Barat Elşad Akif oğlu (Elşad Barat) 1988-ci il
oktyabrın 5-də Cəlilabad rayonunun Mirzəli kəndində ziyalı ailədə dünyaya gəlib.
1995-ci ildə Mirzəli kənd orta məktəbinin I sinfinə qədəm qoyub. İlk dəfə
1996-cı ildə “Sözün işığı” qəzetində “Müəllim” şeri çap olunub. Hələ orta məktəbdə
oxuyarkən Elşad Barat bir neçə şeir müsabiqəsinin qalibi olub, müxtəlif
diplomlar alıb. 2002-ci ildə rayon üzrə keçirilən olimpiadada riyaziyyat üzrə I
yeri tutub.
2006-cı ildə Bakı Dövlət Universitetinin Fizika
fakültəsinə daxil olur. Fakültə Tələbə Həmkarlar Təşkilatının sədr müavini, sədri,
daha sonra universitetin Tələbə Həmkarlar Təşkilatının sədr müavini kimi
çalışıb. 2008-ci ildə ilk “Tükənməz məhəbbətim” adlı şeirlər kitabı çap olunub.
Universitetin nəzdində fəaliyyət göstərən “Mənim universitetim” qəzetinin hər
nömrəsində şeirləri, hekayələri dərc olunub. 2010-cu ildə universiteti nümunəvi
bitirərək hərbi xidmətə gedib. Xidmətdə olduğu müddətdə bütün döyüş
qaydalarını, bir çox silahlardan istifadə etməyi öyrənir. 2011-ci ildə nümunəvi
xidmətinə görə təşəkkürnamə ilə xidməti başa vurur. Elə həmin il Naxçıvan Dövlət
Universitetinin magistratura pillsəsinə daxil olur. Oxuduğu müddətdə Naxçıvan
Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin “Xəbərlər” proqramının və
layihə rəhbəri olduğu “Məclisi şüəra” verilişinin aparıcısı işləyir. 2012-ci
ildə “Ruhumun səsi” adlı ikinci şeirlər kitabı çap olunur. Həmin il “Qızıl qələm”
media mükafatı alır. 2012-ci ildən Türkiyə Müasir Psixologiya və Məsləhət Mərkəzinin
üzvüdür. Magistraturada oxuduğu müddətdə bir çox elmi konfranslarda, psixoloji
seminarlarda iştirak edib.
Elşad Barat magistraturanı qırmızı diplomla
bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında işə başlayır.
Adakemiyanın Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü seçilir. “İstedadlı Gənc
və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin həm təsisçisi, həm də sədridir.
“Günəş” jurnalının xüsusi müxbiridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Visiontv.az” internet televiziyasının “Alim ol” verlişinin aparıcısıdır.
BİR ŞƏHİD YUXUMA GƏLDİ
Bu gecə bir şəhid yuxuma gəldi,
Qəzəblə, nifrətlə üzümə baxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
Əlinin qanını sinəmə yaxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
«Ata olacaqdım» dedi: a zalım,
Mən də sənin kimi körpə balamı,
İstərdim qollarım üstünə alım.
Bu gecə bir şəhid yuxuma gəldi,
«Hardasan» üstümə bağırdı bir az.
Sonra sakitləşib «ay ana» dedi,
Ağladı, anasın çağırdı bir az.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bir məktub uzatdı və uca tonla,
«Bunu sevgilimə verərsən» dedi.
«Əlvida» yazmışdı kağıza qanla.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bildim ki, bu mənim xəcalətimdir,
Görüşdük, danışdıq, gedəndə dedi:
«Vətənim sizlərə əmanətimdir».
Bu gecə bir şəhid yuxuma gəldi,
Qəzəblə, nifrətlə üzümə baxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
Əlinin qanını sinəmə yaxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
«Ata olacaqdım» dedi: a zalım,
Mən də sənin kimi körpə balamı,
İstərdim qollarım üstünə alım.
Bu gecə bir şəhid yuxuma gəldi,
«Hardasan» üstümə bağırdı bir az.
Sonra sakitləşib «ay ana» dedi,
Ağladı, anasın çağırdı bir az.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bir məktub uzatdı və uca tonla,
«Bunu sevgilimə verərsən» dedi.
«Əlvida» yazmışdı kağıza qanla.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bildim ki, bu mənim xəcalətimdir,
Görüşdük, danışdıq, gedəndə dedi:
«Vətənim sizlərə əmanətimdir».
02.08.2014
ƏLVİDA BAKI
Bilirəm ki, sənə yoxdur etibar,
Adım da qalmasın sənə yadigar,
Dünyanın o qədər şəhərləri var,
Bir ovuc boydasan dünyada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Lap belə avara, gədə-güdəyəm,
Lap belə kasıbam, it günündəyəm,
İngilis oteldə, mən kirədəyəm,
Mən sənə sarıldım, sən yada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Saldığım hər izə qadağa qoydun,
Baxdığım hər gözə qadağa qoydun,
Haqq yola, haqq sözə qadağa qoydun,
Üç nöqtə, üç sual, üç nida - Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Zülümdən, əzabdan doyub, gedirəm,
Əlimin qanını yuyub, gedirəm,
Burda göz yaşımı qoyub, gedirəm,
Çətin, bir də məni ağlada Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Gücümü yığmışam səndən qopmağa,
Sənin də gücün yox, məni tutmağa,
Gedirəm özümə Bakı tapmağa,
Sən dəyər vermədin Elşada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Bilirəm ki, sənə yoxdur etibar,
Adım da qalmasın sənə yadigar,
Dünyanın o qədər şəhərləri var,
Bir ovuc boydasan dünyada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Lap belə avara, gədə-güdəyəm,
Lap belə kasıbam, it günündəyəm,
İngilis oteldə, mən kirədəyəm,
Mən sənə sarıldım, sən yada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Saldığım hər izə qadağa qoydun,
Baxdığım hər gözə qadağa qoydun,
Haqq yola, haqq sözə qadağa qoydun,
Üç nöqtə, üç sual, üç nida - Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Zülümdən, əzabdan doyub, gedirəm,
Əlimin qanını yuyub, gedirəm,
Burda göz yaşımı qoyub, gedirəm,
Çətin, bir də məni ağlada Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
Gücümü yığmışam səndən qopmağa,
Sənin də gücün yox, məni tutmağa,
Gedirəm özümə Bakı tapmağa,
Sən dəyər vermədin Elşada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
29.07.2014
MƏN NƏ İTİRMİŞƏM Kİ
(insan olanlara)
I
Mən nə itirmişəm ki?
Üçüncü sinifdə oxuyanda
sevgilimə yazdığım
üç-beş şer olan köhnə dəftərdən başqa...
mən nə itirmişəm ki?
On bir yaşımda
beş almaq üçün
müəllimimin bağında
ağac dibi belləyərkən
itirdiyim zamandan başqa...
mən nə itirmişəm ki?
On səkkiz yaşımda
məndən pul istəyən
müəllimimə olan
saf düşüncələrimdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Sevdiyim qıza vurduğum
bir şilləyə qurban gedən
hisslərimdən başqa...
mən nə itirmişəm ki?
Yolun kənarında
boynu bükük, ağlayan
sızlayan
ac körpənin diləndiyini görəndə
vicdanımdan başqa...
mən nə itirmişəm ki?
II
Mən nə itirmişəm ki?
Qarabağda əsir gedən qızlarımın
gəlinlərimin namusuna
toxunulanda
namusumdan başqa...
mən nə itirmişəm ki?
Dili lal, qulaqları kar
bakirə qızlarımı
nazir müavininə satanda
şərəfimdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Ədalətsiz insanlara
haqsızlıqlara göz yuman
Allahıma olan inamımdan başqa...
mən nə itirmişəm ki?
Düz sözümü əyri yozan,
ayağımın altın qazan
vicdansız dostlarıma olan
etibarımdan başqa...
mən nə itirmişəm ki?
III
Mən nə itirmişəm ki?
İkisi də balamdı deyib
qızımla oğlum arasında
fərq qoyanda
ədalətimdən başqa...
mən nə itirmişəm ki?
Balam ac qalmasın deyə
insafsızın birinə ağız açanda
pul istəyəndə
tapdaladığım qürurumdan başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Saraylarda yaşayıb
adamlığın yerini bilmədən
məni adam yerinə qoymayan
bəynəsillilərin yanında
hörmətimdən başqa...
mən nə itirmişəm ki?
Lap elə uşaqlıqdan bəri
göz yaşlarıma əsir düşən
gülüşümdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Bəziləri mənə baxıb güləndə
bəziləri mənə "yazıq" deyəndə
dönüb olara demək istəyirəm ki,
axı ağlımdan başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Özüm öz gözümdə yoxa çıxıram
özüm öz içimdə itgin düşürəm
axı özümdən başqa...
mən nə itirmişəm ki?..
(insan olanlara)
I
Mən nə itirmişəm ki?
Üçüncü sinifdə oxuyanda
sevgilimə yazdığım
üç-beş şer olan köhnə dəftərdən başqa...
mən nə itirmişəm ki?
On bir yaşımda
beş almaq üçün
müəllimimin bağında
ağac dibi belləyərkən
itirdiyim zamandan başqa...
mən nə itirmişəm ki?
On səkkiz yaşımda
məndən pul istəyən
müəllimimə olan
saf düşüncələrimdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Sevdiyim qıza vurduğum
bir şilləyə qurban gedən
hisslərimdən başqa...
mən nə itirmişəm ki?
Yolun kənarında
boynu bükük, ağlayan
sızlayan
ac körpənin diləndiyini görəndə
vicdanımdan başqa...
mən nə itirmişəm ki?
II
Mən nə itirmişəm ki?
Qarabağda əsir gedən qızlarımın
gəlinlərimin namusuna
toxunulanda
namusumdan başqa...
mən nə itirmişəm ki?
Dili lal, qulaqları kar
bakirə qızlarımı
nazir müavininə satanda
şərəfimdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Ədalətsiz insanlara
haqsızlıqlara göz yuman
Allahıma olan inamımdan başqa...
mən nə itirmişəm ki?
Düz sözümü əyri yozan,
ayağımın altın qazan
vicdansız dostlarıma olan
etibarımdan başqa...
mən nə itirmişəm ki?
III
Mən nə itirmişəm ki?
İkisi də balamdı deyib
qızımla oğlum arasında
fərq qoyanda
ədalətimdən başqa...
mən nə itirmişəm ki?
Balam ac qalmasın deyə
insafsızın birinə ağız açanda
pul istəyəndə
tapdaladığım qürurumdan başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Saraylarda yaşayıb
adamlığın yerini bilmədən
məni adam yerinə qoymayan
bəynəsillilərin yanında
hörmətimdən başqa...
mən nə itirmişəm ki?
Lap elə uşaqlıqdan bəri
göz yaşlarıma əsir düşən
gülüşümdən başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Bəziləri mənə baxıb güləndə
bəziləri mənə "yazıq" deyəndə
dönüb olara demək istəyirəm ki,
axı ağlımdan başqa...
mən nə itirmişəm ki?
Mən nə itirmişəm ki?
Özüm öz gözümdə yoxa çıxıram
özüm öz içimdə itgin düşürəm
axı özümdən başqa...
mən nə itirmişəm ki?..
11.07.2014
YAĞIŞ DAMLASI
Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Bəlkə də, qaçırdi göydəkilərdən,
Xəbərdar deyildi yerdəki dərddən.
Hərdən məndə də olur belə şey
elə istəyirəm qaçım göylərə
Qurtulum yerdəki əzablarımdan
Gedim dərdlərimi açım göylərə.
Amma ki, bilmirəm göydəki ahlar
şirindi, yoxsa da, acıdı dadı.
Bəlkə də, göydəki bütün əzablar
yerdə bir yetimin ahı boydadı.
Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Nəhayət, o damla yerə yetişdi
gəlib təsadüfən sinəmə düşdü.
Sinəmdə dağları görəndə yazıq
daha olan olub, keçən keçmişdi.
Bir iki saat da dözə bilmədi
mənim dərdlərimə o havalandı.
Tələsdi göylərə geri dönməyə,
tələsdi, tələsdi, o buxarlandı.
Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Bəlkə də, qaçırdi göydəkilərdən,
Xəbərdar deyildi yerdəki dərddən.
Hərdən məndə də olur belə şey
elə istəyirəm qaçım göylərə
Qurtulum yerdəki əzablarımdan
Gedim dərdlərimi açım göylərə.
Amma ki, bilmirəm göydəki ahlar
şirindi, yoxsa da, acıdı dadı.
Bəlkə də, göydəki bütün əzablar
yerdə bir yetimin ahı boydadı.
Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Nəhayət, o damla yerə yetişdi
gəlib təsadüfən sinəmə düşdü.
Sinəmdə dağları görəndə yazıq
daha olan olub, keçən keçmişdi.
Bir iki saat da dözə bilmədi
mənim dərdlərimə o havalandı.
Tələsdi göylərə geri dönməyə,
tələsdi, tələsdi, o buxarlandı.
10.07.2014
BAĞIŞLA Kİ, ŞAİRƏM
Yat qızım, yat !
Ağlama...
Yanağında sürüşən
damla qədər dəyərli deyiləm,
bilirəm.
Axı mən şairəm.
Bilirəm ki, hiss edirsən şair olduğumu,
Ona görə ağlayırsan.
Eh... kim istəyər ki,
şair övladı olsun?
Dərdlərim pula getsəydi
kainatı satın alardım sənə.
Sözə dəyər verən olsaydı
mən də dəyərli adam olardım sənə.
Bağışla qızım, bağışla,
bağışla ki, şairəm.
Yat qızım, yat !
Ağlama...
Yanağında sürüşən
damla qədər dəyərli deyiləm,
bilirəm.
Axı mən şairəm.
Bilirəm ki, hiss edirsən şair olduğumu,
Ona görə ağlayırsan.
Eh... kim istəyər ki,
şair övladı olsun?
Dərdlərim pula getsəydi
kainatı satın alardım sənə.
Sözə dəyər verən olsaydı
mən də dəyərli adam olardım sənə.
Bağışla qızım, bağışla,
bağışla ki, şairəm.
MƏNİ GÖRSƏN MƏNƏ DE
Bağışla, ay xanım qız!
Təsadüfən məni görməmisən?
Dedim birdən səs olaram,
asılaram qulağına.
Ya da xırda toz olaram,
toxunaram ayağına.
Elə külək də ola bilərəm,
saçlarında sürüşərəm,
Gizlicə, xəbərsiz yerə düşərəm.
Dodaqlarına toxunmaq üçün,
söz də ola bilərəm.
Sənin arxanca sürünən,
iz də ola bilərəm.
Sən Allah, düzünü de!
Heç məni görməmisən?
Bağışla, ay xanım qız!
Təsadüfən məni görməmisən?
Dedim birdən səs olaram,
asılaram qulağına.
Ya da xırda toz olaram,
toxunaram ayağına.
Elə külək də ola bilərəm,
saçlarında sürüşərəm,
Gizlicə, xəbərsiz yerə düşərəm.
Dodaqlarına toxunmaq üçün,
söz də ola bilərəm.
Sənin arxanca sürünən,
iz də ola bilərəm.
Sən Allah, düzünü de!
Heç məni görməmisən?
GÖRÜŞ YERİMİZ
Bilirəm ki, bu yer sənə tanışdı,
Bu ağaclar sənə nələr danışdı?
Xəyal etdim, yenə fikrim qarışdı,
Buz bağlayıb bizim görüş yerimiz.
Qar geyinib seçdiyim otracağım,
Boş qalıbdır, isinməyir qucağım,
Bu yerləri gəzə bilmir ayağım,
Buz bağlayıb bizim görüş yerimiz.
Ağacların danışmağa sözü yox,
Səni məndən soruşmağa üzü yox,
Qar üstündə ayağının izi yox,
Buz bağlayıb bizim görüş yerimiz.
Yadındadır? Qara tutardım səni,
Deyərdin ki, üşütməyir əlini?
Bu qar, o qar deyil, üşüdür məni,
Buz bağlayıb bizim görüş yerimiz.
Bilirəm ki, bu yer sənə tanışdı,
Bu ağaclar sənə nələr danışdı?
Xəyal etdim, yenə fikrim qarışdı,
Buz bağlayıb bizim görüş yerimiz.
Qar geyinib seçdiyim otracağım,
Boş qalıbdır, isinməyir qucağım,
Bu yerləri gəzə bilmir ayağım,
Buz bağlayıb bizim görüş yerimiz.
Ağacların danışmağa sözü yox,
Səni məndən soruşmağa üzü yox,
Qar üstündə ayağının izi yox,
Buz bağlayıb bizim görüş yerimiz.
Yadındadır? Qara tutardım səni,
Deyərdin ki, üşütməyir əlini?
Bu qar, o qar deyil, üşüdür məni,
Buz bağlayıb bizim görüş yerimiz.
DÜŞ ÇİÇƏYİSƏN
Bəxtimi nə gözəl yazıbdı fələk,
Ömrümün dipçəyi daş çiçəyisən.
Toxunmaz telinə yağış, qar, külək,
Gülüm, yaz qoxulu qış çiçəyisən.
Sənsiz küləklərdən qopa bilməzdim,
Özümü bir aşiq yapa bilməzdim,
Səni bu dünyada tapa bilməzdim,
Göylərdən gəlmisən, düş çiçəyisən.
Nə yaxşı, çiçəklər bağına baxdım,
Su oldum, tək sənin bağına axdım,
Səni qönçə vaxtı sinəmə taxdım,
Sən Elşad Baratın döş çiçəyisən.
Bəxtimi nə gözəl yazıbdı fələk,
Ömrümün dipçəyi daş çiçəyisən.
Toxunmaz telinə yağış, qar, külək,
Gülüm, yaz qoxulu qış çiçəyisən.
Sənsiz küləklərdən qopa bilməzdim,
Özümü bir aşiq yapa bilməzdim,
Səni bu dünyada tapa bilməzdim,
Göylərdən gəlmisən, düş çiçəyisən.
Nə yaxşı, çiçəklər bağına baxdım,
Su oldum, tək sənin bağına axdım,
Səni qönçə vaxtı sinəmə taxdım,
Sən Elşad Baratın döş çiçəyisən.
AĞDAMA
Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.
Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.
Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.
Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.
Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.
ONA DEYİN
Yaranmışdan təbəssümdən uzağam,
Ona deyin, bir də mənə gülməsin.
Nə olsun ki, sevmək üçün uşağam,
Ona deyin, bir də mənə gülməsin.
Külək olub, yanağından öpərəm,
Çiçək olub sinəsində bitərəm,
Gülüşləri arasında itərəm,
Ona deyin, bir də mənə gülməsin.
O istəyir gülüşünə yığışım,
Qəm dağıyam, ora necə sığışım?
Gülüşünü oğurlayar baxışım,
Ona deyin, bir də mənə gülməsin.
Yaranmışdan təbəssümdən uzağam,
Ona deyin, bir də mənə gülməsin.
Nə olsun ki, sevmək üçün uşağam,
Ona deyin, bir də mənə gülməsin.
Külək olub, yanağından öpərəm,
Çiçək olub sinəsində bitərəm,
Gülüşləri arasında itərəm,
Ona deyin, bir də mənə gülməsin.
O istəyir gülüşünə yığışım,
Qəm dağıyam, ora necə sığışım?
Gülüşünü oğurlayar baxışım,
Ona deyin, bir də mənə gülməsin.
Комментариев нет:
Отправить комментарий