elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 мая 2019 г.

Səfərov Orxan Rasim oğlu


Səfərov Orxan Rasim oğlu 6 oktyabr 2010-cu ildə Lənkəran şəhərinin İstisu qəsəbəsində anadan olub. Orxan körpəlikdə ağıllı, təmkinli, sözəbaxan bir uşaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarırdı.  Orxan Suraxanı rayonu Hövsan kəndində yerləşən Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəbdə təhsil alır. O, sinfin ən fəal, bacarıqlı, savadlı şagirdidir. Dərslərinə qarşı hər zaman hazırlıqlı  və diqqətli olur. Mütaliəni çox sevir. Sinif yoldaşları ona bu qabaqcıl xüsusiyyətlərinə görə oxşamaq istəyirlər. Orxan hər zaman birinci olmaq, inkişaf etmək, daim uğurlu nailiyyətlərə sahib olmaq niyyətindədir. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərində fəal iştirak edir. O, Stem Azərbaycanda 2018 layihəsində “Səma cisimləri haqqında” əl işini təqdim edib və uğur qazanıb. Orxan üçün həyatında ən yadda qalan, ən maraqlı gün məktəbə ilk qədəm qoyduğu gündür. Yaşının çox az olmasına baxmayaraq bilik və bacarığı ilə seçildiyi üçün bir çox diplomlara, sertifikatlara, fəxri fərmanlara layiq görülüb. Orxan əldə etdiyi uğur və nailiyyətlərə görə özünü valideynlərinə və Şəlalə müəllimə borclu bilir. O, Şəlalə müəllim kimi, savadlı, yenilikçi, qayğıkeş, hər bir şagirdinə fərdi yanaşaraq onları doğru yola istiqamətləndirən və təhsil sahəsində bir çox uğurlara imza atmış, Qrand və İlin müəllimi mükafatlarına layiq görülmüş bir müəllimin sinifdə təhsil aldığı üçün özünü çox şanslı hesab edir. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Orxan gələcəkdə dövlət müəssisələrində çalışmaq arzusundadır. Bu tərz işlər onun diqqətini daha çox cəlb edir. Asudə vaxtlarında rəsm çəkməyi və müxtəlif cür, maraqlı, fərqli şeylər düzətməyi xoşlayır. Onun gələcək planları məktəbi əla qiymətlərlə bitirib ən yüksək balla ali məktəbə qəbul olmaqdır. Orxan öz üzərində daim çalışıb, bilik və bacarıqlarını daha da təkminləşdirərək Vətəninə layiqlı övlad olaraq yetişmək niyyətindədir.

Şirin Zəhra Elnur qızı


Şirin Zəhra Elnur qızı 6 sentyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Zəhra körpəlikdə ağıllı, təmkinli, sakit təbiətli, ətraf mühitdə baş verən hadisələrə qarşı maraqlı, valideynlərini incitməyən və olduqca da məsuliyyətli bir uşaq olub. Onunən sevimli məşğuliyyətləri rəsm çəkmək, rəqs etmək və gimnastikaya getmək idi. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri yazıb-oxumağı anası və müəllimlərinin köməkliyi ilə öyrənib. Yaşının çox az olmasına baxmayaraq Zəhranın  kitaba, elmə böyük marağı var idi. Təhsilə qarşı sevgisi və həvəsi anası tərəfindən müşahidə olunub. Şirin Zəhra Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təhsil alır. O, dərsə daim hazırlıqlı olur. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, təsviri incəsənət, musiqi və həyat bilgisidir. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərində aktiv çıxış edib. Əlifba bayramında şeir söyləyib, rəqs edib. Novruz bayramda  isə Bahar qızı obrazını böyük məharət ilə canlandırıb. Yeni ildə isə tədbirin Qar qızı olub. Onun həyatında ən yadda qalan gün Respublikanın qabaqcıl məktəblərindən olan Elitar Gimnaziya ya qəbul olduğu gündür.  Zəhra dəfələrlə riyazi biliklərin yarışmasında, Cumhuriyətin 100 illiyinə həsr olunmuş tədbirdə uğurlu çıxışları səbəbi ilə diplomlara layiq görülüb. O, bu günə kimi əldə etdiyi uğurlar, nailiyyətlərə görə valideynlərinə və sinif rəhbəri olan Qənirə xanıma borclu olduğunu bildirir. Qənirə xanımın qayğısı, nəvazişinin nəticəsi olaraq Zəhra da gələcək fəaliyyətindən dolayı sevimli müəlliminə oxşamaq istəyir. Müəllimini sonsuz məhəbbətlə sevən Zəhra hətta onun qayğısına qalaraq, sinif yoldaşlarına dərs zamanı özlərini sakit aparmağı, Qənirə xanımı incitməməyi tövsiyyə edir. O, gələcəkdə kimyaçı olmaq istəyir. Rəngləri bir-birinə qataraq fərqli nə isə əldə etməyi sevir. Təhsilini xaricidə almaq niyyətindədir. Asudə vaxtlarında mütaliə etməyi çox sevir. Yaşının az olmasına baxmayaraq çoxlu kitablar oxuyub. Bunlar:- Balaca Şəhzadə, Səfillər, Tom dayının davası, Yaşıl gözlü qız, Harry Potter, Piter Pen, Uzaq planetin sirləri, Buratinanın macəraları, Görünməz adam və s. Zəhra güclü kimyaçı olub, çarəsi tapılmayan xəstəliklərın müəlicəsində istifadə edilə bilən dərman ixtira edərək tarixin yaddaşında yaşamaq istəyir.

İsmayılova Naibə Fərid


 
 
İsmayılova Naibə Fərid qızı 28 iyul 2010-cu ildə Bakı şəhərində anadan olub. Naibə körpəlikdən çox ağıllı uşaq olub.Onun rəsmə çox böyük marağı var idi. Ağ rəng üzərində öz kiçik dünyasına aid rəsmlər çəkməyi xoşlayırdı. Qardaşı Tural 1-ci sinifdə oxuyanda Naibənin 3 yaşı var idi.O qardaşının kitablarını həvəslə,maraqla vərəqləyib,oradakı şəkillər haqqında öz fikirlərini valideynlərinə aydın şəkildə çatdıra bilirdi. Naibə məktəbə gedəndə artıq yazıb-oxumağı bacarırdı. Bu nailiyyətinə köməklik edən onun Könül müəlliməsi idi. O Könül müəlliməsinin ən sevimli şagirdi olub. Naibənin ən böyük istedadı onun yüksək məntiqi təfəkkürlü olmağı və hazır-cavablığıdır. Bu,Naibədə 4-5 yaşlarından yaranmışdır. Valideynlərinin köməkliyi ilə bu istedadı sonradan daha da formalaşmış, müəllimlərinin sayəsində isə daha da savadını artırmışdır.
İsmayılova Naibə ilk təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır.Hal- hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini çox yaxşı qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənn riyaziyyatdır. Məntiqlə də yaxından məşğul olur.  O, Əlifba bayramında iştirak etmiş,burada şerlər demiş,rəqs səhnəciklərində iştirak etmişdir.Bundan başqa məktəbin akt zalında keçirilən tədbirlərdə də iştirak etmişdir.”Nömrə 1” sınaq imtahanlarda birinci yeri qazandığı üçün çox sevinmişdi.Ailəsinə və müəlliməsinə bu sevinci yaşatdığı üçün o gün Naibə üçün unudulmaz bir günə çevrilmişdi. Məktəbdə keçirilən “Sərhədsiz Riyaziyyat” olimpiadasında dəfələrlə diplom qazanmış,medallarla təltif olunmuşdur.”Nömrə 1” sınaq imtahanından dəfələrlə təltifnamə qazanmışdır.Bundan başqa Naibənin Şahmat turnirlərində də uğurlarları olmuş,hətta 2-ci yeri tutmuşdur. Naibə əldə etdiyi uğurlara görə sinif rəhbəri Qənirə müəlliməyə və ailəsinə borclu olduğunu bildirir.Fəaliyyətindən dolayı öz müəlliməsinə  oxşamaq istəyir. Onun gələcək hədəfləri,medallarının sayını artırmaqdır. O,  müəllim olmaq istəyirəm. Bu fikrə 2-3 cü sinifdən düşüb. Şagirdlərinin qazandığı nailiyyətləri görən müəlliməni görəndə, Naibədə müəllimlik peşəsinə sahib olmaq istəyir. Naibə boş vaxtlarında kitab oxumağı xoşlayır. Oxuduğu kitablar arasında: Uzuncorab Peppi,Qoca və Dəniz,Şahzadə və Dilənçi,Dostum Mimi,Yaşıl gözlü qız,Zamanın əsirləri,Uzaq Planetin sirki və s. O, əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olmaq istəsəydi bu yazıçılıq olardı.  Bu həvəsi onda bibisi oyadıb. Onun bibisi Rəbiqə Nazimqızı çox güclü  şerlərin müəllifidir.Onun “Sənə Qədər” və “Epizodik Sevgilərlə” kitabları var.Boş vaxtlarında bu kitablardan bəzi şerləri oxuyur. Gələcəkdə öz üzərində daha da çalışmaq,daha da yüksək nailiyyətlər əldə etmək və müəllimlik peşəsinə yiyələnmək niyyətindədir. Naibə  tarixin yaddaşında yetişdirdiyin tələblərin uğurları ilə qalmaq istəyərdim.