elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 января 2019 г.

Razzaqova Fidan İlham qızı


Razzaqova Fidan İlham qızı 16 sentyabr 2011-ci ildə  Neftçala rayonu Aşağı Surra kəndində anadan olub.  Fidan körpəlikdən ağıllı, təmkinli, mülayim və qayğıkeş bir uşaq  olub. Şəkil çəkmək, rəqs etmək onun ən sevimli məşğuliyyətlərindəndir.  O, iki yaşında etibarən İngilis və Rus dillərində saymağı öyrənmişdir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə anasının köməkliyi ilə öyrənib. Yaddaşı, qavrama qabiliyyəti olduqca güclü olduğu üçün bu işdə anasını heç vaxt incitməyib.   İlk təhsilini Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə alıb. Hal-hazırdada həmin məktəbin 2-ci sinif şagirdidir.  Dərslərini yaxşı qiymətlərlə oxuyur. Fidan demək olar ki,  tədris olunan bütün fənləri eyni dərəcədə sevir.  Məktəblərində keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Novruz bayramıda,Yeni il şənliklərində, Son zəng tədbirində Azərbaycan və Özbək rəqslərini böyük məharətlə nümayiş etdirib. Əlifba bayramında sinifləri ilə birgə  “Müasir turpun nağılı”nı səhnələşdiriblər. Burada Fidan Özbək qizi rolunda çıxış  edib. O, birinci sinifi əla qiymətlərla başa vurduğuna görə diplomla təltif olunmuşdur. Fidan bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir.  O, gələcəkdə müstəntiq peşəsinə sahib olmaq istəyir. Sevimli məşğuliyyəti olaraqsa dizaynerliklə məşğul olmağı düşünür.  Onun orjinal, özünə məxsus, biri-birindən maraqlı fantaziyaları olduqca çoxdur. Boş vaxtlarında kitab oxumağı, şəkil çəkməyi, rəqs etməyi çox sevir.  O, artıq 3 ildir ki, rəqs ilə məşğul olur. Milli və dünya rəqslərinə daha çox üstünlük verir. Fidan yaxın zamanlarda rəsm dərnəyinə və piano dərslərinə  yazılmağı düşünür. O,  Dünya televiziyasında yayımlanan “Qalib Mənəm” verilişində çıxış edib. Fidan bilik və bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə layiqli şəxsiyyət olaraq yetişmək istəyir.

7 января 2019 г.

Axundzadə Şəms Rüfət qızı


Axundzadə Şəms Rüfət qızı 26 fevral 2011-ci ildə Bakı şəhərində anadan olub.  Şəms körpəlikdə ağıllı, aktiv, maraq dairəsi olduqca yüksək olan  və əks cinslə ünsiyyəti daha rahat qurmağı bacaran ( indi də elədir) bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri futbol oynamaq və kağızlardan maraqlı fiqurlar düzəltməkdir.  Məkətəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı nənəsinin köməkliyi ilə öyrənmişdir.  O, yaşının çox az olmasına baxmayaraq hətta  100-dən yuxarı ədədləri belə  saymağı bacarırdı.  Şəms rəsm çəkməyi çox sevir. Şəms Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə  oxuyur. Onun ən  sevimli fənləri musiqi və texnologiyadır. Siniflərində keçirilən Yeni il şənliyində “Turp” nağılını səhnələşdiriblər. Şəms burada “ nənə” obrazını yüksək  məharətlə şənlik iştirakçılarına nümayiş etdirib.  Onun həyatında yaşadığı ən maraqlı anlar Yeni il bayramına təsadüf edir, çünki həmin gün valideynləri ona istədiyi hədiyyələri alır. Şəms birinci sinifi əla qiymətlərlə bitirdiyinə görə diplomla təltif olunmuşdur. Uğurlarına görə müəlliminə borclu olduğunu bildirir. Fəaliyyətində dolayı anasına oxşamaq istər. O, yüksək balla ali məktəbə qəbul olmağı hədəf seçib. Öz üzərində daim işləyib, bilik və bacarıqlarını daha da təkminləşdirib, irəliləmək istəyir. Gələcəkdə müəllim peşəsinə sahib olmaq və şagirdlərinə yüksək səviyyəli elm, bilik vermək arzusundadır. Şəms  bu istəyə sinif rəhbəri olan Arzu müəlliminin fədakarlığını, əməksevərliyini, sevgi və qayğısını gördükdən sonra qərar verib. 
Asudə vaxtlarında rəsm çəkməyi və cizgi filmlərinə baxmağı xoşlayır. Şəms hal-hazırda rəssamlıqla məşğul olur.  O, daha çox fəsillərin təsvirini firçası ilə kağız üzərində özünə məxsus fantaziyalar ilə canlandırmağa daha çox üstünlük verir. Onun gələcəklə bağlı planların ən başlıcası rəssamlıqdır. İnsanlara yardımını daim əsirgəməyən xeyriyyəçi olaraq  tarixin yaddaşında qalmaq arzusundadır.

Məmmədova Yasəmən Tamerlan qızı


Məmmədova Yasəmən Tamerlan qızı  7 avqust 2006-cı ildə Bakı şəhərində anadan olub. Yasəmən körpəlikdən öz şirinlik və sevimliliyi ilə ailənin böyük məhəbbətini qazanmışdır. O, 2 yaşı tamam olmamış bağçaya gedib. Ağlı, tərbiyyəsi və şirinliyi ilə ailəsinin sevimlisi olmağı bacardığı kimi də müəllimlərinin də qəlbinə yol tapmağı bacarmışdır. 5 yaşında məktəbəqədərhazırlıq kursuna gedib.1-ci sinifə gedəndə Yasəmən həm yazmağı həm də 5-ə qədər vurma cədvəlini bilirdi.
Yasəmən II sinifdə oxuyanda ilk dəfə özündən hekayə yazmışdı.Hekayənin adı “Kökdən düşmüş tar” idi. Qardaşı 23 saylı musiqi məktəbinin tar şöbəsinin 5-ci sinfində oxuyur. Bu hekayəni qardaşına həsr etmişdi.Yasəmən 2-ci sinifdə oxuyanda şahmat dərsini fənn kimi əlavə etmişdilər.Yasəmən şahmat dərsinə çox böyük maraq göstərirdi.Yay tətili boyu babası ilə şahmat oynayırdı.Yasəmən təcrübəsiz olduğundan babası ona güzəşt edib uduzurdu.Sonralar Yasəmən şahmatın sirlərini öyrənərək babasını həqiqətən udmağa başladı.Şahmata həvəsi olduğunu görən ailəsi Yasəməni məktəblərində açılan şahmat kursuna yazdırıb.İlk yarşlardan nailiyyət qazandığına və şahmata böyük həvəsinə görə şahmat müəlliməsi Şirmaiyyə müəllimə Yasəməni öz dərs dediyi şahmat məktəbinə yazdırıb. Yasəmən şahmatla yanaşı dərslərində də fəaldır və müəllimlərinin sevimli şagirdidir.   
Məmmədova Yasəmən 2012ci ildə Arif Vəliyev adına 258 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda həmin məktəbin 7b sinfində təhsil alır.  O, ev tapşırıqlarını heç kimin köməkliyi olmadan tək başına həll edir. Yasəmənin ən çox sevdiyi fənlər kimya,riyaziyyat və İngilis dilidir.
Nərimanov rayon mərkəzi kitabxanada keçirilən görkəmli şair İlyas Tapdıqla görüşdə Yasəmən və sinif yoldaşları şeir söyləyiblər. Onun ən çox sevindiyi gün yarışda 1-ci dərəcəni aldığı gün olub, çünki həmin yarışda heç kimin uda bilmədiyi rəqibi məğlub edib.Yasəmənin bu qədər sevincli olmasının səbəbi həmin rəqibin onu əvvəlki yarışların birində udaraq çempionata getməkdən məhrum etməsi olmuşdur. Yasəmənin ilk nailiyyəti 11-17 mart 2015-ci il tarixində 4-cü dərəcəni qazanmaqla başlamışdır. 3cü dərəcəni 2016ci il 26-31 yanvar turnirində ,2ci dərəcəni 1ci yerlə 2016-cı il 15-24 dekabr tarixində, 1ci dərəcəni isə 21-29 iyun 2018 tarixində, 3-cü yerlə qazanmışdır. Başqa keçirilən Blits vəTemp turnirlərdə bir çox yerlər qazanıb.
O, ən böyük arzusu dünya çempionu adını almaq, valideynləri və müəllimlərinin başını uca tutmaqdır. Gələcəkdə tərcüməçi olmaq istəyir. İngilis dilini çox sevir.
Şəkil çəkmək,kitab oxumaq və bilik yarışlarını izləmək Yasəmənin ən sevimli məşğuliyyətlərindən biridir. O, daha çox şeir və hekayə yazmağa üstünlük verir. Yasəmən bilik və bacarıqlarını günü-gündən daha da təkminləşdirib, Vətənə layiqli şəxsiyyət olmağı özünə məqsəd seçib


25 декабря 2018 г.

Namazova Nigar Ruslan qızı

 

Namazova Nigar Ruslan qızı 2008 ci il fevralın 11də Bakı şəhərində anadan olub.  Nigar körpəlikdə çox ağıllı, sakit təbiətli və təmkinli bir  uşaq olub.İlk marağı rənglər dünyasına olub. Şəkil çəkib, rəngləməyi çox sevirdi. O ilk dəfə məktəbə qədər təhsilini Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən Kaspi təhsil mərkəzində almışdır. Onun hər bir şeyə yəni rəsmə, əl işlərinin düzəldilməsinə hətta şahmata həvəsi o zamanlardan başlamışdır. Uşaq yaşlarında ən çox marağı şahmat və şəkil çəkməkdən ibarət idi. Şahmatı ona sevdirən Kaspi təhsil mərkəzində fəaliyyət göstərən Günay müəlliməsi olub. Orada məktəbdə keçirilən şahmat yarışlarında, IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş Şahmat turnirində iştirak etmişdir. Və bu yarışlarda medal və diplomlar qazanmışdır. Namazova Nigar  Xətai rayonu 98sayli orta məktəbin 5a sinfində oxuyur. Dərs əlaçısıdır. Riyaziyyat və Ədəbiyyat fənləri daha çox sevir. İlk dəfə olaraq Kaspidə təhsil alarkən Turp nağılındakı “Nənə” rolunda çıxış edib.  Sonralar indiki təhsil aldığı məktəbdə, 1-ci sinifdə keçirilən Əlifba bayramında “Ananın üç qızı nağılı”ndakı qızların birini canlandırmışdır. Onun həyatında uğurlu və maraqlı günlər çox olur. Ən çox maraqlı, uğurlu günlərdən biri də şahmatda qazandığı medal və diplomlarıdır.  Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə müəllimlərinə və valideynlərinə borcludur. Beləki şahmatda qazandığı uğurda atasının köməkliyi çox olub. Atası asudə vaxtlarında onunla şahmatla məşğul olur. Nigarın gələcək planları dərslərini əla oxuyub yaxşı bir peşə sahibi olmaqdır. Böyüyəndə vəkil olmaq arzusundadır. Vəkillərlə bağlı kinolara baxandan sonra bu peşəyə marağı artıb. Başlıca səbəb isə vəkillər ədalətin ortaya çıxmasında əlindən gələni edirlər. O,  asudə vaxtlarında bir  həvəskar olaraq şəkillər çəkib, əl işləri düzəltməklə məşğul olur. Hətta maraqlı jurnallar da oxuyur. Nigar daha çox təbiətə aid şəkil çəkməyə üstünlük verir. O, tarixin yaddaşında qalmaq üçün daha yaxşı vəkil olub,ədalətin tərəfində durub, günahsızların hüquqlarını müdafiə etmək niyyətindədir.