Bu qəhrəmanımızın adı Günaydır. Günay körpəlikdə sakit
uşaq olub. Bütün qız uşaqları kimi xoşladığı məşğuliyyəti gəlinciklərlə oynamaq
idi. Eyni zamanda rəsm çəkməyi də çox sevirdi. Məktəbə gedənə qədər hərfləri
şifahi bilirdi. Yazı yazmağı da nənəsinin sayəsində öyrənmişdi.
Günay Vasif qızı Abbaszadə 2002-ci il aprelin 1-də
Bakı şəhərində anadan olub.
2008-ci ildə Abşeron rayonundakı Hüseyn Axundov
adına Saray 3 saylı tam orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbdə
oxuyur. Əlaçıdır. Ən çox sevdiyi fənn ana dili, riyaziyyat, ingilis dilidir.
Novruz bayramında, Yeni il şənliyində, “Əlifba” bayramında fəal iştirak edir. Həyatında
ən maraqlı, uğurlu gün məktəbə getdiyi gündür.
Müəllimləri də Günay barədə ağızdolusu müsbət
fikirlər söylədilər. Onun həm təlimdə, həm də tərbiyədə seçilən şagirdlərdən
olduğunu xüsusi vurğuladılar. Məhz bu keyfiyyətlərinə görə Günay məktəbdə həm
müəllimlərinin, həm də sinif yoldaşlarının rəğbətini qazana bilib. Günay məsuliyyətli
şagird, etibarlı dost, hər çətinlikdə yoldaşlarının köməyinə çatmağa çalışan
humanist bir qızdır. Günay eyni zamanda Sumqayt şəhər Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində rəsm dərnəyinin üzvüdür.
Təhsildə və ümumiyyətlə məktəb həyatında uğur qazanmağında
ilk müəlliminə borcludur. Gələcəkdə dizayner olmaq istəyir.
Rəsm çəkməyi xoşlayır.
Комментариев нет:
Отправить комментарий