Məmmədova Ülkər Ehtiram qızı 2002-ci il iyunun 17-də
Bakı şəhərində anadan olmuşdur. Ülkər körpəlikdə gözəl hafizəsi və qeyri-adi
bacarığı digərlərindən fərqlərirdi. Hələ 2 yaşı olarkən rəsm çəkməyə marağı
olduğunu hiss etdirmiş, bitki və həşəratları, cizgi film qəhrəmanlarını özünəməxsus
şəkildə təsvir etmişdir. 3-4 yaşlarında onlarla şeiri əzbərləmək və hafizəsində
saxlamaq qabiliyyətinə malik idi. Uşaqlara həsr edilmiş müxtəlif verilişlərdən
öyrəndiyi əşyaları düzəldir, ev şəraitində nağıl qəhramanları hazırlayır və
tamaşalar keçirirdi. O, hələ məktəbə getməmişdən əvvəl yazmağı, oxumağı və
saymağı sərbəst bacarırdı. Bu işdə ona ixtisasca müəllim olan anası kömək
edirdi. Məktəbdə də bacarıqları ilə şagirdlərdən seçilirdi. Məktəb səviyyəsində
keçirilən tədbirlərdə fəal iştirak edirdi.
Ülkərin musiqiyə də marağı vardı. Bu səbəbdən ona
sinezator aldılar. Musiqi duyumu nəticəsində bir neçə saata sevdiyi mahnını ifa etməyi öyrənə bilir.
Ülkər: “ - Dərslərimi əla oxuyuram. Bütün fənnləri
çox sevirəm. Məktəbdə keçirilən bir çox tədbirlərdə fəal iştirak etmişəm. Məsələn:
Bayraq günü, Yeni li şənliyi, “ Müəllim günü, 20 Yanvar gününə, Xocalı faciəsinə,
Respublika gününə həsr olunmuş tədbirlər, Novruz şənliyi və s. Tədbirlərdə əsasən
aparıcı kimi, yaxud şeir parçaları ifadə edərək iştirak etmişəm.
Həyatımda ən uğurlu və maraqlı gün 17 may 2013-cü
ildə Tarix muzeyində keçirilən müssabiqədə “Görkəmli xeyriyyəçi - Hacı
Zeynalabdin Tağıyev” nominasiyası üzrə II yerə layiq görüldüyüm gündür. Elə həmin
il Müəllimlərin Təkmilləşdirmə İnsititunda keçirilən sərgidə iştirak etmişəm və
təsviri incəsənət sahəsi üzrə baxış sərgilərdə göstərdiyim nailiyyətlərə görə
31 may 2013-cü ildə 108 saylı məktəb tərəfindən təltif olunmuşam.
Bu sahədə uğur qazanmağımda valideynlərimin rolu
böyükdür. Bu sahəni inkişaf etdirib çəkdiyim şəkilləri sərgiləsəm və daha geniş
kütlə arasında tanınsam özümü xoşbəxt hiss edərəm.
Gələcəkdə həkim olub, insanlara şəfa vermək niyyətindəyəm.
Köməyə ehtiyacı olan insanlara yardım etmək, onları sağlamlığına qovuşdurmaq ən
böyük arzularımdan biridir. Tibbə maraq məndə 7-8 yaşlarımda oyanıb.
Asudə vaxtlarımda kitab oxuyur, şəkil çəkir,
televizora baxıram. Kompüterdə “Point” proqramında şəkil çəkməyi də xoşlayıram.
“Microsoft Power Point” proqramında müxtəlif mövzularda slaydlar hazırlamaq mənə
xüsusi zövq verir. Musiqi ilə də məşğul oluram, yeni mahnılar öyrənirəm.
Tarixin yaddaşında
qalmaq üçün çox çalışıb, işləmək lazımdır. Savadlı olub, dünyagörüşümü artırıb,
vətənə layiqli övlad kimi böyüyəcəyəm. Daha dəyərli şəkillər çəkib yaddaşlarda
qalmaq mümkündür. İnsan bir şeyi qəlbdən istəyirsə, qarşısına məqsəd qoyursa hər
bir zaman uğur onunla olur.”
Комментариев нет:
Отправить комментарий