Ağazadə Vüsalə Mürvət qızı 18 avqust 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. I sinfə Bakı şəhərində Nərimanov rayonundakı
193 saylı orta məktəbinə qədəm qoymuş, V sinifdən başlayaraq 291 saylı tam orta
məktəbdə təhsilini davam etdirmişdir. Hazırda həmin məktəbin X sinfində təhsil
alır.
Vüsalə körpəlikdən çox ağıllı bir uşaq olub. Məktəbə qədər
uşaq bağçasındakı müəllimlərinin və valideynlərinin köməyi ilə artıq
yazıb-oxumağı bacarırdı.
Valideynlərinin dediyinə görə bağçaya gedən dövrdə özü
üçün bir jurnal hazırlayıb, yoldaşlarının adını həmin jurnala qeyd etmişdi. Hər
gün xəyalında yaşıdlarından dərsi soruşur və onlara öz jurnalında qiymət
yazırdı. Bu jurnal əhvalatı xeyli müddət davam etdi.
Vüsalə 291 saylı məktəbin fəal və vətənpərvər şagirdlərindən
biridir. Məktəbin "20 Yanvar" tədbirlərində fəal iştirak edir. Məqsədi
"Qanlı yanvar" hadisəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid
olmuş insanların qəhrəmanlığını dünyaya yaymaq və gənclərdə vətənə olan bağlılığını
aşılamaqdır.
2011-ci ildə Təhsil Nazirliyinin nümayəndələrinin
iştirakı ilə biologiyadan keçirilmiş "Açıq dərs"də fərqləndiyinə görə
fəxri fərmanla təltif olunmuşdur.
Uşaqlıqda müəllim olmaq istəyən Vüsalə hazırda iqtisadçı
olmaq arzusundadır. Onun fikrincə - "Güclü iqtisadiyyatı olan ölkə
basılmaz".
Asudə vaxtlarında müasir texnologiyalar vasitəsilə
dostları ilə əlaqə yaradır.
Vüsalə bədii istedadım olsaydı rəssamlığı seçərdim
deyir. O, öz fırçası ilə sülhü tərənnüm edəcəyini
bildirir.
Əldə etdiyi bütün uğurlarına görə valideynlərinə və müəllimlərinə
borclu olduğunu söyləyir.
Arzuları, istəkləri böyük olan Vüsaləyə biz də uğurlar
diləyirik. İnanırıq ki, o, Azərbaycanın iqtisadi və mədəni həyatında uğurlu bir
mövqe tutan vətəndaş olacaq.
Комментариев нет:
Отправить комментарий