elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2015 г.

Abdıyev Kənan Mahir oğlu

Bu dəfəki qəhərmanımız öz uğurları ilə həm məktəbdə müəllimlərinin, həm də valideynlərinin sevgi və rəğbətini qazanmış Kənandır. Abdıyev Kənan Mahir oğlu 28 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 56 saylı məktəbdə almış, hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir.
Kənan körpəlikdə dəcəlliyi və şıltaqlığı ilə valideynlərini nə qədər incitsə də hamının sevimlisi idi. Uşaqlıqdan kitablara marağı valideynlərinin diqqətini çəkirdi, əlinə qələm alıb arabir etdiyi cızma-qaralarla, valideynlərinin köməyi ilə məktəbə gedənə qədər başqalarından fərqli olaraq yazmağı öyrənmişdi. Hətta 3 yaşından müxtəlif şeirləri əzbərləməyə başlamışdı. Bu işdə xüsusiylə baba və nənəsi Kənana kömək edirdi. Bu onların sevimli məşğuliyyəti idi.
Kənan dərslərinə məsuliyyətlə yanaşır, dərslərini əla qiymətlərlə oxuyur. Məktəbin ən fəal şagirdlərindən biri olan Kənan məktəbin bütün tədbirlərində iştirak edir, hətta məktəbdənkənar tədbir və yarışlarda da məktəbin adını uğurla təmsil edir. Həmin tədbirlərdə çox vaxt şeir söyləyərək öz bədii qiraət istedadını nümayiş etdirir. O, bütün fənləri sevir, lakin onun gələcək ixtisası ilə birbaşa bağlı olduğu üçün texniki fənlərə daha çox üstünlük verir.
Kənan boş vaxtlarında idmanla məşğul olur. Sağlam həyat tərzi keçirmək onun əsas şüarlarından biridir. Eyni zamanda boş vaxtlarını kitab oxumaqla keçirir.
Kənanın gələcək planlarından biri orta məktəbi uğurla başa vurub ali məktəbə daxil olmaqdır. Onun seçimi Fövqəladə Hallar Nazirliyi Akademiysaında təhsil almaqdır. Kənan xilasedici olub çətin vəziyyətdə, köməksiz qalan insanları xilas etməyi peşə kimi arzulayır.
Kənanın uğurları hətta televiziyada da yayımlanmışdır. Onun 20 yanvar 2010-cu ildə Şəhidlər xiyabanında şeir söylədiyi fraqmentləri Türkiyənin Samanyolu televiziyasında da yayımlamışlar.

Biz də Kənana gələcək fəaliyyətində uğurlar arzulayırıq, Vətənin fəxri olan bir şəxsiyyət kimi yetişəcəyinə inanırıq!

İsmayılzadə Nuray Sultan qızı

Nuray uşaqlıqdan çox qeyri-adi bir uşaq idi. O çox diqqətli, məntiqli və qavrama qabiliyyəti yüksək olan bir uşaq idi. Hələ iki yaşında 30-dək gözəl şeirlər bilirdi, nağıllar danışırdı, özü düşünərək, yəni hansısa şəklə baxmadan rəsmlər çəkirdi. Artıq 5 yaşından hərfləri öyrənmişdi, sözləri, cümlələri sərbəst oxuyurdu.
Bu vərdişləri ona anası Xalidə İsmayılova aşılayıb. Xalidə xanım ibtidai sinif müəlliməsidir və 5 il bağça müdiri işləyib. Lap kiçik yaşlarında olanda o Nurayı kiçik yaşlı uşaqlar üçün "Bala dili", "Sehirli dünya" və s. kimi jurnallara abunə yazdırmışdır.
İsmayılzadə Nuray Sultan qızı 2006-ci il yanvarın 22-də Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri Binəqədi rayonu 83 saylı məktəb-liseyin I sinfinə daxil olub. Hazırda həmin məktəbin III sinfində oxuyur. Əlaçı şagirddir. Ən çox sevdiyi fənn "Ana dili "və "Riyaziyyat" fənnidir. Nuray məktəbdə keçirilən tədbirlərdə, bayramlarda iştirak edir. Onun gözəl şeir demək qabiliyyəti var.
Nuray tanınmış rəssam olmaq istəyir. Gələcəkdə isə hüquqşünas olmaq arzusundadır. Anaların, bütün insanların hüquqlarını qorumaq, ədalətli insanlara kömək etmək istəyir. Nuray fikirləşir ki, bu əsl insanlıqdır.
Kiçik qəhrəmanımız asudə vaxtlarında şəhərimizin görmədiyi yerlərini gəzməyi, muzeylərə, sərgilərə getməyi xoşlayır. Nuray çəkdiyi rəsmlərdə təbiəti təsvir etməyə üstünlük verir.

Kiçik Nuray gələcəkdə ali təhsilini Avropa ölkələrində almaq istəyir. Sonda Nuray dedi: "Rəsm əsərlərimlə tarixin, ədalətimlə isə insanların yaddaşında qalmaq istəyirəm."

7 мая 2015 г.

Ələsgərov Azər Taleh oğlu

Ələsgərov Azər Taleh oğlu 6 yanvar 2005-ci ildə Bakı Şəhərində anadan olub. Azər körpəlikdə o qədər də dəcəl olmayıb, sözə baxan olub.
Məktəbə gedənə qədər yazmağı yox, amma oxumağı demək olar ki, bilirdi. Yəni, hərfləri tanıyırdı, kiçik sözləri oxuyurdu. Bunu ona, əsasən, anası öyrədirdi.
Azərin 3 yaşı olanda o, artıq uşaq bağçasına gedirdi və orada tərbiyəçilər onun digərlərindən bir az daha yaddaşlı və çox diqqətli olduğunu deyirdilər. Başqa uşaqlara öyrədilən şeir və mahnıları yaddaşında saxlaya bilirdi. Yaşına görə maraqlı rəsmlər çəkirdi.
Azər Abşeron rayonu Fatmayı kənd tam orta məktəbinin 4-cü sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Ən sevimli fənni Riyaziyyatdır. Rəqəmlərlə “oynamaq” onun üçün çox maraqlı aləmdir. Məktəbdə demək olar ki, ibtidai siniflərin bütün tədbirlərində iştirak edir. Çox vaxt aparıcı olur.
 “Unikal” təhsil mərkəzinin hər ay təşkil etdiyi siniflərin sınaq imtahanlarında həmişə iştirak edir və 1-ci, 2-ci yerlərə layiq görülüb, sertifikatlari var, məktəbdən də əlaçılığına görə tərifnamələri var. Əldə etdiyi uğurlara görə anasına borcludur.
Həyatında ən maraqlı gün ilk dəfə “Meqafan”a getdiyi gündür.
Azər dərslərində əlaçı olmaqla bərabər, həm də bir müddət Sumqayıtda yerləşən Pionerlər evində üzgüçülük dərsləri alıb.
Azər məktəbi əlaçı kimi bitirib ali məktəbdə oxumaq istəyir. Türkiyə universitetlərinin birində təhsil almaq onun ən böyük arzularından biridir. Elm adamı olmaq və müxtəlif icadlar etmək istəyir.
Asudə vaxtlarında əsasən, maraqlı məlumatlarla tanış olmağı, şahmat oynamağı, rəngli kağızlardan müxtəlif əşyalar düzəltməyi və ya rəsmlər çəkməyi xoşlayır. Rəsm çəkməyi xüsusilə sevir.

Gələcəkdə elm adamı olmaq və öz icadları ilə tarixin yaddaşına adını həkk etdirmək arzusundadır. 

5 мая 2015 г.

Bayramov Hidayət Kazım oğlu

Bayramov Hidayət Kazım oğlu 20 mart 2005-ci ildə Bakı şəhərində doğulub. Uşaqlıqdan ağıllı uşaq olub.
2011-ci ildə S. C. Pişəvəri adına hümanitar fənnlər gimnaziyasının I sinfinə qəbul olub. 2012-ci ildə isə gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin tar ixtisası üzrə I sinfinə qəbul olub.
2013-cü ildə isə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün olan 5 saylı Respublika orta internat məktəbinin III sinfində təhsinin davam etdirərək, hazırda da həmin məktəbdə oxuyur.
Musiqi məktəbinə qəbul olduğu gündən bu günə qədər qısa bir müddət keçməsinə baxmayaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, oxuduğu internat məktəbinin və musiqi məktəbinin keçirtdiyi bir sıra konsert, müsabiqə və tədbirlərdə uğulu çıxışlar edib.
Hal-hazırda da orta məktəbdə və musiqi məktəbində təhsilini davam etdirir.
Ən böyük arzusu valideynlərinin və müəllimlərinin etimadını doğruldaraq əsl insan kimi yetişməkdir. Dərslərini yaxşı oxuyub, uca zirvələr fəth etmək istəyir. Gələcəkdə respublika səviyyəli tədbirlərdə iştirak etmək və ən sonda ölkəsini dünyada tanıtmaq, dünya şöhrətli musiqiçi olmaq arzusundadı.

Uğurların bol olsun!

Əlihümbətova Nəzrin Fərhad qızı

Əlihümbətova Nəzrin Fərhad qızı 7 dekabr 2004-cü ildə anadan olub. Nəzrin körpəlikdə çox sakit uşaq olub. Onun maraq dairəsi olduqca geniş olub. O, uşaqkən rəqs etməyi, kitab oxumağı, şeir əzbərləməyi, şəkil rəngləməyi çox sevib. Az vaxt ərzində şeirləri asanlıqla əzbərləyib və onu əzizlərinə söyləməkdən xüsusi həzz alıb. 4-5 yaşlarında Nəzrin həm oxumağı, həm də yazmağı bacarıb. Oxumağı ona anası öyrədib.
2011-ci ildə ulu öndər Heydər Əliyevin 88 illik yubileyi ilə əlaqədar uşaq bağçaları arasında müxtəlif nominasiyalar üzrə müsabiqə keçirilib. Nəzrin tərbiyə aldığı 51 saylı bağçanı “Ağ çiçəyim” rəqsi ilə təmsil edib və rayon üzrə II yerə layiq görülüb. Bundan sonra rəqsə olan marağı daha da artıb və rəqslə daha ciddi məşğul olmağa başlayıb.
Bakı şəhəri Şüvəlan qəsəbəsində  yerləşən 156 saylı  tam orta məktəbdə təhsil alır. 
Dərslərini əla qiymətlərlə oxuyur. Dərs əlaçısıdır. Sevdiyi fənnlər Riyaziyyat, İngilis dili və Azərbaycan dilidir.
Əvvəllər “Gül bayramları”nda bağçanı təmsil edib. 2012-ci ildən etibarən rayon üzrə keçirilən Dövlət tədbirlərində “Lalələr” rəqs qrupu ilə, şəhər üzrə keçirilən “Gül bayramı” və “Beynəlxalq uşaqlar günü” tədbirlərində “Dilbər” rəqs qrupu ilə çıxış edib. Həyatında ən uğurlu gün rayon üzrə 18 məktəb arasında keçirilən “Bilik yarışması”nda l yerə layiq görüldüyü gün olub.  Son uğuru isə 22 aprel 2015 tarixində məktəb turundan uğurla keçib şəhər turuna vəsiqə qazanmağı olub. Buna görə o, həm Səadət müəllimə,həm də valideynlərinə minnətdardır. Onların ümidlələrini doğrultmağa çalışır. Gələcəkdə öz müəlliminə bənzəmək istəyən Nəzrin, bununçün əlindən gələni edir.
Bu günədək qazandığı uğurların bir qismi aşağıdakılardı 
“Gül bayramı”-2011 fərqlənmə diplomu
“Mən rəsm çəkməyi sevirəm”-2013 fəxri fərman
“Bilik yarışı”-2014   ll yer  Diplom
“Bilik yarışı”-2014   l yer  Diplom
“Bilik yarışı”-2014   l yer  Diplom
“Gül bayramı”-2014   Təşəkkürnamə    “Lalələr” qrupu
“Gül bayramı”-2014    Təşəkkürnamə “Dilbər” qrupu
Rəsm müsabiqəsi-2014   Fəxri Fərman
“Lalələr”-2014    Fəxri Fərman
“Dilbər”-2015    Diplom
Asudə vaxtlarında rəqs edir, mütaliə ilə məşğul olur.
 İlk növbədə məktəbi əla qiymətlərlə başa vurub, ən yüksək balla universitetə qəbul olunmaqdır.
Gözəl pedaqoq olub, şagirdlərinin sevimlisi olmaq və əməkdar müəllim kimi yüksəlmək arzusundadı.
Nəzrinin fəaliyyəti 2014-cü il iyul və sentyabr aylarında Mədəniyyət kanalında yayımlanan “Rəqsin dili” verilişində, 2015-ci il mart ayında İctimai TV-nin hazırladığı Xəzər rayonunda “Novruz şənliyi” tədbirlərində işıqlandırılıb.

Elman Eldəniz oğlu Ələkbərzadə

Azərbaycanın seçilən gənclərindən biri də Elman Eldəniz oğlu Ələkbərzadədir. Elman 29 mart 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Valideynləri deyir ki, Elman körpəlikdə çox sakit,  rahat uşaq olub. Bağçada məktəbə gedənə qədər hazırlıq kursu keçib.  Yazıb-oxumağı bağça müəllimləri tərəfindən öyrənmişdir. İstedadı ilə bağlı maraq altı yaşından valideynləri tərəfindən yaranıb.
Elman 99 saylı  orta məktəbin birinci sinfinə daxil olub, hazırda da həmin məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur, bütün fənləri eyni dərəcədə sevir. Onun üçün ən maraqlı gün ad günüdür. Elman sınaq imtahanında yüksək bal topladığı günü ən uğurlu gün hesab edir. Eldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
Elmanın hədəfi orta məktəbi yüksək qiymətlərlə bitirib, ali məktəbə daxil olmaqdır. O, ölkəmizə,  xalqımıza xidmət etmək üçün yüksək vəzifələrdə işləmək arzusundadır.
Elman asudə vaxtlarında idmanla məşğul olmağı çox sevir. Gələcəklə bağlı əsas arzusu məktəbi bitirib , universitetə daxil olmaq və idmanda yüksək nailiyyətlər əldə etməkdir.
Arzusu, məqsədi böyük olan Elmana biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.