elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 декабря 2018 г.

Hacızadə Banu Rəşad qızı

 
Hacızadə Banu Rəşad qızı 14 aprel 2012-ci il Bakı şəhərində anadan olub.  Banu körpəlikdə sakit təbiətli, musiqi dinləməyi sevən və rəqs etməyi xoşlayan bir uşaq olub.  O,  çəkdiyi rəsmləri ilə öz yaşıdlarından seçilirdi. Onun çox gözəl rəng duyumu var. Şəkilləri zövqlü olaraq  rəngləməyi bacarır.  Məktəbə  gedənə qədər yazıb, oxumağı Trio tədris mərkəzində Seva və Pərvanə müəllimlərinin köməkliyi ilə öyrənib.  Banu demək olarki 3-4 yaşından  çox aktiv olub, həm dərslərində qarşı həmdə rəqs və gimnastikaya qarşı. O, 5 yaşında etibarən  Rus, İnglis və Fransız dillərində saymağı, mahnıları oxumağı və şeirlər əzbərləməyi bilirdi. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və İnglis dilidir. Banu bu günə kimi yaşının çox az olmasına baxmayaraq bir çox uğurlara imza atıb. Rəqs üzrə Azərbaycan çempionatında 2-ci yer və Bakı çempionatı üzrə 1-ci yerləri qazanıb. Star Kids groupunun ən aktiv modelidir və buradada 1-ci yerin sahibi olub. Bununla yanaşı  bir çox TV verilişlərində və tədbirlərdə iştirak edib. Çox sayda Diplom və Fəxri fərmanları var.Əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Banu fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. O, rəqs etməyi çox sevir və sonadək davam etmək niyyətindəddir.  Gələcəkdə daha da yüksək nəticələr göstərmək istəyir, həm Azərbaycanda həmdə xarici ölkələrdə. Banu diş həkimi olmaq arzusundadır. O, nağıl oxumağı və hesablamağı, rəqs etməyi, şəkil çəkməyi çox sevdiyi üçün boş vaxtlarında sadəcə bunlarla məşğul olmağa üstünlük verir. O, hər zaman dərslərində uğur əldə etmək və Olimpiyadalarda iştirak etmək niyyətindədir . Banu bilik və bacarıqlarını günü-gündən daha da təkminləşdirib, Vətəninə, millətinə xeyirli bir şəxsiyyət olaraq formalaşmaq istəyir.

7 декабря 2018 г.

İsmayılova Ayan Fariz qızı


İsmayılova Ayan Fariz qızı 28 iyun 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Ayan körpəlikdən ağllı, söz dinləyən, öz yaşıdları arasında həmişə seçilən uşaq olub. Ayan həmişə  kitablarla maraqlanıb, hələ məktəbə  getmədiyi vaxtlarda yalnız nağıl kitabları oxuyurdu.
Ayan məktəbəqədər hazırlıq kurslarında və bağçada müəllimləri tərəfindən oxumağı-yazmağı öyrənmişdi. Ayanın təhsilə qarşı olan marağı artıq kiçik yaşlardan özünü birüzə verirdi. Valideynləri kimi ali təhsilli olmaq onun böyük arzularından biridir. O  məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul istəyir.
Təhsilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 9 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məkətbin IV sinif şagirdir.
Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn Azərbaycan dili, riyaziyyat, ingilis dili, tesviri incəsənət və həyat bilgisidir. Aktiv bir şagird olan Ayan məktəbdə keçirilən bayram və tədbirlərdə hər zaman iştirak etməyə çalışır.
I sinifdə keçirilən “Əlifba bayramında aparıcı kimi çıxış etmiş, Turp nağılında nəvə rolunda oynamışdır.  II sinifdə sinaq imtahında II siniflər üzrə I yeri tutmuşdur. III sinifdə göstərdiyi uğurlu  fəaliyyətinə və dərslərindəki nailiyyətlərinə görə diplomla təltif olunmuşdur.
Əldə etdiyi uğur və nailiyyətlərə görə müəllim və valideynlərinə borclu olduğunu bildirir. Asudə vaxtlarında bədii kitablar oxumağı və şəkil çəkməyi  çox sevir.
Gələcəkdə həkim olmaq istəyir. II sinifdən bu fikrə düşüb. Gələcəkdə ali məktəbə qəbul olmaq və  valideynlərinin onunla  fəxr etməsini istəyir. Balaca müsahibimiz Ayana uğurların  bol olsun deyirik. Yolun hər zaman aydınlıq və işıqlı olsun. Səsin zirvələrdən gəlsin!.

6 декабря 2018 г.

Zeynallı Zeynəb Yalçın qızı


Zeynallı Zeynəb Yalçın qızı 30 yanvar  2007-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb.  Zeynəb uşaqlıqdan sakit təbiəti, mehribanlığı və qayğıkeşliyi ilə seçilib. O, çox fərqli rəsmlər çəkməyi sevirdi. Məsələn, otağı, yemək masasının arxasında oturan insanları elə çəkirdi ki, sanki üstdən görünüşü çəkir. Rəsm rəngləmək, pazl quraşdırmaq, mozaika ilə oymaq onun sevimli məşğuliyyəti idi.
Məktəbə gedənə qədər Azərbaycan, rus və ingilis dillərində saya bilir, müxtəlif şeirləri əzbərdən söyləyirdi. Bunların bəzilərini anası, bəzilərini  böyük bacısı öyrətmişdi. Onun çox şeyə marağı var idi.           İstedadlı və çalışqan olmağında bacısının da rolu var. Zeynəb həmişə özündən 6 yaş böyük bacısı Günelə oxşamağa çalışırdı, çünki  bacısını həmişə dərs oxuyan, şeir söyləyən görmüşdü. O da bacısı kimi məsuliyyətli və bütün dərslərini əla bilən şagird kimi böyümüşdür. Zeynəb  təhsilə Bakı şəhəri İlqar Cəfərov adına 260 saylı tam orta məktəbdə  başlamışdır.   Dərs əlaçısıdır və fənlərin demək olar ki, hamısını sevir.  Məktəbin bütün tədbirlərində, xüsusən də, siniflərindəki divar qəzetinin hazırlanmasında fəal iştirak edir. Bayramlarla, əlamətdar günlərlə bağlı hazırlanan maraqlı və rəngarəng divar qəzetinin redaktorudur. III sinifdən başlayaraq “English School ECİC” kurslarında ingilis dilini öyrənir. Hər il bu kursu uğurla bitirdiyi üçün diplomla  təltif olunur.
Həmçinin “Tusi hazırlıq mərkəzi” nin keçirdiyi test imtahanlarında, bilik yarışlarında müntəzəm olaraq iştirak etmiş, müxtəlif diplomlarla təltif olunmuşdur. Bu il isə 650 bal toplayaraq V siniflər üzrə I yeri qazanmışdır. Həmin gün sevincinin həddi-hüdudu yox idi.
Həyatında maraqlı günləri çox olub  amma 10 yaşı münasibətilə keçirilən ad günü onun həmişə yadında qalacaq. Çünki bu tədbirdə həm onun çox sevdiyi sinif yoldaşları, həm də qohumları iştirak edibdi. Həmin gün uşaqlarla birgə  çox gözəl əylənmişdilər. Çoxlu rəqs eləmiş, mahnılar oxumuş, şeirler soyləmiş və yarışmışdılar. Bu da onun  çox xoşuna gəlmişdi.
Əldə etdiyi uğurlara görə, əlbəttə ki, əvvəl valideynlərinə, sonra da müəllimlərinə minnətdardır. Həyatda atasına  oxşamaq istəyər Zeynəb. O atası  kimi savadlı, mehriban, səmimi, qayğıkeş, səbirli, təmkinli və ən əsas da cəmiyyətimizə lazımlı insan olmaq arzusundadır.
Gəlcək məqsədi ixtisası üzrə ən mükəmməl mütəxəssis olmaqdır.  
Arzusu böyüyəndə dünyada tanınmış uşaq həkimi olmaqdır.  İstəyir ki, yer kürəsində uşaqlar xəstələnməsin, ölməsin, analar ağlamasın. İstəyir ki, bütün  uşaqlar xoşbəxt böyüsün.
Asudə vaxtlarında düşündürücü oyunlar oynamağı, kitab oxumağı, rus dilində cizgi filmlərinə, təbiət və heyvanlar aləmi haqqında filmlərə baxmağı,  ev işlərində anasına  kömək etməyi çox sevir.  Ad günlərində, bayramlarda ata-anasına, bacısına, nənələrinə və babasına  öz əllərilə hədiyyə hazırlamağa üstünlük verir. Rəngli kağızlardan, muncuqlardan və başqa materiallardan hazırlanmış hədiyyə daha xoşagələn və yaddaqalan olur. Anası onun uşaqlıqda çəkdiyi rəsmləri, hazırladığı bu kiçik hədiyyələrin hamısını saxlayır.
Gəlcək planı bacısı kimi əlaçı olmaq, ali məktəbə qəbul imtahanından 700 bal yığaraq istədiyi ixtisasa uğurla yiyələnməkdir.
Tarixin yaddaşında qalmaq üçün hansı peşənin sahibi olmağından asılı olmayaraq öz ixtisasına dərindən yiyələnməli, öz peşəsini sevməli, gördüyü işlərlə insanlara xeyir verməli olduğunu düşünür.
İstdadlı müsahibimizin çəkdiyi rəsmlər tez-tez “Savalan” uşaq qəzetində çap olunur. Biz də öz növbəmizdə Zeynəbə bizimlə həmsöhbet olduğu üçün təşəkkürümüzü bildiririk. Valideynlərinə isə bu cür savadlı, dünyagörüşü geniş cəmiyyətə yararlı bir övlad böyütdükləri üçün minnətdarlığımızı bildiririk.  Zeynəbə yolun açıq olsun deyirik. Səsin hər zaman yüksəklərdən gelsin!