Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
14 мая 2012 г.
13 мая 2012 г.
12 мая 2012 г.
11 мая 2012 г.
10 мая 2012 г.
Hüseynli Minarə Asəf qızı
Çağırış
Dünya bizim evimiz,
Yuvamız,vətənimiz
O isti qucağında
Xoşbəxt yaşayırıq
biz.
Təmiz ətraf mühitdə,
Yaşamaq hüququmuz.
Bu hüququ özümüz
Tapdamayaq, pozmayaq.
Həyəcan təbilini
Çalaraq çağırıram
Uşaqları-dünyanı
Sevməyə, qorumağa.
Ağacları qırmasaq,
Çiçəkləri əzməsək,
Çirklənmiş suları
biz
Dənizlərə tökməsək,
Təbiət bizdən küsməz,
Fəlakətlər baş verməz.
Düşməz birdə adları
Qırmızı kitablara
Qorusaq heyvanları,
Quşları, canlıları.
Allah elə yaradıb
Bu ana təbiəti,
Xırda qarışqanın da,
İri, böyük filin də
Faydası xeyri olur
Bu ana təbiətə.
Qoynunda axan çaylar
Damarında qanıdır,
Dənizlər, okeanlar
Onun şah damarıdır.
Əgər çirkləndirməsək
Suları, havanı biz,
Onda təbiət küsməz ,
Dünya bizdən inciməz.
Daşqınlar, zəlzələlər,
Sunamilər baş verməz.
Ay uşaqlar, gəlin
biz
Hər yerdə hər tərəfdə
Ağaclar, güllər əkək,
Böyüklərin günahın
Biz yuyaq-təmizləyək.
Onda dünya güləcək,
Təbiət sevinəcək,
Nura boyanıb bizi
Əzizləyib öpəcək-
Günəş şüalarıyla,
Saf , təmiz
sularıyla
8 мая 2012 г.
Əfəndiyev Elyar Rasim oğlu
“Elyar” yəni “elin sevimlisi”, “elin yarı”, “elin istəklisi” deməkdir. Elyar körpəlikdə sakit təbiətli bir uşaq olub. Cizgi filmlərini, heyvanlar haqqında kinofilmləri çox xoşlayırdı. Oyuncaq maşınları, konstruktor evi söküb-yığmağı sevirdi. Məktəbə gedənə qədər saymağı yazmağı, oxumağı müəyyən qədər mənimsəmişdi. Evdə valideynləri, sonra isə uşaq bağçasında müəllimləri öyrədirdi. Elyar o vaxtlar Müdafiə Nazirliyinin nəzdində olan uşaq bağçasına gedirdi. Orada uşaqlarla şəkil çəkməyi öyrədir, mahnı oxuyur, tamaşalar hazırlanır, uşaqlar ifa etdikləri rollara görə hədiyyələr qazanırdılar. İbtidai sinif müəllimi Gülayə xanımda çox savadlı, sənətini sevən bir müəllim idi. Onun Elyarın mükəmməl bir şagird olmasında böyük rolub olub.
Elyar Rasim oğlu Əfəndiyev 1996-cı il fevralın 23-də Bakı şəhərində anadan olmuşdur. I sinfə Yasamal rayon 18 saylı məktəbə getmişdir. Yaşayış yerlərini dəyişdikləri üçün III sinfi Xətai rayonunda davam etmişdir. H. Əliyev adına liseyə imtahan yolu ilə yüksək balla qəbul olunmuşdur. Təhsildən əlavə məşğuliyyətləri - şahmat oynamaq və üzgüçülüklə, bilgisayarla məşğul olmaqdır. Dərslərini normal oxuyur. Qiymətləri “4” və “5”dir. Ən sevimli fənləri texniki fənlərdir. Xüsusilə riyaziyyatı, fizikanı, kimyanı çox sevir. İngilis dilini də mükəmməl öyrənməyə çalışır.
Elyar: “ - “Şahin” hərbi vətənpərvərlik oyunu üzrə birincilik yarışlarında fəal iştirak etmişəm. 2 dəfə diploma layiq görülmüşəm. 2011-ci ilin aprel ayında Xətai rayon birinciliyi üzrə hərbi idman oyunları yarışı keçirilirdi. Çox gərgin yarış idi. Orada mən II yerə layiq görüldüm. Bu mənim ən uğurlu günlərimdən biri idi.
Gələcəkdə neftçi olmaq istəyirəm. Babam Hidayət Qasımov uzun illər neft sahəsində çalışıb, medallarla təltif olunub. Babam haqqında “Azərbaycan dünyası” jurnalında gedən məqaləni oxuduqdan sonra neftçi-mühəndis olmağı qərara aldım.
Asudə vaxtlarımda tarixi şəxsiyyətlər haqqında kitablar oxumağı, filmlərə baxmağı xoşlayıram. Xoşbəxtliyi həyatda özünə layiqli yer tutmaqda görürəm.
VIII sinifdə yazdığım “Ana heykəli” şeirini igid sərhədçi, Ussuri çayı sahilində həlak olmuş anamın dayısı Tofiq Abbasova ithaf etmişəm.
Ana heykəli
Dəniz
qırağında durub bir ana,
Xəyala
dalıbdır gərdin sükutla.
Axtarır
oğlunu ləpələrdə o,
Sahilə
can atan büllur sularda.
Oğlunun
həsrətilə vurur elə bil,
Ağ
saçlı ananın təmiz ürəyi,
İstəsə
də bir xəbər o kövrək ürək,
Oğlundan
xəbər bilən yoxdur elə bil.
Ürəyi
kövrəlir, dolur ananın,
Gözlərində
görünür yaş qətrələri.
Ağlama,
anacan, ağlama daya,
Axı
sən mərd anası şəhid anasısan.
Heykələ
dönübdür bax həmin ana,
Milyon
anaların heykəlidir bu,
Tər
çiçək dəstələri qoyur köksünə,
Öpürəm
anamın gül əllərindən.
Dəniz
qırağında Ana heykəli,
Ananın
gözləri hələ yoldadır.
Fikri
dağınıqdır, saçları dalğın,
O
dolmuş gözləri yenə yoldadır
7 мая 2012 г.
PARLAQ GÜNƏŞ (Hüseynova Günal Malik qızı)
Günal Malik qızı Hüseynova 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Adını babası - filologiya elmlər namizədi, Xəlil Hüseynov qoymuşdur. Günal - al, parlaq günəş deməkdir.
Uşaqlıqdan sözəbaxan, məsuliyyətli uşaq olub. Hələ məktəbə getməzdən əvvəl yazıb-oxumağa böyük maraq göstərmişdir. Məktəbəqədər dövrü Zirə kəndində nənə-babasının yanında keçmişdir. Uşaq vaxtı hərfləri tanıdığından qonşudakı qadınlara yazmağı öyrədirdi.
İbtidai sinifdə çox yaxşı oxuyurdu. Riyaziyyata marağı böyük idi. Heç kimin köməyinə ehtiyac duymurdu. Məsələləri asanlıqla həll edir, hətta yaşıdlarına da başa salırdı.
Günal 1996-cı ildə Bakı şəhər Nizami rayonundakı Y. Kovalyov adına 229 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. IV sinifdə imtahan verərək məktəb tərəfindən yaradılan Va əlaçılar sinfinə keçmişdir. 2007-ci ildə həmin məktəbi bitirərək ADNA-nın neft-mexanika fakültəsinin materialşünaslıq və materialların texnologiyası ixtisasına daxil olub. II kursa kimi zərbətçi, sonra isə əlaçı olaraq təhsilini davam etdirib.
Orta məktəbdə dərslərimi əla yaxşı oxumuşam. Riyaziyyat, Azərbaycan dili, ingilis dilinə marağı çox olub. Orta məktəbdə aktiv şagird olub və bir çox tədbirlərdə iştirak edib. Ən böyük arzusu ali məktəbə daxil olmaq idi.
Tələbəlik illərində bir çox elmi-konfranslarda iştirak edib. Bir çox tədbirlərə fakültə dekanı tərəfindən seçilərək göndərilib. 2011-ci ildə ADNA-nı əla qiymətlərlə bitirib. Elə həmin il təhsilimi davam etdirmək məqsədilə sənədlərimi magistrtatura pilləsinə verib. Və bu imtahandan da uğurla keçib. Magistr təhsilini dövlət əsasında ATU-da əlvan metallar ixtisası üzrə davam edirəm.
Günal: “ - Mənə görə həyatımda ən maraqlı, uğurlu hesab etdiyim gün elə ali məktəbə daxil olduğumu bildiyim gündür. Sevdiyim ixtisasa yiyələnməkdə ilk növbədə valideynlərimə borcluyam. Onların mənə göstərdiyi qayğı nəticəsində bugünkü günə gəlib çıxmışam.
Həmişə ali məktəbə qəbul olacağıma inanmışam, çünki çox çalışmışam. Ali məktəbə qəbul olmaq xəbərini eşidəndə sevincimdən ağlayırdım. Sevincli xəbəri anama çatdırmaq üçün pilləkənlə necə yuxarı qalxdığım yadıma gəlmir. Anamın mənə verdiyi məsləhətlər sayəsində mən həyatda layiqli yerimi tutmaq üçün səylə çalışıram. Necə deyirlər: “Hər uğurlu bir qızın arxasında bir uğurlu ana durur”.
Ali məktəbi bitirdikdən sonra hər kəs işləmək arzusu ilə yaşayır. Mən də ARDNŞ-də işləməyi həmişə arzu etmişəm. Ümid edirəm ki, bu arzu kimi ürəyimdə qalmayacaq.
Xoşbəxtliyi sağlamlıqda gözəl ailə, mehriban əhatə, layiqli karyerada görürəm. İnsan kiməsə lazım olduğunu biləndə daha xoşbəxt olur. Azərbaycanın bu günü və gələcəyi üçün lazımi vətəndaş olmaq istəyirəm. İnanıram ki bundan sonra daha böyük uğurlarım olacaq.
Asudə vaxtlarımda musiqi dinləməyi və rəfiqələrimlə ünsiyyət qurmağı xoşlayıram. İnsanın ətrafında ona gerçək dəyər verən, pis və yaxşı günlərində yanında olan bir insanın olması onun uğur qazanmasına səbəb ola bilər. İnsanın əhatəsindən çox şey asılıdır. Çalışaq ki, həmişə yaxşı xeyirxah və dürüst insanların əhatəsində olaq.”
huseynova.g@list.ru
Подписаться на:
Сообщения (Atom)














































