elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 мая 2014 г.

Toğrul Oqtay oğlu İmanov

Toğrul Oqtay oğlu İmanov 20 yanvar 1992-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1998-2002-ci illərdə Yasamal rayonundakı 225 saylı orta məktəbdə, 2002-2009-cu illərdə Bakı Oksford məktəbində təhil almışdır.
2009-cu ildə Qərb Universitetinə qəbul olmuş, 2013-cü ildə universitetin siyasi elmlər ixtisası (Avropa ölkələri və Amerika siyasəti) üzrə regionşünaslıq fakültəsinin ingilis bölməsini bitirmişdir.
2013-cü ildən Çexiya Respublikasının Praqa şəhərində Karlov Universitetinin magistratura pilləsində Siyasət və İqtisadiyyat fakültəsində təhsil alır.
Adını rəhmətlik babası Mircəfər Seyidov qoymuşdur, ona görə ki, gələcəkdə cəsur, mərd sərkərdə Ərtoğrul kimi olsun.
Məktəbə qədər idmanla məşğul olmağı çox sevirdi, ələlxüsus futbolla. O dövrdə təzə yayılmış virtual uşaq oyunlarını xoşlayırdı və oyuncaq maşınlarını toplamağı çox sevirdi. Məktəbə qədər yalnız uşaq şerlərini əzbələyir, dünya nağıllarını xoşlayırdı və ingilis dilində danışmağı Oksford Məktəbində təhsil alan böyük qardaşından öyrənib.
Toğrul ibtidai sinfi bitirəndə Yasamal rayon Təhsil Şöbəsinin tərəfindən “İlin ən yaxşı şagirdi” nominasiyasının qalibi olub. Bakı Oksford məktəbində təhsilini ingilis və fransız dillərində davam etdirib. Orta təhsil illərində idman, şahmat, coğrafiya, tarix, biologiyadan məktəb üzrə yarışlarda sertifikat alıb. 
Toğrulun ixtisasınaa marağı hələ orta məktəbdə başlamışdır, çünki məktəbdə ingilis və fransız dillərində təhsil aldığından müəllimləri İngiltərə, Amerika və Fransa vətəndaşları olub. 
Toğrul orta məktəbdə müəllimlərimə diqqətlə qulaq asır və daim müvəffəq qiymətlər alırdı. Məktəbdə tarixə, coğrafiyaya, dillərə daha çox maraq göstərirdi.
Liderlik qabiliyyəti ilə seçilirdi. Futbol komandasının kapitanı olub.
Toğrul: “ - Həyatımda ən maraqlı hadisə Qərb Universitetinə qəbul olmağımdır. Seçdiyim ixtisasa yiyələnməkdə, qəbul imtahanlarında göstərdiyim nəticələrə və ümumiyyətlə, indiyə qədər nail olduğum hər bir şeyə özümü anama borclu hesab edirəm.
Azərbaycanın məşhur siyasətçi və diplomatlarının yolunu davam etdirməyi hədəfləyirəm. Magistraturanı bitirəndən sonra Xarici İşlər Nazirliyində işləmək arzusundayam. Asudə vaxtımda idmanla, ələlxüsus futbolla məşğul oluram.”

6 мая 2014 г.

Məcidli Məcid Rəsul oğlu




Məcid Rəsul oğlu Məcidli 2001-ci il noyabrın 30-da Bakı şəhərində dünyaya gəlib. Qaradağ rayon AzNS qəsəbəsindəki 197 saylı məktəbin VII sinif şagiridir. Məcid uşaqlıqdan idmana maraq göstərib. İdmançı­la­rın sərt hərəkətlərini təkrarlayır, hərbi paltar geyinməyi xoşlayırdı. İdman verilişlərini böyük maraqla izləyirdi. 
Məcid məktəbə gedənə qədər yazıb-oxumağı ba­carırdı. Böyük bacısı dərslə məşğul olduqca Məcid də yazıb-oxumağı artıq öy­rən­mişdi. İdmana olan marağı Məcidi 8 yaşında kontakt karate növü ilə məşğul olmağa apardı. Dərslərini də yaxşı oxuyumağa çalışır. Məktəbdə keçirilən tədbir­lərdə ən çox zabit rolunda iştirak edir. Mədəniyyət Evində keçirilən bayram şən­liklərində qaydasız döyüş növlərinə aid döyüş səhnələri göstərir. 
Məcid ilk dəfə 30 yanvar 2011-cu ildə məşqlərə başladığından cəmi 15 gün sonra yarışda qalib olub. 5 may 2013-cü ildə H. Əli­yevin 90 illiyinə həsr olunmuş Bakı birinciliyində və 22 fevral 2014-cü ildə respublika çempionatında I yerə çıxıb. Məcid müx­təlif yarışlarda 15 dəfə I, 7 dəfə II, 3 dəfə III yeri tutub. 
Məcid: “ - Uğur qazandığıma görə ailəmə və məşqçim Ehtiram Rzayevə özümü borclu bilirəm. Məşqçim kimi Avropa və dünya çempio­nu olmaq istərdim. Azərbaycan bayrağını və himnini dünyanın müxtəlif ölkələrində dalğalandırmaq və səsləndirmək mənim üçün xoşbəxtlikdir. Gələcəkdə hərbiçi olmaq, Azərbaycanın tam azadlığı uğrunda mübarizə aparmaq və müstəqilliyini qorumaq istərdim. Asudə vaxtımda futbola baxmağı və futbol oynamağı xoşlayıram. Arzum dərslərimi yaxşı oxumaq və C. Naxçıvanski adına liseyə daxil olmaqdır.”

1 мая 2014 г.

Seyfullayeva Selcan Elman qızı












Selcan Elman qızı Seyfullayeva 30 iyul 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindək E. Əliyev adına 297 saylı orta məktəbin VIII sinif şagirdidir.
Selcanın adını ixtisasca ədəbiyyatçı olan anası “Dədə Qorqud” əsərindən götürmüşdür. Balaca vaxtı Selcan çox mehriban, hər şeylə maraqlanan, özünü sevdirən bir qız olub. Hamıdan çox babası Tahiri, nənəsi Mahirəni istəyirdi. Selcanın böyüməsində nənə-babasının böyük rolu olmuşdur. Hələ 3 yaşında Nizaminin “Xəmsə”dəki əsərlərin adını bilirdi. 
5 yaşında rəsm çəkməyə başlaması valideynlərini çox sevindirdi. Onlar məmnuniyyətlə Selcana lazım olan kağız və rəngli qələmlər aldılar. Artıq bu balaca qız vaxtının çox hissəsini rəsmlər çəkməklə keçirirdi. 
Selcan məktəbə gedənə  qədər yazıb-oxumağı bacarırdı. Yazıb-oxumağı ona müəllim işləyən anası öyrətmişdi. Selcan I sinfə gedəndə artıq sərbəst kitab oxuyurdu, kiçik həcmli imla  yazırdı. 
Selcan: Dərslərimi yaxşı oxuyuram. VIII sinfə qədər dərs əlaçısı olmuşam. VIII sinfin I rübündə 3 fəndən “4” qiymət almışam. Çalışıram ki, II rübdə yenə əlaçı olum. Ən çox sevdiyim fənn dil və ədəbiyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. Çox vaxt tədbirlərin aparıcısı oluram, şeir söyləyirəm. Həyatımda ən uğurlu gün 2012-ci ildə ilk dəfə Binəqədi rayonunda diplom aldığım gün olub. 
Əldə etdiyim uğur və nailiyyətlərə görə Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi Aydan xanıma, oxuduğum 297 saylı məktəbin rəsm müəllimi Arzu Əsgərovaya, anama və babama minnətdarlığımı bildirirəm. 
Gələcəkdə Azərbaycanda tanınmış rəssam olmaq istəyirəm. 5 yaşından bu sənəti sevmişəm. Çünki mən rəssam ailəsində böyümüşəm. Asudə vaxtlarımda rəqslə, idmanla məşğul oluram, bədii kitablar oxumağı xoşlayıram. 
Rəsmlərimdə vətənpər­vərlik mövzusuna daha çox üstünlük verirəm. Azər­bay­canın inkişafını çox sevirəm və çəkdiyim şəkillərdə bu yeniliyi təsvir edirəm. 
Rəssamlıqla məşğul olmaqla bərabər ədəbiyyatı da çox sevirəm. Gələcəkdə BDU-nun filologiya fakül­təsində oxumaq arzusun­dayam. Qarşıya qoyduğum məqsəd odur ki, hər hansı bir jurnalın baş redaktoru işləyim. 
Tarixin yaddaşında qalmaq üçün gözəl rəsm əsərləri yaratmalıyam. 2012-ci il Bayraq meydanında ATV kanalının jurnalistinə müsahibə vermişəm. Oktyabrın 9-da televizorda mənim müsahibəmi göstərmişdilər. 2012-ci ildə Uşaq Qalereyasında Həmrəylik Gününə həsr olunmuş sərgidə I yeri tutduğum üçün məndən ATV, İctimai telekanallarından müsahibə götürüldü və televizorda göstərildi. “Azərbaycan Bələdiyyəsi” qəzetinin II sayında, 27 fevral 2013-cü ildə mənim haqqımda “Onun yaradıcılığında vətən mövzusu üstünlük təşkil edir” adlı məqalə çap olunmuşdur. “Binəqədi” qəzetinin 10-cu sayında 26 aprel 2013-cü ildə mənə həsr olunan “Zərif barmaqların sehri” adlı məqalə yazılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən çap olunan “Uşaqlar və müharibə” kitabında Xoclıya həsr etdiyim şəkil verilib.