elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 марта 2019 г.

Eyvazova Fatimə Araz qızı

 
Eyvazova Fatimə Araz qızı 17 oktyabr 2008-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Fatimə evin son beşiyidir. Sevimliliyi, şirinliyi, zəkası, biliyi, bacarığı ilə ailəsinin və çevrəsindəki hər bir şəxsin sevimlisinə çevrilməyi bacarıb. Körpəlikdən hiperaktiv, müasir texnologiyaya maraqlı, yüksək qavrama qabiliyyətinə sahib bir uşaq olub.  Cizgi filminə baxmaq, telefonda intellektual oyunlar oynamaq, babası ilə gəzintiyə çıxmaq, şəkilli vərəqləri öz zövqünə uyğun olaraq rəngləmək onun ən sevimli məşğuliyyətlərindəndir. Fatiməni yaşıdlarından fərqləndirən başlıca xüsusiyyət qarşısındakı şəxsə təsir edə bilmə qabiliyyətinin güclü olmasıdır. Bu fərdi keyfiyyətlərə  sahib olması, onun bütün istəklərinin ailəsi və yaxınları tərəfdən reallaşdırılmasına səbəb olur.  O, 4 yaşından etibarən  hərfləri, rəqəmləri yazmağı, oxumağı və hesablamağı məktəbəqədər hazırlıq müəllimlərinin köməkliyi ilə öyrənib. Fatimə artıq məktəbə gedən zaman 1-ci sinif proqramını sərbəst olaraq mənimsəmişdir.  Eyvazova Fatimə Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri rus dili, ingilis dili və riyaziyyatdır. Fatimə məktəblərində təşkil olunan bütün tədbir və bayram şənliklərində fəal iştirak edir. Belə ki, o, “Əlifba bayramı”nda, “Novruz  bayramı şənliyi”ndə şeir söyləyib və uğurlu çıxışlar edərək tədbir iştirakçılarının rəğbətini qazanmağı bacarıb. Fatimənin həyatında uğurlu və yadda qalan günləri çox olub. Amma bunlardan ən yadda qalanı, özəli  onun doğum günüdür. O, bu gündə ailəsi və yaxınları tərəfindən çoxlu hədiyyə yağışına qərq olur.  Fatimə bu günə qədər  bilik və bacağı ilə seçildiyi üçün bir çox sertifikatlara, diplomlara layiq görülüb. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimi Arzu xanıma borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. O da atası kimi işini böyük məsuliyyətlə icra edən, peşəkarcasına dövlətinə vicdanla qulluq edən şəxsiyyət olmaq istəyir. Fatimə burada təhsili uğurla başa vurub, bir çox dilləri  öyrənib, ali təhsilini isə xarici ölkələrin nüfuzlu universitetlərindən birində almaq arzusundadır. Onun digər istəyindən  biridə avtomobil sürməyi öyrənib, sərbəst şəkildə idarə etməyi bacarmaqdır. Fatimə gələcəyin peşəkar maliyyəçisi olmaq istəyir. Bunun üçün də bilik və bacarıqlarını daha da təkminləşdirməyi özünə məqsəd seçib. Asudə vaxtlarında televizora baxmağı, şəkil çəkməyi, gəzintiyə çıxmağı çox sevir. Fatimə rəsmlərində canlandırdığı obrazlarda əsasən park, ev və ağac şəkillərinə üstünlük  verir. O əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı yazıçılığı seçərdi. Fatimə Vətəninə xeyirli, faydalı bir şəxsiyyət olaraq formalaşıb, tarixin yaddaşında xeyriyyəçi və peşəkar kadr qalmaq istəyir.

Əsgərov Ruslan Rövşən oğlu

 
Əsgərov Ruslan Rövşən  oğlu 27 yanvar 2010-cu ildə  Bakı şəhərində anadan olub.  Ruslan ailədə üçüncü  övladıdır. Onun özündən 9 və 6 yaş böyük  iki bacısı var. Buna baxmayaraq  heç də ərköyün  uşaq  deyil. Ruslan  xeyirhaq və istiqanlıdır, onun  çoxlu  dostları var.  İlk dəfə olaraq cudoya  onu atası  aparıb. O zaman Ruslanın 5 yaşı  vardı və  məqsəd televizor  və kompyüter  qarşısında daha  az vaxt  keçirməsi idi.  Bu onun çox xoşuna gəldi və ilk yarışından birincilik əldə etdi. İndi Ruslan artıq 9 yaşındadı və onun 14 medala sahibdir.
Yazıb-oxumağı  o artıq 4-5 yaşınnan bacarırdı.  Böyük  bacılarının dərs  eləməylərini  görüb onların  dalıyca təkrarlayırdı.
Ruslan oxumağı  və cudoyla  məşqul  olmağa çox maraq göstərir və hər  zaman  birinci  olmaq istəyir.  Məktəbdə  4 alarkən və  ya yarışda 2-ci  yeri tutarkən çox  üzülür və birinci olmaq üçün əlinnən gələni  edir.Əsgərov Ruslan ilk təhsilini  Nizami rayon  Bakı  şəhərində yerləşən 229 saylı tam  orta məktəbdə  başlamışdır. Hal- hazırda  həmin məktəbin 3-cü sinif  şagirdidir.Dərslərini əla qiymətlərlə  oxuyur. Sevimli fənləri riyaziyyat, İngilis dili və Azərbaycan dilidir.
O, məktəblərində  keçirilən  bayramlarda  və şənliklərdə fəal iştirak edir. Birinci  iki yarışması “Ruslan” İdman  Sağlamlıq mərkəzində olub.  Ruslan çox həyacanlıydı amma buna baxmayaraq hər iki  yarışmada birinci  yerə  layiq görüldü. Üçüncü yarışması yenə “Ruslan” J.S.M. keçirilmişdi və Xocalı soyqırıma  həsr olunmuşdur  və  burada 3-cü yer tutmuşdur. “İdman –Narkomaniyaya  qarşı” devizi altında Xəzər rayonunda yarışmada 2-ci yer tutmuşdu və diplomla təltif olunmuşdur.  272 saylı tam orta məktəbin  keçirdiyi açıq birinciliyində  1-ci yer  tutmuşdu. Ağ-at  idman kompleksinin  açıq birinciliyində  2-ci yer tutmuş və hər  yarışda  olduğu kimi diplomla təltif olunmuşdur. Pirşağı-Kürdaxanı  Olimpiya Kompleksində  keçirilən  yarışda 3 yer tutmuşdur. “Ruslan” J.S.M. açıq birinciliyində 1 yerə  layiq  görülmüşdür. “Ağ-at” idman  klubunda 3 yerə layiq görülmüşdür. “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı  Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman məktəbində  keçirilən yarışmada isə 1-ci  yer tutmuşdur. “9 noyabrdır. “Olimpiya” Cüdo  klubunda  keçirilən  yarışda 1-ci  yer tutmuşdur. 20 yanvar  şəhidlərin xatirəsinə həsr olunmuş birincilikdə 3-cü yerə layiq görülmüşdür. Və sonuncu yarışması “Olimpiya” cüdo klubunda olub və orada 1-ci yer tutduğuna görə təltif olunub.
Ruslan əldə etdiyi uğur və nailiyyətlərə görə  valideynlərinə və müəllimlərinə borclu bilir.
Fəaliyyətiylə bağlı Olimpiya çempionu olmaq  istəyir.
Gələcəydə atası kimi polis olmaq arzusundadır. Bu fikrə lap balaca yaşlardan düşüb.Asudə vaxtlarında kompyüter proqramları və İngilis diliylə məşğul olmağa üsdünlük verir.
Gələcəyə olan planları çoxdu. Amma ən əsası gələn il keçiriləcək Cudo üzrə Bakı  birinciliydə birinci yerə layiq olmaq məktəbi qızıl medalla bitirmək və Polis Akademiyasına daxil olmaqdır.

6 февраля 2019 г.

Abdullayev Fərid Anar oğlu

Abdullayev Fərid Anar oğlu 21 may 2008-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Fərid körpəlikdən çox ağıllı, diqqətcil və təmkinli bir uşaq olub. O,4 yaşından etibarən yazıb-oxumağı bacarırdı. Hər zaman yeniliklər axdarışında olan, nələrisə icad etməyi sevən bir uşaqdır. Çox mehriban xasiyyəti var. Ailənin birinci övladı və ilk nəvəsidir. Məktəbə qədəm qoyduğu ilk gündən, bu günə kimi şərəf lövhəsində şəkili endirilməyib. Fərid bütün ölkələrin paytaxtlarını və bayraqlarını tanıyır. Onun sevimli hobbisi futboldur və ən sevimli komandası isə Yuventusdur. Abdullayev Fərid Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə təhsil alır. O, sinif əlaçısıdır. Məktəblərində tədris olunan bütün fənlərə daim hazırlıqlı olur. Onun ən sevdiyi fənlər riyaziyyat, ingilis və rus dilləridir.
Asudə vaxtlarında futbol oynamağa üstünlük verir. Həyatda maraqlı və uğurlu günləri çox olub, amma ən sevdiyi gün 2018-ci ildə oktyabr ayında həyata keçib. O, ailəsi ilə birlikdə İtalyada Turin şəhərində yerləşən Uventus futbol klubuna və Uventus muzeyini ziyarət edib. Onun kompyuterdə öz bloqu var,vidiolar çəkərək internetə yükləyir və rəsmləri çertiyojlarda çəkməyi daha çox üstünlük verir. Fərid ən çətin işlərin öhdəsindən gəlməyi sevir və gördüyü işdən zövq alır.
Hazırda STEP-İT Akademiyasında təhsil alır. Kompyuter texnikası ilə maraqlanır. İngilis dilini təkminləşdirməyə üstünlük verir. O, FREDS ENGLİSH Kembridge sistemi ilə İnglis dilini öyrənir. Gələcəkdə diplomat olmaq istəyir. Fərid bilik və bacarıqlarını daha da təkminləşdirib Vətənə, millətinə, valideynlərinə layiqli şəxsiyyət olaraq formalaşmaq istəyir.


Mustafayeva Fidan Sakit qızı

Mustafayeva Fidan Sakit qızı 5 fevral 2004-cu ildə Bakı şəhərində dünyaya gözlərini açıb.  Fidan uşaqlıqda çox sakit, deyilən hər sözə qulaq asıb əməl etməyi bacaran uşaq olub. Kiçik yaşlarından rəsm çəkməyə çox marağı olub. Məktəbə getməzdən əvvəl artıq yazıb oxumağı bacarırdı. Yazıb oxumağa, kitablara qarşı böyük marağı vardı. Anası onun təhsili ilə yaxından məşğul olurdu. Təhsilə Abşeron rayon Xırdalan şəhərində yerləşən  6 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məktəbin 9-ci sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və ingilis dilidir. Həmçinin Fidan aktiv şagirdlərdən biridir. O, hər zaman məktəbdə və məktəbdən kənar təşkil olunuş bayram və tədbirlərdə  iştirak etməyə çalışır. “Novruz” bayramı şənliyində həm aparıcı həm də “Bahar qız” rolunda çıxış etmişdir. Daha sonra ingilis dili ilə bağlı tədbirdə çıxış etmişdir. Həyatda ən uğurlu günü təltifnamə, fəxri fərman aldığı günlərdir. Həmçinin imtahan və tədbirləri uğurla başa vurduğu günlərdə bunlara daxildir. Əldə etdiyi nailiyyətlərə görə validyenlərinə və müəllimlərinə özünü borclu bilir. Ona hər zaman yeni biliklər öyrədikləri və cəmiyyətdə savadlı bir vətəndaş kimi yetişdirdikləri üçün onlara hər zaman minnətdardır. Gələcək arzusu isə məktəbi əla qiymətlərlə bitirib, yüksək balla universitetə qəbul olmaq və oranı uğurla bitirib hüquqşünas olmaq niyyətindədir. Hüquqşünas olmaq onun ən böyük arzularından biridir. Bu haqda çoxdan fikirləşir. Köməyə ehtiyaçı olan insanların hüqüqlarını qorumaq, ədalətin bərpə olmasında rol oynamaq istəyir.  Biz isə öz növbəmizdə bu cür vətənimizə və cəmiyyətimizə layiqli övlad böyütdükləri üçün Fidanın valideynlərinə minnətdarlığımızı bildiririk. Fidana isə yolun hər zaman işıqlı olsun. Uğurların daim olsun!

5 февраля 2019 г.

Əliyev Sevindik Nəsib oğlu

Əliyev Sevindik Nəsib oğlu 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşdur. Körpəlikdə çox sakit uşaq olub. Kitaba, dəftərə, qələmə, komputerə böyük marağı olmuşdur. Kitab və mahnı oxumaq, şeir söyləmək, tanınmış şəxsiyyətlər barədə məlumat toplamaq onun ən xoşladığı məşğuliyyət idi. Məktəbə gedənə qədər sərbəst şəkildə yazıb-oxumağı bilirdi. Hətta şeirlər və kiçik həcmli əsərlər də yazırdı. 3 yaşı olmamış valideynləri onun güclü göz yaddaşı olduğunu hiss etmişdilər. Get-gedə bu istedad daha da inkişaf etdi. 
Sevindik hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbdə təhsil alır. Sinfin əlaçı şagilərindəndir. Sevimli fənnləri ədəbiyyat, Azərbaycan dili və Azərbaycan tarixi fənnləridir.
Dəfələrlə məktəbdə keçirilən bayram və tədbirlərdə “Azərbaycanımızsan”,  “Layiqli övlad olaq”, “Bilik günü”, “Son zəng” və başqa şeirlərilə çıxış etmişdir. Məktəbin akt zalında Bayraq gününə həsr olunmuş tədbirdə “Azərbaycan bayrağı” adlı şeirini söyləyib. 21 fevral 2018-ci ildə məktəbin Xırdalan şəhər Heydər Əliyev mərkəzində keçirdiyi “Mənim Ana Dilim” adlı tədbirdə “Ürəyim, Ana dilim” adlı şeirilə çıxış etmişdir.
İki dəfə C.Cabbarlı mükafatının təqdimat mərasimində iştirak etmiş. Bir dəfə isə C.Cabbarlının anadan olmasının 117-ci illiyinə həsr olunmuş “Baharın oğlu” adlı tədbirdə iştirak etmişdir. 2 fevral 2018-ci ildə H.Cavidin 135 illiyinə həsr olunmuş, Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mükafatlandırma mərasimində iştirak etmişdir. Onu bu tədbirə “Hüseyn Cavid” adlı şeirinə görə dəvət etmişdilər. 11 may 2018-ci ildə AMEA-da filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova və digər elm xadimləri ilə görüşü olmuşdur. 31 may 2018-ci ildə Lamiyə İsaqızının “Ailə və uşaq” adlı kitabının təqdimat mərasimində iştirak edib. Həmin tədbirdə millət vəkili Əflatun Amaşovun və tədbir iştirakçılarının qarşısında “Ulu Öndər” adlı şeirini söyləmişdir. 22 iyun 2018-ci ildə filologiya elmləri doktoru, professor Asif  Rüstəmlinin “C.Cabbarlı və Milli İstiqlal Hərəkatı” adlı kitabının təqdimat mərasimində iştirak etmişdir. 9 avqust 2018-ci ildə professor Qafar Çaxmaqlının “Erməni faşizmi” adlı kitabının təqdimatında iştirak edib və “Narahat olma, Qarabağ”, “Qarabağ marşı” və “Ayrı düşdük Qarabağdan” adlı şeirlərini söyləmişdir. 20 oktyabr 2018-ci ildə Novruz Bəkirovun “Azərbaycan-gürcü ədəbi əlaqələri və Molla Cüma yaradıcılığı” adlı kitabının təqdimat mərasimində iştirak edib. Həmin tədbirdə akademik Yaqub Mahmudovun və tədbir iştirakçılarının qarşısında “Anam Azərbaycanım” adlı şeirilə çıxış etmişdir. Asiya.info xəbər saytının “Sizi tanıyaq” layihəsinin 2-ci buraxılışının qonağı olmuşdur. Dəfələrlə həmin saytın keçirdiyi tədbirlərdə iştirak edib öz şeirlərini söyləmişdir. 4 noyabr 2018-ci ildə “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Abşeron rayon rəhbərliyi və Qarabağ qaziləri ilə birlikdə keçirdiyi “Bayrağımız-qürurumuzdur” adlı tədbirdə “Azərbaycan bayrağı” adlı şeirini söyləmişdir. 20 noyabr 2018-ci ildə Atatürk Mərkəzində “Diriliş Ərtoğrul” serialından yaxşı tanıdığımız Adil Şanın kitabının təqdimat mərasimində iştirak edib. Tədbirdə millət vəkili Qənirə Paşayeva, şair-publisist Əkbər Qoşalı, Qarabağ qaziləri və şəhid anaları da iştirak edirdilər. O bu tədbirdə Adil Şana Şəmistan Əlizamanlının “Diriliş Ərtoğrul” serialının 122-ci bölümündə iştirakına həsr etdiyi  “Allah türkə yar olsun!” adlı şeirinin yazılı variantını təqdim etdi. Həmçinin Qənirə Paşayeva və Adil Şana öz şeir kitablarını təqdim etdi. 24 noyabr 2018-ci ildə Dağlıq Qarabağ İcmasının Şuşa və Xocavənd rayonlarının icra hakimiyyətləri ilə birgə keçirdikləri “Gənclər və vətənpərvərlik” adlı tədbirində iştirak etmişdir. Həmin tədbirdə “Ulu Öndər”, “Narahat olma, Qarabağ”  və “Qarabağ marşı” adlı şeirlərini söyləmişdir. Dağlıq Qarabağ İcmasının rəhbəri, Şuşa rayon icra hakimiyyət başçısı Bayram Səfərova və Xocavənd rayon icra hakimiyyət başçısı hörmətli Eyvaz Hüseynova “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarını təqdim etmişdir.
Həyatında ən maraqlı və uğurlu günü Naxçıvan Muxtar Respublikasına səfəri hesab edir. İllərdir görmək istədiyi, arzusunda olduğu yerləri görmək imkanı oldu.
26 dekabr 2017-ci ildə Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomuna layiq görülmüşdür. Məktəb tərəfindən 4 il əla oxuduğuna görə tərifnamə ilə təltif olunmuşdur. IV sinifdə test imtahanlarında sinifdə I yerə çıxaraq tərifnamə ilə təltif olunmuşdur. 1 iyun 2018-ci ildə Asiya.info-nun “Ən yaxşı yazar” diplomuna və 9 noyabr 2018-ci ildə Bayraq günü ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətinin və informasiyanın inkişafına görə fəxri diplomla təltif olunmuşdur.
Uğur və nailiyyətlərinə görə ailəsinə, və onu hər zaman  dəstəkləyib yardımçı olan hər kəsə özünü borclu bilir. Əsl, həqiqi və gözəl insani keyfiyyətlərə malik olan insana oxşamaq istəyərd.
Ən böyük hədəfi  Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olmaqdır.
Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul istəyir. Hələ bu barədə ciddi qərar qəbul etməyib ancaq ADA və ya BDU-da təhsil almağı düşünür. Asudə vaxtlarında Vikipediya saytında araşdırmalar aparmağı və mütaliə ilə məşğul olmağı xoşlayır. Bədii ədəbiyyatda şifahi xalq ədəbiyyatına daha çox üstünlük verir. Gələcəkdə yaradıcılığını davam etdirmək, yeni-yeni kitablar nəşr etdirmək planı var. Həmçinin hansısa bir televiziya kanalında uşaqlar üçün maarifləndirici proqram aparmağı düşünür. Tarixin yaddaşında yaşamaq üçün çoxlu çalışmaq, yeni əsərlər yazmaq və ümumi biliklərini artırmaq fikirindədir.
İstedadımla bağlı 28 iyul 2017-ci ildə Azərbaycan Milli Radiosunun “Navalça” verilişində qonaq olmuşdur. Şəmsiyyə Fərhadqızı ondan geniş müsahibə hazırlamışdır.  O  həmin verilişdə sualları cavablandırmış və öz şeirlərindən səsləndirmişdir. İlk dəfə isə Azərbaycan Milli Televiziyasının “Pillə” verilişində (24.09.2017) “Azərbaycanımızsan” adlı şeirilə efirə çıxmışdır. Növbəti dəfə isə yenə Azərbaycan Milli Televiziyasının “Pillə” verilişində (12.11.2017) “Azərbaycan bayrağı”, daha sonra həmin verilişdə (07.01.2018) “Yeni ilin çox mübarək!” adlı şeirilə çıxış etmişdir. Yaxın keçmişdə yəni 29 oktyabr 2018-ci ildə yenə “Pillə” verilişinin poeziyaya həsr olunmuş çəkilişində “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarını təqdim edib “Anam Azərbaycanım” adlı şeirini söyləmişdir.  Biz də öz növbəmizdə istedadlı müsahibimizə yolun daim aydınlıq və açıq, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!