Səfərli Şükufə
Şahin qızı 1999-cu il 20 aprel tarixində Bakıda anadan olmuşdur.Adını babası
qoydu,nənəsinin adıyla adlandırılan balaca Şükufə. Sevimli məşğuliyyəti gəlinciklərlə
oynamaq idi,onlara paltar tikir, saçlarını darayır,qayğı göstərirdi. Bu onun
mehribanlığından irəli gəlirdi. Ən çox mehrini babasına salmışdı,hətta balaca
Şükufəyə şahmat oynamağı da babası Sabir Səfərov öyrətmişdi. 2005-ci ildə Nərimanov
rayonunda yerləşən 82 saylı məktəbin I sinfinə daxil oldu.
10 yaşından
futbola marağı yaranmağa başladı. Futbol onun həyatının ayrılmaz bir hissəsinə
çevrilmayə başladı. İspaniyanın Real-Madrid kulubunun azarkeşidir. Hətta parça
üzərinə işlədiyi əl işlərində də müxtəlif futbol komandalarının loqolarının təsvirini
həkk etdirir.
Şükufə dərslərini
yaxşı oxuyur. Məktəbdə müxtəlif tədbirlərdə onun yeri əvəzedilməzdir. Kompüterdə
müxtəlif təqdimatların hazırlanması onun sevimli işidir. M.Ə.Rəsulzadənin, Zərifə
Əliyevanın yubileylərinə hazırlanmış tədbirlərdə bu vəzifəni ona həvalə
etmişdilər. Şükufə də öz səyi sayəsində bu öhdəliyi məsuliyyətlə yerinə yetirib
bir daha ona olan ümidləri doğrultdu. Hazırda o, X sinifdə təhsil alır.
Boş vaxtlarında
müxtəlif təsvirləri muncuqlarla,sapla parça üzərində işləməyi sevir. Əsas məqsədi
ali məktəbə daxil olmaqdır. Doğrudur,onun peşə seçimi elə də asan olmamışdı. Əvvəllər
həkim olmağa can atırdı, lakin sonradan humanitar fənnlərə olan meyli onun
fikrini dəyişdirdi. Tarixçi və ya tərcüməçi olmaq arzusundadır. Ailəsi, yaxınları
onun hüquqşunas olmasını istəyir, amma bu qərarı o, özü verəcək.
Gələcək
planlarında İspaniyaya səfər də mühüm yer tutur. Ancaq Real-Madridə olan
sevgisi üçün. Biz də Şükufəyə uğurlar arzu edirik,açdığı bütün qapıların uğura
açılması diləyi ilə!
Комментариев нет:
Отправить комментарий