elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 января 2014 г.

BALACA AKTRİSA (Sadiq Humay Vüqar qızı)

Sadiq Humay Vüqar qızı 14 iyun 2005-ci ildə Amerika Bir­ləşmiş Ştatlarının Boston şəhərində dünyaya göz açıb. Hu­may körpəlikdə sakit uşaq olub. Musiqi eşidən kimi rəqs et­məyi çox sevirdi. Yuxuda belə sanki musiqini eşi­dir­di. Çox şən uşaq idi. Mək­təbə gedənə kimi oxu­mağı da, yazmağı da, maraqlı şəkil çəkməyi də bilirdi. Bütün bunları tərbiyə aldığı uşaq bağçasında və eyni zamanda böyük bacı­sından öyrənmişdi. 
Ailələri Dəməşq şəhə­rində yaşayanda Humay 3 yaşında idi. Orda uşaq bağçasına gedirdi. Bağ­çanın bütün tədbır­lərində iştirak edir, istənilən mu­siqiyə uyğun rəqs etməyi bacarırdı. Elə ilk teatr tamaşasında da Suriyada yaşadıqları müddətdə, Rusiya səfirliyində keçirilən tədbirdə oynayıb. 
Humay başqa uşaqlar kimi oyuncaqlarla oynamaz, mütləq onlardan yeni bir şey hazırlayardı. Təklikdə sanki balaca teatr aktrisası kimi özündən oyun fikirləşib oynayardı. Humaygilin ailəsində incəsənətlə məşğul olan olmayıb. Amma musiqi alət­lərində ifa etməyi bacarır və musiqini çox sevirlər bu ailədə. Pəri nənəsi isə ona xüsusi oynamağı öyrədirdi. 
Humay hər zaman başqa həmyaşıdlarından yaradıcı olmağı ilə seçilib. Hazırda üzvü olduğu “Günay” Uşaq Teatrında da arasında seçilir. Müəlliminin dediyinə görə çox maraqlı etüdlər hazırlayır. Maraqlı burasıdır ki, qəhrəmanımızın adının da incəsənətlə, aktyorluq sənəti ilə bir bağlılığı var. Belə ki, vali­deynləri ona ad seçərkən Azərbaycan kinosunun incilərindən olan “Yeddi oğul istərəm” filmindəki Humay obrazından təsir­lənərək bu qərara gəliblər. 
Humay orta məktəbə ilk qədəmlərini Bakının Yasamal rayo­nun­dakı T. Abbasov adına 225 saylı tam orta məktəbə atıb. Təh­silə başladığı ilk gündən seçilməyə başlayıb. Güclü hafizəyə və məntiqi təfəkkürə malik olan bu qız daim əlaçılar sırasında yer alıb. Həm əvvəl təhsil al­dı­ğı 225 saylı orta mək­təb­də, həm də hazırda təh­sil aldığı 132-134 saylı Beynəlxalq Təhsil Mər­kə­zində seçilən şagirdlərdən olub. Məktəbin bütün təd­bir­lərində iştirak edir. Müxtəlif tədbirlərdə hind rəqsi, milli “Uzundərə” rəqsini məharətlə ifa edib. 
Humay: “ - Həyatımın ən maraqlı və uğurlu günü 8 mart 2013-cü ildə R. Behbudov adına Mah­nı Teatrının səhnəsində “Dəniz qızı” nağılında “Dəniz ulduzu” rolum idi. Uşaq bağça­sın­da, mək­təbdə, bir çox muzey təd­birlərinin açılışlarında müxtəlif rollarda oynamışam, amma bu böyük səhnədə ilk ifam idi. Çox həyəcanlı idim, amma rəqs edən kimi tamaşaçıları da, həyəcanı da unutdum.
Gələcəkdə uşaq həkimi olmaq istəyirəm. Uşaqları çox se­vi­rəm, sağlam görmək istəyirəm. Nənəm də həkim­dir, insan­lara çox kömək edır və mən də onun kimi hamıya kö­mək etmək istə­yirəm. Teatrda böyük uğur qa­zan­sam həkimliklə yanaşı incə­sə­nətlə də məşğul olaram. 
Bu il Almaniyada dünya uşaq teatr festivalı keçiriləcək. Ən böyük arzum orda iştirak etməkdir. Yay tətili günlərində Sankt-Peterburq şəhərində tədbir keçiriləcək. Mən ora dəvət almışam. Gələcəkdə maraqlı rollar, rəqs nömrələri hazırlamaq arzu­sun­dayam. Hazırda Şelkunçik tamaşasını hazılayırıq.
Asudə vaxtlarımda şəkil çəkməyi, nağıl oxumağı sevirəm.”

Комментариев нет:

Отправить комментарий