elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 июня 2019 г.

Salayev Arif Ceyhun oğlu


 
Salayev Arif Ceyhun oğlu 05 iyun 2009-cu ildə Bakı şəhərində anadan olub. Arif körpəlikdə dəcəl, olduqca aktiv və şirin uşaq olub. Sürət maşınlarına qarşı marağı var. Qeyri-adi görünüşlü oyuncaqları, bahalı görünüşlü maşınlarla sürət yarışları keçirmək onun ən sevimli məşğuliyyəti idi. Eyni zamanda da idmana qarşı böyük marağı vardı. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. O, bunları məktəbəqədər hazırlıq kursunda Nigar xanımın köməkliyi ilə öyrənib. Arifin idmana marağı 4 yaşından etibarən yaranıb. Erkən yaşda idmana olan marağı atasının həvəskar kidboxçu olmasından qaynaqlanir. Arif eyni zamanda STAR KİDS MMC şirkətinin uşaq modelidir.
Arif Nizami rayonu 328 saylı tam orta məktəbdə təhsil alır. Hazırda bu məktəbin ən qabaqcıl, ən istedadlı şagirdlərindən biridir. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər təsviri incəsənət, fiziki tərbiyə və Azərbaycan dilidir. Məktəblərində keçirilən bütün bayram şənliklərinin, tədbirlərin fəal üzvüdür. O, burada aktiv iştirak edərək, bir-birindən maraqlı idman hərəkətlərini tədbir iştirakçılarına nümayiş etdirib. Bununla yanaşı kids modeldir. STAR KİDS MMC şirkəti tez-tez podyumlar təşkil edir və Arifdə bir model olaraq geyimlər nümayiş etdirir. Onun həyatında ən yadda qalan günlər istər model olaraq, istərsə də şagird olaraq uğurlar əldə edib, valideynlərini və müəllimlərini sevindiryi gündür. Arif 2016-cı ildən bu günə kimi idman sahəsində bir çox uğurlara imza atib. Beləki yer tutaraq, medal və diplomla təltif olunub. O, bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və karate müəllimi Anar Əhmədova borclu olduğunu bildirir. Onun xüsusi təşəkkürləri isə atası Ceyhun Salayevədir. Arifin ən böyük dayağı, hər bir işinin böyük dəstəkçisi atasıdır. Hazırda iki idman növü ilə və modelliklə məşğuldur. Cüdo və modellik onun hobbisidir. Karate isə onun daha həvəsli olduğu və gələcəyi ilə bağladığı istəyidir. Məqsədi Azərbaycan bayrağını dəfələrlə dünyada və Avropa çempianatlarında dalğalandıran Rafayel Ağayev kimi idmançı olmaqdır. Onun ən böyük arzusu dünya və Avropa çempionu kimi ən yüksəklərə ucalmaqdır. Bütün dünyada Azərbaycan himnini səsləndirmək və bayrağını dalğalandırmaqdır.
Arif gələcəkdə müstəntiq olmaq istəyir. Bu fikrə o, uşaq yaşlarından düşüb. Anası onu hər zaman mənim müstəntiq bala deyə nazlandırır. Əvvəlcə nə olduğunu bilməsə də, zamanla maraqlanıb, öyrəndi və hüquq sahəsinə marağı daha da artdı.
O, asudə vaxtıarında rəsm çəkməyə üstünlük verir. Arifin gələcək planları ilk öncə sağlam ruhlu insan olmaq daha sonra seçdiyi peşə üzrə təhsil almaq, idmanla bayrağımızı ucaltmaq və vətənə olan borcunuyerinə yetirməkdir. O, tarixə imzasını peşəkar idmançı, layiqli övlad, vicdanlı, savadlı şəxsiyyət olaraq atmaq istəyir.

Qurbanov Nicati Elsevər oğlu


Qurbanov Nicati Elsevər oğlu 03.11.2010. Bakı şəhərində anadan olub. Nicati körpəlikdə dəcəl uşaq olub, cizgi filmlərinə baxmağı xoşalyıb. Onun idmana olan marağı az yaşlarından yaranıb. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Hətta 100 qədər saymağı eyni zamanda da əksinə saymağı, ikiyə qədər vurma cədvəlini əzbərləmişdir. İdmana olan marağı TV-də izləyərkən yaranıb. Bu anası tərəfindən aşkarlanıb. Qurbanov Nicati Nizami Rayonu 328 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini çox yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır. Nicati məktəblərində təşkil olunan bütün bayramlarda və tədbirlərdə fəal iştirak edir. Belə ki, Novruz bayramında “Kosa”rolunu canlandırıb, Yeni ildə şənliyində isə “Şaxta Baba” obrazını oynayıb. Onun həyatında ən yadda qalan gün Karate idmanında 1-ci yer qazandığı gün olub. İdman və riyaziyyat olimpiyadasında 1-ci, 2-ci yer tutaraq diplomla təltif olunub. Əldə etdiyi uğura görə özünü valideynlərinə borclu bilir.İdmanda kickboksinq üzrə məhşur çempion Zabit Səmədova oxşamaq istəyir. O, öz arzularının arxası ilə getməyi və tanınmış, məhşur çempion olmağı hədəf seçib. Nicati 8 yaşında əməliyyat keçirdikdən sonra həkim peşəsinə yiyələnmək qərarına gəlib. Onun gələcək planları Ali məktəbə qəbul olmaq,həkim olmaq və idmanda yüksək nailiyyətlər əldə etməkdir. Tarixin yaddaşında yaşamaq üçün arzusunda olduğu həkimlik peşəsinin sahibi olmaq və idman üzrə tanınmış idmançı olaraq yadda qalmaq istəyir. Onun istedadı ilə bağlı ATV kanalında General idman klubunun idmançısı kimi məlumat nümayiş olunub.

11 мая 2019 г.

Seyidli Aysu Turan qızı


 



Seyidli Aysu Turan qızı 11 may 2010-cu ildə Şərur rayonu Ərəbyengicə kəndində dünyaya göz açıb. Aysu körpəlikdən ağıllı, inadkar, qarşısına qoyduğu hədəfə çatan, ətrafda baş verən hadisələrə cəld reaksiya verən, gördüyü hər bir şey haqqında sorğu-sualı bitib-tükənməyən bir uşaq olub. O, ailənin ilk övladı və ilk nəvəsidir. O, zamanını səmərəli keçirməyi sevir. Belə ki, vaxtı ilə rəsm, rəqs və gimnastika ilə məşğul olub.
Məktəbə gedənə qədər yazıb-oxumağı Kaspi məktəbəqədər hazırlıq kursunda müəllimlərinin köməyilə öyrənib. Bununla yanaşı ingilis dilindən də dərs götürüb. Tez bir zamanda 400 kəlməni asanlıqla öyrənib. 9 ay Menar arifmetik hazırlıq kurslarına gedib.
Aysunun kitaba, mütaliəyə, təhsilə böyük həvəsi var. Daim zirvələrdə olmaq, liderlik etmək istəyindədir. Aysu Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təhsil alır. Hazırda III sinif şagirdidir. Sinif əlaçısıdır. Bütün fənlərə daim hazırlıqlı olub, yüksək nəticələr əldə edir. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və həyat bilgisidir. Bütün tədbir və bayram şənliklərində aktivlik göstərir. Dəfələrlə bilik yarışlarında yüksək bal toplayaraq diplomla təltif olunub. Məktəblərinə qonaq qismində dəvət almış Reyhan Yusifqızı və Gülzar İbrahimova ilə görüşdə fəal iştirak edərək yazdıqları əsərlərin ideyasının haradan qaynaqlandığı barədə onu maraqlandıran suallara cavab istəyib. Biliyi, hazırcavablığı, intellektual səviyəsi ilə Reyhan xanımın diqqətini cəlb etməyi bacarıb. Yazıçı Aysudan o qədər təsirlənib ki, tədbirin sonunda növbəti kitabını ona həsr edəcəyini bildirib. Mütaliəni çox sevən Aysu yaşının az olmasına baxmayaraq dünya və yerli ədəbiyyatdan çoxlu əsərlər oxuyur. Bunlardan: Dostum Mimi, Yaşıl gözlü qız, Koroğlu dastanı, Kozetta, Qaraca qız, Qorxulu nağıllar kitabı, Nurəddin, Zeynəb və Abbas, Əhməd və Məleykə və s.
Aysunun özünün də yazıları var. Belə ki, bunlar “Göy qurşağı”, “Şar” və “Günelin hekayəsi” hekayələrini yazıb. Onun unudulmaz günləri çox olub. Qardaşının dünayay gəlməsi və ilk dəfə öz adını çəkməsi Aysu üçün ən xoş, sevincli gün idi. Eyni zamanda doğum gününü qeyd etməyi də xoşlayır. Yaz fəslində doğulduğu üçün bu fəsli bütün fəsillərdən daha çox sevir. Çoxşaxəli istedada sahib olan Aysu bir çox bilik yarışlarında qalib gələrək, yer tutub və diplomla təltif olunub. “Sərhədsiz riyaziyyat” yarışmalarında dəfələrlə qalib olub. Şahmatda göstərdiyi uğurlu çıxışların nəticəsi olaraq medal qazanıb.
Aysu bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri Qənirə müəllimə borclu olduğunu bildirir. Aysu Qənirə xanım kimi savadlı, mehriban, qayğıkeş, şagirdlərinə fərdi yanaşan və onları doğru yola istiqamətləndirən bir müəllimin sinifində təhsil aldığı üçün özünü çox şanslı hesab edir.
O, gələcəkdə yüksək ixtisaslaşmış, peşəsini şərəf və vicdanla icra edən tibb işçisi olmaq arzusundadır. Bu fikrə qardaşı anadan olduqdan sonra gəlib. Kiçik qəlbi mərhəmət hisləri ilə dolub-daşan Aysu çarəsiz xəstəlikdən əziyyət çəkən xəstələrə şəfa vermək və onları yenidən həyata qaytarmaq istəyir. İncə, xeyirxah ruha sahib olan Aysu insanlarla yanaşı heyvanlara da qayğı göstərməyi xoşlayır. O, sahibsiz, xəstə, ac-susuz heyvanları da sevgisindən məhrum etmir.
Vətənini sonsuz məhəbbətlə səvən Aysu Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət edib onun valideynləri ilə söhbət etmək arzusundadır.
Asudə vaxtlarında kitab oxumağı, qeyd dəftərinə köçürdüyü qaydaları təkrar etməyi və qardaşı ilə oynamağı xoşlayır.
O, carəsi olmayan xəstəliklərin müalicə yolunu taparaq öz adını tarixin yaddaşına həkk etmək istəyir. Yaşının az olmasına baxmayaraq insanları dünyagörüşü, səlist nitqi, mədəniyyəti, tərbiyəsi, savadı ilə valeh etməyi bacaran Aysunun valideynlərinə bu cür cəmiyyətimizə faydalı vətəndaş yetişdikləri üçün təşəkkür edirik. Doğum günü münasibəti ilə ürəkdən təbrik edir, uğurlarının davamını diləyirik.

10 мая 2019 г.

Ağayev Mirəli Cavid oğlu



Ağayev Mirəli Cavid oğlu 23.06.2011-ci idə Rusiyanın Astarxan şəhərində anadan olub. Mirəli körpəlikdə hiperaktiv, ətraf mühitdə baş verən hadisələrə maraqlı, ağıllı və intelektual səviyyəsi yüksək olan bir uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı evdə anasının köməkliyi ilə öyrənib. Mirəli ona maraqlı olan şeylər haqqında çoxlu suallar verməyi xoşalyır. Ağayev Mirəli Suraxanı rayonu Hövsan kəndində yerləşən Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənlərə daim hazırlıqlı olub, əla qiymətlər alır. Bütün fənləri çox sevir. Məktəblərində keçirilən bütün bayram şənliklərində və tədbirlərdə fəal iştirak edir. Xocalı faciəsinə həsr olunmuş tədbirdə şeir söyləyib. Daha sonra ki, səhnəciklərdə “Siçan” obrazını böyük məharətlə canlandırıb. Onun həyatında yadda qalan, ən uğurlu gün 2018-ci tarixində məktəbə ilk qədəm qoyduğu gündür. Mirəli ilk diplomunu 2017-ci ildə uğurlu nəticələr göstərdiyi üçün əldə edib. Növbəti uğuru isə 14.06.2018 də sertifikata layiq görülməsi olub. 15.10.2018-ci ildə isə “Beynəlxalq Wor Space Week” layihəsində aktiv iştiralına görə qazanıb. Bu günə qədər əldə etdiyi uğurlu nailiyyətlərinə görə sinif rəhbəri olan Şəlalə Novruzovaya borclu olduğunu bildirir. Təhsil sahəsində uğurlu fəaliyyəti ilə seçilib, İlin müəllimi mükafatına qədər yüksələn bir müəllimin şagirdi olmağından qürur duyur. Onun gələcək planları universitete ən yüksək balla daxil olmaqdır. Polis işçisi olmaq aruzundadır. Bu sahəni seçməkdə məqsədi Vətənini, millətinin vətəndaşlarının təhlükəsizliyini təmin etmək, rahat, azad yaşamalarına xidmət etməkdir. Asudə vaxtlarında rəsm çəkməyi, plastilindən fiqurlar düzətməyi sevir.  O, əgər incəsənətin hər hansı bir sahəsini səçərdisə bu rəssamlıq olardı.  Mirəli layiqli bir şəxsiyyət olaraq formalaşıb, Vətəninə, ailəsinə xeyirli bir övlad olmaq niyyətindədir.

Daşdəmirova Mədinə Tahir qızı

Daşdəmirova Mədinə Tahir qızı 2007-ci il avqustun 9-da Bakı şəhərində dünyaya gəlib. Körpəlikdə həm böyüklər, həm də yaşıdları tərəfindən çox sevilən uşaq olub. Sakit təbiətli olmasına baxmayaraq, prinsipiallığı və ağlı ilə həmişə yaşıd la rından fərqlənib. Mədinənin lap uşaqlıqdan öz dünyası olub ki, bu dünya da onu rəsm çəkməyə gətirib çıxa­rıb. Artıq 3 yaşından öz balaca dünyasını rənglərin dili ilə ağ kağıza köçürməyə baş­layan Mədinə ətraf­da­kıların diqqətini çəkməyə başlasa da, valideynləri buna təəccüb etməyib. Çünki bu Mədinyə irsən keçən bir istedad idi. 
Məktəbə gedənə qədər Mədinə həm rəsm çəkir, həm də şəkilli nağıl kitablarına çox maraq göstərirdi. Yavaş-yavaş hərflərlə tanış olmağa baş­la­yan Mədinə oxumağa çalışırdı. 
Mədinə təhsilə gedən ilk addımlarını Bakı şəhər 200 №-li Məktəb Lisey Kompleksində atıb. Qəhrəmanımız hazırda həmin məktəbin VI sinfində təhsil alır. Dərslərini əla və yaxşı qiymətlərlə oxuyur. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir, tərifnamə və diplomlarla təltif olunur. Sinif divar qəzetinin baş redaktorudur.
İbtidai sinif müəllimi Sevil Bağırova da Mədinə barədə yüksək fikirdədir. Eyni zamanda bu günkü sinif rəhbəri Nurlanə Xəlilova da onun barədə təqdirəlayiq fikirlər söylədi. 
Mədinə uğurlarından dolayı özünü anasına borclu hesab edir. Əvvəllər bir çox uşaqlar kimi həkim olmaq istəyən Mədinə bu gün əminliklə söylədi ki, memar olmaq istəyir.
Onu da qeyd edək ki, Mədinə təhsillə paralel “Ağ at” şahmat klubunda Ülkər Umudovanın rəhbərliyi altında şahmatla da məşğul olur. Mədinə şahmat üzrə bir çox ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edib, qaliblərdən olub.
2014-cü ildə Gənclər və İdman Nazirliyinin Dövlət Bayrağı Günü ilə əlaqədar keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
2015-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Respublika Şahmat Mərkəzinin və “Ağ At” Şahmat Klubunun birgə keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
2016-cl ildə Gənclər və İdman Nazirliyinin Milli Dirçəliş Günü ilə əlaqədar keçirdiyi turnirdə qızlar arasında I yeri tutub.
İndi isə Mədinənin iştirak etdiyi beynəlxalq turnirlər barədə sizləri məlumatlan­dıraq. 2014-cü ildə Fransada keçirilən Diepp Chess Open turnirində yaşıdları arasında I yer tutub. 2016-ci ildə İspansiyada keçirilən Babera Chess Open beynəlxalq turni­rində və 2018-ci ildə Gür­cüs­tanın Batumi şəhərin­də ke­çi­rilən İnternational Open Chess beynəlxalq turnirində iştirak edib. Hazırda Mədinə av­qust ayında Belarusiyanın Minsk şəhə­rində keçiriləcək uşaqlar arasında dünya çempiona­tına hazırlaşır. 
Demək olar ki, vaxtının çox hissəsi dərslərini hazırlamağa gedir. Son zamanlar Mədinə boş vaxtlarında internetlə məşhur şahmatçıların oyunları barədə məlumatlar toplayır. Bundan əlavə o, dəb haqqında məlumatları da maraqla izləyir. 
Mədinə düşünür ki, onun indilik borcu sadəcə dərslərini yaxşı oxumaqdır. O, bilir ki, qiymətlərinin əla olması onu arzularına çatdıra bilər. Tarixdə qalmağın hər bir insana nəsib olmadığını dərk edən Mədinə öz dövrünün insanlarının xatirələrində savadlı bir memar kimi qalmaq istəyir. 
Ugur olsun, Mədinə!

Nuruyev Rusif Taleh oğlu


Nuruyev Rusif Taleh oğlu 26.09.2010-cu ildə  dünyaya göz açıb. Rusif körpəlikdə, sakit, ağıllı və olduqca da təmkinli uşaq olub. Onun sevimli məşğuliyyətləri cizgi filminə baxmaq və dostlarıyla  oynamaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı bacarırdı.  Nuruyev Rusif Suraxanı rayonu Hövsan kəndində yerləşən Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlə oxuyur. Onun ən sevimli fənləri ingilis dili, riyaziyyat və təsviri incəsənətdir. Rusifin həyatında yadda qalan, ən maraqlı günü məktəbə ilk qədəm qoymasıdır.  Elmə, təhsilə böyük marağı olan Rusif üçün ən sevincli gün “İlk bilik” günü idi. Məktəblərində keçirilən bütün bayram şənliklərində və tədbirlərdə fəal iştirak edib. Belə ki, Xocalı faciəsinə həsr olunmuş tədbirdə uğurlu çıxış edib. Tədbir iştirakçılarının diqqətini çəkməyi bacarıb. Zərifə Əliyevaya həsr olunmuş tədbirdə də çıxış edərək fəxri fərmanla təltif olunub. Rusif əldə etdiyi uğur və nailiyyətlərə görə özünü sinif rəhbəri Şəlalə Novruzovaya borclu bilir. Onun sonsuz zəhməti və əziyyətinin bəhrəsi olaraq biliyə sahib olub, doğru yolda irəliləyir. Asudə vaxtlarında kitab oxumağa üstünlük verir. Gələcəkdə polis olmaq arzusundadır. Şərəfli polis əməkdaşı olub Vətənin keçiyində layiqli durmaq, ailəsinin başını daim uca etmək niyyətindədir.