elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 апреля 2012 г.

Rəcəbova Nərmin Səməndər qızı






Rəcəbova Nərmin Səməndər qızı 1992-ci il martın 29-da Bakı şəhərində anadan olub. Adını anası Gövhər xanım qoyub.            
Bu ad farscadan tərcümədə incə, zərif deməkdir. Nərmin körpəlikdə şirin, dəcəl və ağlağan uşaq olub. Ən çox sevdiyi məşğuliyyət televiziya qarşısında oturub uşaq verilişlərini izləmək və musiqiyə qulaq asmaq olubdur. Həmişə ağlayan zaman onu musiqi sədaları altında sakitləşdirirdilər. Məktəbə gedənə qədər Nərmin artıq sərbəst yazıb- oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi. Kiçik yaşlarında çox dəcəl olsa da, Nərmin məktəbə gedəndən sonra dəyişib sakit uşaq oldu. Nərmin 1998-ci ildə Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı orta məktəbin I sinfinə gedib. Nərmin hələ 5 yaşında ikən Səttarxan adına mədəniyyət evində dərnəyə üzv yazılmış və 5 il burada fəaliyyət göstərmişdir. Səkkiz yaşında bu mədəniyyət evinin fortepiano şöbəsinə daxil olmuşdur. Musiqi təhsillidir. Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Nərminin ən sevimli fənləri ədəbiyyat, tarix, ingilis dili və riyaziyyatdır. Nərmin 3 yaşından Azərbaycan televiziyasının uşaq verilişlərində rəqs nömrələri ilə çıxış etmiş, şeirlər söyləmişdi. Hər birimizlə “Çiçək” verilişinin daimi iştirakçısı olan Nərmin 7-ci sinifdə oxuyarkən məktəbdə keçirilən ingilis dili tədbirindəki çıxışına görə tərifnamə ilə təltif edilib. 8-ci sinifdə oxuyarkən Azərpost DM-nin keçirdiyi inşa müsabiqəsində iştirak edərək fəxri fərman qazanıb. X sinifdə Az-dili və ədəbiyyat üzrə rayon olimpiadasında I yerə layiq görülüb. Nərmin qazandığı uğurlara görə özünü tanrıya və valideynlərinə borclu bilir. ( Artıq) Asudə vaxtlarında incəsənətin rəqs növü ilə məşğul olur. Fəaliyyəti ilə bağlı 2006-cı ildə İstedadlar ensiklopediyasında və www. Azpress.az. saytında məlumat verilmişdir. 2007-ci ildə radioda canlı müsahibə ilə çıxış etdi. 39 saylı orta məktəbin- Az-dili və ədəb müəllimi Təranə Məmmədova şagirdini digərlərindən zəngin biliyi, elmi savadı, çalışqanlığı və məsuliyyətli olması ilə fərqləndirir. Onu gələcəkdə peşəkar, işində dəqiq qərəsiz olan bir şəxs kimi görmək istəyir. Nərminin fikrincə insan arzularına çatdıqda xoşbəxtliyə nail olur. Nərmin yüksək zirvələr fəth etməyi ən böyük xoşbəxtlik sayır. Tarixin yaddaşında qalmaq hamı kimi Nərmin arzusudur. Növbəti uğurlarım da Təranə müəllimənin mənim haqqımda olan fikirlərini təsdiqləyir. Məhz gərgin əməyim və çalışqanlığım sayəsində mən Azərbaycan-Türkiyə Özəl liseylərinin təşkil etdiyi beynəlxalq ana dili gününə həsr olunmuş “Ana dilimizi sevək-sevdirək” müsabiqəsində uğurla iştirak edərək sertifikat əldə etdim. Lakin bu, sən deyildi. Uğurlarım bir-birini əvəz edirdi. XI sinifdə keçirilmiş test-sınaq imtahanlarında yüksək nəticə göstərdiyim üçün məktəbimizin “Fəxri diplomu” ilə təltif edildim. Hələ X sinifdə oxuyarkən TQDK-nın keçirdiyi sınaq imtahanlarında tez-tez iştirak edərək yüksək ballar toplayırdım. Mənim üçün sevindirici hal bu idi ki, belə uğurlu göstəcini məhz öz zəhmətimin sayəsində, heç bir repetitorla məşğul olmadan əldə edirdim. Nəhayət, mən 2009-cu ildə keçirilən ali məktəblərə qəbul imtahanında iştirak etdim və yüksək bal toplayıb. BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin  ödənişsiz əyani şöbəsinə daxil oldum. Bundan əlavə, 2009-cu il avqustun 20-də TQDK-nın ali məktəblərə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tandılması və mükafatlandırılması məqsədilə keçirdiyi tədbirdə iştirak etdim. Eyni zamanda “Abituriyent” jurnalının XI nömrəsində növbəti qəbul imtahanlarına hazırlaşan abituriyentlərə tövsiyələrini çap olundu. Diplomat olmaq mənim çoxdankı arzum idi. Buna nail olduğum üçün çox sevinirəm. Arzuma çatmaqda mənə yardımçı olan orta məktəb müəllimlərimə də minnətdaram. Bundan sonra mən vətənimə vicdanla xidmət etmək və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək barədə düşünürəm. İnanıram ki, bu, bir istək olaraq qalmayacaq və mən xalqımızın haqq səsini dünyaya çatdıraraq Azərbaycanın kiçik dövlət olsa da böyük siyasi və iqtisadi potensiala, beynəlxalq səviyyədə öz sözünü demək gücünə malik olduğunu götərəcəyəm. Hal-hazırda Azərbaycanın siyasi gündəliyində dayanmış ümdə məsələ Qarabağ problemidir. Gənc diplomat olaraq mən də bu məsələnin ədalətli yolla- xalqımızın xeyrinə həll olmasına çalışacaq və beynəlxalq ictimaiyyətdə ölkəmiz haqda mənfi rəy yaratmağa çalışan Ermənistanın təcavüzkar dövlət olduğunu dünya ölkələrinə bəyan edəcəyəm.

Virtuoz pianoçu olacaq (Süleymanov Vüsal Məhəmməd oğlu)









Qəhrəmanımız Vüsal Məhəmməd oğlu Süleymanovdur. Onun adını valideynləri sadəcə olaraq Vüsal adından xoşları gəldiyi üçün qoyublar. Vüsal körpəlikdə bir qədər çılğın uşaq olub. Əksər uşaqlar kimi cizgi filimlərinə baxmağı, yaşıdlarıyla futbol oynamağı və pianonun dillərini səsləndirməyi çox sevərmiş.
Məktəbə qədər saymağı və bəzi hərifləri öyrənə bilmişdi.
İlk uğuru II sinifdə oxuyarkən olub. 2004-cü ildə Vüsal 5 saylı Uşaq Musiqi Məktəbinin II sinfində - Sevinc Məmmədovanın sinfində - oxuyurdu. M. Moqamayev adına Filarmoniyanın orqan zalında xalq çalğı alətləri orkestri ilə birlikdə çətin konserti məharətlə ifa etməsi zalda oturanların bu balaca uşağın istedadına heyran qalıb onu uzun müddət alqışlamasına səbəb oldu.
2010-cu ildə Bakı Musiqi Akademyasının ifaçılıq fakultəsinə qəbul olan Vüsalın bəlkə də həyatdakı ən böyük arzusu çin oldu. Onu pianoçu görmək anasının ən böyük arzusu olub. Hələ Vüsalın 5 yaşı olarkən ona piano alındı. Lakin qəsəbədə musiqi məktəbi olmadığı üçün o, 9 yaşından Sahil qəsəbəsindəki 5 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sahəsinə gedib. İxtisas müəllimləri Sevinc Məmmədova, İrina Qrinnik onun musiqiyə marağını daha da dərinləşdiriblər.
Vüsal Məhəmməd oğlu Süleymanov 1993-cü il mayın 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Səngəçal qəsəbəsindəki 222 saylı orta məktəbin I sinifinə gedib. 2010 -cu ildə məktəbi bitirib. 2002-ci ildə 5 saylı incəsənət məktəbinə qəbul olub, 2006-cı ildə Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinə keçirilib, 2010-cu ildə oranı bitirərək Bakı Musiqi Akademyasına qəbul olub. Hazırda BMA-nın fortepiano fakultəsində professor Oqtay Abbasquliyevin sinifində təhsil alır.
Hələ uşaq yaşlarında məktəbimin konsert və tədbirlərində və bir çox yarışmalarda iştirak edib. 18-22.03.2009 tarixlərində Estoniyanın Narva şəhərində geçirilən İ.S.Bax adına Gənc Pianoçuların IV Beynəlxalq müsabiqəsinin diplomantı adını qazanmış Vüsalın Tallin şəhərində keçirilən yekun konsertdəki çıxışı hamı tərəfindən alqışlarla qarşılanıb. Bu çıxışı internet saytında yerləşdirilib.
Vüsalın dedikləri: “ - Ayın 19-u püşkatma mərasimi keçirildi və mənim bəxtimə birinci çıxış etmək düşdü. Ayın 20-də I mərhələ başladı mən çıxış etdim və bundan sonra II mərhələyə keçdim. I mərhələdə İ. S. Baxın “İki səsli invensiya”sını ifa etdim. II mərhələdə Skarlati və Bethovenin sonatalarını ifa etdim və diploma layiq görüldüm. Bundan başqa Rəşid Behbudov adına teatrda keçirilən tədbirdə mən Bakı şəhəri Mədəniyyət və Turizim idarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşam. 2010-cu ildə Beynəlxalq Şopen ili kimi qeyd olundu. Məhşur Polşa bəstəkarı Frederik Şopenin 200 illik yubleyinə həsr olunmuş silsilə konsertlər keçirildi və mən də bu konsertlərdə iştirak etdim.  İlk konsert H. Əlyev adına Təhsil Kompleksində keçirildi. Sonrakı gün Bakı-Oksford məktəbində çıxış etdim  və Polşa Respublikasının Azərbaycandaki səfirliyinin və Bakı-Oksford məktəbinin diplomlarına layiq görüldüm.
Musiqi sahəsində əldə etdiyim uğurlara görə ilk növbədə valideyinlərimə, musiqi məktəbinin direktoru Dəyanət müəllimə, Yusif müəllimə, musiqi müəllimlərim Sevinc xanıma, İrina Akimovnaya borcluyam.  Orta məktəb direktorunu və müəllimlər kollektivinidə yaddan çıxara bilmərəm. Direktor Əzizxanım müəllimə, sinif rəhbərim Firuzə xanıma və adlarını çəkə bilmədiyim mənə dərs deyən bütün müəllimlərin mənim həyatda öz yerimi almağımda mühüm əməkləri olub.   
İstedadım üzrə məhşur pianoçu Azərbaycan və SSRİ -nin xalq artisti Fərhad Bədəlbəyli mənim idealımdır. Asudə vaxtlarımda internet vasitəsilə məşhur pianoçuların möhtəşəm ifalarına baxıram. Musiqi tarixi və digər maraqlı musiqi materialları ilə maraqlanıram.
İctimai və Lider telekanallarında mədəniyyət prokramlarında çıxışlarım göstərilib. Bundan başqa “Azad Azərbaycan” qəzetində 12 aprel 2009-cu il tarixli sayında “Uşaq ili  ilə bağlı konsert verilib” başlığı altında və “Mucrü” jurnalının aprel 2009-cu il tarixli sayında “Musiqili ünvan” başlığı altında mənim barədə yazılar dərc edilib.
Musiqi sahəsində klassikaya daha çox üstünlük verirəm. Xoşbəxtliyi sevdiyim insanların əhatəsində olmaqda görürəm. İstedadımla bağlı nə qədər yüksəyə qalxsam bir o qədər yaxşıdır. Amma musiqi sənəti elədir ki, hər zaman çalışmalısan, çoxlu məşqlər etməlisən. Hələ ki, özümdən razı deyiləm. Ümumiyyətlə musiqiçi heç vaxt fəaliyyətimdən razı qalmalı deyil, həmişə ifasının daha da mükəmməl olmasına çalışmalıdır, bunda sərhət yoxdur məncə”.
e-mail: kniest@box.az

18 апреля 2012 г.

ŞƏFALI ƏLLƏR SAHİBİ (Emin Taleh oğlu Məmmədov)

Uşaqlıq... Ömrün qayğısız, təkrarolunmaz illəri. Hamı bu yolu keçməklə bu kövrək, nağıl dolu dünyanın qonağı olur. O, körpəlikdən yaşıdlarından fərqlənirdi, böyüklərsayağı ağır, təmkinli idi, qaşları tez-tez düyünlənir, qartal baxışları var idi. 3 yaşında nəinki çoxlu şeir, nağıl, tapmaca bilirdi, həmçinin Füzulinin “Məni candan usandırdı” qəzəlini, M. Ə. Sabirin “Mən belə əsrarı qana bilmirəm”, “Görmə, baş üstə yumaram gözlərimi” şeirlərini qiraətlə söyləyirdi.
Qəhrəmanımızın adı Emindir. Emin Taleh oğlu Məmmədov 1989-cu il avqustun 19-da Lənkəran şəhərində anadan olub. 1995-ci ildə Lənkəran şəhəri 1 saylı orta məktəbə daxil olub, 1996-cı ildə eksperiment yolu ilə imtahan verərək I sinifdən III sinfə keçib, 2000-ci ildə isə imtahan verərək Lənkəran Özəl Türk liseyinə daxil olub. 2005-ci ildə buranı müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin kimya fakültəsinə, eyni zamanda Istanbul Universitetinin tibb fakültəsinə daxil olub. Seçim edərək Türkiyədə təhsil almağı üstün tutub.
Orta məktəbi əla qiymətlərlə bitirib. Sevimli fənlərinin Azərbaycan dili, ingilis dili və kimya olduğunu qeyd edir. Liseydə keçirilən elmi yarışmaların fəal iştirakçısı kimi, eyni zamanda təlim-tərbiyədə nümunəvi olduğu üçün hər ilin sonu tərifnamə ilə təltif olunub. 2003-cü ildə məktəblilərin fənn olimpiadalarının Respublika turunda kimya fənni üzrə I yeri, 2004-cü ildə III yeri, 2005-ci ildə Xəzər Universiteti tərəfindən dəqiq elmlər üzrə XI sinif şagirdləri arasında keçirilən olimpiadada II yeri tutmuş və diplomla təltif olunmuşdur.
Təbiəti, dənizi, yaşıllıqlar qoynunda gəzməyi çox sevən Eminin qəlbində müqəddəs bir inam var, dinə, Allaha inam. Ilahiyyata aid kitablar mütaliə edir, namaz qılır, oruc tutur.
Sevdiyi ixtisasa yiyələnməkdə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Məhz bu sənəti seçməkdə atasının rolunu xüsusi vurğulayır. Eminin dili ilə desək: “Dəfələrlə cərrahiyyə əməliyyatından sonra gözləri açılmış xəstələrin atamın əllərindən öpdüklərini, ona şeirlər həsr etdiklərini, sevinc, minnətdarlıq dolu baxışlarını görmüşdüm. Bu, məndə də göz həkimi olmaq arzusunu doğurmuşdu”.
Lənkəran şəhəri 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Natiqə xanım Emin haqqında bunları dedi: “ - Nəinki bütün materialları bilirdi, eyni zamanda bilgisayar kimi bütün dediklərimi beyninə yığırdı. Heç kimin yadında olmayanları mənə qaytarırdı. Günlər keçdikcə başa düşürdüm ki, o, qeyri-adi zəka sahibidir. O qədər bilikli, hazırcavab, təmkinli, məsuliyyətli idi ki, bu balaca kişiyə vurulmuşdum. Gələcəkdə onun çox böyük adam olacağına, xalqa gərəkli şəxsiyyət kimi yetişəcəyinə əminəm”.
Kimya müəllimi Mahir müəllim isə kimya olimpiadalarında qabiliyyətini qabaqcadan gördüyünö qeyd etdi. Eləcə də Eminin gələcəkdə qeyri-adi fitri istedada malik həkim olacağına əminliyini bildirdi.
Biz də Eminə bu yolda uğurlar arzulayırıq. LÖTL-ə qəbul olanda 3000 uşağın içərisində I yeri tutub. Göz həkimi çıxır cərrah olmaq niyyətindədir.

Kərimova Günel Rəfail qızı


Adını Günəş kimi üzündən parlaqlıq əskik olmasın, elinə layiqli övlad arzusu ilə atası qoyub. Uşaqlıqda sakit və mülaim uşaq olub. Güclü yaddaşı və özünəməxsus fikirlərlə həmyaşıdlarından fərqlənib. Məktəbə gedənə kimi yazmağı, oxumağı anasının köməyi ilə öyrənib.
Günel Kərimova 1989-cu il sentyabrın 22-də Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri doğma şəhərində ailəsi və dostlarıyla birlikdə keçib.İlk təhsilinidə elə 1995-ci ildə bu şəhərdə olan V.Zeynalov adına 3 saylı orta məktəbdə alıb. Bu məktəb yeganə rusdilli məktəb olduğuna görə övladlarının rus dilini mükəmməl bilməsi üçün valideynləri Günelin məhz bu məktəbdə oxumasını məsləhət biliblər. Hər zaman dərslərini əla qiymətlərlə oxuyan Günel müxtəlif illrədə keçirilən fənn olimpiadalarında iştirak edərək müxtəlif diplomlarla təltif edilmiş o cümlədən 2005-ci ildə Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyinin keçirdiyi sərbəst yazı işlərində I, 2004-cü ilin sentyabrında Naxçıvan şəhər İdman və Turizm İdarəsi  II, 2004-cü ilin oktyabrında Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyi II yerlərə layiq görülüb. Günel həçinin ictimai işlərdə də fəal iştirak edir. Tədbirlərdə aparıcı olub və nəsr əsərlərindən parçalar söyləməklə çıxış edib.
Orta məktəbi uğurla başa vuran Günel 2007-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsildən əlavə, M. Məmmədov adına Uşaq Musiqi məktəbinə daxil olub və 2003-cü ildə fortepiano şöbəsini əla qiymətlərlə bitirib. Bundan əlavə, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində İnformatika kurslarını tam bitirib.
Ali məktəbdə də Günel yaxşı oxumağa çalışıb. Ən çox sevdiyi fənn isə cinayət hüququdur. Tələbə Gənclər Təkilatının və YAP-ın üzvüdür. Çalışır ki, bütün ictimai işlərdə fəal iştirak etsin.
Günelin həyatında ən maraqlı və uğurlu gün X sinifdə təhsil aldığı zaman FLEX proqramı nəzdində keçirilən imtahandan uğurla çıxaraq Amerikaya getmək hüququ qazandığı gündür. Amma təəssüf ki, müəyyən səbəblərə görə gedə bilməyib.
Günel asudə vaxtlarını olduqca maraqlı və səmərəli keçirir. Mütaliə etməyi, musiqi dinləməyi çox sevir. Uşaqlıqdan kitabları çox sevdiyindən boş vaxt tapan kimi kitab oxuyur.Uşaq yaşlarından kitablara marağı olub və elə bu səbəbdən də ailədə hamı onun üçün maraqlı kitab axtarışında olub.  Ən çox dedektiv janrda oxumağı sevir.
İxtisasına olan marağı ailədən irəli gəlib.Babasını görməsədə onun haqqında deyilən sözlər həmişə Güneldə fərəh hissi yaradıb.Elə bu səbəbdəndə usaq yaşlarından onun yoluyla getmeyi özünə bir borc bilmişdir.Günel bu gün arzusuna catmış babasının yolunu davam etdirməyə nail olaraq Bakı Dövlət Universitetinin Hüqüq fakültəsini ugurla bitirmiş və dahada ilərləyə bilmək üçün səy göstərir. Amalı onun adına layiq olub bu sənətdə layiqli yer tutmaqdır.Bu yolda uğur qazanmağını isə ailəsinə ilk öncə atasına,sonra isə her cür əziyyətini çəkən anasına borçludur.
Hüquq sistemində F. Səməndərovu, F. Nağıyevi və S. Məmmədovu güclü mütəxəssis hesab edən Günel qəbul imtahanlarında göstərdiyi uğurlu nəticələrə görə Ulu yaradana və müəllimlərinə, əsasən də rus dili və ədəbiyyat müəllimi V. Vasilyevnaya və tarix müəllimi Aytən xanıma minnətdardır.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini E. H. Nəsirov əmindir ki, Günel qısa zaman ərzində yalnız bacarıqlı və peşəkar hüquqşünas olmaqla kifayətlənməyəcək, həm də o, xalqına və vətəninə layiq əsl vətəndaş kimi yetişəcəkdir.
Xoşbəxtliyi bu gün olduqca xoşbəxt olmaqda görür Günel. Hesab edir ki, Tanrı ona sağlam ruh, düşüncə, sağlam bədən və mehriban ailə veribsə demək xoşbəxtdir.

Abbasov Elnur Şirvan oğlu