Ovçiyeva Fərqanə Əfqan qızı 2 dekabr 2002-ci ildə
Bakı şəhəri Səbail rayonunda dünyaya göz açmışdır. Fərqanənin anası Raisa
xanımın sözlərinə görə Fərqanə uşaq vaxtı çox sakit həmçinin ağıllı uşaq
olub.O,həmişə uşaqlıqda çoxlu şəkillər çəkib, rəngləyirmiş.Fərqanə bir çox şəkillərə
baxır və onda rəsm çəkməyə qarşı maraq oyanmışdır.Rəsmə olan marağı hələ 4 yaşından başlamışdır.Bununla da Fərqanənin
uşaqlıqdan şəkil çəkməyə olan marağı bilinmişdir. Məktəbə qədəm qoyan zaman ancaq şəkillərlə maraqlanmışdır.
Fərqanə bütün bu əldə etdiyi uğurlara görə özünü
anasına və rəsm müəlliməsi olan Humay müəlliməyə borclu bilir. Asudə vaxtlarını
çox maraqlı keçirir.Asudə vaxtlarında rəsmlə məşğul olur.O,təbiəti çox
sevir.Onun üçün də çəkdiyi rəsmlərdə təbiət mövzusuna üstünlük verir.
Ovçiyeva Fərqanə gələcəkdə məktəbi bitirib, Rəssamlıq
Akademiyasına daxil olmaq istəyir.Onun hədəfi isə Rəssamlıq Akademiyasını fərqlənmə
diplomu ilə bitirməkdir.Fərqanə Rəssamlıq Akademiyasın bitirdikdən sonra rəsm
müəlliməsi olmaq istəyir.O,rəsm məşğələsinə daxil olduqdan sonra bu fikrə
düşüb.Görünür, bu sevgini onda müəlliməsi yaradıb.Fərqanə bir çox sərgilərə əl
işlərini təqdim edib,qalib olduquna görə “Azərbaycan Respublikası Səfərbərlik və
Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti”adlı kitabda şəkli çap olunub.Fərqanənin
ən böyük arzularından biri məşhur rəssamlardan birinə oxşamaqdır.
Fərqanənin sözlərinə görə “mən tarixin
yaddaşında öz şəkillərimlə iz qoymaq istəyirəm”













































