Əkbərova Səma Nadir qızı 19 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Səma uşaqlıqda çox sakit uşaq olub. Ancaq maraq dairəsi çox böyük idi. Hələ 2 yaşında olan zaman kiçik kubiklərlə müxtəlif fiqurlar yığmağı, domino daşlarının üzərindəki nöqtələrə görə dəqiqliklə domino oynamağı çox sevərdi. Hərdən onu çaşdırmaq üçün daşaların yerini dəyişəndə dərhal anlar və daşları düzəldərdi. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Şəhərə çıxan zaman bütün reklam afişalarını oxuyardı. 6 yaşı olmamış I sinifə gedib. Özünün oxuyub-yazamağa olan həvəsini görən anası onunla daha çox məşğul olmağa başladı. Ancaq əlbəttə ən böyük əmək ibtidai sinif müəllimi İsmayılova Nərgiz xanımın əməyi olub. Uşaqlıqdan kitablara böyük marağı olub. Hələ lap kiçik yaşlarından alış-verişə gedərkən şəkilli jurnallar və kitablar satılan şöbələrə daha çox maraq göstərirdi. Təhsilə ilk addımlarını Xırdalan şəhər 2 saylı tam orta məktəbə atmışdır. Hal-hazırda məktəbin VII sinif şagirdidir. I sinifdən etibarən sinfin əlaçı şagirdlərindən biridir. Bütün fənləri sevir, ancaq ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat və ingilis dilidir. Məktəbin ictimai işlərində də fəal iştirak edir. Məktəbdə keçirilən ulu öndər “Heydər Əliyevin anım günü”, “Xocalı faciəsi”, “Ədəbiyyat gecəsi” tədbirində, “Bahar” şənliyi və digər tədbirlərdə iştirak etmişdir. Bu tədbirlərdə şeir söyləmiş, müxtəlif rollarda çıxış etmişdir. Həyatının ən maraqlı ən uğurlu günü 15 sentyabr 2012-ci ildə I sinifə qədəm qoyduğu gündür. Çünki bu gün təhsil alacağı elm öyrənəcəyi günün başlanğıcı idi. II sinifdə məktəbin ictimai işlərində fəal iştirak etdiyi üçün, 2013-2014-cü tədris ilində qazandığı müvəffəqiyyətə və görə nümunəvi davranışa görə, III və IV sinifdə tədris ilində qazandığı müvəffəqiyyətə və nümunəvi davranışına görə, V sinifdə məktəbin ictimai işlərində və tədbirlərində göstərdiyi fəallığa görə məktəbimin rəhbərliyi tərəfindən tərifnamələrə layiq görülmüşdür. Əldə etdiyi uğurlara görə bütün müəllimlərinə və anasına borcludur. O hər zaman çalışıb ona göstərilən etimadı doğrultmağa çalışaçağını və təhsilin ən yüksək pilləsinə nail olmaq üçün əlindən gələni edəcəyini bildirir. Səmanın sonsuz hədəfləri var. Ən yüksək uğuru əldə edənə qədər davam edəcəyini bildirir. Gələcəkdə həkim olmaq onun ən böyük arzularından biridir. Bu fikrə o son vaxtlar anasının səhhətində yaranan problemlərdən sonra düşüb. Asudə vaxtlarında mütaliə etməyi və rəsm çəkməyi çox xoşlayır. Gələcək planları arasında isə əlbəttə məktəbi əla qiymətlərlə bitirib Tibb Universitetinə qəbul olmaq, vətənimizə layiqli vətəndaş kimi yetişmək niyyətindədir. Tarixin yaddaşında qalmaq üçün savadlı bir həkim olaraq imkansız insanlara təmənnasız yardım etmək, xəstə insanlara şəfa vermək arzusundadır. Müəllimi Yaqut xanım Səmanın sinifdə aktivliyi, mehribanlığı və səmimiliyi ilə hər zaman seçildiyini bildirir. Təvazökar biri olsa da məsələ dərs və bilik olanda hər zaman rəqabətə hazırdır. Həmçinin köməyə ehtiyacı olan dostlarına hər zaman səbrlə yanaşaraq onlarında başa salır. Səma bütün sinfin sevimlisi, müəllimlərin göz bəbəyidir. Riyaziyyat müəllimi Yaqut xanım Səmayə böyük ümidlər bəsləyir. Həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zinyət xanım da Səmanın nizam, intizamından, müəllimlərə qarşı olan hörmətindən çox razıdır. Eyni zamanda yüksək insani keyfiyyətləri, ürəyiyumşaqlığı, sinif mənafeyi naminə hər çətinliyə dözən, çalışqan, savadlı şagird kimi hər zaman müəllimlərin diqqətini çəkir. Biz də öz növbəmizdə istedadlı müsahibimiz Səmaya yolun daim açıq, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
4 марта 2019 г.
Rüstəmov Samir Rauf oğlu
Rüstəmov Samir Rauf oğlu 27 iyul 2009-cu ildə Bakı şəhərində anadan olub. Samir körpəlikdə çox aktiv, mehriban, sözə qulaq asan və olduqca da inadkar bir uşaq olub. Onun bu günə qədər dəyişməyən ən sevimli məşğuliyyəti topma oynamaqdır. Futbola, topa olan marağı onun 2 yaşından ailəsi tərəfindən müşahidə olunub. Samir idmanı çox sevir. Hazırda da karate ilə məşğuldur. Seymur müəllim ondan çox razıdır. İdman sahəsinə həvəsi və uğurları ilə yanaşı Samirin çox güclü hafizəsi var. O, yaşının az olmasına baxmayaraq şeirləri qısa zamanda əzbərləyir. S. Vurğunun “Azərbaycan” şeirinin bütün misralarını heç bir səhv buraxmadan, səlist şəkildə söyləməyi bacarıb.
Samir Milli Qəhrəman Yuri Kovalyonun adını daşıyan 229 saylı tam orta məktəbin IV sinif şagirdidir. O, məktəbin ən nümunəvi, savadlı və təhsil fədaisi olan müəllimlərindən biri olan Arzu xanımın sinifində təhsil aldığı üçün özünü çox xoşbəxt hiss edir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Təhsil aldığı 4 il müddətində bir dəfə belə 4 almayıb. Onun ən sevdiyi fənlər həyat bilgisi, Azərbaycan dili, rus dili və riyaziyyatdır.
Məktəblərində təşkil olunan bütün bayram şənlikləri və tədbirlərdə fəal iştirak edir. O, burada şeir söyləyib. Samirin ən böyük arzusu məktəbi qırmızı diplomla bitirməkdir. Doğum gününü qeyd etməyi, çoxlu hədiyyələr almağı xoşlayır.
Gələcəkdə babasına oxşamaq istəyir. Onun babası elimizin böyük ziyalısı olan Viktor Rüstəmovdur. Ziyalı, vətənpərvər ailədə böyüyün Samirin də doğma yurduna, obasına qarşı məhəbbəti sonsuzdur. Bu sevgi, istək genetikadan gəlir. Belə ki, Samirin ata qohumları fədakar, Vətən fədailəri olan milli qəhrəmanlarımız Cahangir və Məzahir Rüstəmovlardır.
O, bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri Arzu xanıma borcludur. Uğurları bitib tükənmək bilməyən Samir idman yarışlarında dəfələrlə I yerin sahibi olaraq diplom və medallara layiq görülüb.
O, gələcəyin savadlı, işinin peşəkarı olan həkim olmaq istəyir. Tibb elmində yeniliklər edərək adını tarixin yaddaşına yazmaq niyyəyindədir.
Asudə vaxtlarında planşeti ilə məntiqi təfəkkürü gücləndirən oyunlar oynamağa üstünlük verir. Samir qəlbi təmiz, paylaşmağı sevən bir uşadır. Bu səbəbdən gələcəkdə gücünün yetdiyi qədəriylə insanlara kömək etmək istəyir. Eyni zamanda da savadlı həkim olaraq xalqının, millətinin səhhədinin keçiyində durmaq arzusundadır.
Zeynalov Muhamməd Zeynal oğlu
Zeynalov Muhamməd Zeynal oğlu 26 aprel 2009-cu ildə Bakı şəhərində anadan olub. Muhamməd körpəlikdə hiperaktiv, ətraf mühitdə baş verən bütün hadisələrə reaksiya verən və onlarla maraqlanan bir uşaq idi. Güclü yaddaşa və qavrama qabiliyyətinə sahib olan Muhamməd 3 yaşı olmasına baxmayaraq bütün maşın markalarını və onların adlarını belə tanıyırdı. O, planşetdə intellektual zəkanı gücləndirən məntiqi oyunlar oynamağı xoşlayır. Üç yaşından etibarən ingilis bölməsi üzrə məktəbəqədər hazırlıq kursuna gedib. Muhammədin şeir yazmaq bacarığı da var. Bu istedad ona anasından keçib. O, əsasən təbiət mövzusunda şeirlər yazmağı sevir. Maraqlı şeirlər yazmaqla yanaşı, başqalarının şeirlərini də asanlıqla əzbərləyə bilir. Zeynalov Muhamməd Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Hal-hazırda 4-cü sinifdə oxuyur. Bu 4 il müddətində o, bir dəfə belə olsun 4 qiyməti almayıb. Bütün fənləri sevməyinə baxmayaraq daha çox Azərbaycan dili, həyat bilgisi, informatika, rus dili və riyaziyyatı sevir. Məktəbdə və kursda keçirilən bütün tədbir və bayram şənliklərində aktiv iştirak edir. O, məktəbəqədər kursda dərs ilinin bağlanışı münasibəti ilə təşkil olunmuş tədbirdə “Arı” obrazını böyük məharətlə canlandırıb. Məktəblərində isə Əlifba, Yeni il, Novruz bayramı şənliklərində iştirak edərək şeir söyləyib. Onun həyatında ən yadda qalan və unudulmaz gün ailəsi ilə birgə Tiflis şəhərinə səyahət etdiyi gündür. Muhamməd 4 illik tədris ilini müvəffəqiyyətlə bitirdiyi üçün dilploma təltif olunub. Daha sonra sinif üzrə keçirilmiş əl işlərinin təqdimatı yarışmasında hazırladığı şəkilli alboma görə birincilik əldə edib, diplom və medal qazanıb. Bu günə kimi əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və gözəl qəlbli, mehriban insan, yüksək ixtisasa sahib Arzu xanıma borclu olduğunu bildirir. Muhammədin digər bir minnətdarlığı isə onunla yol yoldaşı olan, daim qayğısını ondan bir an belə olsun əsirgəməyən və onun ən böyük dəstəkçisi olan Sevil nənəsinə sonsuzadək təşəkkür edir. Fəaliyyətindən dolayı atsına oxşamaq istəyir. Atası kimi güclü, peşəsini böyük məsuliyyət ilə icra edən şəxs olmaq niyyətindədir. Muhamməd gələcəkdə hərbi həkim olmaq arzusundadır. Onun dayısı tanınmış, savadlı həkimlərimizdən biri olan Vüqar Abdullayevdir. Dayısından bu məşəqqətli yolu örnək götürən Muhamməd xəstələrə şəfa vermək və hamını sağlam görmək istəyir. Onun özünə daha bir örnək götürdüyü insan anasının nənəsidir. Bu qeyrətli, vətənpərvər qadın tibb bacısı olan Əliyeva Böyükxanımdır. O, 1941-1945 müharibələrində iştirak etmiş, heç nədən çəkinmədən cəbhədə yaralılara xidmət göstərib. Bu cür vətənpərvər, ziyalı bir ailədə böyüyən Muhamməd də genindən heç də geri qalmır. O, da Vətəninə, məllətinə şərəflə xidmət göstərib, lazim gələrsə bu torpaqlar uğrunda canını belə fəda verməyə hazır olduğunu bildirir. Onun gələcəklə dair planları məktəbi qırmızı diplomla bitirib, xarici dövlətlərin ən nüfuzlu universitetinə qəbul olmaqdır. Asudə vaxtlarında, kitab oxumağı, futbol oynamağı, gəzintiyə çıxmağı xoşlayır. Muhamməd əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı, bu rəssamlıq olardı. Rəsm əsərlərində isə əsasən peyzaj janrına üstünlük verərdi. Muhamməd bilik və bacarıqlarını daha da təkmilləşdirib, savadlı tibb işçisi olaraq xalqına vicdanla xidmət göstərmək niyyətindədir.
Подписаться на:
Сообщения (Atom)







































