Sərin bir payız günündə İbrahimovlar ailəsində sevincli bir gün yaşandı. Ailənin ilk övladı İbrahimli İbrahim Daşqın oğlu 27 sentyabr 2011- ci ildə Bakı şəhərində dünyaya göz açdı. İbrahimin dünyaya gəlişi bütün ailə üzvlərini sevincə qərq etmişdi. Gülərüz və mehriban siması ilə hamının ürəyində yer tapmağı bacarırdı. İbrahim hər zaman öz tərbiyəsi ilə ətarfındakıların diqqətini çəkirdi. Kitab və dəftərlər hər zaman onun sevimli əşyaları olub. Öz yaşıdlarından fərqli olaraq valideynlərindən oyuncaq əvəzinə kitab-dəftər istəyərdi. Kitabları görəndə oyuncaq görmüş kimi sevinər, öpüb qucaqlayardı. Əlbəttə genitikanında burada rolu böyükdür. Çünki İbrahimin valideynlərinin hər ikisi riyaziyyatçıdır. Atası şagirdlərlə məşğul olan zaman onlara həsrətlə baxar, onlarla birgə olamağa can atardı. Nəhayət məktəb yaşına çatdıqda çox sevinirdi. Çünki artıq böyümüşdü və atası ilə birgə məşğələlərdə iştirak edə bilirdi. Təhsilə isə R. Abidov adına 85 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məktəbin 2 Ç sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur, əlbəttəki sinifin əlaçı şagirindən biridir. İbrahimin bütün fənlərə qarşı marağı böyükdür. Təbiət elmlərinə və riyaziyyata isə daha çox maraq göstərir.Texniki fənlərin teslərini humanitar fənlərdən iki qat daha çox etməyə həvəs göstərir. Məktəbdə keçirilən bayram və tədbirlərdə hər zaman iştirak etməyə çalışır. “Yeni İl” şənliyi, “Novruz” bayramı, “20 Yanvar”, “Xocalı” faciəsinə və s. həsr olunmuş tədbirlərdə iştirak etmişdir. I sinifin yekununda müəllimi yekun test imtahanı keçirmiş və orada I olmuşdur. Zəfər kurlarının keçirdiyi bilik yarışında dəfələrlə iştirak etmiş 400 bal toplamış və diplomla təltif olunmuşdur. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara öz minnətdarlığını bildirir. Gələcəkdə də valideynləri kimi riyaziyyatçı olub, ata və anasının yolunu davam etdirmək istəyir. O artıq uşaqlıqdan bu fikrə düşüb. Ən sevdiyi məşğuliyyət şahmat oynamaqdır. Riyazi zəkası olan birinin şahmata olan marağı əlbəttə təbii hadisədir. Gələcək hədəfi isə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə olaraq ata-anasını sevindirmək istəyir. Biz də istedadlı müsahibimiz İbrahimə yolun daim işıqlı və aydın olsun deyirik. Hər zaman ata-anın fəxri ol. Səsin hər zaman zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
8 января 2019 г.
Razzaqova Fidan İlham qızı
Razzaqova Fidan İlham qızı 16 sentyabr 2011-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan
olub. Fidan körpəlikdən ağıllı, təmkinli,
mülayim və qayğıkeş bir uşaq olub. Şəkil
çəkmək, rəqs etmək onun ən sevimli məşğuliyyətlərindəndir. O, iki yaşında etibarən İngilis və Rus dillərində
saymağı öyrənmişdir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə
anasının köməkliyi ilə öyrənib. Yaddaşı, qavrama qabiliyyəti olduqca güclü
olduğu üçün bu işdə anasını heç vaxt incitməyib. İlk təhsilini Bakı şəhəri Nəsimi rayonu
İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə alıb. Hal-hazırdada həmin məktəbin
2-ci sinif şagirdidir. Dərslərini yaxşı
qiymətlərlə oxuyur. Fidan demək olar ki,
tədris olunan bütün fənləri eyni dərəcədə sevir. Məktəblərində keçirilən bütün tədbirlərdə fəal
iştirak edir. Novruz bayramıda,Yeni il şənliklərində, Son zəng tədbirində Azərbaycan
və Özbək rəqslərini böyük məharətlə nümayiş etdirib. Əlifba bayramında sinifləri
ilə birgə “Müasir turpun nağılı”nı səhnələşdiriblər.
Burada Fidan Özbək qizi rolunda çıxış
edib. O, birinci sinifi əla qiymətlərla başa vurduğuna görə diplomla təltif
olunmuşdur. Fidan bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və
müəllimlərinə borclu olduğunu bildirir.
O, gələcəkdə müstəntiq peşəsinə sahib olmaq istəyir. Sevimli məşğuliyyəti
olaraqsa dizaynerliklə məşğul olmağı düşünür.
Onun orjinal, özünə məxsus, biri-birindən maraqlı fantaziyaları olduqca
çoxdur. Boş vaxtlarında kitab oxumağı, şəkil çəkməyi, rəqs etməyi çox
sevir. O, artıq 3 ildir ki, rəqs ilə məşğul
olur. Milli və dünya rəqslərinə daha çox üstünlük verir. Fidan yaxın zamanlarda
rəsm dərnəyinə və piano dərslərinə
yazılmağı düşünür. O, Dünya
televiziyasında yayımlanan “Qalib Mənəm” verilişində çıxış edib. Fidan bilik və
bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə layiqli şəxsiyyət
olaraq yetişmək istəyir.
7 января 2019 г.
Axundzadə Şəms Rüfət qızı
Axundzadə Şəms Rüfət qızı 26 fevral 2011-ci ildə Bakı şəhərində
anadan olub. Şəms körpəlikdə ağıllı,
aktiv, maraq dairəsi olduqca yüksək olan
və əks cinslə ünsiyyəti daha rahat qurmağı bacaran ( indi də elədir) bir
uşaq olub. Onun ən sevimli məşğuliyyətləri futbol oynamaq və kağızlardan
maraqlı fiqurlar düzəltməkdir. Məkətəbə
gedənə qədər yazmağı, oxumağı, hesablamağı nənəsinin köməkliyi ilə öyrənmişdir. O, yaşının çox az olmasına baxmayaraq hətta 100-dən yuxarı ədədləri belə saymağı bacarırdı. Şəms rəsm çəkməyi çox sevir. Şəms Bakı şəhəri
Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini
əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri musiqi və texnologiyadır.
Siniflərində keçirilən Yeni il şənliyində “Turp” nağılını səhnələşdiriblər. Şəms
burada “ nənə” obrazını yüksək məharətlə
şənlik iştirakçılarına nümayiş etdirib.
Onun həyatında yaşadığı ən maraqlı anlar Yeni il bayramına təsadüf edir,
çünki həmin gün valideynləri ona istədiyi hədiyyələri alır. Şəms birinci sinifi
əla qiymətlərlə bitirdiyinə görə diplomla təltif olunmuşdur. Uğurlarına görə müəlliminə
borclu olduğunu bildirir. Fəaliyyətində dolayı anasına oxşamaq istər. O, yüksək
balla ali məktəbə qəbul olmağı hədəf seçib. Öz üzərində daim işləyib, bilik və
bacarıqlarını daha da təkminləşdirib, irəliləmək istəyir. Gələcəkdə müəllim peşəsinə
sahib olmaq və şagirdlərinə yüksək səviyyəli elm, bilik vermək arzusundadır. Şəms bu istəyə sinif rəhbəri olan Arzu müəlliminin
fədakarlığını, əməksevərliyini, sevgi və qayğısını gördükdən sonra qərar
verib.
Asudə vaxtlarında rəsm çəkməyi və cizgi filmlərinə baxmağı xoşlayır.
Şəms hal-hazırda rəssamlıqla məşğul olur.
O, daha çox fəsillərin təsvirini firçası ilə kağız üzərində özünə məxsus
fantaziyalar ilə canlandırmağa daha çox üstünlük verir. Onun gələcəklə bağlı
planların ən başlıcası rəssamlıqdır. İnsanlara yardımını daim əsirgəməyən
xeyriyyəçi olaraq tarixin yaddaşında
qalmaq arzusundadır.
Məmmədova Yasəmən Tamerlan qızı
Məmmədova Yasəmən
Tamerlan qızı 7 avqust 2006-cı ildə Bakı
şəhərində anadan olub. Yasəmən körpəlikdən öz şirinlik və sevimliliyi ilə ailənin
böyük məhəbbətini qazanmışdır. O, 2 yaşı tamam olmamış bağçaya gedib. Ağlı, tərbiyyəsi
və şirinliyi ilə ailəsinin sevimlisi olmağı bacardığı kimi də müəllimlərinin də
qəlbinə yol tapmağı bacarmışdır. 5 yaşında məktəbəqədərhazırlıq kursuna
gedib.1-ci sinifə gedəndə Yasəmən həm yazmağı həm də 5-ə qədər vurma cədvəlini
bilirdi.
Yasəmən II
sinifdə oxuyanda ilk dəfə özündən hekayə yazmışdı.Hekayənin adı “Kökdən düşmüş
tar” idi. Qardaşı 23 saylı musiqi məktəbinin tar şöbəsinin 5-ci sinfində
oxuyur. Bu hekayəni qardaşına həsr etmişdi.Yasəmən 2-ci sinifdə oxuyanda şahmat
dərsini fənn kimi əlavə etmişdilər.Yasəmən şahmat dərsinə çox böyük maraq göstərirdi.Yay
tətili boyu babası ilə şahmat oynayırdı.Yasəmən təcrübəsiz olduğundan babası
ona güzəşt edib uduzurdu.Sonralar Yasəmən şahmatın sirlərini öyrənərək babasını
həqiqətən udmağa başladı.Şahmata həvəsi olduğunu görən ailəsi Yasəməni məktəblərində
açılan şahmat kursuna yazdırıb.İlk yarşlardan nailiyyət qazandığına və şahmata
böyük həvəsinə görə şahmat müəlliməsi Şirmaiyyə müəllimə Yasəməni öz dərs
dediyi şahmat məktəbinə yazdırıb. Yasəmən şahmatla yanaşı dərslərində də fəaldır
və müəllimlərinin sevimli şagirdidir.
Məmmədova Yasəmən
2012ci ildə Arif Vəliyev adına 258 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.
Hazırda həmin məktəbin 7b sinfində təhsil alır.
O, ev tapşırıqlarını heç kimin köməkliyi olmadan tək başına həll edir.
Yasəmənin ən çox sevdiyi fənlər kimya,riyaziyyat və İngilis dilidir.
Nərimanov
rayon mərkəzi kitabxanada keçirilən görkəmli şair İlyas Tapdıqla görüşdə Yasəmən
və sinif yoldaşları şeir söyləyiblər. Onun ən çox sevindiyi gün yarışda 1-ci dərəcəni
aldığı gün olub, çünki həmin yarışda heç kimin uda bilmədiyi rəqibi məğlub
edib.Yasəmənin bu qədər sevincli olmasının səbəbi həmin rəqibin onu əvvəlki
yarışların birində udaraq çempionata getməkdən məhrum etməsi olmuşdur. Yasəmənin
ilk nailiyyəti 11-17 mart 2015-ci il tarixində 4-cü dərəcəni qazanmaqla
başlamışdır. 3cü dərəcəni 2016ci il 26-31 yanvar turnirində ,2ci dərəcəni 1ci
yerlə 2016-cı il 15-24 dekabr tarixində, 1ci dərəcəni isə 21-29 iyun 2018
tarixində, 3-cü yerlə qazanmışdır. Başqa keçirilən Blits vəTemp turnirlərdə bir
çox yerlər qazanıb.
O, ən böyük
arzusu dünya çempionu adını almaq, valideynləri və müəllimlərinin başını uca
tutmaqdır. Gələcəkdə tərcüməçi olmaq istəyir. İngilis dilini çox sevir.
Şəkil çəkmək,kitab
oxumaq və bilik yarışlarını izləmək Yasəmənin ən sevimli məşğuliyyətlərindən
biridir. O, daha çox şeir və hekayə yazmağa üstünlük verir. Yasəmən bilik və
bacarıqlarını günü-gündən daha da təkminləşdirib, Vətənə layiqli şəxsiyyət
olmağı özünə məqsəd seçib
Подписаться на:
Сообщения (Atom)

















































