elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 января 2014 г.

Çinarə Çinğiz qızı Əliyeva

Çinarənin adını atası Çingiz müəllim qoyub. Bu ad həm az rast gəlinməsi, həm də əzəmətli səslənməsi onu cəlb edib. Hər bir valideyn kimi o da övladının nadir şəxsiyyətlərdən olmasını, əzəmətli zirvələrə ucalmasını arzulayaraq seçib bu adı. Zaman keçdikcə Çinarə də adını doğrultmağa çalışıb.
Məktəbəqədər dövrdə onun ən xoşladığı məşğuliyyət şəkil çəkmək və bilgisayar oyunları oynamaq idi. Elə o dövrlərdə təhsilə olan marağı və anasının sayəsində yazıb-oxumağı öyrənmişdi.
Çinarə Çingiz qızı Əliyeva 22 fevral 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə 143 nömrəli məktəbin I sinifinə daxil olub. V sinifdən X sinifə qədər Texniki-Humanitar liseydə təhsil alıb. 2008-ci ildə 143 saylı məktəbin XI sinifini bitirib. Həmin il Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub və 2012-ci ildə həmin fakültəni bitirib. 2012-ci ildə Odlar Yurdu Universitetinin dövlət sifarişi əsasında biologiya müəllimliyi fakültəsinin magistr pilləsinə daxil olub. Universitetin ictimai həyatında fəal iştirak edir, “İrəli” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının üzvüdür. Azərbaycan, rus və ingilis dillərini bilir.
Çinarə: “ - Orta məktəbdə yaxşı oxumuşam. Sevimli fənnlərim: biologiya, fizika, riyaziyyat və rus dili. Orta məktəbdə IV sinifdə tərifnamə ilə təltif olunmuşam.
İxtisasımla bağlı maraq məndə orta məktəbdən yaranıb, elə ona görə də bu ixtisası seçmişəm. Bu marağı məndə anam oyadıb.
Magistr pilləsində oxuduğum müddətdə Tələbə Elmi Cəmiyyətinin xəttilə iki dəfə elmi konfranslarda elmi məqalələrlə çıxış etmişəm: Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Azərbaycan-2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq elmi praktiki konfransı - "Qan qruplarının insan həyatına təsiri". Bu konfransda fərqləndiyimə görə sertifikatla təltif olunmuşam, Doktorantların və Gənc Tədqiqatçıların XVIII respublika elmi konfransı "Təhsil və təlim prosesində əyani vəsaitlərin rolu". Hər iki məqalə Təhsil Nazirliyinin rəsmi jurnallarında dərc olunub. 2013-cü ildə YUNESKO və Goi Sülh Fondunun xətti ilə keçirilmiş "Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu" mövzusunda keçirilən beynəlxalq layihədə elmi məqalə ilə iştirak etmişəm və sertifikatla təltif olunmuşam.
 Həyatımda ən uğurlu günlər bakalavr və magistr pilləsinə qəbul olduğum günlərdir, çünki bu mənim həyatda açdığım ilk yollar idi.
 Seçdiyim ixtisasa yiyələnməkdə, qəbul imtahanlarda göstərdiyim nəticələrə görə özümü valideynlərimə və müəllimlərimə borclu bilirəm.
Ali məktəbi bitirdikdən sonra Milli Məclisdə deputatlığa qədər yüksəlməyi arzulayıram.
 Xoşbəxtliyi arzuladığım zirvəyə qaxmaqda görürəm.
 Asudə vaxtlarımda kitab oxumağı, ingilis dilini daha yaxşı öyrənməyi, ailəmizlə təbiətin qoynuna gəzməyə çıxmağı və maraqlı layihələrdə iştirak etməyi xoşlayıram.”

Комментариев нет:

Отправить комментарий