elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 ноября 2015 г.

Yeliseyeva Diana Əhməd qızı

Növbəti istedadlı gəncimiz Oğuz şəhərində yaşayan Yeliseyeva Diana Əhməd qızıdır. 10 mart 2002-ci ildə dünyaya gələn Diana uşaqlığında çox dəcəl olub. Amma bununla bərabər oxumağa, şəkil çəkməyə həvəsi də elə uşaq vaxtlarından özünü göstərməyə başlayıb. Öz uşaq xəyallarını rənglərə boyayaraq kağızlarda əks etdirirdi. Elə həmin vaxtlardan valideynləri Diananın rəsm çəkməyə olan həvəsini aşkarlamışdır.
İllər keçir və artıq Diananın məktəb həyatı başlayır. İndi o, Oğuz şəhəri H. Babayev adına 1 saylı tam orta məktəbin 8-ci sinif rus bölməsinin əlaçı şagirdidir. Sinif rəhbəri Nahidə müəllimənin sözlərinə görə, Diana sinifdəki digər şagirdlərdən həm savadı ilə, həm də xüsusi rəsm bacarığı olması ilə seçilir. Diana eləcə də məktəbdə təşkil edilən Novruz bayramı tədbirlərində, son zəng yığıncaqlarında rəqs kompozisiyaları ilə çıxış etmişdir. Rusiyada yaşadığı və təhsil aldığı dövrdə isə rəsm üzrə yarışda fəxri fərmanla təltif olunmuşdur.Bundan əlavə, onun Bakı Slavyan Universitetində keçirilən bilik olimpiadasında 2-ci yeri qazanması ilə əlaqədar diplomla mükafatlandırılmışdır. Bu olimpiada rus dili və ədəbiyyatı üzrə təşkil edilmişdir. Diananın özünün də dediyi kimi, onun rus dili və ədəbiyyatına, eləcə də kimya, fizika kimi təbiət elmlərinə marağı xüsusi əhəmiyyət kəsb edir.
 İstedadlı gəncimizin gələcəklə bağlı xəyallarının əsasında məhz onun uşaqlıq xəyalları dayanır. Hələ azyaşlı olarkən Fransanın məşhur modelyer-dizayneri Koko Şanelin (Coco Chanel) əsrarəngiz əl işləri, gözəllik ətri gələn dünyası ilə tanışlığı Diananın həyat yolunun başlanğıcı üçün qığılcım rolunu oynamışdır. Çəkdiyi rəsmlərdə də bu təsiri görmək mümkündür. Amma bütün bunlarla yanaşı Diananın məqsədi savadlı olmaq, ali təhsil almaqdır. Yalnız bundan sonra uşaqlıq xəyallarının arxası ilə qaçmağı – dizayner olmağı düşünür və biz də inanırıq ki, Diana öz uğurları ilə gələcəkdə vətəninə layiqli övlad olacaqdır. Bu gözəl xəyallar yolunda biz də ona uğurlar arzulayırıq. Müvəffəqiyyət səninlə olsun, Diana!

13 ноября 2015 г.

Məmmədov Əli Eldar oğlu

Məmmədov Əli Eldar oğlu 15 sentyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda 5 saylı orta məktəbin şagirdidir. Əli uşaqlıqda diqqətli və hər şeylə maraqlanan uşaq olub. Uşaqlıqda dəqiq elmlərə meyilli olub. 5 yaşı olanda qarşısına riyaziyyat fənni üzrə alimlik dərəcəsinə yüksəlmək məqsədini qoyub. Məktəbə gedənə qədər yazmağı və oxumağı bilirdi. Əli tez-tez maraqlı şeylər öyrənir, futbol oynamağı, heyvanlar aləminə baxmağı xoşlayır. Dəqiqliyinə görə də şahmat oyunu ilə məşğul olur. Əli təhsil ocağında keçirilən bütün bayram və tədbirlərin fəal iştirakçısıdır. Ən sevimli fənləri bunlardır: riyaziyyat, ingilis dili, informatika. O cümlədən, tarix, coğrafiya, biologiya elmləri ilə də maraqlanır. Əli dərslərini mükəmməl oxuyur və dərslərindən əla qiymətlər alır. Əlinin bir çox uğurları olmuşdur. Həyatında ən yadda qalan, unudulmaz gün orta məktəbə ilk qədəm qoyduğu gündür. Əli 3-cü sinifdə məktəbdə keçirilən məntiq və riyaziyyat olimpiadasında iştirakına görə komanda 1-ci yer tutmuşdur.
Asudə vaxtlarında heyvanlar aləmi haqqında sənədli filmlərə baxır.
Gələcəkdə riyaziyyat və fizika fənni üzrə alim olmaq arzusundadır. Həmçinin, gənc istedadlar liseyinə imtahan verib qəbul olunmaq da Əlinin arzularındandır.

11 ноября 2015 г.

Südabə Qalib qızı Ağayeva

Südabə Qalib qızı Ağayeva 2001-ci il iyul ayının 23- də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur . Valideynlərinin qeyd etdiyinə görə Südabə qızımız  uşaqlıqda çox şıltaq olmuşdur. O məktəbə gedənə qədər artıq oxumağı və yazmağı öyrənmişdir. Hələ kiçik yaşlarından idmanı  sevən  Südabədə cüdoya maraq 9 yaşında yaranıb. O , ilk təhsilinə 125  saylı orta məktəbdə başlamış  və hal hazırda da bu məktəbdə təhsilini davam etdirir . Ağayeva dərslərinə məsuliyyətlə yanaşır. Bütün fənlərin öhdəsindən müvəffəqiyyətlə gəlir. Ən sevdiyi fənləri isə Azərbaycan dili , riyaziyyat və İngilis dilidir. O , məktəbin ən fəal şagirdlərindən biridir. Mütamadi olaraq məktəbdə keçirilən tədbirlərdə , müsabiqələrdə , idman yarışlarında  iştirak edir. Məktəbdə keçirilən tarix gecəsində şeir ifa etmişdir.  Yaşının az olmasına baxmayaraq Südabə qızımız idman sahəsində bir çox  uğurlara imza atıb . 2013-cü ilin yanvar ayında " Bakı Şəhər Açıq Birinciliyində" 36 kq - da ikinci yerə , 2015-ci ilin yanvar ayında  yenidən "Bakı Şəhər Açıq Birinciliyində " 52 kq - da üçüncü  yerə çıxmışdır. Lakin bu onun uğurlarının demək olar ki, başlanğıcıdır. Daha sonra Azərbaycan Respublikası çempionatın U - 15 Cüdo 52 kq - da 3 - cü yerə çıxmışdır. 2015-ci ilin mart ayında isə "8 Mart Beynalxalq Qadınlar Günü " nə həsr olunmuş yarışda birinci yerə çıxmışdır.  Həmçinin "Yasamal idman klubunun  Açıq Birinciliyində" 50 kq - da 2 -ci yerə ,
Ümumilli lider Heydər Əliyevin ildönümü ilə bağlı keçirilən Pirşağı - Kürdəxanı idman zalının cüdo üzrə Açıq Birinciliyində 50 kq-da III yerə çıxmışdır. Südabə bütün uğurlarına görə öncə valideynlərinə , daha sonra isə müəllimlərinə borclu olduğunu düşünür. Onun fəaliyyəti ilə bağlı arzuları çoxdur . Ən böyük arzularından biri Avropa çempionatına qədər yüksəlməkdir. Ən böyük istəklərindən biri isə hüquqşünas olmaqdır. O hələ 10 yaşından hüquqşünas olmaq fikrinə düşmüşdür .  Südabə bu sənətə  insanlar arasında haq - ədalət yaratmaq üçün yiyələnmək arzusundadır . İstedadlı qızımız asudə vaxtlarında da idmanla məşğul olur . O , cüdonu çox sevir və bu maraqlı idman növünü hər kəsə tövsiyyə edir. Onun fikrincə əgər incəsənətlə nə vaxtsa məşğul olmaq istəsəydi rəsm sənətini özünə peşə seçərdi . Çünkü bu sənət insanın bütün hislərinin ifadəsinə imkan yaradır.  Hər kəs kimi onun da gələcəklə bağlı çoxlu planları vardır. Ən böyük məqsədlərindən biri də ali məktəbə  daxil olmaqdır. Həmçinin yarışlarda uğurlar qazanmasının , qalib gəlməsinin səbəbi hər zaman birincilik arzusunda olmağındandır . Ağayeva Südabəyə görə tarixin yaddaşında qalmaq üçün hər zaman birinci olmaq kifayətdir.

Cavadzadə Mircavad Ağasət oğlu

Cavadzadə Mircavad Ağasət oğlu 2006-cı ilin avqustun 30-da Lənkəran şəhərində günəş kimi həyatımıza doğdu. O, ailənin yeganə oğlan övladıdır. Ona bu adı atası qoyub. Mircavad sözünün mənası səxavətli, əliaçıq,ürəyiyumşaq deməkdir. O,öz həmyaşıdları ilə tez ünsiyyət quran, çoxlu dostları olan bir uşaq olub. Uşaq vaxtlarında  cizgi filminə baxmağı çox sevirdi. Əsasəndə Ben 10 və hörümçək adam kimi qəhrəmanları onun diqqetini daha çox cəlb edirdi. Xəyal edirdi ki, böyüyəndə bu qəhrəmanlar kimi dünyaya faydalı biri olacaq.
Məktəbə getməmişdən əvvəl saymağı və hərfləri yazmağı bacarırdı. Bunların hamısını ona valideynləri öyretmişdi.Mircavad həmyaşıdlarından iti hafizəsi, qabiliyyəti və fəallığı ilə seçilirdi.
Mircavad ilk təhsilinə Bakı şəhəri Nəsimi rayonu 5 saylı tam orta məktəbdə başlayıb və hal-hazırda həmin məktəbin 4-b sinif şagirdidir. Dərs əlaçısıdır. Əlaçı olduğuna görə şərəf lövhəsində şəkli ön sıradadır. Ən sevimli fənni Riyaziyyat, Azərbaycan dili və həyat bilgisidir. Məktəbin bir çox tədbirlərində iştirak etmişdir.
Həyatda əldə etdiyim nailiyyətlərə görə sinif rəhbərim Əhmədova Bahara və anama təşəkkür edirəm.
Gələcəkdə həkim olmaq arzusu ilə yaşayıram. Çünki, insanların həyatınım qurtarmaq və onlara kömək etmək dünyadakı ən böyük xoşbəxtlikdir. Bu arzuma çatmaq üçün daha çox çalışacağam.

7 ноября 2015 г.

Çiçək Bayraməli qızı Qurbanova

 
Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Çiçək Bayraməli qızı Qurbanovadır. Çiçək 1 dekabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. O,ailənin yeganə qız övladıdır. Uşaqlıqdan aktiv, fəal, öz həmyaşıdları ilə tez ünsiyyət quran, özünə çoxlu rəfiqələr seçən bir uşaq olub. Çiçək asudə vaxtlarında qardaşları Röyal və Muradla maraqlı şəkillər çəkir,riyaziyyat və ingilis dili fənnindən çoxlu sual-cavab edir,qardaşlarına bütün fənlərdən kömək edir. Tibb elmini çox sevir, ona daha çox maraq göstərir.
Çiçək məktəbə gedənə qədər məktəbəqədər hazırlıq məşğələlərinə getdiyinə görə oxuyub-yazmağı bilirdi. Evdə valideynləri, hazırlıq məşğələsində isə müəllimi Nərmin xanım tərəfindən izah olunaraq öyrədilirdi.
Çiçək ilk təhsilini Sabunçu rayonu Fikrət Tağıyev adına 72 saylı məktə -liseydə alır.
Hazırda həmin məktəbin ibtidai sinif şagirdidir, əlaçıdır. Dərslərini çox yaxşı oxuyan Çiçəyin ən sevimli fənləri riyaziyyat, informatika və ingilis dilidir. O , əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və Zeynəb müəlliməyə borclu olduğunu hesab edir.
Gələcəklə bağlı planları çoxdur . Öncə məktəbi yüksək qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaq və vətənimizə layiqli övlad olmaqdır. Çiçəyin uşaqlıqdan ən böyük arzusu isə həkim olmaqdır. O , ən yaxşı universitetdə oxuyub , ölkəyə savadlı kadr kimi qayıtmaq istəyir. Çiçək tarixin yaddaşında tanınmış həkim kimi qalmaq arzusundadır.
Arsuzu , məqsədi böyük olan Çiçəyə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

28 октября 2015 г.

Həşim Emil oğlu Həşimov

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Həşim Emil oğlu Həşimovdur. Həşim 1 oktyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Həşim körpəlikdə sakit təbiətli uşaq olub. Onun uşaqlıqda musiqiyə həvəsi olub, caz musiqisini dinləyir, sakitcə piano arxasına keçərək eşitdiyi musiqini ifa etməyə cəhd edirdi. Bununla bərabər usaqlıqdan dərslərini də yaxşı oxumağa çalışırdı. Həşim sanki başqa uşaqlar kimi uşaqlıq keçirməyib, o, daim musiqi və dərsləri ilə məşğul olub. Özünün zəhməti hesabına və müəllimlərinin sayəsində bir çox uğurlar qazanıb.
Həşim məktəbə gedənə qədər yazıb - oxumağa da marağı böyük olub. Bəzi yazı-oxu qaydalarından anlayışı olub. Yazıb-oxumağı öyrənməkdə ona anası kömək edib. İstedadı ilə bağlı maraq onda 3-4 yaşlarından yaranıb.
Onun musiqi ilə bağlı marağının davam etdirilməsində kiçik yaşlarından Ü. Hacıbəyov adına Musiqi Akademiyasının Dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkar-pianoçu Lalə Cəfərovanın dəstəyi böyük olmuşdur. Həşim ilk təhsilini Binəqədi rayonu 246 saylı tam orta məktəbdə alıb. Hazırda isə 143 saylı orta məktəbdə təhsilini davam etdirir. Dərslərini çox yaxşı oxuyur, ən sevimli fənni azərbaycan dilidir.
O, bir çox tədbir, bayram və müsabiqələrdə iştirak etmişdir.  Həşim ümummilli lider Heydər Əliyevin ildönümü münasibəti ilə rayon və məktəblərdə keçirilən tədbirlərdə iştirak etmiş, Zaqatalada, Lənkəranda tədbir və bayram şənliklərində istirak etmişdir.
O, SSRİ xalq artisti, görkəmli rəssam Tahir Salahovun ev muzeyinin açılışında iştirak etmiş, burada onun rolu pianoda ifa etmek olmuşdur. İştirak etdiyi və qalib olduğu bütün festival və müsabiqələr onun üçün maraqlı və yadda qalandır. Ən maraqlı, yadda qalan və uğurlu günlərindən biri ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən müsabiqədə 1-ci yer qazandığı gün olub. Həşim bir sıra diplomlarla təltif edilib. Belə ki;
2012-ci ildə Ümummilli Lider Heydər Eliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə "Azərbaycan səninlədir, sənsiz deyil" adlı yaradıcılıq müsabiqəsinin piano nominasiyası üzrə birinci yer tutduğuna görə diplomla
2012-ci ildə Gənc Pianoçuların 2-ci Respublika müsabiqəsində yüksək səviyyəli çıxışına görə 3-cü dərəcəli diplomla
2013-cü ildə Ümummilli Lider Heydər Eliyevin 90 illik yubileyi münasibətilə rayon ümumtəhsil məktəblərinin "Azərbaycan səninlədir, sənsiz deyil" 3-cü yaradıcılıq müsabiqəsinin laureatı olmuş, diplomla təltif olunmuşdur.
2014-cü ilin mayında Türkiyənin İstanbul şəhərində Uluslararası 9. PeraPiano Festivalı Piano yarışmasında yüksək səviyyəli çıxışına görə 1-ci yerə layiq görülmüşdür
2014-cü ildə Moskva şəhərində "Vladimir Spivakov Fondu adına Moskva dostlarını qarşılayır" adlı 11-ci Beynəlxalq Festivalında yüksək çıxışına görə Tərifnamə və medalla təltif olunmuşdur
2014-cü ildə bu müsabiqələrdə iştirakına görə öz həmyaşıdlarından fərqləndiyinə, 1-ci yerin qalibi olduğuna görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 2015-ci ilin fevralında Serbiyanın Belqrad şəhərində Davorin Jenko adına keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülmüş, diplomla və medalla təltif olunmuşdur         
2015-ci ildə mart-aprel aylarında Almaniyanın Muhlaxer şəhərində keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülmüş, diplomla təltif olunmuşdur
2015-ci il iyunun 1-də Azərbaycan Respublikasinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycanın Gələcəyi " mükafatına layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.