İbrahim Elçin oğlu Əzizli 18 iyul 2003-cü ildə Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının Səbail rayonundakı 49 saylı məktəb-liseydə başlayıb. Sonradan təhsilini İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada davam etdirib.
Məktəbə getmədiyi dövrlərdə İbrahimin əsas məşğuliyyəti şəkil çəkmək və hərf yazmaq idi. Təhsilə marağı 3 yaşından, uşaq bağçasına getdiyi vaxtlardan başlamışdı. Elə uşaq bağçasında da tam sərbəst yazıb-oxumağı öyrəndi.
İbrahim məktəbdə də təhsilini uğurla davam etdirir. Dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər ana dili, riyaziyyat, ingilis dili və tarixdir. Demək olar ki, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Adətən kütləvi tədbirlərdə aparıcı olur. Hələ 49 saylı məktəb-liseydə oxuduğu dövrdə təhsildə və məktəbin ictimai həyatında fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif olunub. Bu balaca İbrahimin ilk nailiyyəti idi.
10 yaşlı İbrahim həyatında ən uğurlu gün kimi gimnaziyaya qəbul olduğu günü hesab edir. Ən maraqlı günləri isə idmanda əldə etdiyi nailiyyətlər olub. Qəhrəmanımız dəfələrlə məktəbdən tərifnamə, üzgüçülük üzrə diplom, milli rəqsdən sertifikat, dərs üzrə yarış sertifikatı ilə təltif olunub.
Əldə etdiyim nailiyyətlərə görə ilk növbədə valideynlərinə və müəllimlərinə borclu olduğunu xüsusi vurğulayır.
Hələ kiçik yaşlarından cərrah olmağı düşünən İbrahim asudə vaxtını kitab oxumaqla keçirir. Bəzən dostları ilə maraqlı oyunlar oynayır. O, elmin ən yüksək zirvələrini fəth etmək istəyir.
Комментариев нет:
Отправить комментарий