Tağıyev
Hüseyn Anar oğlu 23.09.2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Hüseyn
körpəlikdən ağıllı, təmkinli və sakit bir uşaq olub. O, yüksək zəkası,
intelekti və qavrama qabiliyyəti ilə yaşıdlarından seçilib. Hər zaman gözəl əxlaqi
nümayişi ilə ailəsinin başını uca edib. Onun ən sevimli məşğuliyyəti kitab
oxumaqdır. Ailəsi ona otağının bir küncündə kiçik kitabxana yaradıb. Onun burada
Azərbaycan dili ilə yanaşı rus, ingilis və fransız dillərində də olan kitabları
mövcuddur. Hüseynin öz fantaziyaları ilə hazırladığı biri-birindən əsrarəngiz,
maraqlı əl işləri var. Atası ilə şahmat oynamağı da sevir. Məktəbə gedənə qədər
yazmağı, oxumağı, hesablamağı bacarıb. O, çox gözəl və səliqəli xəttə sahibdir.
Yaşının az olmasına baxmayaraq bu qədər bilgiyə sahib olmasında anasının əvəzsiz rolu var. Hüseynin istedadı ailəsi tərəfindən
hələ 1-ci sinifdə oxuyandan müşahidə olunub. O, əl işlərini müəllimlərinə,
dostlarına və yaxınlarına hədiyyə etməyi xoşlayır. Tağıyev Hüseyn ilk təhsilini
252 saylı tam orta məktəbdə alıb. Hal-hazırda isə Suraxanı rayonu Səttar Bəhlulzadə
adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsilini davam etdirir. Sinif əlaçısıdır.
O, gimnaziyada aparılan manitorinqlərdə yaşıdları arasında dəfələrlə 1-cilik əldə
edib. Bütün fənləri sevməsinə baxmayaraq riyaziyyat dərsinə daha çox üstünlük
verir. Hüseyn məktəblərində keçirilən
bayram şənliklərində, tədbirlərdə və vikterina oyunlarında faəl iştirakı ilə
seçilib. Onun bu günə qədər əldə etdiyi uğurları çoxdur. Beləki o, Evrika
kursunda çəkdiyi rəsm əsərinə görə 2 dəfə diplom ilə təltif olunub. Eyni
zamanda həmin kursun təşkil etdiyi bilik yarışmasında 1-ci yerə layiq görülüb.
Alfa kursunda da öz bilik və bacarığı ilə seçilməyi bacarıb. Hüseyn 2016-cı ildə
Dövlət müstəqilliyinin 25 illik yubileyi və 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibəti ilə 4-cu siniflər arasında 2-ci yeri
qazanmışdır.Onun nailiyyətləri bununla da bitmir. O, Park Plyusda İngilis dili
üzrə sınaq imtahanında birincilik əldə edib. Zəfər kurslarında təşkil
etdiyi maksimum 500 bal olan bilik
yarışmasında 490 bal toplayaraq pul mükafatına layiq görülüb. Hüseny əldə etdiyi uğurlara, nailiyyətlərə
görə ailəsinə və müəllimlərinə borclu
olduğunu bildirib. Amma o, xüsusi olaraq da onun ən böyük dəstəkçisi olan
mehriban, gözəl və fədakar anasına minnətdardır. Hüseyn arxa, dayağı olan
atasınada sonsuz təşəkkürlərini bildirir. O, gələcəkdə dövlət qulluğunda
çalışmaq niyyətindədir. 8-10 yaşları olandan bu qərara gəlib. Təbii ki, bu
seçimin onda formalaşmasında ailəsinin fikir məsləhəti var. Asudə vaxtlarının
az olması, onun sevimli məşğuliyyəti olan əl işləri ilə məşğul olmasına mane
törədə bilmir. Boş zaman fürsəti tapan kimi atası ilə şahmat oynamağa üstünlük
verir. Hüseyn tanınmış şəxs olub, Vətəninə,
millətinə xeyirli, savadlı kadr olaraq yetişib, bir şəxsiyyət olaraq
formalaşmaq niyyətindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
8 ноября 2018 г.
6 ноября 2018 г.
Babayeva Aysel Anar qızı
Babayeva
Aysel Anar qızı 22 mart 2011-ci ildən Bakı şəhərində dünyaya göz açıb. Aysel
uşaqlıqdan yaşıdlarından seçilməyi bacarıb. Fərqli cəhəti ondan ibarət idi ki,
o, dostlarını ətrafına yığaraq maraqlı oyunlar fikirləşib tapırdı. Bundan əlavə,
aplikasiyalar da düzəltməyi sevirdi. Hər bir yarpaqdan, çiçəkdən nəyəsə
oxşarlıq axtarıb nə isə düzəltməyə çalışırdı. Onun çox güclü fantaziyaları var.
Qısacası Aysel kreativ bir uşaqdır. O, 4
yaşından English Education International Centre “ECİC” school hazırlıq
kurslarına gedib. Beş yaşından artıq oxuyub, yazmağı bilirdi. Buna görə də
Ayselin valideynləri ECİC kollektivinə xüsusəndə Gülnarə müəllimə minnatdardır.
Onun rəsmə marağı dörd yaşından başlayıb. Hələ kiçik yaşlarından o, şəkilləri rəngləməyi xoşlayardı. Lakin, onun
rənglədiyi şəkillər qeyri adi çalarları ilə (rəngləri özü qatırdı), səligəsi ilə
seçilirdi. Bu heç də dörd yaşlı uşağın çəkdiyi və ya rənglərdiyi rəsmlərə bənzəmirdi. Bütün
bunları müşahidə etdikdən sonra Ayselin
ailəsi Xəzər rayon Gənclər və İdman İdarəsində çalışan Elnarə müəllimə müraciət
edib. Elnarə müəllim Ayselin rəsmə, incəsənətə marağını daha da artırıb. Qısa
müddətdən sonra Aysel rəngli karandaşlardan əlavə, boyalarla da işləməyə
başlayıb.
Aysel 2017-ci
ildə Nərimanov rayonu 82 saylı orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda
həmin məktəbin ikinci sinfində təhsil alır. Sinfin əlaçılarından biridir. O,
bütün fənlərə eyni maraq göstərir, xüsusən İngilis dili və rəsm dərslərini
sevir. Aysel beş yaşından gimnastika ilə məşğul olub və idman yarışlarında
iştirak edib. 2016-ci ildə Xəzər rayon Gənçlər və İdman İdarəsində keçirilən
“Uşaqların rəngarəng dünyası” adlı sərgidə iştirak edib. 2016-ci il 09 noyabr
Bayraq gününə həsr olunmuş “Tolerant Multikultural Azərbaycanım” adlı sərgidə
çıxış edib. Bütün bu nailiyyətlərə və uğurlara görə əziz müəllimləri Gülnarə
xanıma, Təranə xanıma və Elnarə xanıma borcludur. Eyni zamanda Ayselin
inkişafında valideyinlərin rolu az deyildir. Əlbəttə ki, onların qayğısı
olmadan bu nailiyyətlər mümkünsüz olardı. Aysel gələcəkdə rəsm ilə professional
səviyyədə məşğul olmaq arzusundadır. Ümumiyyətlə incəsənət sahəsinə meyli daha
çoxdur. Aysel təbiyyəti, heyvanları çox sevir. Heyvanlara qarşı çox rəhimdildir,
onları müalicə etmək, qayğısına qalmaq onun sevimli məşğuliyyətidir.
Asudə
vaxtlarında şəkil çəkməyi, müxtəlif aplikasiyalar düzəltməyi çox xoşlayır.
3 ноября 2018 г.
Qocayeva Nəzrin İlkin qızı
Qocayeva Nəzrin
İlkin qızı 27 noyabr 2003-cü ildə Bakı şəhərində anadan olub. Nəzrin körpəlikdə
aktiv, şən və ətraf mühitdə baş verən
hadisələr ilə daim maraqlanan uşaq olub.
Onun kitaba, oxumağa olan marağı hələ erkən yaşarından başlayıb. Nəzrin məktəbə
gedənə qədər yazıb-oxumağı bacarırdı. O, buna özünün həvəsi və valideynlərinin
köməyi ilə nail olub. Onda 3-4 yaşlarından artıq hiss olunurdu ki, Nəzrin
istedadlı uşaqdır. Qocayeva Nəzrin “Fizika, Riyaziyyat və İnformatika Təmayüllü
Respublika Liseyi” nin 8-ci sinfində təhsil
alır. Dərs əlaçısıdır. Onun ən sevdiyi fənn biologiyadır. Məktəblərində keçirilən bir çox tədbirlərdə fəal
iştirak edib. Həyatında uğurlu günləri çox olub, ancaq hələlik ən uğurlu günü
olimpiada mükafatçısı olduğu günü hesab edir. Bu günə qədər əldə etdiyi nailiyyətlərə
görə ilk növbədə valideynlərinə, daha sonra müəllimlərinə borclu olduğunu
bildirir. Fəaliyyətindən dolayı ən yüksək zirvəyə çatmağı hədəfləyib. Gələcəkdə
həkim olmaq istəyir. Bu peşəyə maraq onda hələ kiçik yaşlarından yaranmışdır. Nəzrin
asudə vaxtlarını ailəsi ilə keçirməyə
üstünlük verir. O, rəsm çəkməyi çox
sevir. Daha çox təbiət müvzusuna üstünlük verir. Onun gələcək planları ilk növbədə
orta təhsilini müvəffəqiyyətlə başa vurmaqdır. Daha sonra ali məktəbə daxil
olmaq, sevdiyi peşəyə yiyələnmək və özünə uğurlu kariyera qurmağı hədəf seçib.
12 октября 2018 г.
Məmmədova Fatimə Ağaverdi qızı
Məmmədova
Fatimə Ağaverdi qızı – 18 noyabr 2007-ci ildə Bakı şəhərində doğulub. Fatimə
körpəlikdə çox sakit, ağıllı, gülərüz, sözdinləyən hazırcavab və bacarıqlı uşaq
idi. Belə xüsusiyyətlərinə görə də yaşıdlarından fərqlənməyi bacarırdı. Məktəbə
gedənə qədər “Şəkər bala” kursunda Röya müəllimənin sayəsində oxumağı və
yazmağı öyrənməyə başladı.
Məmmmədova
Fatimə 158 saylı tam orta məktəbdə təhsil alır və həmən məktəbin fəal şagirdlərindən
biridir. O, bütün fənləri çox sevir və əla qiymətlərlə oxuyur, sinifdə keçirilən
açıq dərslərdə aktıv iştirak edir. Ümumiyyətlə məktəbdə təşkil olunmuş tədbir və
bayram şənliklərində fəal iştirakına görə o, bir çox fəxri fərmanlar, tərifnamələr
və diplomlarla təltif olunmuşdur. Fatimə əldə etdiyi uğur və nailiyyətlərə görə
valideyinlərinə və müəllimlərinə borclu olduğunu bildirir.
O, hesab edir
ki, yadda qala və ən maraqlı günü doğum günü və ilk dəfə məktəbə getdiyi
gündür. Fatimənin uşaqlıqdan arzusu öz peşəsini könüldən sevən və bunu ləyaqətlə
yerinə yetirən müəllimə olmaqdır. Əgər bədii yaradacılıq və ya incəsənətin hər
hansı bir sahəsi ilə məşğul olsaydı bu ssenaristlik sənəti olardı. O, musiqini
və rəqs etməyi çox sevir. Bunlarla yanaşı asudə vaxtlarında kitab oxumaq onun ən
maraqlı məşğuliyyətlərindən biridir . Ən böyük hədəfi isə məktəbi uğurla bitirib yüksək balla
ali məktəbə qəbul olmaq və təhsilini xarici ölkələrin birində davam etdirməkdir.
Bunun üçün də çox çalışıb istədiyi sənətə yiyələnmək ailəsinə və vətəninə
layiqli şəxsiyyət olaraq yetişmək istəyir.
Hüseynova Miraytac Mirilkin qızı
https://www.youtube.com/watch?v=GpdEooKn5sQ
Hüseynova
Miraytac Mirilkin qızı 4 dekabr 2003-cü il tarixində Sankt-Peterburq şəhərində
ziyalı bir ailədə anadan olub. Miraytac
ağıllı, sözəbaxan, təmkinli və yüksək
intelektə malik bir uşaq olub. Miraytacı yaşıdlarından fərqləndirən
başlıca cəhət gözəl zövqünün olmasıdır. Bu zövq və qabiliyyətini o, kağız üzərində çəkdiyi biri-birindən ecazkar rəsm əsərlərində təzahür edir. Rəssamlıq ruhu
onda irsi xarakter daşıyır. Onun babası
rəssam olub və eyni zamanda anasının da gözəl rəsm çəkmək qabiliyyəti var.
Miraytac heç kimin təsiri olmadan rəssamlığa başlayıb və bu onda çox uğurlu
alınır.
Onun
vokal imkanlarının olmasını nənəsi kəşf edib və bu istiqamətdə bütün əziyyət
onun öhdəsinə düşüb. Ümumilikdə Miraytac incəsənətə meyilli uşaqdır. Hüseynova Miraytac
Bakı şəhəri, Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyində təhsil alır. O,
incəsənət sahəsində uğurlar əldə etdiyi kimi
elm sahəsində də böyük nailiyyət qazanıb.
Bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və nənəsinə borclu
olduğunu bildirir. Miraytac belə hesab edir ki, daxilində incəsənətin fərqli
bir rəngi var və bu rənglə o, öz dünyasını bəzəmək istəyir. Gələcəkdə memarlıq
və dizayn sahəsi üzrə təhsil almaq arzusundadır. O, günü-gündən inkişaf edən,
gözəlləşən Azərbaycanımızda bir tanınmış memar olaraq öz dəsti xəttini görmək istəyir. Asudə
vaxtlarında musiqi dinləməyi və portret çəkməyi xoşlayır. Beləki o, şəhid
Təbriz Musazadənin portretini mükəmməl bir şəkildə çəkdiyi üçün AZTV-nin
“Səhər” verilişinə digər istedalı
məktəblilərlə birlikdə dəvət almışdır.
10 октября 2018 г.
Xəyalə Anar qızı Ramazanova
Oktyabr ayının son günü, hər tərəfin xəzələ büründüyü bir vaxtda Ramazanovlar ailəsində sevincli bir gün yaşandı. Xəyalə Anar qızı Ramazanova 31 oktyabr 2010-cu ildə Bakı şəhərində dünyaya gözlərini açdı. Xəyalə körpəlikdən ağıllı, aktiv və mehriban uşaq olub. Konstruktor ilə oynamağı, rəqs etməyi və şeir söyləməyi çox sevirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Bunun üçün ona anası Günel xanım kömək olmuşdu. Xəyalədə kiçik yaşlarından gimnastikaya maraq göstərib. Bu marağını görən valideynləri onu bədii gimnastikaya yönləndirib. 2016-ci ildə Mübariz Nəcəfov adına 86 saylı tam orta məktəbə qəbul olmuşdur. Hazırda həmin məktəbin III sinfində təhsil alır. Sinfin əlaçı şagirdlərindən biridir. Həmçinin müəllimlərinin də sevimlisidir. Ən sevdiyi fənlər riyaziyyat və ingilis dili fənləridir. Aktiv bir şagird olan Xəyalə məktəbdə keçirilən bayram tədbirlərində iştirak etməyə çalışır.
Əldə etdiyi uğurlara görə isə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. Gələcəkdə gimnastika üzrə ucala biləcəyi ən yüksək zirvəyə çatmaq istəyir. Respublika və dünya yarışlarından əlavə, olimpiadalarda çıxış etmək istəyir. Eyni zamanda gələcəkdə müəllim olmaq istəyir. Bu sənəti ona müəllimi sevdirib.
Asudə vaxtlarını kitab oxuyaraq və rəsm çəkərək dəyərləndirir. Dərslərini daha səylə oxumaq və ali məktəbə daxil olmaq istəyi gələcək planları arasındadır. Savadlı bir vətəndaş olaraq xalqına xidmət etmək istəyir. Balaca Xəyaləyə hər zaman ailəsinin və müəllimlərinin başını uca et deyirik. Uğur daim səni izləsin!
Подписаться на:
Сообщения (Atom)
















































































