elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 апреля 2015 г.

Fidan Fuad qızı Yüzbaşova

Azərbaycanın gənc istedadlarımızdan biri də Fidan Fuad qızı Yüzbaşovadır. Fidan 25 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Fidan uşaqlıqda çox hərəkətli uşaq olub. Xoşladığı məşğuliyyət tibb sahəsi üzrə yeni fikirlər almaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. İstedadı ilə bağlı o daha kiçik yaşlarından öz üzərində çalışmışdır.
Fidan Bakı şəhəri 207 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, ədəbiyyat, fizika, biologiyadır.
Fidan I-IV siniflərdə bayram tədbirlərində Bahar qızı olaraq çıxış etmişdir. VIII sinifdə məktəblərarası şeir müsabiqəsində, IX sinifdə isə məktəbdə keçirilən "20 Yanvar", "Xocalı", "Ana dili "və "Müsyo Jordan" tədbirlərində fəal iştirak etmişdir.
Çıxış etdiyi tədbirlərin çoxunda aparıcı kimi çıxış etmiş və şeirlər söyləmişdir. Son tədbir olan "Müsyo Jordan"da isə Şəhrəbanu rolunu oynamışdır. Fidan VIII sinifdə keçirilən Azərbaycan dili haqqında tədbirdə birincilik qazandığı günü ən uğurlu gün hesab edir. Əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
Fidan gələcəkdə həkim olmaq arzusundadır. Bu fikrə o beş yaşından bəri düşüb. Həkim olmaq istəməsində əsas məqsədi bu sənətin nə qədər müqəddəs və çətin olduğunu bir daha sübut etməkdir. O, asudə vaxtlarında kitab oxumağı və musiqi dinləməyi çox sevir. Bədii yaradıcılıqda daha çox əsərlərə və şeirlərə üstünlük verir.
Həkim olmaq istəyən Fidan bu sənətin mütəxəssisi olmaq arzusundadır.
Onun fikrincə tarixin yaddaşında qalmaq üçün tibb sahəsində yeni kəşflər etməli, insanların daha rahat və firəvan yaşamalarını təmin etməlidir.
Fidan Milli qəhrəmanımız Əliyar Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə hazırladığı məqaləyə görə mükafatlandırılmışdır.

Arzusu, məqsədi böyük olan Fidana biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Əhmədov Allahverdi Vəli oğlu

Əhmədov Allahverdi Vəli oğlu 21 iyul 1999-cu ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Aktiv, hər şeylə maraqlanan uşaq olub. Musiqiyə, şeirə böyük maraq göstərib. 4-5 yaşlarında olarkən babası ona tez-tez şeir, nağıl söylədiyi üçün onun da marağı yaranıb.
Hazırda 5 saylı Gözdən Əlillər üçün İnternat Məktəbində oxuyur. Ədəbiyyat və tarix fənnlərini çox sevir.
Heydər Əliyev Sarayında və Filarmoniyada səhnələşdirilmiş “Arşın mal alan” pyesində Süleyman bəy rolunda çıxış edib.
Heydər Əliyev Fondunun dəstəyilə Türkiyədə müsabiqəyə qatılaraq, təşəkkürnaməylə təltif olunub.
Əldə etdiyi uğurlara görə 2013-cü ildə sertifikat və təşəkkürnamə alıb.
2015-ci ildə “Təzadlar” qəzetində şeiri çap olunub.
Həmyerlisi Xudu Məmmədovu özünə ideal hesab edən Allahverdi, həyatda da ona bənzəmək istəyir. Qarmon çalmağı və şahmat oynamağı çox sevir. Gözəl şeirlər yazıb, mahnılar bəstələmək istəyən Allahverdinin ən böyük arzusu müəllim olmaqdı. Müəllim olub, gələcək nəsillərə təhsil vermək, müəlliminin ona öyrətdiklərini o da öz tələbələrinə öyrətmək arzusundadı. Cəmiyyət üçün yararlı vətəndaş olmaq istəyir. Lider, Space, ATV televiziyalarında müxtəlif proqramların qonağı olub, öz istedadını yetərincə nümayış etdirib.

Uğurların bol olsun!

Muradzadə Zəhra Əbülfət qızı

Muradzadə Zəhra Əbülfət qızı 2002-ci ilin yanvar ayının 13-də Bakı şəhərində anadan olub. Zəhra uşaqlıqda ağıllı, sakit uşaq olub, şəkilli kitablara baxmağa rəngləməyi xoşlayıb. 3 yaşında rəngli qələmlər götürüb rəsmlər çəkib.
Məktəbə gedənə qədər hərflərin çoxunu tanıyırdı, çünki onun 3 bacısı, 2 qardaşı tibb sahəsində təhsil almışdılar. Zəhranı da onlar öyrədirdilər. 4 yaşından Zəhranın təsviri incəsənətə xüsusi marağı olub.
Hazırda Zəhra Buzovna qəsəbəsində 26 saylı tam orta məktəbin VII sinfində təhsil alır. 4 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin IV sinfində oxuyur.
Dərslərini əla oxuyur. Ədəbiyyat, tarix, incəsənət fənnlərini çox sevir. Sərgilərdə onun çəkdiyi rəsmlər çox maraqla qarşılanır.
Azərbaycanda və başqa ölkələrdə müxtəlif tədbirlərdə iştirak edib. Eyni zamanda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş sərgidə iştirak edib. Gül bayramındakı sərgidə Zəhranın hazırladığı əl işləri də sərgilənib.
Uğurlarına görə valideynlərinə minnətdaram olan Zəhra, gələcəyin dahi şəxsiyyətlərindən olmaq istəyir.
Valideynləriylə birgə xarici ölkələri gəzməyə gedir və orada gördüyü qeyri-adi şeyləri rəsmə köçürməyə çalışır. Səttar Bəhlulzadə kimi gözəl rəssam olmaq istəyir.
Rəsm çəkməklə yanaşı, həm toxuyur, həm də muncuqlarla işləmələr işləyir.
Tarixin yaddaşında rəssam-modelyer kimi qalmaq istəyir.

Uğurlar sənə balaca rəssam!

24 апреля 2015 г.

Tükəzban Cavanşir qızı Mövlayeva

Tükəzban Cavanşir qızı Mövlayeva 1999-cu il aprelin 10-da Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtı çox sakit olub. Balaca yaşlarından idmanla məşğul olmağa,hörgü hörməyə maraq göstərib. Oxumağı,yazmağı ona müəlliməsi öyrətmişdir. İlk təhsilini 30 saylı orta məktəbdə alıb. Hazırda 18 saylı Bakı peşə liseyində təhsil alır. Mövlayeva dərslərinə məsuliyyətlə yanaşır. Bütün fənlərdə müvəffəqiyyət əldə etməyə nail olur. Onun ən sevdiyi fənn isə mühasibatlıqdır.
Tükəzban tibb bacısı kimi müxtəlif yarışlarda iştirak etmişdir. Məktəbə girdiyi ilk gün onun həyatında ən maraqlı,ən uğurlu gün olmuşdur. Gözəl balamız əldə etdiyi bütün uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu olduğunu düşünür. O, öz fəalliyyətində baş mühasib Məzahir müəllimə oxşamaq istəyir. Tükəzbanın qarşısında duran əsas məqsəd baş mühasib olmaqdır. Bu sahəni sevən Mövlayeva özünü başqa sahədə təsəvvür etmir. Uşaqlıqdan hörgüyə maraq göstərən istedadlı balamız asudə vaxtlarıda da hörgü hörməyi xoşlayır.

Asudə vaxtlarını dəyərləndirməyi bacaran Tükəzban, bu vaxt ərzində şəkil çəkməyi və çəkdirməyi, qrup yoldaşları ilə gəzməyi, krossvord həll etməyi çox sevir. O, heyvanları çox sevir. Ən çox sevdiyi heyvan isə pişikdir. Gələcəyin baş mühasibi kimi özünə karyera qurmağı düşünən Tükəzban vətəni, xalqı üçün xeyirli bir övlad olmaq istəyir.

Novruz Əmrah oğlu Mikayılov

Novruz Əmrah oğlu Mikayılov 2005-ci ildə Rusiya Federasiyasının Kirov vilayətinin Kirov şəhərində anadan olmuşdur. İki yaş yarımdan Kirov şəhərində “Dyümovoçka” uşaq bağçasina getmişdir. Bağçaya getdiyi müddətdə bağçanın nəzdində olan “Konstruktordüzəltmə" və “Xoreoqrafiya “ dərnəklərinə getmişdir. Novruz yaşinin az olmasına baxmayaraq bağçada keçirilən dama yarışlarında I yerə çıxmışdır. 2010-cu ildən Kirov şəhərində Pionerlər Evinin Şahmat məktəbinə üzv olmuşdur. Müəllimi Anatoliy Alekseyeviçin sayəsində bir-birinin ardınca IV və III dərəcəni almışdır. 2011-ci ildə isə Kirov şəhərində uşaqlar arasında şəhər birinciliyi qazanmış, fəxri fərmanla təltif edilmişdir. Şahmata getdiyi müddət ərzində  bu çevik bala həmçinin paralel olaraq, taekvando ilə də məşğul olmağa başlamışdır. Bu sahədə də az müddətdə uğurlar əldə etmişdir. Keçirilən yarışlarda öz yaşıdları və özündən böyük uşaqlar arasında birinci, ikinci, üçüncü yerləri tutmuşdur. Hazırda göy-yaşıl kəmərə sahibdir. Bütün bu uğurlarının qazanılmasında müəllimləri Dmitriy və Maksim Spiryakovun rolu böyük olmuşdur. Bir gün Novruz bağçada olarkən “Vyatskiye solovyi” oğlanlardan ibarət xor dərnəyininin müəllimlərindən həmin bağçaya gəlir və oğlan uşaqlarının musiqi duyumunu yoxlayırlar. Dörd oğlan seçilir ki, bu oğlanlardan biri də Novruz idi. Elə həmin vaxtdan anası onu şahmat və idmanla bərabər xor dərnəyinə də aparmağa başlamışdır. Bütün sahələrdə olduğu kimi  xor sahəsində də muvəffəqiyyətə nail  olmuşdur. O, xor dərnəyində həvəslə oxuyub, konsertlərdə çıxış etmişdir. Novruz balamiz 2012-ci ildə müəyyən səbəblərə görə ailəsi ilə birlikdə Kirov şəhərindən Bakıya köçmüşdür. Lakin Bakiya gəlməsinə baxmayaraq valideynlərinin dəstəyi ilə fəaliyyətini hər yöndə davam etdirmişdir.
2012-ci ildə Nəsimi rayon 5 saylı məktəbin I sinfinə  getməyə başladı. Novruz balamız məktəbə gedərkən  artıq oxumağı və yazmağı  tam şəkildə bilirdi. Tədris fənləri içərisində onun ən sevdiyi fənn riyaziyyatdır. Dərslərini əla qiymətlərlə oxuyur. Onun dərslərindəki müvəffəqiyyətlərində müəllimi Sevinc Rzayevanın böyük rolu vardır. Fəallığı ilə seçilən bu balaca balamız 2013-cü ildə Müslüm Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin I sinfinə daxil olub, qarmon bölməsində təhsil alır. Qarmon müəllimi İlham müəllim qarmonun sirlərini Novruza sevə-sevə öyrədir. O, yaşının az olmasına baxmayaraq qarmonda gözəl rəqslər, muğamlar ifa edə bilir. Bu il həmin məktəbdə keçirilən "Novruz bayramı" şənliyində "Brilyant rəqsi"ni ifa etmişdir. Bütün bu yetənəklərdən başqa Novruz çox gözəl rəsmlər çəkir. Nəsimi rayon 5 saylı  orta məktəbin nəzdində olan rəsm dərnəyinə həftədə cəmi bir dəfə gedir. Gələcəkdə hansı sənəti seçəcəyini müəyyənləşdirməyən Novruz, hansı sənətin sahibi olacağından aslı olmayaraq ilk öncə vətəninə, xalqına layiqli övlad olmağı düşünür.