elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 января 2014 г.

Əliyev Mətin İlham oğlu

 Mətin İlham oğlu Əliyev 2 avqust 2003-cü ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Körpəlikdə çox sakit uşaq olan Mətin televizora, şəkilli kitablara çox maraq göstərib. Uşaqlar üçün nəzərdə tutulan intellektual verilişləri davamlı sürətlə izləyərdi. Elə bunun nəticəsidir ki, erkən çağlardan təhsilə maraq göstərməyə başlayıb. Mətin balamız 6 yaşından I sinfə gedib. Onu da qeyd edək ki, Mətin məktəbə çox sevinə-sevinə gedib. Sevincinin həddi-hüdudu olmayıb.
Ona görə də məktəbə gedənə qədər yazıb-oxumağı valideynləri öyrətmişdi. Mətinin təhsilə necə böyük maraq göstərdiyini görüb, ona çoxlu rəngli qələmlər, rəngli kitablar, məktəbəqədər hazırlıq kitabları alırdılar.
Onun babaları çox savadlı insanlar olub. Onların arzuları nəvələri Mətinə qarşı sonsuz olub. Onlar Mətini həyatda mətin olmağı, oxuyub savadlı, xalqın layiqli övladı olmağı arzulamışlar.
Hazırda Bakının Xətai rayonundakı Humanitar Fənlər Təmayüllü Məktəb-liseyin V sinif şagirdi olan Mətin dərs əlaçısıdır. Sevimli fənləri riyaziyyat, ana dili, rus dili və ingilis dilidir. Məktəb-liseyin direktoru Nəzakət Əsgərova şagirdlərin hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradılmasına çalışır.
Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. “Dilimizi sevək, sevdirək” tədbirində aparıcı olub, milli qəhrəman Mübariz İbrahimova aid şeirlər söyləyib. Daha bir tədbirdə “Sehrli xalat” səhnəciyində Rəşid rolunu oynayıb. Bir neçə dəfə “Tumurcuq” qəzetində məktəb-liseyə həsr olunmuş reportajda nümunəvi şagirdlərdən biri kimi onun da şəkli dərc olunub.
Mətin: “ - Həyata baxışlarım və dərslərdəki müvəffəqiyyətimə görə ilk müəllimim Cəmilə xanıma, valideynlərimə borcluyam. Müəllimlərimin və valideynlərimin əziyyətini bada verməməyə çalışıram. Məsuliyyətlə bu uğuru davam etdirəcəyəm.
Mən babalarıma oxşamaq istəyirəm. Babalarım məni savadlı, güclü bir insan kimi görmək istəyirdilər. Mən çox çalışıb, çox oxuyub onların arzularını həyata keçirəcəyəm.
Hər dəfə tərifnamə ilə təltif olunanda müəllimlərimin, ailəmin alqışları məni qol-qanad verir. Məsuliyyətim birə-beş artır.
Gələcəkdə gözəl insan olmaq istəyirəm. Özümü dərk edəndən biznesmen olmaq fikrinə düşmüşəm. Maddi imkanlarım geniş olarsa kimsəsiz uşaqlara, qocalara yardım edə bilərəm. Arxası, dayağı olmayan uşaqlar oxumalı, xalqımıza gərəkli övladlar olmalıdırlar.
Asudə vaxllarımda ailəlikcə gəzməyə çıxırıq. Çoxlu kitablar oxuyuram. Şahmat oynayıram. Futbol oynamağı da çox sevirəm.
Bu gün üçün əsas məqsədim məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq, hərbi xidməti çəkib vətənə sədaqətlə qulluq etməkdir.”

Комментариев нет:

Отправить комментарий