adına 83nömrəli məktəbin 4c sinifdə təhsil
alır. Bütün dersliklərinə eyni maraqla yanaşmasına baxmayaraq ən sevimliləri
arasında riyaziyyat və həyat bilgisi fənnləridir. Məktəbin qabaqcıl sagirlərindən
biri kimi tədbirlərdə, gül bayramlarında fəal iştirak edib.
Rüstəmin ən uğurlu günü 2012-ci il Bakı şəhəri İcra
hakimiyyətinin başcısı Hacıbala Abutalıbov tərəfindən verilmiş tərifnaməni
aldığı gündür. Rəqslə bağlı İctimai kanalın 10 illiyinə həsr edilmiş gecədə,
ATV kanalında, ANS tele kanallında bayramlarla elaqədər cıxışlarda fəal içtirak
etmişdi. Rüstəm Türkiyədə 23Nisan çoçuklar şənliyində Azərbaycanın milli rəqslərini
təmsil edərək 1ci yeri tutmuşdu. 2012ci ildə daha bir festivalda 1ci yere layiq
görülmüşdü. Bu festival 2012-ci il İdman ili çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibəti ilə "rayon məktəbə qədər tərbiyə" müəssisəsində
uşaqlar arasında "cırtdan bədii əyləncəli idman festivalında"
keçirilmisdi.
Aktyor olmağı, pilləcə yüksəlməyi arzu edən Rüstəm,
Heydər Əliyev haqqında çəkilən kinoda rol aldığına görə özünü çox şanslı hiss
edir. İstəyi, bu kinonun çox böyük mükafata layiq görülməsi ve özünün olduğu
rolun çox bəyənilməsidir.
Rüstəm əldə etdiyi uğur ve naliyyətlərə görə
özünü müəllimlərinə, anasına, atasına borclu olduğunu bildirir. Bu sahədə
qazandığl uğurlarla birlikdə gələcəkdə zabit olmaq arzusundadır. Bizdə ona hər
bir arzusuna çatmasını, heyatını gözəl və rəngarəng keçirməsini daha böyük
naliyyətlərə yiyələnməsin arzulayırıq.
6 января 2016 г.
Bayramova Vüsalə Mustafa qızı
Bayramova Vüsalə Mustafa qızı 29 sentyabr 2004-cü ildə Bakı şəhərində
dünyaya gəlmişdir. Hələ körpə yaşlarından sakit, öz dünyası olan bir uşaq
olmuşdur Vüsalə. Rəsm çəkər, heyvanlar aləminə olan marağını kağız üzərində çəkdiyi
rəsmlərdən bilmək olardı. Hazırda Bakı şəhər Nərimanov rayonu 82 saylı tam orta
məktəbdə oxuyur. Dərsə başladığı ilk vaxtlardan yenə də rəsm dərslərində öz
baracığını göstərmişdir. Mərziyə müəllimənin sevimli şagirdlərindən biridir
Vüsalə. Həm tərbiyəsi, həm dərsə olan
marağı, həm də çəkdiyi rəsmlərlə müəllimlərinin gözündə ucalmağı
bacarmışdır. 2013-cü il iyun ayının 1-də
təşkil olunmuş sərgidə o, öz çəkdiyi rəsmlərə görə diplomla təltif olunmuşdur.
Vüsalənin əsil məqsədi də bu uğurlarını davam etdirmək, rəsm çəkmə qabiliyyətini
inkişaf etdirərək Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun ardınca isə ölkənin
tanınmış rəssamları sırasına öz adını yazaraq beynəlxalq sərgilərdə iştirak etmək
Vüsalənin qarşısında duran əsas vəzifədir. Uğur səninlə olsun!
Подписаться на:
Сообщения (Atom)