elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Tağıyeva Leyla Amil qızı

Tağıyeva Leyla Amil qızı 16 oktyabr 2010-cu ildə Naxçıvan şəhəri Şərur rayonu Siyaqut kəndində ziyalı bir ailədə anadan olub. Leyla körpəlikdə  ağıllı, aktiv, intiusiyalı, yaranan hər bir çətin vəziyyətdən asanlıqla çıxa bilmə qabiliyyətinə malik bir uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı 2 yaşından etibarən anasının köməkliyi ilə öyrənib. O, 3 yaşı olan zaman ailə üzvlərinin adlarını səhvsiz yazmağı bacarırdı.  Tez dil açıb, danışıb. Zehni qabiliyyəti olduqca güclü olan Leyla yaşının çox az olmasına baxmayaraq bir çox şeirləri əzbər bilirdi. Onun anası müəllimdir. Bir gün icmal yazan zaman balaca Leyla anasının əlinə diqqətlə baxaraq onun yazısının eynisini təqlid etmişdir. Ziyalı müəllim ailəsində böyüməsi onun da təhsilə olan həvəsini hər gün bir az daha artırırdı. Tağıyeva Leyla Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Tədris olunan bütün fənləri sevməsinə baxmayaraq daha çox riyaziyyatı, fiziki tərbiyəni və  həyat bilgisini sevir. Hələ ibtidai sinifdə təhsil almasına baxmayaraq o, kimya və fizika elmindən də məlumatlıdır. Bu fənlərə qarşı artıq indidən onda sevgi və maraq yaranıb. Leylada  bu sevgi və maraq boş yerə yaranmayıb onun babası  əməkdar müəllim olan Hüsenyəliyev Mehdi bəy bu elmin mütəxəssisidir. Əldə etdiyi uğurlara görə ailəsinə və müəlliminə borclu olduğunu bildirir. Məktəblərində təşkil olunan bütün bayram şənlikləri və tədbirlərdə aktiv iştirak edir. Belə ki, o, Əlifba bayramında Tık-Tık xanım, Turp nağılında nənə obrazında, Yeni il şənliyi, Novruz bayarmına həsr olunmuş tədbirlərdə, Payız fəslinə aid şənlikdə və Meyvələrədən bəhs edən bayramda uğurlu çıxışlar edib.  Onun həyatında ən yadda qalan gün sınaq imtahanında yüksək bal toplayaraq, atası tərəfindən rolik hədiyyə olunduğu gündür. Leyla fəaliyyətindən dolayı nənəsi Nəzərova Gülbəniz xanıma oxşamaq istəyir. Nənəsi təhsil işçisidir. Bu günə qədər peşəsini vicdanla, şərəflə yerinə yetirən və gələcəyimizə savadlı nəsillər yetişdirən bir müəllimin nəvəsi olmaq qürur vericidir. O, gələcəkdə ürək həkimi olmaq arzusundadır. 3-4 yaşlarından bu qərara gəlib. Anasının ona aldığı həkim oyuncaqlarından sonra həkimlik peşəsinə qarşı onda böyük maraq yaranıb. Leyla əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı, o, balerinalığı seçərdi. Asudə vaxtlarında qardaşı ilə oynamağı, bacısına dərslərində kömək etməyi və hətta anasına da ev işlərində yardım etməyi xoşlayır. Leyla Vətəninə, ailəsinə xeyirli bir şəxsiyyət olaraq formalaşmaq istəyir. 

2 марта 2019 г.

Eyvazova Fatimə Araz qızı

 
Eyvazova Fatimə Araz qızı 17 oktyabr 2008-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Fatimə evin son beşiyidir. Sevimliliyi, şirinliyi, zəkası, biliyi, bacarığı ilə ailəsinin və çevrəsindəki hər bir şəxsin sevimlisinə çevrilməyi bacarıb. Körpəlikdən hiperaktiv, müasir texnologiyaya maraqlı, yüksək qavrama qabiliyyətinə sahib bir uşaq olub.  Cizgi filminə baxmaq, telefonda intellektual oyunlar oynamaq, babası ilə gəzintiyə çıxmaq, şəkilli vərəqləri öz zövqünə uyğun olaraq rəngləmək onun ən sevimli məşğuliyyətlərindəndir. Fatiməni yaşıdlarından fərqləndirən başlıca xüsusiyyət qarşısındakı şəxsə təsir edə bilmə qabiliyyətinin güclü olmasıdır. Bu fərdi keyfiyyətlərə  sahib olması, onun bütün istəklərinin ailəsi və yaxınları tərəfdən reallaşdırılmasına səbəb olur.  O, 4 yaşından etibarən  hərfləri, rəqəmləri yazmağı, oxumağı və hesablamağı məktəbəqədər hazırlıq müəllimlərinin köməkliyi ilə öyrənib. Fatimə artıq məktəbə gedən zaman 1-ci sinif proqramını sərbəst olaraq mənimsəmişdir.  Eyvazova Fatimə Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri rus dili, ingilis dili və riyaziyyatdır. Fatimə məktəblərində təşkil olunan bütün tədbir və bayram şənliklərində fəal iştirak edir. Belə ki, o, “Əlifba bayramı”nda, “Novruz  bayramı şənliyi”ndə şeir söyləyib və uğurlu çıxışlar edərək tədbir iştirakçılarının rəğbətini qazanmağı bacarıb. Fatimənin həyatında uğurlu və yadda qalan günləri çox olub. Amma bunlardan ən yadda qalanı, özəli  onun doğum günüdür. O, bu gündə ailəsi və yaxınları tərəfindən çoxlu hədiyyə yağışına qərq olur.  Fatimə bu günə qədər  bilik və bacağı ilə seçildiyi üçün bir çox sertifikatlara, diplomlara layiq görülüb. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimi Arzu xanıma borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. O da atası kimi işini böyük məsuliyyətlə icra edən, peşəkarcasına dövlətinə vicdanla qulluq edən şəxsiyyət olmaq istəyir. Fatimə burada təhsili uğurla başa vurub, bir çox dilləri  öyrənib, ali təhsilini isə xarici ölkələrin nüfuzlu universitetlərindən birində almaq arzusundadır. Onun digər istəyindən  biridə avtomobil sürməyi öyrənib, sərbəst şəkildə idarə etməyi bacarmaqdır. Fatimə gələcəyin peşəkar maliyyəçisi olmaq istəyir. Bunun üçün də bilik və bacarıqlarını daha da təkminləşdirməyi özünə məqsəd seçib. Asudə vaxtlarında televizora baxmağı, şəkil çəkməyi, gəzintiyə çıxmağı çox sevir. Fatimə rəsmlərində canlandırdığı obrazlarda əsasən park, ev və ağac şəkillərinə üstünlük  verir. O əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı yazıçılığı seçərdi. Fatimə Vətəninə xeyirli, faydalı bir şəxsiyyət olaraq formalaşıb, tarixin yaddaşında xeyriyyəçi və peşəkar kadr qalmaq istəyir.

Əsgərov Ruslan Rövşən oğlu

 
Əsgərov Ruslan Rövşən  oğlu 27 yanvar 2010-cu ildə  Bakı şəhərində anadan olub.  Ruslan ailədə üçüncü  övladıdır. Onun özündən 9 və 6 yaş böyük  iki bacısı var. Buna baxmayaraq  heç də ərköyün  uşaq  deyil. Ruslan  xeyirhaq və istiqanlıdır, onun  çoxlu  dostları var.  İlk dəfə olaraq cudoya  onu atası  aparıb. O zaman Ruslanın 5 yaşı  vardı və  məqsəd televizor  və kompyüter  qarşısında daha  az vaxt  keçirməsi idi.  Bu onun çox xoşuna gəldi və ilk yarışından birincilik əldə etdi. İndi Ruslan artıq 9 yaşındadı və onun 14 medala sahibdir.
Yazıb-oxumağı  o artıq 4-5 yaşınnan bacarırdı.  Böyük  bacılarının dərs  eləməylərini  görüb onların  dalıyca təkrarlayırdı.
Ruslan oxumağı  və cudoyla  məşqul  olmağa çox maraq göstərir və hər  zaman  birinci  olmaq istəyir.  Məktəbdə  4 alarkən və  ya yarışda 2-ci  yeri tutarkən çox  üzülür və birinci olmaq üçün əlinnən gələni  edir.Əsgərov Ruslan ilk təhsilini  Nizami rayon  Bakı  şəhərində yerləşən 229 saylı tam  orta məktəbdə  başlamışdır. Hal- hazırda  həmin məktəbin 3-cü sinif  şagirdidir.Dərslərini əla qiymətlərlə  oxuyur. Sevimli fənləri riyaziyyat, İngilis dili və Azərbaycan dilidir.
O, məktəblərində  keçirilən  bayramlarda  və şənliklərdə fəal iştirak edir. Birinci  iki yarışması “Ruslan” İdman  Sağlamlıq mərkəzində olub.  Ruslan çox həyacanlıydı amma buna baxmayaraq hər iki  yarışmada birinci  yerə  layiq görüldü. Üçüncü yarışması yenə “Ruslan” J.S.M. keçirilmişdi və Xocalı soyqırıma  həsr olunmuşdur  və  burada 3-cü yer tutmuşdur. “İdman –Narkomaniyaya  qarşı” devizi altında Xəzər rayonunda yarışmada 2-ci yer tutmuşdu və diplomla təltif olunmuşdur.  272 saylı tam orta məktəbin  keçirdiyi açıq birinciliyində  1-ci yer  tutmuşdu. Ağ-at  idman kompleksinin  açıq birinciliyində  2-ci yer tutmuş və hər  yarışda  olduğu kimi diplomla təltif olunmuşdur. Pirşağı-Kürdaxanı  Olimpiya Kompleksində  keçirilən  yarışda 3 yer tutmuşdur. “Ruslan” J.S.M. açıq birinciliyində 1 yerə  layiq  görülmüşdür. “Ağ-at” idman  klubunda 3 yerə layiq görülmüşdür. “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı  Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman məktəbində  keçirilən yarışmada isə 1-ci  yer tutmuşdur. “9 noyabrdır. “Olimpiya” Cüdo  klubunda  keçirilən  yarışda 1-ci  yer tutmuşdur. 20 yanvar  şəhidlərin xatirəsinə həsr olunmuş birincilikdə 3-cü yerə layiq görülmüşdür. Və sonuncu yarışması “Olimpiya” cüdo klubunda olub və orada 1-ci yer tutduğuna görə təltif olunub.
Ruslan əldə etdiyi uğur və nailiyyətlərə görə  valideynlərinə və müəllimlərinə borclu bilir.
Fəaliyyətiylə bağlı Olimpiya çempionu olmaq  istəyir.
Gələcəydə atası kimi polis olmaq arzusundadır. Bu fikrə lap balaca yaşlardan düşüb.Asudə vaxtlarında kompyüter proqramları və İngilis diliylə məşğul olmağa üsdünlük verir.
Gələcəyə olan planları çoxdu. Amma ən əsası gələn il keçiriləcək Cudo üzrə Bakı  birinciliydə birinci yerə layiq olmaq məktəbi qızıl medalla bitirmək və Polis Akademiyasına daxil olmaqdır.