elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 мая 2014 г.

Seyfullayeva Selcan Elman qızı












Selcan Elman qızı Seyfullayeva 30 iyul 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindək E. Əliyev adına 297 saylı orta məktəbin VIII sinif şagirdidir.
Selcanın adını ixtisasca ədəbiyyatçı olan anası “Dədə Qorqud” əsərindən götürmüşdür. Balaca vaxtı Selcan çox mehriban, hər şeylə maraqlanan, özünü sevdirən bir qız olub. Hamıdan çox babası Tahiri, nənəsi Mahirəni istəyirdi. Selcanın böyüməsində nənə-babasının böyük rolu olmuşdur. Hələ 3 yaşında Nizaminin “Xəmsə”dəki əsərlərin adını bilirdi. 
5 yaşında rəsm çəkməyə başlaması valideynlərini çox sevindirdi. Onlar məmnuniyyətlə Selcana lazım olan kağız və rəngli qələmlər aldılar. Artıq bu balaca qız vaxtının çox hissəsini rəsmlər çəkməklə keçirirdi. 
Selcan məktəbə gedənə  qədər yazıb-oxumağı bacarırdı. Yazıb-oxumağı ona müəllim işləyən anası öyrətmişdi. Selcan I sinfə gedəndə artıq sərbəst kitab oxuyurdu, kiçik həcmli imla  yazırdı. 
Selcan: Dərslərimi yaxşı oxuyuram. VIII sinfə qədər dərs əlaçısı olmuşam. VIII sinfin I rübündə 3 fəndən “4” qiymət almışam. Çalışıram ki, II rübdə yenə əlaçı olum. Ən çox sevdiyim fənn dil və ədəbiyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. Çox vaxt tədbirlərin aparıcısı oluram, şeir söyləyirəm. Həyatımda ən uğurlu gün 2012-ci ildə ilk dəfə Binəqədi rayonunda diplom aldığım gün olub. 
Əldə etdiyim uğur və nailiyyətlərə görə Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi Aydan xanıma, oxuduğum 297 saylı məktəbin rəsm müəllimi Arzu Əsgərovaya, anama və babama minnətdarlığımı bildirirəm. 
Gələcəkdə Azərbaycanda tanınmış rəssam olmaq istəyirəm. 5 yaşından bu sənəti sevmişəm. Çünki mən rəssam ailəsində böyümüşəm. Asudə vaxtlarımda rəqslə, idmanla məşğul oluram, bədii kitablar oxumağı xoşlayıram. 
Rəsmlərimdə vətənpər­vərlik mövzusuna daha çox üstünlük verirəm. Azər­bay­canın inkişafını çox sevirəm və çəkdiyim şəkillərdə bu yeniliyi təsvir edirəm. 
Rəssamlıqla məşğul olmaqla bərabər ədəbiyyatı da çox sevirəm. Gələcəkdə BDU-nun filologiya fakül­təsində oxumaq arzusun­dayam. Qarşıya qoyduğum məqsəd odur ki, hər hansı bir jurnalın baş redaktoru işləyim. 
Tarixin yaddaşında qalmaq üçün gözəl rəsm əsərləri yaratmalıyam. 2012-ci il Bayraq meydanında ATV kanalının jurnalistinə müsahibə vermişəm. Oktyabrın 9-da televizorda mənim müsahibəmi göstərmişdilər. 2012-ci ildə Uşaq Qalereyasında Həmrəylik Gününə həsr olunmuş sərgidə I yeri tutduğum üçün məndən ATV, İctimai telekanallarından müsahibə götürüldü və televizorda göstərildi. “Azərbaycan Bələdiyyəsi” qəzetinin II sayında, 27 fevral 2013-cü ildə mənim haqqımda “Onun yaradıcılığında vətən mövzusu üstünlük təşkil edir” adlı məqalə çap olunmuşdur. “Binəqədi” qəzetinin 10-cu sayında 26 aprel 2013-cü ildə mənə həsr olunan “Zərif barmaqların sehri” adlı məqalə yazılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən çap olunan “Uşaqlar və müharibə” kitabında Xoclıya həsr etdiyim şəkil verilib.

Комментариев нет:

Отправить комментарий