elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 декабря 2014 г.

İsmayılova Aysel Fərhad qızı

İsmayılova Aysel Fərhad qızı 25 fevral 2004-cü ildə Bakı şəhəri Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Hələ məktəbə getməmişdən öncə hərfləri tanıyır, amma yazmağa bir o qədər maraq göstərmirdi. 7 yaşından Ayselin rənglərə marağı yaranmağa başlamışdı. Hər şeyə rəssam gözü ilə baxmağa başlamışdı, gördüyü maraqlı şəkillərə baxıb onları çəkməyə başlamışdı.
İlk təhsilini Şüvəlan qəsəbəsində yerləşən İlqar Muradov adını daşıyan 237 saylı məktəbdə almağa başlayır. Rəsm və riyyaziyyata daha çox maraq göstərirdi. Ayselin istedadı istər məktəb,istərsə də məktəbdənkanar tədbirlərdə özünü göstərirdi.
2012-ci ilin mart ayının 1-də ”Sirlər dünyası” adlı fərdi sərgisi təşkil olundu. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən fərdi sərgisinin təşkilinə görə fəxri fərmanla təltif edilib. “Mədəniyyət” qəzetində sərginin təşkili, müəllifi işıqlandırılıb. 2012-ci ildə martında dərnək üzvləri arasında keçirilən əl işlərindən ibarət sərgidə II yeri tutduğuna görə Əhməd Baxşıyev adına 38 saylı Texniki Yaradıcılıq Mərkəzi tərəfindən diplomla təltif edilmişdir. 2013-cü il martın 5-də sərgilərdə, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakına görə Yaradıcılıq Mərkəzi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2013-cü il dekabr ayının 21-də Yaponiya beynəlxalq müsabiqəsində, respublika baxış müsabiqəsində fəal iştirakına görə və dəfələrlə rəsmləri Yaradıcılıq Mərkəzində sərgiləndiyinə görə Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Aysel dərslərini yaxşı oxuyur, çünki atacağı addımlarda təhsil onun üçün önəmli yol göstəricisinə çevriləcək. Asudə vaxtlarında rəsm çəkməklə yanaşı, həmçinin muncuqla maraqlı əl işləri hazırlamağı sevir.
Bu günə qədər əldə etdiyi uğurlarda istər valideynləri, istərsə də müəllimi Rəfiqə xanımın rolu danılmazdır.
Aysel orta məktəbi uğurla bitirib öz seçdiyi sahə üzrə ali təhsil almaq arzusundadır. Arzudan arzu yaranır, incəsənətdə, rəssamlıqda bütün zirvələrə, pillələrə addım-addım qalxmağı, ucalmağı qaşısına məqsəd qoyan musahibimiz bu yolda inamla addımlayır.

Biz də arzu edirik ki, Aysel öz uğurlar silsiləsini beləcə davam etdirsin!

Səfərli Şükufə Şahin qızı

Səfərli Şükufə Şahin qızı 1999-cu il 20 aprel tarixində Bakıda anadan olmuşdur.Adını babası qoydu,nənəsinin adıyla adlandırılan balaca Şükufə. Sevimli məşğuliyyəti gəlinciklərlə oynamaq idi,onlara paltar tikir, saçlarını darayır,qayğı göstərirdi. Bu onun mehribanlığından irəli gəlirdi. Ən çox mehrini babasına salmışdı,hətta balaca Şükufəyə şahmat oynamağı da babası Sabir Səfərov öyrətmişdi. 2005-ci ildə Nərimanov rayonunda yerləşən 82 saylı məktəbin I sinfinə daxil oldu.
10 yaşından futbola marağı yaranmağa başladı. Futbol onun həyatının ayrılmaz bir hissəsinə çevrilmayə başladı. İspaniyanın Real-Madrid kulubunun azarkeşidir. Hətta parça üzərinə işlədiyi əl işlərində də müxtəlif futbol komandalarının loqolarının təsvirini həkk etdirir.
Şükufə dərslərini yaxşı oxuyur. Məktəbdə müxtəlif tədbirlərdə onun yeri əvəzedilməzdir. Kompüterdə müxtəlif təqdimatların hazırlanması onun sevimli işidir. M.Ə.Rəsulzadənin, Zərifə Əliyevanın yubileylərinə hazırlanmış tədbirlərdə bu vəzifəni ona həvalə etmişdilər. Şükufə də öz səyi sayəsində bu öhdəliyi məsuliyyətlə yerinə yetirib bir daha ona olan ümidləri doğrultdu. Hazırda o, X sinifdə təhsil alır.
Boş vaxtlarında müxtəlif təsvirləri muncuqlarla,sapla parça üzərində işləməyi sevir. Əsas məqsədi ali məktəbə daxil olmaqdır. Doğrudur,onun peşə seçimi elə də asan olmamışdı. Əvvəllər həkim olmağa can atırdı, lakin sonradan humanitar fənnlərə olan meyli onun fikrini dəyişdirdi. Tarixçi və ya tərcüməçi olmaq arzusundadır. Ailəsi, yaxınları onun hüquqşunas olmasını istəyir, amma bu qərarı o, özü verəcək.

Gələcək planlarında İspaniyaya səfər də mühüm yer tutur. Ancaq Real-Madridə olan sevgisi üçün. Biz də Şükufəyə uğurlar arzu edirik,açdığı bütün qapıların uğura açılması diləyi ilə!

12 декабря 2014 г.

Günay Vasif qızı Abbaszadə


Bu qəhrəmanımızın adı Günaydır. Günay körpəlikdə sakit uşaq olub. Bütün qız uşaqları kimi xoşladığı məşğuliyyəti gəlinciklərlə oynamaq idi. Eyni zamanda rəsm çəkməyi də çox sevirdi. Məktəbə gedənə qədər hərfləri şifahi bilirdi. Yazı yazmağı da nənəsinin sayəsində öyrənmişdi.
Günay Vasif qızı Abbaszadə 2002-ci il aprelin 1-də Bakı şəhərində anadan olub.
2008-ci ildə Abşeron rayonundakı Hüseyn Axundov adına Saray 3 saylı tam orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbdə oxuyur. Əlaçıdır. Ən çox sevdiyi fənn ana dili, riyaziyyat, ingilis dilidir. Novruz bayramında, Yeni il şənliyində, “Əlifba” bayramında fəal iştirak edir. Həyatında ən maraqlı, uğurlu gün məktəbə getdiyi gündür.
Müəllimləri də Günay barədə ağızdolusu müsbət fikirlər söylədilər. Onun həm təlimdə, həm də tərbiyədə seçilən şagirdlərdən olduğunu xüsusi vurğuladılar. Məhz bu keyfiyyətlərinə görə Günay məktəbdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının rəğbətini qazana bilib. Günay məsuliyyətli şagird, etibarlı dost, hər çətinlikdə yoldaşlarının köməyinə çatmağa çalışan humanist bir qızdır. Günay eyni zamanda Sumqayt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində rəsm dərnəyinin üzvüdür.
Təhsildə və ümumiyyətlə məktəb həyatında uğur qazanmağında ilk müəlliminə borcludur. Gələcəkdə dizayner olmaq istəyir.

Rəsm çəkməyi xoşlayır.

10 декабря 2014 г.

Babayeva Aytən Rafiq qızı

Babayeva Aytən Rafiq qızı 30 iyul 1999-cu ildə anadan olub. Kiçik yaşlarından şıltaqlığı ilə həmyaşıdlarından çox seçilirdi. Hələ kiçik yaşlarından nənəsindən, bacısından öyrəndiyi şeirləri tez qavrayıb, yüksək intonasiya ilə söyləməyi bacarırdı. Elə lap körpəlikdən Aytən incəsənətə olan marağını müxtəlif mahnılar oxumaqla, şəkillər çəkərək albomlar düzəltməklə biruzə verirdi. İlk təhsilini Nərimanov rayonunda yerləşən 82 saylı məktəbdə almağa başlayır. Qədəmlərini məktəbə basdığı andan məktəbdə hamının, xüsusiylə öz müəllimələrinin sevimlisinə çevrilib. I sinifi bitirmək münasibəti ilə keçirilən tədbirdə Aytən şeirlər deyərək, müxtəlif obrazları canlandıraraq öz bacarığını nümayiş etdirmişdir. Bu çıxışından sonra Aytənin məktəb tədbirlərində iştirakı silsilə təşkil etməyə başladı.
Onun həzin səsi hamını valeh edirdi. Bu hələ istedadın ilk işartıları idi. Valideynləri bu istedadı görüb onu bu sahəyə yönəltdilər. Aytən 2010-cu ildə Q. Qarayev adına 11 illik Uşaq Musiqi Məktəbinə seçim yolu ilə daxil oldu. Fortepianonun dilləri onun ürək döyüntüləri ilə ahəngdar döyünürdü. Məktəbdə olduğu kimi burda da öz xoş siması  ilə hamının rəğbətini qazandı. Müəlliminin tövsiyyəsi ilə o, xor kollektivində oxumağa başladı. 2012-ci ildə Respublika usaq xor yarışmasında I dərəcəli diplomla təltif olundu. 2014-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş gül bayramında dövlət başçısı İlham Əliyev qarşısında çıxış etmiş, bu tədbir dövlət televiziyasında yayımlanmışdır.
Aytən məktəb dərslərini də ikinci plana keçirmirdi. Məktəblərarası keçrilən bilik yarışmasında biologiya fənni üzrə II yerə layiq görülmüşdür.
Aytənə uğurlar arzu edirik! Onu gələcəkdə tanınmış musiqiçi olacağına şübhə etmirik!

9 декабря 2014 г.

Əliyev Mirhəsən Fərman oğlu

Azərbaycanın gənc və istedadlı vətəndaşlarından biri də Əliyev Mirhəsən Fərman oğludur.  Mirhəsən 8.05.2005-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynlərinin dediyinə görə Mirhəsən çox dəcəl olmuşdur. 3-6 yaşlarında 38 saylı bağçaya getmiş, yazıb oxumağı da məhz orda öyrənmişdir. Bir vətənpərvər kimi böyütməyə cəhd edən valideynləri əməklərinin bəhrəsini görmüş, Mirhəsənin ilk rəsm əsəri “20 yanvar” şəhidlərinə həsr olunmuşdur. Rəsmlə yanaşı o, bədii qiraətlə də məşğul olur. Gözəl nitq qabiliyyəti ilə məktəbdə təşkil olunmuş tədbirlərdə şer demişdir. Mirhəsən ilk təhsilini Aslan Ağaverdiyev adına 31 saylı məktəbdə başlamış. Hal-hazırda isə Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbinin 1 sinfində oxuyur. Mirhəsənin rəsmə olan marağı onu heç də dərslərdən uzaqlaşdırmır, əksinə o məktəbdə dərslərini əla oxuyur. Ən çox sevdiyi fənnlər isə Azərbaycan dili, riyaziyyat və rəsm dərsidir. Mirhəsən gələcəkdə vətənə layiqli bir övlad olacağını düşünür. Onun üzərində əməyi böyük olan valideynlərinə isə sonsuz minnətdarlıq bildirir. O tarixin yaddaşına rəssam olaraq düşmək və silinməz iz buraxmaq arzusundadır . Əli boş vaxtlarında rəqslə məşğul olmağı unutmur. Bir vətənpərvər kimi isə rəsm əsərlərində əsgər, döyüş səhnələrinə yer verir. Bizə uğurlar deyirik Mirhəsənə. Ümid edirik ki, o vətənə layiq bir əsgər, bir rəssam olar...

4 декабря 2014 г.

Əmirli Loğman Nəriman oğlu

Azərbaycanımızın gənc istedadlarından biri də 270 saylı orta məktəbin nümunəvi şagirdi  Loğman  Nəriman oğlu Əmirlidir. O, uşaqlıqda sakit xarakterli olub hələ məktəbə getməmişdən yazıb-oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi. Loğmanın 4 yaşında riyaziyyata xüsusi marağı olmuşdur. Eyni zamanda da rəsm çəkməyi çox xoşlayır.
Boş vaxtlarında müxtəlif rəsmlər çəkir ki, bunlara da ən çox heyvan rəsmləri üstünlük təşkil edir.
Hazırda əlaçı bir şagird olan Loğman ictimai işlərdə aktiv iştirak edir. Keçirilən tədbirlərdə fəaldır. Bunlardan keçirilən tədbirlərin birində “tülkü” obrazısını canlandırmasını , vətənpərvərliklə bağlı keçirilən tədbirləri misal göstərmək olar. O, orta məktəbi əla qiymətlərə başa  vurub universitetə daxil olaraq hüquqşünas olmaq istəyir. Peşəkar bir hüquqşünas kimi ölkəmizi siyahi sahədə uğurla təmsil edəcək bir diplomat olmağı qarşısına məqsəd qoymuşdur. Bundan başqa o, texnologiya sahəsinə də maraq göstərir. Heç kəsin düzəldə bilməyəcəyi bir cihaz ixtira edərək tarixin yaddaşında qalmaq istəyir.
Ona bütün məqsədinə çatmaqda , irəliyə doğru uğurla addımlamaqda  müvəffəqiyyətlər diləyirik. 

3 декабря 2014 г.

Məmmədzadə Səbinə Cavanşir qızı


Məmmədzadə Səbinə Cavanşir qızı  6 dekabr 1999-cu ildə Bakı şəhərində Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqda çox sakit olub eyniylə indiki kimi. Məktəbə getməmişdən öncə yazıb-oxumağı  bilirdi. Hərflərin çoxunu evdə özündən yaşca böyük olan bacısı və qardaşı ona öyrətmişdi. Amma o, riyazi əməlləri daha tez mənimsəyirdi.
İlk təhsilini elə yaşadığı qəsəbədə yerləşən İ. Muradov adına  237 saylı məktəbdə almağa başlayır. Bütün fənnləri həvəslə oxuyurdu. Lakin riyaziyyat fənninə eyni zamanda riyaziyyat müəllimi Gülnarə xanıma məhəbbəti gündən-günə artması hiss olunurdu. Hələ ibtidai sinifdə oxuyarkən özündən böyük bacısının riyyaziyyatdan məsələsini etmişdi. Səbinə məktəbdə keçirilən yarışlarda həmçinin məktəbdənkənar olimpiyadada hər dəfə uğura imza atırdı.
Səbinə asudə vaxtlarında bədii əsərlər xüsusiylə dedektiv janrında romanlar oxumağı çox sevir. İntellektual verilişlər də onun maraq dairəsindən geridə qalmır.
Səbinənin əsas məqsədi orta məktəbi əla qiymətlərlə bitirməkdir. Kiçik yaşlarından idealına çevrilən müəllimi Gülnarə xanım ona öz gələcək peşəsini seçməyə, öz cığırını tapmağa kömək etmişdi.
Səbinə orta təhsilini müvəffəqiyyətlə başa vurub ali məktəbə qəbul olmaq arzusundadır. İxtisas seçimini isə o, artıq çoxdan edib. Riyaziyyat müəllimi olub gələcəkdə bu fənndən kitab nəşr etdirmək, sahəsinin mütəxəssisi olmaq onun hədəfidir.

Biz də Səbinəyə uğurlar arzulayırıq, ümid edirik ki, o, savadlı mütəxəssi olub özü kimi şagirdlər yetişdirəcək!

1 декабря 2014 г.

Abbaslı Nuray Mahir qızı

 
Nuray çox sakit uşaq olub. Nağıllar dinləməyi sevərdi. Anası Ceyhunə xanım Nuraya kiçik yaşlarından yazmağı və oxumağı öyrətmişdir. Onu da qeyd edək ki, Nuray eyni zaman da kiçik rəssamdır. 5 yaşından istedadı üzə çıxmağa başlamışdır. Bunun əsl səbəbkarı nənəsi və eyni zaman da rəsm müəlliməsi olan Ulduzər müəllimə olmuşdur.
Nuray Mahir qızı Abbaslı 2004-cü il sentyabrın 2-də Ağdaş şəhərində dünyaya göz açmıb. Hazırda Ağdaş rayon Yuxarı Ləki məktəbinin IV sinif şagirdidir. Nuray həm də dərs əlaçısıdır. Ən çox riyaziyyat fənnini sevir. Nuray az yaşlı olsa da, artıq bir neçə mükafatın sahibidir. O, 2013-cü ildə "İlin şagirdi", "Nur-Nafi" kurslarında III sinif birincisi, "Region" kurslarında II yer, Xocalı faciəsinə həsr edilmiş inşa müsabiqəsində fəal iştirak, "Fövqəladə hallar uşaqların gözü ilə" plakat yarışmasında I yer və "İlin şagirdi" yarışmasında isə I yerə sahib olmuşdur.
Kiçik Nuray bu uğurlarına görə müəlliməsinə, anasında və babasına borcludur. Gələcək də dərslərini əla oxuyub ali məktəbə yüksək balla daxil olmaq və ali məktəbi bitirdikdən sonra isə hakimlik zirvəsinə ucalmaq istəyir. Asudə vaxtlarında şeir yazmağı, şəkil çəkməyi sevir. Tarixin yaddaşında qalmaq üçün işğal olunmuş torpaqlarımızın uğrunda və lazım gəlsəşəhid olmaq istəyir.  

Abbaslı Emin Mahir

 
Emin Mahir oğlu Abbaslı 21 may 2006-cı ildə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olub.
Nənəsi Ulduzər xanımın söylədiyinə görə Emin körpəlikdə çox dəcəl uşaq olub. Emin uşaqlıqda idmanın karate növü ilə məşğul olmağı və rəsm çəkməyi sevib.
Məktəbə getmədən öncə yazıb-oxumağı bilən Emin hələ 5 yaşından əlaçı olmaq istəyirdi. Bu balaca əlaçı hər zaman çalışırki, onu dərsdə heç kim keçməsin. O həmişə istəyir ki sinifin tək əlaçı şagirdi olsun. Dərslərini əla oxuyan azyaşlı Emin daha çox ana dili və riyaziyyat fənnini sevir. Məktəbdəki bütün tədbirlərdə fəal iştirak edən Eminin ən yaddaqalan günü keçən il yay tətilində ailəsi ilə birgə Azərbaycanın dilbər guşələrinə gəzməyə getməsi olub. Uğurlarına görə nənəsi, anası və müəlliminə borcludur. Gələcəkdə hakim olmaq istəyən Emin bu fikrə II sinifdən düşüb.

Boş vaxtlarında idmanla məşğul olur, rəsm çəkir, kitab oxuyur. 

Məmmədli Nəzrin Mehman qızı

Məmmədli Nəzrin Mehman qızı 11 sentyabr 2002-ci ildə Bakı şəhəri Hövsan qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan hər şeylə maraqlanan, böyükləri mütəmadi sual atəşinə tutan, öyrəndiklərini xüsusi bir həvəslə praktikaya yönəldən Nəzrin hazırda Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin VII sinif şagirdidir.
Nəzrinin gəlinlikləri geyindirib-soyundurmağı, onlara maraqlı dizaynla paltarlar hazırlaması onun xobbisinə çevrilmişdi. 6 yaşından kompüterdə uşaq oyunları ilə maraqlanaraq özünü bu oyunlarda sınamış və təsdiq etməyi bacarmışdır.
Eyni zamanda o, şəkil çəkməyi, şeir söyləməyi çox sevir. Balaca Nəzrin  məktəbə gedənə qədər yazıb oxumağı   qardaşından öyrənmişdi.
Nəzrin dərslərini yaxşı oxuyur. Sevimli fənləri riyaziyyat, tarix, coğrafiya və xarici dildir.Bununla yanaşı,məktəbdə keçirilən tədbirlərdə səhnəciklərdə iştirak edir, öz istedadını nümayiş etdirir. Lakin Nəzrinin xüsusi maraq çərçivəsi rəsmlə daha çox hüdudlanır.
Boş vaxtlarında televizorda müxtəlif moda verlişlərini,məhşur modelyerlərin kolleksiyalarını izləyir. Kompüterdə oyun oynayarkən öz modellərinin paltar seçimində bu təcrübədən istifadə edir.
Modelyerlik sənətinə yiyələnmək və  ali təhsil almaq ən böyük arzusudur.
Lakin Nəzrin bu sahədə sıradan biri olmaq istəmir.
Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və tarix müəllimi Aksana müəlliməyə özünü borclu hesab edir.

Biz də Nəzrinə seçdiyi sahədə uğura çatmasını diləyirik.