elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 мая 2019 г.

İsmayılova Naibə Fərid


 
 
İsmayılova Naibə Fərid qızı 28 iyul 2010-cu ildə Bakı şəhərində anadan olub. Naibə körpəlikdən çox ağıllı uşaq olub.Onun rəsmə çox böyük marağı var idi. Ağ rəng üzərində öz kiçik dünyasına aid rəsmlər çəkməyi xoşlayırdı. Qardaşı Tural 1-ci sinifdə oxuyanda Naibənin 3 yaşı var idi.O qardaşının kitablarını həvəslə,maraqla vərəqləyib,oradakı şəkillər haqqında öz fikirlərini valideynlərinə aydın şəkildə çatdıra bilirdi. Naibə məktəbə gedəndə artıq yazıb-oxumağı bacarırdı. Bu nailiyyətinə köməklik edən onun Könül müəlliməsi idi. O Könül müəlliməsinin ən sevimli şagirdi olub. Naibənin ən böyük istedadı onun yüksək məntiqi təfəkkürlü olmağı və hazır-cavablığıdır. Bu,Naibədə 4-5 yaşlarından yaranmışdır. Valideynlərinin köməkliyi ilə bu istedadı sonradan daha da formalaşmış, müəllimlərinin sayəsində isə daha da savadını artırmışdır.
İsmayılova Naibə ilk təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır.Hal- hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini çox yaxşı qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənn riyaziyyatdır. Məntiqlə də yaxından məşğul olur.  O, Əlifba bayramında iştirak etmiş,burada şerlər demiş,rəqs səhnəciklərində iştirak etmişdir.Bundan başqa məktəbin akt zalında keçirilən tədbirlərdə də iştirak etmişdir.”Nömrə 1” sınaq imtahanlarda birinci yeri qazandığı üçün çox sevinmişdi.Ailəsinə və müəlliməsinə bu sevinci yaşatdığı üçün o gün Naibə üçün unudulmaz bir günə çevrilmişdi. Məktəbdə keçirilən “Sərhədsiz Riyaziyyat” olimpiadasında dəfələrlə diplom qazanmış,medallarla təltif olunmuşdur.”Nömrə 1” sınaq imtahanından dəfələrlə təltifnamə qazanmışdır.Bundan başqa Naibənin Şahmat turnirlərində də uğurlarları olmuş,hətta 2-ci yeri tutmuşdur. Naibə əldə etdiyi uğurlara görə sinif rəhbəri Qənirə müəlliməyə və ailəsinə borclu olduğunu bildirir.Fəaliyyətindən dolayı öz müəlliməsinə  oxşamaq istəyir. Onun gələcək hədəfləri,medallarının sayını artırmaqdır. O,  müəllim olmaq istəyirəm. Bu fikrə 2-3 cü sinifdən düşüb. Şagirdlərinin qazandığı nailiyyətləri görən müəlliməni görəndə, Naibədə müəllimlik peşəsinə sahib olmaq istəyir. Naibə boş vaxtlarında kitab oxumağı xoşlayır. Oxuduğu kitablar arasında: Uzuncorab Peppi,Qoca və Dəniz,Şahzadə və Dilənçi,Dostum Mimi,Yaşıl gözlü qız,Zamanın əsirləri,Uzaq Planetin sirki və s. O, əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olmaq istəsəydi bu yazıçılıq olardı.  Bu həvəsi onda bibisi oyadıb. Onun bibisi Rəbiqə Nazimqızı çox güclü  şerlərin müəllifidir.Onun “Sənə Qədər” və “Epizodik Sevgilərlə” kitabları var.Boş vaxtlarında bu kitablardan bəzi şerləri oxuyur. Gələcəkdə öz üzərində daha da çalışmaq,daha da yüksək nailiyyətlər əldə etmək və müəllimlik peşəsinə yiyələnmək niyyətindədir. Naibə  tarixin yaddaşında yetişdirdiyin tələblərin uğurları ilə qalmaq istəyərdim.

3 мая 2019 г.

Şahhüseyni Cavid Ceyhun oğlu

  
Şahhüseyni Cavid Ceyhun oğlu 5 iyun 2006-cı ildə Bakı şəhərində dünayaya göz açıb. Cavid körpəlikdən çox təmkinli, sakit təbiətli və tez ünsiyyət qurmaq qabiliyyətinə sahib bir uşaq olub. Topla oynamaq, cizgi filmlərinə baxmaq, maşın markaları ilə maraqlanmaq onun ən sevimli məşğuliyyətləri idi. Cavid məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bilirdi. Bununla yanaşı rus və ingilis dilləri üzrə də tədris götürüdü. Bu işdə ona valideynləri və müəllimləri köməklik göstərib.
İdmana həvəsi lap kiçik yaşlarından atası tərəfindən yaradılıb. Cavidin atası da vaxtı ilə peşəkar idmançı kimi fəaliyyət göstərib. Cavid ilk təhsilini 225 №-li məktəbdə alıb. Hazırda isə ən qabaqcıl məktəblərdən biri sayılan 20 saylı məktəb-liseydə təhsilini davam etdirir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri riyaziyyat və fizikadır. Məktəblərində təşkil olunan bütün bayram şənliklərinin və tədbirlərin aktiv iştirakçısıdır. Həyatında ən yaddaqalan, unudulmaz günü ilk dəfə məktəbə qədəm qoyduğu gündür.
Cavid təhsil sahəsində əldə etdiyi uğurlarla yanaşı idman sahəsində də böyük nailiyyətlər qazanıb. Belə ki, o, 2017-ci ildən bu günə qədər iştirak etdiyi bütün idman yarışmalarında yer tutaraq diplom və medallarla təltif olunub. Dəfələrlə birincilik əldə etməsi onu növbəti yarışlarda uğur qazanmağa daha da ruhlandırıb.
O, bu günə kimi əldə etdiyi uğurlara, nailiyyətlərə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Amma onun ən böyük təşəkkürü yaxın dostu, sirdaşı, dayağı və ən böyük dəstəkçisi olan atasınadır. Həqiqətən də Ceyhun bəyin Cavid üzərində əməyi, zəhməti və diqqəti danılmazdır. Onlar arasında sanki ata və oğuldan daha çox yaxın dost, sirdaş münasibətləri var.
İdman sahəsində dünya və Avropa çempionu cüdoçu Rüstəm Orucova oxşamaq istəyir. Cavidin ən böyük məqsədi Azərbaycan bayrağını dünyada zirvələrə qaldırmaqdır. Onun məqsədi diplomat olmaq və vətənini beynəlxalq arenalarda təmsil etməkdir.
Asudə vaxtlarında dostları ilə futbol oynamağı, musiqi dinləməyi və kitab oxumağı xoşlayır. Cavid məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq və idman sahəsində uğurlar əldə etmək niyyətindədir. O, olimpiya çempionu olub, tarixin yaddaşında iz qoymaq arzusundadır.
Cavidin istedadı ilə bağlı yerli mətbuatda da məlumat yer alıb. Belə ki, o, sportinfo.az saytına və “Futbol” qəzetinə müsahibə verib.

1 мая 2019 г.

Abbasov Sərdar Sərvər oğlu


Abbasov Sərdar Sərvər oğlu 2 apel 2005-ci ildə Qəbələ şəhərində anadan olub. Körpəlikdə sakit rəsmə meyilli idi. Məktəbəqədər yaş dövründə valideynlərin köməyi ilə yazıb-oxumağı öyrənmişdi. 4 yaşından rəsmə maraq yaranmışdı, maraq atasından gəlir. Atası Sərvər bəyində gözəl rəsm qabiliyyəti var.
Təhsilə Abşeron rayon Xırdalan şəhər 6 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məktəbin VIII sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur, ən sevdiyi fənn isə biologiyadır. Müəllimləri ona böyük ümidlər bəsləyir. Sərdarın nizam, intizamından, onlara qarşı olan hörmətindən müəllimləri çox razıdır. Eyni zamanda yüksək insani keyfiyyətləri, ürəyiyumşaqlığı, sinif mənafeyi naminə hər çətinliyə dözən, çalışqan, savadlı şagird kimi hər zaman müəllimlərin diqqətini çəkir.
Məktəbin ictimai işlərində hər zaman yaxından iştirak etməyə çalışır. Məktəbdəki uğurlu fəaliyyətini və rəsm qabiliyyətinə görə bir çox diplom və fəxri fərmanların sahibidir. Təlimdə göstərdiyi fəallığa görə məktəb müdiriyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Yasamal bələdiyyəsi tərəfindən “28 may – Respublika Gününə” həsr olunmuş “Azərbaycan-yurdum mənim, dünənim, bu günüm və sabahım” mövzusunda 11-14 yaş mərhələsi üzrə rəsm müsabiqəsində həvəsləndirici yer tutduğuna görə fəxri fərmanla təltif olunmuşdur. Fəaliyyəti ilə bağlı atasına oxşamaq istəyir. Gələcəkdə yaxşı rəssam və ya dizayner olmaq arzusundadır. Məktəbi əla qiymətlərlə bitirib Rəssamlar Universitetinə qəbul olmaq istəyir. Tarixin yaddaşında qalmaq üçün məhşur rəssam və yaxud dizayner olmaq kimi planları var.
 Həmçinin Sabir sergidə III yer tutmuşdu və mənə 50 manat dəyərində kart verilmişdi və bəzi özəl saytlarda yayınlanmışdı.
İstedadlı müsahibimiz Sərdara isə yolun daim açıq, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!


Qurbanov Ramiz Ramin oğlu


Qurbanov Ramiz Ramin oğlu 22 yanvar 2007-ci ildə Bakı şəhərində anadan olub.  Ramiz körpəlikdə inadkar, hər ağrıya dözə bilən, dəcəl, çətin xasiyyətli və eyni zamanda da kövrək qəlbə sahib bir uşaq olub. Heperaktiv uşaq olub, bir yerdə qərar tuta bilmirdi. Onun heyvanlarla arasında dostluq münasibətləri var idi. Danışa bilmədiyi vaxtlarda heyvanların səsini çıxararaq onun nə olduğunu dəməyə çalışardı. Babası və nənəsinin yanına gedib, onlarla bərabər heyvanları yemləməkdən xüsusi zövq alardı. Onun ətraf mühitdə ki, hər şeyə qarşı böyük marağı vardı. Ramiz 3 yaşına qədər danışa bilməyib. 4-5 yaşlarında isə kitablara maraq göstərib. Bu səbəbdən atası ona müxtəlif  şəkilli nağıl, hesab kitabları, testlər alardı. Anası ona həmin yaşlardan yazmağı, sərbəst oxumağı və hesablamağı öyrətmişdir. Bu səbəbdən də o, artıq məktəbə gedən zaman öz yaşıdlarından fərqlənirdi. Qurbanov Ramiz ilk təhsilini Bakı şəhəri Nizami rayonu 328 saylı  tam orta məktəbdə başlayıb. Hal-hazırda həmin məktəbin 6-cı sinif şagirdidir. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Ən sevdiyi fənlər riyaziyyat, fizika, Azərbaycan dili və ədəbiyyatdır. O, ibtidai sinifdə oxuduğu zaman sevimli müəllimi, ikinci anası Sevinc xanımın təşkil etdiyi Yeni ildə, Novruz şənliyində, Əlifba bayramında, 20 Yanvar və Xocalı faciəsinə həsr edilmiş tədbirlərdə fəal iştirak edib. Burada müxtəlif obrazlar canlandırıb, şeir söyləyib, çıxışlar edib. Ramiz 3-cü sinifdə oxuyan zaman uşaq evinə getmiş və orada öz əl işlərini sərgiləmişdir. Onun əl işi çox bəyənilmişdir. Rəsm çəkməyi də çox sevir və onun rəsmləri məktəb daxilində keçirilən sərgilərdə bəyənilmiş və diplomlara layiq görülmüşdür. Bu yaxınlarda həyat bilgisi dərsindən Sevil müəllimin təşkilatçılığı ilə baş tutan “Pis vərdişlərə yox deyək” adlı tədbirdə öz qəzeti ilə çıxış edib. Ramiz 5-ci sinifdə oxuyan zaman ibtidai sinif müəllimi Sevinc Cabbarovanın dəvəti ilə birincilərin Əlifba bayarmında əsgər kimi iştirak edib. Bu fəal çıxışından dolayı diplomla təltif olunub. Həyatında ən maraqlı günü 7 yaşında Kikboksing üzrə yarışda birincilik əldə etdiyi gündür. Həmin gün o, nəinki diplom və medal qazanmışdı, eyni zamanda atasının ona həm fəxr, həm də sevinc dolu baxışları idi. Bu səbəbdən atası ona hediyyə olaraq planşet alıb. Bu Ramizin 2 qat sevinci idi. Çünki həm diplom və medal, həm də planşet öz zəhmətinin bəhrəsi idi.  Ramiz 31 dekabr 2014-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş Kikboksinq üzrə Xəzər rayon kubokunda 26 kq çəki dərəcəsində 1-ci yeri qazanıb.
2013-2014-cü  illərdə yəni 1-ci sinifdə oxuduğu zaman hər ay tərbiyəsinə və əla oxuduğuna görə təşəkkürnamələr əldə edib.  Daha sonra o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş Free Fighting döyüş növləri üzrə kuboklar arası açıq çəmpionatda 22 kq stil Lo-kik 3-cü yeri tutmuş diplom və medalla təltif olunmuşdur. Oxuduğu məktəbdə 1-ci siniflər arasında keçirilən test sınaqlarında fərqləndiyinə görə 23.12.2013 tarixində direktor Leyla Baxşıyeva tərəfindən diplomlar qazanıb. 20.05.2014 tarixində tədris ilində ictimai işlərdə fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif olunub.  26.02.2014-ci ildə isə oxuduğu məktəbin rəsm müsabiqəsində fəal iştirakına görə direktor tərəfindən diplomla mükafatlandırılıb.  1-ci sinfi əlaçılıqla başa vurduğuna görə tərifnamə ilə təltif olunub. 12.04.2014-cu ildə Xəzər kursunun,  30 noyabr tarixində keçirdiyi siniflərarası Bilik yarışmasında 3-cu yeri qazanıb. 2015-ci ildə Xocalı Soyqırımının 23- cü il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü” ilə mövzusunda keçirilən rəsm müsabiqəsində fəal iştirakına görə direktor tərəfindən diplomla təltif olunub. 29.05.2015 tarixində 2-ci sinifdə dəsrlərdə göstərdiyi yüksək nəticələrə görə diplom qazanıb. 2016.05.28 tarixində Azərbaycan Respublikası Tornado İdman Klubu İN tərəfindən Respublika Gününə hərs olunmuş Taekvo-Do üzrə Klub Birincili 30 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. 13.06.2016-ci ildə 3-cü sinfi uğurla başa vurduğu üçün diplomla təltif olunub. 4-cü sinfi birinciliklə bitirdiyinə görə direktor Asif Nəbiyev və sinif rəhbəri Sevinc Cabbarova tərəfindən Fəxri Fərman və diplomla təltif olunub. İnfourun təşkilatçılığı ilə keçirilən 2017 Yaz olimpiyadasında 15 dən, 14 bal toplayaraq 2-ci yer qazanıb və diplomla təltif olunub. 5-ci sinifdə oxuyanda 6 ay müddətində şahmata getmiş  və bu müddətdə yarışlarda iştirak etmişdi. Fəal iştirakına görə diplomla təltif olunub. Hətta 4-cü dərəcə qazanıb. Bu günə qədər əldə etdiyi uğurlarına görə özünü valideynlərinə  və başda Sevinc Cabbarova olmaqla müəllimlərinə borclu bilir. Ramiz xasiyyət, ailə başçısı olaraq atasına, iş fəaliyyətindən dolayı isə dünyaca məşhur olan Bill Qeysə oxşamaq istəyir. O, kompyuter sahəsində proqramist kimi bütün dünyada tanınmaq və ölkəni tanıtmaq niyyətindədir.Asudə vaxtlarında kompyuterdə oyun oynamaq, öyrədici videolara baxmaq, rəsm çəkmək və mütailə etməyi xoşlayır. Ramizin gələcək hədəfləri orta məktəbi uğurla başa vurub təhsilini xaricdə davam etdirməkdir. Güclü proqramist olmaq ən böyük arzusudur. You Tube də tanınmaq və çoxlu abunə sayı toplamaq istəyir. Onun ən yaxşı oyunları, faydalı proqramları tərtib edərək proqramist kimi tarixin yaddaşına öz adını yazmaqdır. Bunun üçündə vaxt tapdıqca araşdırmalar edir və öyrənir.

Tahirov Məhərrəm Müşfiq oğlu


Qurbanova Polad Ramin oğlu

Qurbanova Polad Ramin oğlu 17 oktyabr 2010-cu ildə Bakı şəhərində anadan olub. Polad körpəlikdə ağıllı, duyğusal, hər hadisəyə diqqət göstərən uşaq olub. Musiqi dinləməyi xoşlayır. O musiqi səsinə qarşı reaksiya verərdi. Belə ki, musiqi eşidən kimi sakitləşib tez yatardı. Silah, maşın əsasən də polis oyuncaqları ilə oynamağa daha çox üstünlük verirdi. Müasir dövrdə böyüyən hər bir uşaq kimi onunda texnologiyaya böyük meyli var. Kompyuterdə döyüş oyunlarını oynamağı daha çox sevir. Yaşının az olmağına baxmayaraq bu günə kimi kinqboks, taekvando, gimnastika, rəqs və şahmat kurslarına gedib. Bunlardan daha çox kinqboks və şahmata maraq göstərib. Hətta şahmata 6 ay getməsinə baxmayaraq diplom və gədiyyə qazanıb. Məktəbə gedənə qədər yazıb-oxumağı  bilirdi. Bu işdə ona valideynləri köməklik göstərib. Atası harada maraqlı kitab görərdisə, mütləq onu Polad üçün alardı. Anasıda yazıb-oxumaöı ona öyrədirdi. Altı yaşı tamam olmamışdan artıq kiçik hesabi əməliyyatları aparmağı, hərfləri yazmağı, oxumağı bacarırdı. Təhsilə qarşı olan marağını görən valideynləri onu məktəbə tez yazdırmaq istəsələrdə, yaşı düşmürdü.  atası övladında müşahidə etdiyi istedada güvənərək Təhsil Nazirliyinə müraciət edərək, yoxlama imtahanına aparıb. Polad buradada özünü doğruldub, imtahandan böyük uğurla keçərək, ailəsinin ona olan etimadının  yanlış olmadığını təsdiq edir. Onun 4-5 yaşı olan zaman qardaşı artıq məktəbli idi. O da qardaşının oxuduğu şeirləri əzbərləməyə cəhd edirdi. Hətta şeir əzbərləməkdə qardaşını üstələyirdi. Bu marağı onda müşahidə edən ailəsi, Polada şəkilli şeir kitabları alıdı.  Qurbanov Polad Nizami rayonu 328 saylı tam orta məktəbdə  təhsil alır. Hal-hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Tədris olunan bütün fənləri çox sevir və daim dərslərinə hazırlıqlı olur. Sinif əlaçısıdır. O, ibtidai sinif rəhbəri olan Şəhla Əliyevanı özünə  ikinci ana hesab edir. Məktəblərində təşkil olunan bütün tədbir və bayram çənliklərinin fəal üzvüdür. Bayraq bayramı, Yeni il, Novruz bayramı, 20 Yanvar, Xocalı faciələrinə həsr olunmuş tədbirlərdə çıxış edib.  O, burada müxtəlif obrazlara böyük məharət ilə canlandırıb, şeir söyləyib, çıxışlar edib. Şəhidlər Xiyabanını ziyarət edib və bu AZ
TV kanalı tərəfindən nümayiş olunub. Poladın həyatında ən yadda qalan günü diplomla mükafatlandırıldığı gündür. Çünki bu onun zəhmətinin bəhrəsidir. Eyni zamanda doğum günlərini qeyd etməyidə çox sevir. Sevdiklərinin yanında olması və ona hədiyyələr gətirməsi onu çox xoşbəxt edir. Dəsrlərində, tərbiyəsində nümunəvi şagird olduğu səbəbi ilə 2016-ci il 8 noyabr tarixində sinif rəhbəri Şəhla müəllim tərəfindən təşəkkürnamə əldə edib. 19.11.2017-ci ildə Uğur tədris mərkəzinin keçirdiyi bilik yarışmasında 1-ci yeri qazanıb və təltifnamə ilə mükafatlandırılıb. İnfouronun təşkil etdiyi Qış-2018 riyaziyyat olimpiyadasında topladığı balla birincilik əldə edib diplom qazanıb. Məktəbdaxili Heydər Əliyevin 95-ci il doğum günü il dönümünə həsr olunmuş şahmat turnirində 2 ci yeri tutub və diplom əldə edib. 2017-2018 –ci tədris ilinin birinci yarım ilini əla qiymətlərlə başa vurduğuna görə məktəblərinin  direktoru olan Asif Nəbiyev və sinif rəhbəri Şəhla Əliyeva tərəfindən diplomla təltif olunub. Siniflərində keçirilən bilik yarışmalarının test mərhələsində ən yüksək nəticələri əldə edərək təşəkkürnamə qazanıb. Zirvə kursları tərəfindən keçirilən bilik yarışlarında müxtəlif zamanlarda 636 bal və daha sonra ki mərhələ də646 bal toplayıb və təltifnamə ilə mükafatlandırılb.Əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimi Şəhla Əliyevaya borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı öncə atasına, daha sonra isə həyatda uğur qazanmış vicdanlı, Vətənə layiqli, imanlı olan insanlara oxşamaq istəyir. Gələcəkdə polis sahəsini seçmək istəyir. Bu yolda ən yüksək zirvələrə qədər yüksəlmək istəyir. Dövlətini, xalqını qoruyan, peşəsini vicdanla icra edən polis əməkdaşı olmaq arzusundadır. Hər dəfə haqsızlıq üzrərində qurulmuş filmləri seyr etdikcə gələcəkdə seçəcəyi peşəsi barəsində olan fikirləri daha qətiyətləşir. Polad mütaliyə etməyi, şahmat oynamağı, idmanla məşğul olmağı və kompyuterdə döyüş oyunları oynamağı xoşlayır. O, orta məktəbi əla qiymətlərlə bitirib, Polis Akademiyasına daxil olmaq, yaxşı idmançı olmaq, xarici ölkələrə səyahət etmək  və ən bahalı maşınlara sahib olmaq niyyətindədir. Polad tarixin yaddaşında qalmaq üçün silahı, texnikanı və döyüşməyi mükəmməl səviyyədə öynib və cəmiyyətimizi cinəyətkarlardan, oğrulardan müdafiə etmək istəyir.