Nuray çox sakit uşaq olub. Nağıllar dinləməyi sevərdi.
Anası Ceyhunə xanım Nuraya kiçik yaşlarından yazmağı və oxumağı öyrətmişdir. Onu
da qeyd edək ki, Nuray eyni zaman da kiçik rəssamdır. 5 yaşından istedadı üzə
çıxmağa başlamışdır. Bunun əsl səbəbkarı nənəsi və eyni zaman da rəsm müəlliməsi
olan Ulduzər müəllimə olmuşdur.
Nuray Mahir qızı Abbaslı 2004-cü il sentyabrın 2-də
Ağdaş şəhərində dünyaya göz açmıb. Hazırda Ağdaş rayon Yuxarı Ləki məktəbinin IV sinif
şagirdidir. Nuray həm də dərs əlaçısıdır. Ən çox riyaziyyat fənnini sevir. Nuray
az yaşlı olsa da, artıq bir neçə mükafatın sahibidir. O, 2013-cü ildə
"İlin şagirdi", "Nur-Nafi" kurslarında III sinif birincisi, "Region" kurslarında II yer, Xocalı faciəsinə həsr edilmiş inşa müsabiqəsində fəal iştirak, "Fövqəladə
hallar uşaqların gözü ilə" plakat yarışmasında I yer və "İlin
şagirdi" yarışmasında isə I yerə sahib olmuşdur.
Kiçik Nuray bu uğurlarına görə müəlliməsinə, anasında
və babasına borcludur. Gələcək də dərslərini əla oxuyub ali məktəbə yüksək
balla daxil olmaq və ali məktəbi bitirdikdən sonra isə hakimlik zirvəsinə
ucalmaq istəyir. Asudə vaxtlarında şeir yazmağı, şəkil çəkməyi sevir. Tarixin
yaddaşında qalmaq üçün işğal olunmuş torpaqlarımızın uğrunda və lazım gəlsəşəhid
olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий