Onur Ruslan oğlu Acalov 14 sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakıxanov qəsəbəsindəki 94 saylı orta məktəbin I sinif şagirdidir.
Onur körpəlikdə şən, valideynlərinə bağlı, dəcəl, mehriban uşaq olub. Əsasən velosiped sürməyi, avtomobil oyuncaqları ilə oynamağı, rəqs etməyi, gəzintiyə çıxmağı sevərdi.
Hərfləri və saymağı uzun illər müəllim işləmiş və hazırda təqaüddə olan Nazlı nənəsinin köməyilə öyrənmişdı. Eyni zamanda çoxlu sayda uşaq şeirləri və nağıllar da öyrətmişdi nənəsi. Ən çox sevdiyi və hər fürsətdə həvəslə söylədiyi doğma vətənimiz Azərbaycanın dövlət himni idi. Bəzən məclislərdə böyüklər belə 3-4 yaşlı Onurun Azərbaycan himnini sonadək söyləməsini heyrətlə və məmnuniyyətlə dinləyərdilər.
Kiçik yaşlarından Onur iti yaddaşa malik olmuş, şəkil çəkməyə və riyazi hesablamalara böyük həvəsi olmuşdur. Körpə yaşlarından şeir, nağıl öyrənməyə heç çətinlik çəkməmişdir. Körpə Onurda şəkil çəkməyə maraq, hələ orta məktəb illərindən gözəl şəkillər çəkməyi bacaran və asudə vaxtlarını bu işə sərf edən, ixtisasca müəllim olan anasının sayəsində yaranmışdır. Riyaziyyata marağı isə ixtisasca iqtisadçı olan atasının müxtəlif riyazi hesablamalara aid sualları oyatmışdı.
Onur dərs əlaçısıdır. Dərs ilinin başlanğıcından bu günə kimi həm yekun, həm də gündəlik qiymətləri yalnız əla olmuşdur. Ən sevimli fənni isə riyaziyyatdır.
Məktəbdə keçirilən Yeni il şənliyində, 20 Yanvar və Xocalı soyqırımına həsr olunmuş mərasimlərdə fəal iştirak edib, şeirlər söyləyib. Həmçinin xalq nağıllarının əsasında hazırlanmış səhnəciklərdə iştirak edib.
Onurun söyləməsinə görə həyatında ən maraqlı gün məktəbə getdiyi ilk gündür, çünki həmin gün ilk dəfə məktəbli forması geyinərək, məktəbin həyətində keçirilən tədbirdə şer söyləyib və alqışlanıb. 7 yaşlı uşağın belə söyləməsi təbiidir. Biz inanırıq ki, onun maraqlı günləri, uğurları hələ qarşıdadır. Onun zəkasına, təfəkkürünə və müəllimlərinin balaca qəhrəman barədə söylədikləri fikirlərə istinad edərək bunu əminliklə söyləmək olar.
Onur üçün yay tətili zamanı babasıgilin kəndində keçirdiyi günlərin də xüsusi önəmi var. Çünki orada yaşayan dostları ilə maraqlı günlər keçirir.
Onur: “ - Bu günə kimi əldə etdiklərim üçün ilk növbədə Nazənin müəllimə və digər müəllimlərimə, həmçinin anama borcluyam.
Orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə daxil olmaq, həkim olmaq istəyirəm. Həkim işləyən Şakir babamın xəstələrə necə kömək etdiyini gördükdən sonra mən də bu sənəti sevmişəm.
Asudə vaxtlarmda kiçik qardaşımla oynamağı, şəkil çəkməyi, intellektual misallar həll etməyi, cizgi filmləri seyr etməyi xoşlayıram.
Xarici dilləri və bilgisayarda işləməyi mükəmməl öyrənməyi, idmanın boks növü ilə məşğul olmağı düşünürəm. Bilik yarışmalarında, olimpiadalarda qalib yerlər tutmaq, idmanla məşğul olub turnirlərdə iştirak etmək, babalarımızdan bizlərə miras qalmış şərəfli ada layiq işlər görmək niyyətindəyəm.
Комментариев нет:
Отправить комментарий