İstedadlı , vətənpərvər gənclərimizdən biri də Əzizov Murad Elşən
oğludur. O, 16.11.2006-da Bakı şəhərində
anadan olub. Murad uşaq vaxtı çox dəcəl və şıltaq uşaq olub. Rəsm çəkmək ,
maşınlarla oynamaq , velosiped sürmək və əyləncə mərkəzlərinə getmək onun
xoşladığı məşğuliyyətlər idi. Hazırda 261 saylı məktəbin 3a sinif şagirdidir. Dərslərini
əla oxuyan Muradın ən çox sevdiyi fənlər riyaziyyat, şahmat , həyat bilgisi və
təsviri incəsənətdir. O , məktəbdə əlaçı olmaqla yanaşı həm də ictimai işlərdə
də aktiv iştirak edir. Bunlardan nağıl müsabiqəsində sərkərdə , yeni il şənliyində
poçtalyon , Novruz bayramında meyxanaçı
rollarını ifa etməsini misal göstərmək olar. O, əldə etdiyi uğurlara görə müəlliməsi
Fidan Dadaşovaya minnətdar olduğunu
deyir. Gələcəkdə hüquq sistemində işləyərək baş prokuror olmağı arzulayır. Ona
bu məqsədinə çatmaqda uğurlar
arzulayırıq.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
22 июня 2015 г.
21 июня 2015 г.
Məmmədli Hüseyn Şahin oğlu
Məmmədli Hüseyn Şahin oğlu 1 may 2007-ci ildə Bakı şəhərində
doğulub. Anası deyir ki, Hüseyn çox sakit, təmkinli, dəqiq düşünə bilən, sonda
qərarını verən uşaq olub. Nəinki bu düşüncələrlə özünü idarə edir, bəzən
valideynlərinə və müəllimlərinə qarşı qayğıkeş, təmkinli bir şəkildə yanaşır.
Hüseyn hələ məktəbə başlamazdan əvvəl artıq yazmağı,
oxumağı öyrənmişdi. Məktəbə başlayan zaman təhsil həyatına tam hazırlıqlı bir vəziyyətdə
orta məktəbə qədəm qoyub. Bu vaxtlarda onunla əsasən anası məşğul olub.
Qəhrəmanımız Hüseyn hətta öz yaşına uyğun, kiçik həcmli
şeirlər yazmağı da xoşlayır. Bu istedad ona anasından keçib. Həmçinin şahmat
oynamağa da həvəskardır. Bu həvəsi Hüseyndə atası Şahin oyadıb və şahmatı ona
sevdirib.
İlk dəfə məktəb həyatına Yasamal royunu 167 saylı orta
məktəbdə qədəm qoysa da, hal-hazırda Yasamal rayonu 53 saylı orta məktəbdə təhsil
alır. II sinifi bitirib.
Hüseyn sinfin əlaçı şagirdlərindəndir. Riyaziyyat fənnini
xüsusilə sevir.
Hüseynin dərslərindən əlavə məşğuliyyətlərinin
sırasına idmanla məşğul olması da daxildir. Balaca qəhrəmanımız müəllimi Asif
Sayadlının rəhbərliyi ilə idman yarışlarında VİNG-ÇUN-KUNG-FU döyüş növü üzrə
iştirak edib.
İncəsənət sahələrindən olan rəqsə, tarda ifa etməyə həvəskardır.
Rəqslə məşğul olan Hüseyn “Kalorit” rəqs qrupunda Fariz müəllimin rəhbərliyi
altında Şəhriyar adına sarayda, Respublika sarayında solo rəqslərlə iştirak
edib. Fəxri Fərmanlarla təltif olunub.
Əldə etdiyi nailiyyətlərə görə ilk növbədə müəllimlərinə
– Rəna müəlliməyə, Flora müəlliməyə, Asif müəllimə, Fariz müəllimə və valideynlərinə
borclu olduğunu deyir. Gələcək fəaliyyətində “həyatının simvolu” adlandırdığı,
çox sevdiyi Akif babası kimi olmaq istəyir.
Cərrah olmaq arzusu ilə yaşayan Hüseyn özünü yüksək
zirvələrdə görməyi arzulayır. Uşaqlıqdan cərrrah olmaq istəyir.
Asudə vaxtlarında məntiqi tapşırıqlara vaxt ayırır,
şahmat oynayır.
Gələcək üçün planları və arzuları çox olan Hüseyn hər
zaman öndə olmağı, getdikcə ucalmağı hədəfinə alıb. Yaşı az olsa da həyatda heç
sevmədiyi xüsusiyyət – yalandır. Ona yalan danışanları bağışlamır. Yaşı az da
olsa özünü kiçik, qüvvətsiz hesab etmir.
İstəyir ki, gələcəkdə atası və Akif babası kimi olsun.
Onlar kimi savadlı, düzgün, öndə olmağı bacaran bir insan olmaq arzusundadır.
Özünü əyilməz, mərd adlandırır.
Hüseyn həm savadlı cərrah, həm də tanınmış idmançı
olmaq istəyir. Bütün uğurlu fəaliyyətləri ilə tarixə adını yazdırmaq, müsbət cəhətləri
ilə insanların yadında qalmaq istəyir.
20 июня 2015 г.
Həsənli Seymur Fariz oğlu
Həsənli Seymur Fariz oğlu 14 mart 2006-ci il Bakı şəhərində
anadan olmuşdur.Ağıllı,sakit,sözəbaxan uşaq olub.
İlk təhsilini Bakı şəhəri 313 saylı tam orta məktəbdə
almışdır.Hal-hazırda həmin məktəbdə təhsil alır.Dərslərini əla oxuyur ən
sevimli fənləri riyaziyyat və İngilis dilidir.Məktəbə gedənə qədər
yazıb-oxumağı bacarırdı.
Seymurgil məktəbdə tez-tez səhnəciklər qururdular.Həmin
səhnəciklərdə fəal iştirak edib.Əsasən baş rollarda oynayıb.Ən yadda qalan günü
məktəb direktorunun icazəsi ilə Akademik milli dram teatrının getdikləri gün
olub.22 oktyabr uğurlu günlərindən biri idi.Zəfər kursundan yüksək biliyinə görə
2 yerə təltif olunaraq diplom qazanıb.
Gələcəkdə millət vəkili olub,vətənimizdəki problemləri
həll edərək xalqına yararlı övlad olmaq istəyir.
Bu istedadı 5 yaşından babası tərəfindən oyadılıb.
Asudə vaxtlarında idmanla məşğul olur və mahnıya
qulaq asmağı çox sevir.Tarixin yaddaşında qalmaq üçün xeyirxah vətənpərvər
insan olmağı bütün insanlara hörmətlə yanaşmağı qarşısına məqsəd qoyub.
Əldə etdiyi uğur və naliyyətlərə görə özünü
valideynlərinə borclu bilir.
Cümşüdov Fərid Asif oğlu
Cümşüdov Fərid Asif oğlu 24 iyul 2006-ci ildə
Göygöl rayonunun Kərəmli kəndində dünyaya göz açmışdır. Sakit təbiətli uşaq
olu. Hərbiyə aid uşaq oyuncaları ilə oynamağı çox sevir və saz havalarına qulaq
asmağı xoşlayırdı.
İlk təhsilini Bakı şəhəri 313 saylı tam orta məktəbdə
anadan almışdır. Hazırda həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini
yaxşı oxuyur. Ən çox sevdiyi fənlər Riyaziyyat və həyat bilgisidir. Məktəbə gedənə
qədər yazıb-oxumağı bilirdi. Anası və qonşuluqda yaşayan Könül müəllimə tərəfindən
öyrədilmişdir. 5 yaşından bu istedad özündə yaranmışdir. Fərid müəllim ailəsində
dünyaya göz açdığına görə kitab, dəftərə daha çox marağı olmuşdur.
Fərid tədbirlərdə də fəal iştirak edib. İlk öncə
bağçada keçirilən “Novruz” şənliyində kosa və keçəl rolunda çıxış etmişdir. 23
may 2015-ci ildə sinif yoldaşları və müəllimləri ilə “Botanika bağı”-na səyahət
etmələri ən maraqlı gün kimi hesab edir.
Asudə vaxtlarında filmlərə baxmağı və yoldaşları ilə
futbol oynamağı xoşlayır. İdmanla məşğul olmaq və hərbi təhsil almağı qarşısına
məqsəd qoyub.
Əldə etdiyi uğurlara görə özünü valideynlərinə və Səadət
müəllimə borclu bulir. Məşhur azərbaycanlı general Əliağa Şıxlinskiyə oxşamaq
istəyir. Gələcəkdə ali təhsil almaq, hərbiçi olmaq istəyir.
Torpaqlarımızı erməni işğalçılarından azad etməkvə
şəhidlərimizin qisasını düşmənlərdən almaqla tarixin yaddaşında qalmaq istəyir.
18 июня 2015 г.
Atakişiyev Bəxtiyar Əjdər oğlu
Atakişiyev Bəxtiyar Əjdər oğlu 19 dekabr 2002-ci ildə
Ağsu rayonunun Hacman kəndində anadan olub. Bəxtiyar körpəlikdə çox sakit və
ağıllı oğlan olub. Ətrafda baş verən hadisələri dərk etdiyi gündən onu
maraqlandıran şeylərlə bağlı valideynlərinə suallar verər, cavablar onu qane
etməyənə qədər əl çəkməzdi. Atla gəzməyi xoşlayırdı, həmçinin müxtəlif ot
bitkilərini toplayaraq, adlarını öyrənməyə çalışırdı. Uşaq yaşlarından bəri
ciddi, ətrafındakılara diqqət yetirən bir oğlandır. Çox gülməyi sevmir.
Məktəbə getməmişdən əvvəl onun təhsili ilə bağlı
maraqlanan olmayıb. Lakin öz yaşıdlarından fərqli olduğunu görən valideynləri
onu hələ 6 yaşı tamam olmamış məktəbə yönləndiriblər. Bu, yaşına görə ona çətin
olsa da, məktəbdə ona verilən sualları düzgün cavablandıra bilib. Yazmağı və
oxumağı məktəbdə öyrənib. Sinifdə yaşca ən balaca şagird Bəxtiyar olsa da dərsləri
sinifdə digərlərinə nisbətən daha yaxşı qavrayırdı.Ona verilən şeiri bir dəfə
oxumaq kifayət edirdi ki, onu əzbərləsin. Ən sevimli fənni riyaziyyatdır.
Elm dünyasına ilk addımı 5 saylı peşə liseyində atıb,
lakin hal-hazırda Qobu qəsəbəsi Qəzənfər Xalıqov adına 1 saylı orta məktəbdə təhsil
alır. Dərslərini yaxşı oxuyur. Dəqiq elmlərə qarşı xüsusilə maraqlı olan Bəxtiyar
riyaziyyat, fizika, kimya fənnlərini daha çox sevir. Məktəbdə keçirilən tədbirlərdə
də iştirak edən Bəxtiyar Novruz şənliyində və digər şənliklərdə “Çobanlar”, “Qoçəli”
rəqsləri ilə çıxış edib. “Söz inciləri” adlanan tədbirdə də əkinçi rolunda
iştirak edib. Yeni il şənliyində dəniz qulduru rolunda çıxış edib. Həmçinin məktəbdə
keçirilən idman yarışlarında da çox fəal iştirak edir.
Bəxtiyar, həm riyaziyyat, həm də fiziki tərbiyə dərsləri
üzrə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə tərifnamələr alıb. İlk dəfə
4-cü sinifdə oxuyanda riyaziyyat fənni üzrə, daha sonra isə 5-ci sinifdə
oxuyanda fiziki tərbiyə dərsi üzrə tərifnamə alıb. 7-ci sinifdə oxuyanda da riyaziyyat
fənnindən fəxri fərmana layiq görülüb.
Bəxtiyar fəaliyyətindən dolayı əldə etdiyi uğurlara
görə müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Xüsusilə də onun təhsili
ilə anası maraqlandığı üçün anasına minnətdarlıq edir.
Bəxtiyar gələcəkdə polis olmaq istəyir. Əvvəllər rejissor olmaq istəsə də,
sonradan insanları düzgün yola yönəltmək üçün, əmin-amanlıq yaratmaq üçün belə
qərar verib ki, polis olsun.
Bəxtiyar boş vaxtlarında dünya ədəbiyyatının nümunələrinə
üz tutur, həmçinin heyvanlar aləmindən bəhs edən sənədli filmlərə baxır. Sinif
yoldaşları ilə vaxtaşırı görüşüb birlikdə futbol oynamağı da sevir. Həmçinin
şahmat oynayır.
İncəsənət sahəsinə marağı az deyil. Rəsm çəkməyi xoşlayır.
Mənzərə şəkillərinə daha çox üstünlük verir.
Gələcəkdə xalqının firavanlığı uğrunda çalışan bir
insan olmaq, ən yaxın zamanda Qarabağ torpaqlarını erməni hərbi dəstələrindən
azad etməyi arzulayır. Vətənpərvər bir oğlan kimi yadda qalmaq istəyir.
Подписаться на:
Сообщения (Atom)


















































