elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 февраля 2016 г.

Hacıyeva Fatimə Nurşad qızı


Hacıyeva Fatimə Nurşad qızı 2001-ci il yanvarın 2-də Bakı şəhərində anadan olub. Fatimə çox sakit və sevimli uşaq olub. Hələ körpəlikdən hər şeylə maraqlanan və maraqlandıqları haqqında məntiqi suallar verən bir uşaq olub. Uşaqlıqdan rəsm çəkməyi və pianino çalmağı xoşlayıb. O, məktəbə getməmişdən əvvəl də oxu­yub-yazmağı bacarıb. Valideynləri Fatimənin yaxşı qavrayan uşaq olduğunu hiss edərək, onu məktəbə qədər hazırlıq kursuna yazdırıblar.
I sinfə Suraxanı rayo­nundakı 104 saylı tam orta məktəbdə başlayıb və hazırda həmin məktəbin 8b sinfində oxuyur. Onun ən sevimli fənləri ingilis və rus dilidir. Həyatının ən sevimli günü 9 fevral 2015-ci ildə olub. Bu tarixdə “İdrak” Elm Tədris Mərkəzində keçirilən “Dil öyrənirəm” yarışmasında birincilik qazanıb. Fəxri diplomla təltif olunub. Bu onun ikinci fərqlənməsi olub. Birinci fərqlənməsini hələ II sinifdə oxuyarkən məktəb rəhbərliyi tərəfindən alıb. İbtidai sinif müəllimi Minayə Əliyeva tərifnaməni təqdim edəndə ona söz verib ki, daim layiqli şagird olmağa calışacaq.
Əldə etdiyi uğur və nəaliyyətlərə görə valideynlərinə və müəllimlərinə borcludur. Qarşısına qoyduğu məqsəd ingilis dilini daha mükəmməl öyrənmək və bu yöndə işləməkdir.
O, asudə vaxtlarında musuqi ilə məşğul olur. Gələcəkdə Leyla Əliyeva kimi xarici ölkələrdə Azərbaycanın tarixini və mədəni irsini tanıtmağı arzu edir. Azərbaycan kimi zəngin dövləti xaricdə təmsil etmək üçün daha çox çalışmaq lazım olduğunu bilir. Ona görə də bu zirvəyə doğru addımlamaq onun qarşısındakı ilk məqsədidir.

1 февраля 2016 г.

Səfərov Sadiq Rüfət oğlu


Qəhrəmanımız Sadiq Səfərovdur. O, 7 may 2003-cü ildə Rusiya Federasiyasının İrkutsk şəhərində anadan olub. İndi isə Sadiq Gəncə şəhərində yaşayır. 2010-cu ildə 4 saylı tam orta məktəbin I sinfinə daxil olub. Hazırda 27 saylı məktəb-liseyin şagirdidir. Kiçikliyindən bəri rəsm çəkməyi çox sevir. Buna görə də indi gözəl rəsmlər çəkir. Bununla bərabər rəsm dərnəyinə gedir. Sadiq həmişə təhsilə böyük həvəs göstərib. Oxuduğu bütün məktəb illərini əlaçılıqla bitirib. Ən sevdiyi fənlər ingilis dili, biologiya, riyaziyyat, fizika, rus dili, Azərbaycan dili, təsviri incəsənət, informatika və texnologiyadır. Öz rəsmlərini məktəb sərgisinə təqdim edib və I yerə layiq görülüb, tərifnamə ilə təltif edilib. Çoxlu tərifnamə, fəxri fərman və sertifikartları var. 
Sadiq: “ - Onların mənim üçün ən fəxri olanı Yaponiyadan verilən sertifikartdır. 2015-ci ilin may ayında ingilis dili müəllimimiz Elvin müəllim bu müsabiqəyə mənim adımı yazdırıb. Bu müsabiqəyə qatılmaq üçün 700 sözlük sülh haqqında inşa yazmaq lazım idi. Çünki hər il Yaponyada UNESCO-nun ad gününü keçirmək məqsədi ilə dünya üzrə inşa müsabiqəsi keçirilir. Hər il o mərasimə müxtəlif ölkələrdən UNESCO-nun təmsilçiləri gəlir. Mən sülh mövzusu ilə bağlı olan inşanı yazdım və müəllimimə verdim. O isə inşanı Yaponiyaya göndərdi. Avqustun 3-də Yaponiyadan xəbər gəldi ki, 3 milyon inşa içərisində 12000 inşa seçilib. Seçilən inşalar içərisində mənim inşam da var idi. İnşam seçildiyinə görə məni sertifikatla təltif etdilər.
2016-cı ildə bir daha cəhd edərək inşa göndərdim. İnşanın mövzusu təhsili necə daha yaxşı etməklə bağlı idi. Həmişə olduğu kimi avqustun 3-də nəticələr açıqlandı. İnşam yenə də seçilənlər arasında idi. Bunu bildirim ki, bu müsabiqə dünya üzrə Goi Peace Foundation birliyi tərəfindən keçirilir. Buna görə də mən ingilis dilini çox yaxşı oxuyuram.
2016-cı ildə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhər Təhsil İdarəsi, Azərbaycan Dövlət Aqrar Universiteti və Gələcəyə Körpü Təhsil Mərkəzinin təşkil etdiyi “Gəncə-4000” adlı bilik yarışında ilk yüzlüyə daxil olduğuma görə fərqlənmə ilə təltif olundum. Eyni təşkilatların keçirdiyi super olimpiadada ilk on beşliyə daxil olduğum üçün yenidən fərqlənməyə layiq görüldüm.
Səməd bəy Mehmandarovun anadan olamasının 160 illik yubileyi münasibətilə rəsm sərgisində fəal iştirakıma görə tərifnamə ilə təltif olundum.
Kaspi Təhsil Şirkətinin təşkil etdiyi sınaq imtahanında Gəncə üzrə I, respublika üzrə III yerə layiq görüldüyümə görə sertifikatla təltif olundum.
20-21 mart tarixlərində Novruz Bayramına həsr olunmuş Gəncə şəhəri ümumtəhsil məktəblilər arasında keçirilən şahmat üzrə açıq birincilikdə III yerə layiq görüldüyümə görə diplomla təltif olundum. 
28 may tarixində “Poliqlot” ingilis dili yarışında bütün siniflər arasında ən yüksək bal topladığıma görə sertifikatla təltif olundum. 
Məktəb ilini əla qiymətlərlə bitirdiyim üçün ilin sonunda təşəkkürnamə ilə təltif olundum.
Əvvəlki illərdə də uğurlarım olub. 2012-ci ildə məktəbdə rəsm yarışması keçirilirdi. Məni də müəllimimiz bu yarışa yazdırmışdı. Bu yarış idman rəsmləri ilə bağlı idi. Bu yarışda əla nəticə göstərdiyim üçün mənə fəxri fərman təqdim edildi.
2015-ci ildə məktəbimizdə ingilis dili fənninə aid müsabiqə keçirilirdi. Hər sinifdən iki şagird qrup kapitanı seçilirdi. Bizim sinfin kapitanlarından biri də mən idim. Həmin yarışda komandamız II yerə layiq görüldü.”
Sadiq həmyaşıdları ilə müqayisədə yüksək İKT bilgilərinə malikdir. Məktəbdəki Elektron lövhəni də proqramlaşdırıb düzəldib. Bunlarla bərabər slayd şoular hazırlamağı xoşlayır. I Avropa oyunları, Peace (sülh), Təbiət, Mart Soyqırımı və s. mövzularda slayd şoular hazırlayıb. Şeir yazmağı da sevir.


20 YANVAR FACİƏSİ

20 YANVAR GECƏSİ
QANLI BİR GECƏ İDİ.
ÇOXLU VƏHŞİLİKLƏR TÖRƏDİLDİ
QANLI YANVAR GECƏSİNDƏ.
 ÇOXLU QAN TÖKÜLDÜ!
 ÇOXLU İNSAN ÖLDÜRÜLDÜ
 QANLI OLMUŞDUR BU GECƏ,
 20 YANVAR GECƏSİ.
ŞƏHİDLƏR XİYABANINA
QƏBRLƏR DÜZÜLDÜ.
20 YANVAR GECƏSİNDƏ
İNSANLAR ŞƏHİD OLDU.
 ONLAR ŞƏHİD OLSALARDA!
 ONLAR QƏBRLƏRDƏ YATSALARDA!
 ONLAR ÖLSƏLƏRDƏ,
 ÜRƏYİMİZDƏ ÖLMƏYƏCƏKLƏR!

BİLİK

BİLİKSİZ İNSAN
QANADSIZ QUŞ KİMİDİR!
BİLİKSİZ İNSAN
HÖRMƏTSİZ İNSAN KİMİDİR!
BİLİYİ SEVMƏK LAZIM
BİLİK SƏNİ UCALDAR,
TA MÜƏLLİMLİK ZİRVƏSİNƏ KİMİ,
TA ALİMLİK ZİRVƏSİNƏ KİMİ!
İNSANLAR CÜRBƏCÜR OLUR,
BİLİYİ SEVƏNDƏ OLUR
BİLİYİ SEVMƏYƏNDƏ OLUR.
HƏR OXUYAN MÜƏLLİM OLA BİLMƏZ
HƏR OXUYAN MOLLA PƏNAH OLA BİLMƏZ!
BİLİYİ OLMAYAN HÖRMƏTSİZ OLAR!
BİLİYİ OLMAYAN İNSAFSIZ OLAR!
BİLİYİ OLMAYAN HEÇ NƏ ƏLDƏ EDƏ BİLMƏZ,
BİLİYİ OLMAYAN HƏYATDA
HEÇ NƏ EDƏ BİLMƏZ!

 MÜƏLLİMİM

MƏNƏ YAZIB OXUMAQDA,
MƏNƏ TƏRBİYƏLİ OLMAQDA
MƏNƏ KÖMƏK ETMİŞDİR,
ƏZİZ MÜƏLLİMİM MƏNİM!
 MƏNƏ BAŞA SALMIŞDIR,
 VURMA, BÖLMƏ ƏMƏLİNİ
 MƏNƏ BAŞA SALMIŞDIR,
 OXUMAĞI , YAZMAĞI
MÜƏLLİMİM MƏNƏ ƏZİZDİR.
MÜƏLLİMİM ÇOX AĞILLIDIR!
MÜƏLLİMİM QÜDRƏTLİDİR,
MÜƏLLİMİM YASTIDIR.
 MÜƏLLİMİNİ SEVMƏLİ!
 MÜƏLLİMİNİ İNCİTMƏMƏLİ!
 MÜƏLLİMİN HƏR DEDİYİNİ

 HƏMİŞƏ ŞAGİRD ETMƏLİ.

YEAR 2015. İnternational Essay Contest: War and Peace
There were many wars in world. Many of them were very dangerous. And some of them were not very dangerous. But no defference. The war is war. For example: The first world war or the second world war. They were very dangerous wars. Because, there were many countries in this wars. And we can say about the Khojaly genoside. The armenians always want azerbaijanian treasuries. But it wasn ' t very easy. Because the azerbaijanian people were very clever and brave. But azerbaijanian people never wanted war. They wanted a peace. Because the wars were destroy many countries and cities. It is in azerbaijanian history , too. But the armenians don ' t want the peace. They want war. Because the armenians are very wild people. At past the armenians lived with azerbaijanians. But the armenians seduce azerbaijanians. The peace is very good. Because the people don ' t die with peace. People can not live with war , too. After the second world war people build the UNO in 1945. The UNO is UNITED NATIONS ORGANIZATION. At this founding had fifty one members , and there are now 193. And the tenth of december are people ' s rights day. People go to UNO for peace, too. UNO has got conversion and commision . UNITED NATIONS ORGANIZATION has got two parts. They are Unifem and Unicef. People build Unicef and Unifem in 1945 , too. Unifem is women ' s rights. Unicef is children ' s rights. These foundings are very good for women and children. If the man fight with his wife , then the wife go to European council or European court , too. The UNO has got flag and emblem. On the pace flag has a bird. The bird is white. And this bird describe the peace. The original members of the United Nations were: China, France, Russia, United Kingdom, Northern Ireland, America, Argentina, Brazil, Chile, Cuba, Czechoslovakia, Denmark, Dominecan, Egypt, Elsevador, Haiti, Iran, Labonons, Luxemburg, New Zealand, Nizargua, Paraguay, Philippines, Poland, Saudi Arabia, Syria, Turkey, Ukraine, Yugoslaviya, Australia, Belgium, Bolivia, Canada, Colombia, Costa Rica, Ecuador, Ethiopia, Greece, Guatemala, Handurus, India, Iraq, Liberia, Mexico, Netherlanas, Norway, Panama, Peru, South Africa, Urugeay and Venezuela. There five primary members. They are Russia, France, United States of America, Great Britain and Canada. There are forty seven members of Europen council in 2014. They are Austriya, Azerbaijan, Albania, Andorra, Armenia, Belgium, Bulgaria, Bosnia, Herzegarina, United Kingdom, Hungary, Germany, Greece, Georgia, Denmark, Ireland, Iceland, Spain, Italy, Cyprus, Latvia, Lithuania, Liechtenstem, Luxembourg, Macedonia, Malta, Moldora, Monaco, Netherland, Norway, Poland, Portugal, Russia, Romania, Sanmarina, Serbia, Slovakia, Slovenia, Turkey, Ukraine, Finland, France, Croatia, Montenegro, Czech, Switzerland and Estonia. The twenty first of september is international day of peace. Every country celebrate this day. There are many weapons in the world. But it is not good for peace. Because the people destroy many cities and countries with weapons. In addition , we can talk about other wars. For example : Crimean war , Syrian civil war or Argentina Indepence war. The Crimean war begin in 1853. The Argentina Indepence war begin in 1810. And the Syrian civil war begin 2011. We can say about Ukraine civil war. It is very dangerous war. When russians came to Ukraine, they don ' t speak in ukrainian language. They speak in russian. The ukrainians don ' t want it. But russians don ' t listen to ukrainians. They speak in their language. Then began the war. Once azerbaijanians fight with turks. Two brother countries fight. But it was not good. Because Azerbaijan and Turkey is brother countries. But then these countries don ' t fight. After the collapse of the russian empire armenians began to fight with turks. This war began in 1920. Because they wanted Turkey. Fist the armenians have asked for help from other countries. Countries didn ' t help them. Armenians were not able to destroy Turkey. But Turkey win their peace. In 1988 United States of America fight with Spain. USA wanted to subjugate Spain. But United States of America didn ' t subjugate Spain. Because in 1861 began USA civil war. It were very good for Spain.
Remember! You can not buy the peace in shop or make it.
But you can show it!               


YEAR 2016. International Essay Contest: Education are people's future.
Why must we study very well ? Did you ask this question for you ?  And did you find an answer for this question ?
I found .
When I found an answer for this question I understood . We study for us , for our future. We make our future plans in the education in the school . 
Education is future for people .  Unfortunately not all the people understand this . And part of the children .
But what can we do ? We can do one . We can think about a new education . New and better future for all . That is true . We live in the world with many complex problems , both local and global . And these problems destroy our future , destroy our life . If we can solve that problems we can build a new  education for all people in the world . “ The direction in which education starts a man will determine his future . ,,
I live in Azerbaijan . There are many education companies in this country  . In the tenth April I went to exam . When that exam finished I gave my reply card to my teachers . They checked my reply card . All the answers were true . But When I went to that company they said : I have 2 mistakes . That was problem . We must finish that problems ! 
In the fifth February I and my classmates searched about Azerbaijan ' s  level of education . Azerbaijan was in the third place . But my favorite country was  in the thirty second place . I asked the cause of  that by our teacher . He said : that is because this country ' s schools with pay .
Some of the problems in Education are schools with  pay in some countries . How do you think is it good for people ? In my opinion this is not good for people . More precisely that is very bad .  Because somebody can study with pay . But another people cannot . Why people must study with pay ? Everybody can study . Nobody can ' t  protest for that idea .  If the other countries where the schools with pay can stop that and open free schools everybody can study . Then we can build a new future . New and better future . “ Education is poor man ' s haven . ,,
Technologies are important things in our life . We live , we do everything with that things . But some people use these for bad behaves . Part of the children istead of homeworks they play with comuter games . They don ' t know . When they play that computer games they easing . One of the problems are that . 
 When I was in the fourth grade my little brother always istead of homework he played with computer and telephone games . I explained my brother . I said this is very bad . But he did not listen to me . Then my brother himself understood what I say . By the way “ Education is the most powerful weapon which you can use to change the world  . ,,  
In the second of the April Armenians attacked  our land .  When they attacked to our land Azerbaijan they destroyed our schools , they killed many people , many students and soon .  They have had a negative impact on our education . Every country must stop this wars . Because in that wars many students die and many schools destroy .
Everybody has to study . Nobody can stop it . People must never be pessimistic each-other . Our life looks like a white paper . We must fill this paper with our education and success that we gain in our life . We build our life with our  success and write it  with own hands . But if we don ' t pay attention our education it gets worse . Our future fails . Everybody must try to fill it with goodness . I also do my best to try well , not do any harm and mistakes .   
                                               It is never too late to learn .
Sadiq deyir ki, onun belə səviyyəyə çatmasında valideynlərinin və müəllimlərinin çox rolu var. Bu əziyyətlərə görə Sadiq öz valideynlərinə və müəllimlərinə xüsusi təşəkkürünü bildirir.

Bəşirov Rəhim Mehman oğlu

 
Adımı atam qoyub. Rəhim adı Allah-Təalanın quranda gözəl, bəyənilmiş adıdır. Kiçik yaşlarımdan idmana həvəsim olub. Güləşi çox sevmişəm. Məktəbə gedənə qədər yazmağı uşaq bağçasında tərbiyəçilər tərəfindən və valideynlərimin köməyi ilə öyrənmişəm. 1997-ci ilin yanvar ayının 25-də Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi S.C Pişavarı adına orta məktəbdə almışam. Həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Dəmiryolu liseyinə qəbul olmuş, 29 may 2015-ci ildə həmin liseyi bitirmişəm. Təhsildən əlavə məşğuliyyətim idman olub. İxtisasım Dəmiryolu stansiyasının növbətçisidir. İxtisasıma maraq liseydə oxuduğum müddətdə yaranıb. Məndə bu marağı liseydə tədris müəlimim Əliqulu müəllim yaradıb. Orta məktəbdə dərslərimi normal oxumuşam. Elmi yarışlarda iştirak etməmişəm. İctimai işlərdə təşkilatçılıq etmişəm. Sərbəst güləş üzrə Respublika idman yarışlarında iştirak etmişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Dəmiryolu liseyinin 2015-ci ildə “Təşəkkürnaməsini” almışam.
Övladım körpəlikdə maraqlı uşaq olub. Xoşladığı məşğuliyyəti idman növü sərbəst güləş olub. Məktəbə qədər yazıb-oxumağı uşaq bağçasında və bizim köməyimizlə öyrənib. İstedadıyla bağlı maraq övladıma 6 yaşından yaranıb. Onda bu maraq idmana olan həvəsdən yaranıb. Bəşirov Rəhim Mehman oğlu 1997-ci ilin yanvarın 25-də Bakı şəhərində anadan olub. İlk təhsilini S.C.Pişavari adına orta məktəbdə alıb. IX sinfi bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Dəmiryolu liseyinə qəbul olmuş 29 may 2015-ci il tarxidə bitirmişdir. Hazırda hərbi xidmətdəyəm. Dərslərimi yaxşı oxumuşam. Bütün fənləri sevmişəm. Oxuduğum müddətdə məktəbdə olan bütün tədbirlərdə, mərasimlərdə, bayramlarda aparıcı rolunda iştirak etmişəm. Həyatımda ən maraqlı gün məktəbi qurtardığım gün olub. Hadisələrə gəldikdə isə Respublika üzrə sərbəst güləş üzrə qazandığım nailiyyətlər olub. 2009-2015-ci ilə qədər keçirilən sərbəst gülə üzrə yarışmalarda iştirak etmiş və hər dəfə fərqlənmə diplomları almışam. Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü valideynlərimə və müəllimlərə borclu bilirəm. Fəaliyyətimdən dolayı atama oxşamaq istərdim. Fəaliyyətimdə həmişə yüksək zirvəyə qalxmaq, güləşdə birinci olmağı arzu edirəm. Lap kiçik yaşlarımdan atamın polis zabiti olması ilə əlaqədar mən də bu fikrə düşmüşəm. Asudə vaxtlarımda kompyuter və internetlə məşğul olmağı xoşlayıram. Bədii yaradıcılıq sahəsində şeirə çox üstünlük verirəm. Gələcək planlarıma gəldikdə hal-hazırda sərhəd qoşunlarında hərbi xidmətdəyəm. Allah qoysa, xidmətdən sonra oxumağı, işləməyi və gözəl ailə qurmağı qarşıma məqsəd qoymuşam. Tarixin yaddaşında yaşamaq üçün gərək cəmiyyət içərisində böyük bir məqama yüksələsən, bu da olduqca məsuliyyətli və cavabdehli yoldur. Bir də tarixin yaddaşında qalmaq, torpaqlarımızın işğal altından azad olunması yolunda, fədakarlıqla döyüşüb, Şəhid məqamına yüksəlməklə olar.

29 января 2016 г.

Ağazadə Fidan Ruslan qızı

 
Ağazadə Fidan Ruslan qızı 28 may 2006-cı ildə Cəlilabad şəhərində dünyaya gəlib. Fidan körpəlikdə ağıllı və mülayim uşaq olub. Uşaqlıqda ən sevdiyi məşğuliyyət plastilinlə müxtəlix fiqurlar hazırlamaq olub. Hazırladığı fiqurlara ayrı-ayrılıqda adlar da verib. Dərin düşüncəsi, Fidanın insanlara münasibətindən və verdiyi suallardan bəlli olurdu. Gördüyü hər şeylə maraqlanır və onun haqqında ətraflı məlumat  almaq istəyirdi.
Fidan məktəbə gedəndə yazmağı da, oxumağı da bacarıb. Ona yazıb-oxumağı lap azyaşlı olarkən anası öyrədib. Fidan məktəbə gedəndə artıq çox şeyi bilib.
Fidan hal-hazırda orta məktəbdə təhsil alır və ən böyük marağı humanitar sahəyədir. Şeirə isə xüsusi marağı var. Bədii qiraəti çox gözəldir. Bu sahəyə olan marağı onun genindən gəlir. Atası gözəl şeirlər müəllifi gənc şair Ruslan Nadiroğlu olduğu üçün, Fidanda da bu sahəyə maraq başqa sahələrdən daha artıqdır. Atası onun yanında şeir oxuyarkən, o, çox diqqətlə dinləyir. İndi də, elə körpəlikdə də.
Fidan I sinfə Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə gedib. Hazırda həmin məktəbin IV sinif şagirdidir. Dərslərini yaxşı oxuyur və çalışır ki, hər gün əvvəlkindən daha yaxşı oxusun. Ən sevdiyi fənnlər Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, musiqi və təsviri incəsənətdir.
Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir və əsasən şeir səsləndirir.
Fidanın ən yadda qalan günü sevimli müəllimləri və sinif yoldaşları ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanını və Bayraq Meydanını ziyarət etdikləri gün olub. Həmin günü Fidan gözəl təəssüratla xatırlayır.
Qazandığı uğurlara görə ilk növbədə valideynlərinə və müəllimlərinə, xüsusilə sinif rəhbəri Şəfəq müəllim minnətdardır bu şeirsevər qız.
Gələcəkdə millətinə, dövlətinə gərəkli, millətini, dövlətini sevən  savadlı həkim olmaq arzusundadır Fidan. Hippokrat andı içərək bütün ömrünü insanlara şəfa verməyə həsr etmək istəyir. Bu istək Fidanda çox kiçik yaşlarından baş qaldırıb. Böyüdükcə də bu istək daha da dərinləşir.
Fidan dərs kitablarını oxumaqla yanaşı, yəni dərslərini tamamilə yerinə yetirdikdən sonra asudə qalan zamanını yenə də bədii kitablar oxumağa sərf edir. Onunçün maraqlı olan şeirləri əzbərləyir. Çox sevir ki, həmin şeirləri intonasiya ilə söyləsin.
Fidan hazırda sadəcə yaxşı oxuyub, əla qiymətlər almağı düşünür. Bələliklə də, ata-anasının arzusunu həyata keçirərək həkim-cərrah olmaq istəyir. Azərbaycan tarixinin yaddaşına adlı-sanlı həkim kimi hopmaq arzusundadır.

25 января 2016 г.

Hümmətova Məsər Hafiz qızı




 
Hümmətova Məsər Hafiz qızı 2005 ci il yanvarın 25-də Bakı şəhərində anadan olub.  Məsər körpəlikdən çox sakit, sözəbaxan və mehriban  bir uşaq olub. Mehribanlığı ilə əzizlərinin həmişə sevimlisinə çevrilib.Ən çox sevdiyi məşğuliyyətləri şəkil rənğləmək və plastilindən cürbəcür fiqurlar düzəltməkdir. İki yaşyarımdan bağçaya gedib. Bağçada səliqəli şəkil rənglədiyinə görə, güclü zehni qabiliyyətinə görə, şeirləri tez biz zamanda əzbərlədiyinə görə, sakit və tərbiyəli uşaq olduğuna görə bağça müəllimlərinin də sevimlisinə çevrilib. Məsər 309 nömrəli tam orta məktəbində təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Məsər məktəblərində keçirilən bütün fənləri sevir. Ən çox Riyaziyyat və Ana dili fənni ilə məşğul olur. 20 Yanvara aid tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir.  Məsərin həyatında ən maraqlı, uğurlu günləri Azərbaycan dili və Riyaziyyat fənnlərindən bilik yarışmalarında birincilik qazandığı günlər olub. Məsər 1- ci, 2-ci, 3-cü,4-cu sinifdə oxuduğu zamanlar da məntiqi təfəkkürünə görə bilik yarışmalarında çoxlu diplom və tərifnamələrə layiq görülüb. Əldə etdiyi uğur və nəaliyyətlərə görə birinci ibtidai sinif müəllimi Aygün müəlliməyə və valideynlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı ana kimi mehriban dörd il şagirdlərinin qayğısını çəkən, onların üzərində böyük əməyi olan Aygün müəlliməyə oxşamaq istəyir. Məsərin ən böyük arzusu bundan sonra dərslərini daha da yaxşı oxumaq, qazandığı uğurlarla valideynlərini, əzizlərini sevindirməkdir.  Məsər gələcəkdə müəllim olmaq istəyir. O, ikinci sinifə keçəndən sonra bu qərara gəlib. O, asudə vaxtlarında əlavə kitab oxumağı ,televizorda göstərilən bilik yarışmalarına baxmağı, anasına kömək etməyi xoşlayır. Məsər məktəbdən gələn kimi Namazını qılır, daha sonra dərslərini hazırlayır. Məsər onu dünyaya gətirən, ona gözəl tərbiyə verən və bu yaşa çatdıran ana və atasına təşəkkür edib, bağrına basıb söz verir ki, hər zaman onlara layiqli övlad olacaq . Allahın köməkliyi ilə nəyin ki, ailəsi hətta bütün Azərbaycan xalqı Məsərlə fəxr edib qürur duyacaq.