Əliyev Ədalət Ceyhun oğlu 10 yanvar 2007-ci ildə Bakı
şəhərində anadan olub. O, ilk övlad olduğu üçün hamı onu çox istəyib. Ağıllı
uşaq olub. Uşaqlıqda ən sevdiyi məşğuliyyət avtomobil oyuncaqla oynamaq,
oxuyub-yazmağı bacarmasa belə kitaba, jurnala maraq göstərmək olub. 5 yaşındaykən
yazı yazmağa böyük həvəs göstərən Ədalətə valideynləri də köməklik göstəriblər.
Hazırda Ədalət Binəqədi rayonundakı H. Hüseynov adına
83 saylı məktəb-liseyin II sinfində təhsil alır. Dərslərini çox yaxşı oxuyur, ən
sevdiyi fənn riyaziyyatdır. Əlifba bayramı və Yeni il şənliyində də aparıcı
kimi çıxış edib. Açıq dərslərdə qrup lideri olub.
Ədalət ilk dəfə məktəbə qədəm qoyduğu günü hər zaman
xatırlayır, böyük həvəslə həmin gündən danışır.
Dərslərini yaxşı oxuyub gələcəkdə Polis Akademiyasına qəbul
olmaq istəyir. Bütün cinayətkarları həbs etmək və vətənini firəvan görmək
arzusundadı. Ali təhsini xarici ölkədə almaq istəyir.
Asudə vaxtlarında idman edir və riyaziyyatla məşğul
olur. Ölkəsi üçün böyük işlər görüb yaddaşlarda qalmaq istəyir.
Ona elm öyrətdiyi üçün müəllimi Zenfira xanımı çox
sevir . Bu cür ağıllı, savadlı böyüməsində müəllimi ilə yanaşı valideylərinin də
əməyi danılmazdı. Onlar Ədalət üçün əllərindən gələni etməyə çalışırlar.
Uğurlar gələcəyin polisinə!
Комментариев нет:
Отправить комментарий