Ailənin ilk övladı olan Rüstəmin adını atası qoyub.
Bu ad tarixi bir qəhrəmanın adıdır. Elə adının mənası da igid, yenilməz deməkdir.
Rüstəm məktəbə gedənə qədər hərfləri tanıyır, amma yazıb-oxumağı bilmirdi. Hələ
4-5 yaşında böyük həcmli şeirləri əzbərdən deyərdi.
Rüstəm Ədalət oğlu Hüseynov 18 avqust 1988-ci ildə
Naxçıvan şəhərində anadan olub.1995-ci ildə Naxçıvan şəhərindəki Azər Tağıyev
adına 17 saylı orta məktəbin I sinifinə gedib və 2006-cı ildə həmin məktəbi bitirərək
yüksək balla Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsinə qəbul
olub. Rüstəm hələ orta məktəbdə dərslərini əla oxumuş, sinif nümayəndəsi
olmuşdur. Müxtəlif viktorinalarda iştrak etmiş, idman və fənn yarışmalarında I
yerlərə layiq görülmüşdür. Sevimli fənnləri isə riyaziyyat və coğrafiya idi.
2010-cu ildə bakalavr təhsilini başa vuran Rüstəm
Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisası üzrə magistratura
pilləsinə daxil olmuşdur.
Elə həmin il hərbi xidmətə gedib. Xidmətdə olduğu
müddətdə bütün döyüş qaydalarını, bir çox silahlardan istifadə etməyi öyrənib.
2011-ci ildə nümunəvi xidmətinə görə təşəkkürnamə ilə xidməti başa vurur. Və
magistr təhsilinə davam edir, son kursdadır. Hazırda UNİBANK-da kredit mütəxəssisi
işləyir. İşindən əlavə idmanla da (futbol) məşğul olur.
Rüstəm ali məktəbdə oxuduğu dövrlərdə də bir çox
uğurlara imza atıb. İctimai işlərdə fəallığı və uğurlarına görə bir neçə dəfə
mükafatlandırılıbdır. 2009-cu ildə Rüstəm universitet tərəfindən Mədəniyyətlərarası
Mübadilə Proqramı çərçivəsində iyun ayından oktyabr ayınadək Amerika Birləşmiş
Ştatlarına göndərilmişdir. Vaşinqton, Nyork, Virciniya, Çikaqo şəhərlərində
olmuşdur.
Rüstəm: “ - İxtisasımı seçməkdə məqsədim Azərbaycanın
dinamik inkişafıdır. Həyatımda heç kimə oxşamaq istəməmişəm. Arzum gələcəkdə iqtisadi
inkişaf naziri olmaqdır.”
Комментариев нет:
Отправить комментарий